Məhkəmə qərarları › İş №2-1(103)-1365/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1365/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1365/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 Oktay oğlunun, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin qanuni nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29-a dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən (reyestr nömrəsi **********70-05101-093012) çıxarışda mənzil ümumi sahəsi hissəsinin ləğv edilməsi, həmin hissədə çıxarışda mənzilin ümumi sahəsi 62.5 kvadrat metr qeyd edilməsi, texniki pasportda sanitar qovşağına dair hissədə dəyişilik edilməsi və sanitar qovşağının ümumi istifadədə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X7 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X8 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli və X4 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Tələbin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X15 tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli 019712 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Nərimanov rayon Xalq Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı adına MH seriyalı 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, X16 ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X6 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi 01101 1000270-05101-093012) əsasən ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ cavabdeh X4 adına qeydiyyata alınmışdır. Hazırda təqdim etdiyi texniki pasportun surətindən də göründüyü kimi X4 adına verilmiş texniki pasportda sanitar qovşağı X4 mülkiyyətinə verilmişdir. Halbuki, həmin sahə ümumi istifadədə olan sahələr olmuşdur. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi ilkin plan sxemdə cavabdeh 25 oktyabr 2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4 ünvanında yerləşən 29 nömrəli X4 adına mənzilin texniki pasportunda göstərilən sanitar qovşağının ümumi istifadədə olmasına dair hər hansı sənəd mövcud deyildir. Halbuki, DƏDRX özünün təsdiq etdiyi sənədlərdən göründüyü kimi ona verilən plan sxemdə sanitar qovşağı hər ikisi də qeyd edilmişdir və həmin sahələr ümumi istifadədə olduğundan hər ikisində qeyd edilmişdir. Hər ikisində yazılmayan sahələr isə mülkiyyətə verilmiş sahələrdir. Faktiki olaraq X4 adına verilmiş ilkin sənədlərdə, texniki pasportda və arxiv sənədlərində onun mənzilin sahəsi 32 kvadrat metr göstərilmişdir. Köməkçi sahələri ilə birlikdə təxmini 60 kvadrat metr göstərilir. Əvvəla bildirilmişdir ki, X9 (mənzil sonra Yusifli Fayamın, Yusifli Nazimin adına sonra isə X4 adına rəsmiləşdirilib) adına olan mənzilə dair 1972-ci il tarixli 024961 saylı orderdən görünür ki, mənzil 1 otaqlı olmuş və 20 kvadrat metr sahəsi olmuşdur. Sonradan xx.xx.1997-ci il tarixdə Oktyabr Rayon İcra Hakimiyyətinin 47 saylı sərəncamı ilə ona əlavə olaraq 12 kvadrat metr sahə verilmiş və ümumi sahəsi 32 kvadrat metr sahəsi olan mənzili olmuşdur. Buna dair DƏDRX-in arxivində saxlanılan, MKİS tərəfindən verilən və DƏDRX tərəfindən təsdiq edilən plan-sxemdə də açıq aydın görmək olur. Həmin plan sxemdə X14 məxsus Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 38-in 2 otaqdan ibarət olması və 32 kv.m sahəsi olması, ümumilikdə isə 60 kvadrat metr sahəsinin olması göstərilmişdir. Bundan sonra, mənzilin sahəsi 2013-cü il tarixdə bəlli olmayan səbələrdən 62.7 kv.m olmaqla artmış, sonda isə həmin mənzilin sonuncu Çıxarışında isə, yəni X4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda isə mənzilin sahəsinin 63.5 kv.m olması müəyyən olunmuşdur. 7 il ərzində də mənzil yenə 3.5 kvadrat təxmini artmışdır. Cavabdeh aydınlıq gətirməmişdir ki, 32 kv.m sahəsi olan mənzil necə 63.5 kvadratla dövlət qeydiyyatına alınmışdır. Təqdim edilən hər iki plan-sxemdə hər kəsin öz yeri qeyd edilmişdir. X4 plansxemində sahəsinin Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 38-in 2 otaqdan ibarət olması və 32 kv.m sahəsi olması, ümumilikdə isə 60 kvadrat metr sahəsinin olması göstərilmişdir. Təqdim edilən İddiaçı plan sxemində sahəsinin Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 27-in 2 otaqdan ibarət olması və 30 kv.m sahəsi olması, ümumilikdə isə 56.6 kvadrat metr sahəsinin olması göstərilmişdir. Təqdim edilən X10 şəxsi mülkiyyətində olan Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 27-in 2 otaqdan ibarət mənzilə dair texniki pasportda mənzilin bütün sahələri göstərilmiş və bu da mülkiyyət hüququnun olmasını təsdiq edən vacib sənəddir. Hazırda iddiaçı və ailəsi, qızı, nəvələri bu mənzildə 5 nəfər olmaqla yaşayırlar. Həmin mənzil kommunal mənzil olduğundan sanitar qovşağı bir dənədir. Bütün sənədlərdə də həmin sanitar qovşağı ümumi qeyd edilmişdir. Hazırda da onların mərtəbələrində başqa sanitar qovşağı yoxdur. Yusifli Failya cavabdehin kobud səhvi ucbatından həmin sanitar qovşağın onun mülkiyyəti olduğuna əsaslanaraq ondan istifadə etməyə qoymur. Həmin sahəni bağlayıb və artıq 1 aydan çoxdur ki, o ailə olaraq həmin sanitar qovşaqdan istifadə edə bilmir. Yaşadığı mənzildə nə sanitar qovşaq, nə də hamam mövud deyildir. Yusifli Failya cavabdehin verdiyi sənədə əsasən həmin sahəni tam bağlayıb və ancaq özləri istifadə edə bilir. Cavabdeh kobud pozuntu edərək ona məxsus sahələrin necə eyni cavabdeh tərəfindən plan-sxemdən də artıq sahəsinin (iddiaçıya aid hissələrin) dövlət qeydiyyatına alınmasını aydınlaşdırmamış və faktiki olaraq 1 kvadrat metr sahəsi olan əmlaka dair iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehin və üçüncü şəxsin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı X6 Bakı şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 29-a dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən (reyestr nömrəsi **********70-05101-093012) çıxarışda mənzilin ümumi hissəsinin ləğv edilməsi, həmin hissədə çıxarışda mənzilin ümumi sahəsi 62,5 kv.m qeyd edilməsi, texniki pasportda sanitar qovşağına dair hissədə dəyişiklik edilməsi və sanitar qovşağın ümumi istifadədə qeyd edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə İdarəyə müraciət etmişdir. Araşdırılma zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrinə əsasən qeyd olunan ünvanda vətəndaş X4 adına qeydiyyata alınmış ümumi istifadədə olan sahə aşkar edilməmişdir. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, anbar və sanitar qovşaqla bağlı qonşu mənzil sahibi ilə mübahisə mövcuddur. Qeyd edilən anbar hissəsi (8,6 kv.m) arxiv sənədlərində 27 nömrəli mənzilə aid olsa da, 29 nömrəli mənzilin sxemində ümumi istifadədə olmağı qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1986/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 qanuni nümayəndəsi X12 üçüncü şəxs qismində cəlb edilməklə çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi hissəsində və iddiaçı X3 (azyaşlı X4 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2083/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-267/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2083/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş üzrə üçüncü şəxs iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia İPM-in 35.1-ci maddəsinə və Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının hüquqi mövqeyi ilə ziddiyyət təşkil etdiyindən mümkün sayıla bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci bəndində də buna istinad edilməklə 15.6-cı bəndində qeyd olunur ki, “təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.” Hazırkı proses iştirakçıları arasında Ali Məhkəmənin 2-1(102)-267/2022 iş üzrə xx.xx.2022-ci il tarixli Qərarı qanuni qüvvəyə minib. Bu qərarın 34-cü bəndində qeyd olunur ki, “mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə 30 kv.m yaşayış sahəsindən, 26.6 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 56.6 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzili üzərində hüququnun dövlət qeydiyyatına alınmasına, eləcə də həmin mənzilin köməkçi sahəsinin qeyd olunan ünvanda yerləşən üçüncü şəxsə məxsus 29 saylı mənzillə ümumi istifadədə olmasına dair cavabdehin daşınmaz əmlakın dövlət reyestrində etdiyi qeydin qanunsuz hesab olunmasına və həmin qeydin ləğv edilməsinə yönəlmişdir.” Göründüyü kimi, həmin qərarda iddiaçının tələblərinin hüdudları müəyyən edilib. Həmin hüdudlarda isə iddiaçının tələbləri yalnız 30 kv.m yaşayış sahəsindən, 26.6 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 56.6 kv.m hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Həmin Qərarın 17-ci bəndində isə bu tələblərin təmin olunması hüdudları göstərilib: “iddia tələbi 30 kv.m yaşayış sahəsinə, 26.6 kv.m köməkçi sahənin 11.0 kv.m olan keçid hissəsinə və 4.0 kv.m olan mətbəx hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, İddiaçı bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olduğundan iddia həmin hissədə təmin olunmalıdır. İddia tələbi 11.6 kv.m olan anbar hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, İddiaçı bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Anbar sahəsi ümumi istifadədə olduğundan tərəflərdən birinin adına dövlət qeydiyyatına alına bilməz”. Məhkəmənin yerində baxış keçirərək bilavasitə müəyyən etdiyi hallar iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin yerində baxış keçirməsi zamanı müəyyən edilib ki, iddiaçı həmin dörd kvadrat metrdə olan mətbəx hissəsində istifadəsində olan sanitar qovşağını sökdürərək belə iddia tələbi ilə çıxış etməklə üçüncü şəxsin istifadəsində olan sanitar qovşağına analoji hüquq əldə etməyi arzulayır. Halbuki, iddiaçının sökdürdüyü sanitar qovşağı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üçün tanınmış dörd kvadrat metrdə olan mətbəx hissəsinə aiddir, hazırda tələb etdiyi sanitar qovşağı isə həmin tələbləri hüdudlarından kənardadır. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakılar da təsbit olunmuşdur: 5.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; 5.2-ci bənd. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarından müəyyən oluna bilər ki, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi subyektiv hüququ cavabdeh və ya üçüncü şəxs tərəfindən ümumiyyətlə pozulmayıb (pozulubsa belə iddiaçı əvvəlki məhkəmə mübahisəsində buna iddia etmədiyindən hazırda bu tələblə çıxış edə bilməz). Eləcə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddiaçının tələblərinin və bu tələblərinin təmin olunması hədlərini artıq müəyyən edib. İddiaçının hazırkı tələbi isə nəinki bu tələblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin olunmuş, hətta onların həmin məhkəmə qərarı ilə təmin olunmamış hüdudlarından da kənarda yerləşdiyindən, belə iddia heç bir halda mümkün sayıla bilməz. Çünki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir (Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 8.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarı ilə (hakim Aygün Əhədova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X7 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X8 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli və X4 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1,0 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarından narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və ya mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mübahisə olunan qərarda tərəflərin münasibətlərinə Mənzil Məcəlləsinin normaları da düzgün tətbiq edilməmiş, həmin Məcəllənin 40.2-ci maddəsi işdə nəzərə alınmamış, bu normanın tələblərinə görə kommunal mənzilin ümumi əmlakının ölçülərinin dəyişdirilməsində, mübahisəli 1.0 kv.m sanitar qovşağının 29 nömrəli mənzil mülkiyyətçisinin adına qeydə alınması, eləcə də qeydə alınmasından mübahisə yaranan vaxtadək tərəflərin arasında buna dair razılığın olmaması təsdiq olunmamışdır. Mənzil Məcəlləsinin 40.2-ci maddəsi tərəflərin hazırki iddia üzrə hüquq münasibətlərinə tətbiq olunmalı idi. Belə ki, işin məhkəmə tərəfindən də mübahisə olunmayan halıdır ki, 1.0 kv.m sanitar qovşağı 2013-cü ildən 29 nömrəli mənzil mülkiyyətçisinin adına qeydə alınıb. Bu halda həmin normanın hüquqi mənasına görə iddiaçının narazılığı, yəni mübahisə 2013-cü ildən yaranmalı idi. Mübahisə olunan qərarın 14-cü səhifəsinin 5-ci abzasında isə göstərilir ki, “sanitar qovşaqla bağlı mübahisə əsasən 2020-ci ildən etibarən yaranmış”dır. Digər tərəfdən, bu dövrdə mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması da dəfələrlə həyata keçirilmişdir (xüsusilə buna son nöqtəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı qoymuşdur). Mübahisə olunan qərarda Bakı İnzibati Məhkəməsi üçüncü şəxsə aid işdə olan sübutları da düzgün tədqiq etməmiş, “mübahisəli 1.0 kv.m sanitar qovşağı” adlandırdığı sahənin üçüncü şəxsin mülkiyyətinə 2013-cü ildə verilməsi qənaətinə də səhv olaraq gəlmişdir. Göründüyü kimi, üçüncü şəxsin adına texniki pasport və Çıxarış hələ 2013-cü ilin aprel ayında verilməsinə baxmayaraq, “Sözügedən mənzilə dair iddiaçının adına texniki pasport tərtib edilməmişdir”. Halbuki, Bakı İnzibati Məhkəməsi tərəfindən arxiv sənədləri düzgün olaraq tədqiq edilsəydi məlum olardı ki, üçüncü şəxsin adına texniki pasport və Çıxarış tərtib olunandan sonra 29 nömrəli mənzil üç dəfə öz mülkiyyətçisini dəyişmişdir. Xüsusilə 29 nömrəli mənzilin xx.xx.2013-cü il tarixdə vəfat etmiş ilk mülkiyyətçisi X17 olmuşdur. İşdə olan “Ölüm üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsindən də görünür ki, 1.0 kv.m sanitar qovşağı xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib ediləndən də əvvəl onun mülkiyyətində olmuşdur. Faktiki isə məlum olur ki, mübahisə olunan qərarında Bakı İnzibati Məhkəməsi on ildən artıq müddətdə iddiaçının razılığı əsasında üçüncü şəxsin mülkiyyətində olan, bu dövrdə iddiaçı tərəfindən mübahisə olunmayan, eləcə də heç vaxt istifadə olunmayan (sökdürdüyü sanitaq qovşağı bunu təsdiq edir) 1 kv.m sanitar qovşağı üçüncü şəxsin adına olan əmlakdan çıxarılaraq tərəflərin ümumi əmlakına verilməsi barədə qərar qanunsuz, əsassız, ədalətsiz və qeyri-obyektivdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin qanuni nümayəndəsi, həmçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X15 tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli, 019712 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin C.Cabbarlı bina 4, mənzil 27 ünvanının oktyabr 1996-cı il tarixli Şəxsi mülkiyyətində olan mənzilin X10 adına tərtib olunmuş texniki pasportunda mənzilin sxemində otaqların sayı 2, 1-ci otaq 18.5 kv.m, 2-ci otaq 11.5 kv.m, keçid 11, mətbəx 4.0 kv.m, qalereya, anbar 11.6 kv.m və “T” sanitar qovşaq əks olunmuşdur. Nərimanov rayon Xalq Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 071564 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 27 mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 712 nömrəli reyestr kitabında 106898 səhifəsində 30 nömrəli, xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********10 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 47 nömrəli sərəncamına əsasən X17 C.Cabbarlı küçəsindəki 4 nömrəli evin yaşayış sahəsi 32.0 kv.m olan 2 otaqlı mənzilinin kirayəçisi hesab edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 07610 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 29 nömrəli mənzili X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 741 nömrəli reyestr kitabında 111257 səhifəsində 30 nömrəli, xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 45.2, yardımçı sahə 17.5 kv.m və 2 yaşayış otağı olan ev 4, mənzil 29 X7 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 62.7 kv.m sahəsi olan ev 4, mənzil 29 X8 adına xüsusi mülkiyyət hüquq ilə xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X16 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X6 bağışlamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 63.5 kv.m sahəsi olan ev 4, mənzil 29 X4 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 4 ünvanına X7 adına **********70-05101-093012 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən Mənzil haqqında məlumatda: yerləşdiyi mərtəbə - 2, otaqların sayı – 2, ümumi sahəsi – 62.7 kv.m, yaşayış sahəsi 45.2 kv.m. otaqların təyinatı: yaşayış otağı sahəsi 20.1 kv.m, yaşayış otağı sahəsi 25.1 kv.m, mətbəx sahəsi 9.3 kv.m, dəhliz sahəsi 7.2 kv.m, san. qovşağı sahəsi 1.0 kv.m. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ev 4, mənzil 29-a dair verilmiş xx.xx.2020-ci il tarixli Texniki Pasporta əsasən Mənzil haqqında məlumat: yerləşdiyi mərtəbə - 2, otaqların sayı – 2, ümumi sahəsi – 63.5 kv.m, yaşayış sahəsi 45.2 kv.m. otaqların təyinatı: yaşayış otağı sahəsi 20.1 kv.m, yaşayış otağı sahəsi 25.1 kv.m, mətbəx sahəsi 9.3 kv.m, dəhliz sahəsi 7.2 kv.m, san. qovşağı sahəsi 1.0 kv.m, balkon 0.8 kv.m. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinin köməkçi sahəsinin 29 saylı mənzillə ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin qanunsuz hesab olunması və həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərardadı ilə İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 qanuni nümayəndəsi X12 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi” barədə iddia tələbi qismən “texniki pasportda olan qeydin ləğv edilməsi” hissəsində, iddiaçı X3 (azyaşlı X4 qanuni nümayəndəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ilə İddiaçı iddiası qalan hissədə (çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində) təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2083/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2083/2021 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11.0 kv.m keçid və 4.0 kv.m mətbəxdən ibarət olan köməkçi sahələri üzərində İddiaçı məxsus hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasportun verilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 267/2022 nömrəli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərarı və qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2083/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 46.4 kv.m sahəsi olan ev 4, mənzil 27 İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********89 nömrəli məktubu ilə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 2013-cü il tarixli müayinə (baxış) aktına əsasən C.Cabbarlı 4, mənzil 29-da otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 2, faktiki 2, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 38.0 kv.m, faktiki 45.2 kv.m, ümumi sahə hüquqmüəyyənedici sənəd üzrə 60.0 kv.m, köməkçi sahə faktiki 17.5 kv.m, ümumi sahə 62.7 kv.m. Mənzil 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. İlkin özəlləşmə zamanı otaq sahəsi düzgün göstərilməyib. Qonşu sahənin girişi başqa sahədəndir. Anbar və dəhliz ümumi istifadə olunur. Mətbəx yaşayış sahəsi kimi istifadə olunmur. Eyvanla otağın arası götürülüb. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********84 nömrəli məktubu ilə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktına əsasən C.Cabbarlı 4, mənzil 29-da otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 2, faktiki 2, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 45.2 kv.m, faktiki 45.2 kv.m, ümumi sahə hüquqmüəyyənedici sənəd üzrə 62.7, köməkçi sahə faktiki 18.3 kv.m, faktiki 63.5 kv.m. mənzil bağışlanma müqaviləsinə uyğun tərtib edilib. Birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********46 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktına əsasən C.Cabbarlı 4, mənzil 27-də arxiv sxeminə əsasən otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 2, faktiki 2, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 30.0 kv.m, faktiki 29.6 kv.m, ümumi sahə hüquqmüəyyənedici sənəd üzrə 56.6 kv.m, faktiki 55.4 kv.m. Faktiki vəziyyətə uyğun tərtib olunmuşdur. Plan akta əlavə olundu. 16.5 kv.m balkon sahəsi də əlavə istifadədədir. Planda qeyd olunan 4. anbar və 3. sanitar qovşaq qonşu mənzil sahibi ilə mübahisəlidir. Sözügedən anbar sahəsi 8.6 kv.m arxiv sənədlərində 27 nömrəli mənzilə aid olsa da, 29 nömrəli mənzildə həmin sahədə (anbar) sxemdə ümumi istifadədə qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********01 nömrəli məktubda qeyd olunmuşdur ki, “Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4 ünvanında yerləşən 27 nömrəli mənzil üzərində əvvəllər yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilinin texniki pasportunda göstərilən bəzi sahələrinin qonşu tərəfindən istifadə olunması səbəbindən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir”. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən C.Cabbarlı 4, mənzil 27-də arxiv sxeminə əsasən otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 2, faktiki 2, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 30.0 kv.m, faktiki 30.1 kv.m, ümumi sahə hüquqmüəyyənedici sənəd üzrə 56.6 kv.m, faktiki 46.4 kv.m. Məhkəmənin qərarına əsasən hüquqmüəyyənedici sənəd üzrə 2 otaq, 30.0 kv.m yaşayış sahəsi, 15.0 köməkçi sahə. Mənzilin məhkəmə qərarında qeyd olunan sahələri (y/s 30.0 kv.m, k/s 15.0 kv.m) və arxiv sxeminə uyğunlaşdırılmış faktiki vəziyyətinə əsasən tərtib olunmuş plan akta əlavə olundu. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********36 nömrəli məktubunda qeyd olunmuşdur ki, sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binanın texniki pasportunun ikinci mərtəbəsinə aid olan mərtəbə planı ümumi istifadədə olan sahələr göstərilməklə göndərilir. Sözügedən binada yerləşən pilləkən sahələri, şüşəbənd eyvan sahələri, mətbəx, sanitar qovşaqları binanın ümumi istifadə sahələridir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023cü il tarixli, 704/g nömrəli məktubunda bildirilmişdir ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 4 ünvanda yerləşən kommunal tipli binanın layihəsinə əsasən mənzillər arasındakı dəhliz, anbar və açıq eyvan sakinlərin (mülkiyyətçilərin) ümumi istifadəsi üçün nəzərdə tutulmuş, bəzi hallarda mənzil mülkiyyətçiləri tərəfindən sahələrin fərdi qaydada və ya qarışılıqlı anlaşma şəraitində ümumi istifadə edilməsi məqsədi ilə bölgü aparılmış, bəzi hallarda isə bir mərtəbədə yerləşən iki mənzil bir şəxs tərəfindən satın alınaraq özəlləşdirilmişdir. Sorğuda göstərilən ünvanın 2-ci mərtəbəsində yerləşən 27 və 29 saylı mənzillərin mülkiyyətçiləri - İddiaçı və X8 arasında layihədə anbar kimi ümumi istifadə üçün nəzərdə tutulmuş 7,6 kv.metrdən ibarət 1 otağa görə münaqişə yaranmış, buna səbəb İddiaçı həmin anbarı heç bir hüquqi əsası olmadan zəbt edərək istifadə etməsi olmuş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən mübahisəli anbar hər iki şəxsin birgə istifadəsinə verilmişdir. Bundan başqa, 2022-ci ilin oktyabr ayında ünvan 6 ünvandakı mənzillərin birində söküntü işlərinin aparılması barədə məlumat daxil olduğundan (Bina Bakı şəhər İcra Hakimiyyəti və FHN tərəfindən təsdiq edilmiş “Qəzalı evlər” siyahısına daxil edildiyi üçün daimi nəzarətdə və diqqət mərkəzindədir) həmin ünvana baxış keçirilmiş, baxış zamanı İddiaçı tərəfindən mənzilinin sanitar qovşağının sökülərək ləğv edildiyi müəyyən olmuşdur. Həmçinin, araşdırma zamanı məhkəmə qərarından narazı qalan İddiaçı qonşu mənzilin sanitar qovşağının birgə istifadəsilə əlaqədar məhkəmə qarşısında iddia qaldıracağını bildirmiş, N.Yusifov isə 1 kv.metr sahədən ibarət olan sanitar qovşağının mülkiyyətində olmasına dair qızı Failya Yusiflinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Texniki Pasportu təqdim etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023cü il tarixli, 799/g nömrəli məktubu ilə göndərilmiş Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli, 30 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 4 ünvanda yerləşən kommunal tipli yaşayış binasının layihəsinə əsasən ikinci mərtəbədəki mənzillər arasındakı dəhliz, anbar və açıq eyvan hər iki mənzil sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. 1900-cı ildə inşa edilmiş, ümumi sahəsi 1220,7 kv.m olan 3 mərtəbəli kommunal tipli yaşayış binası 22 mənzildən ibarətdir. Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Müxtəlif vaxtlarda mərtəbələrdəki mənzillərin mülkiyyətçiləri öz aralarında razılığa gələrək birgə istifadəsi nəzərdə tutulan sahələrin bölgüsünü aparmış və ya ümumi sahəni qarşılıqlı anlaşma şəraitində istifadə edirlər. Elə mərtəbə də var ki, müvafiq qanunun tələblərinə uyğun şəkildə iki mənzil bir nəfər tərəfindən alınıb, özəlləşdirilib və bir ailənin istifadəsindədir. Lakin, sorğuda adları qeyd olunan ikinci mərtəbə sakinləri, 27 və 29 saylı mənzillərin mülkiyyətçiləri — İddiaçı və X4 ailələri arasında layihədə anbar kimi ümumi istifadəsi nəzərdə tutulmuş 7,6 kv.m-dən ibarət 1 otağa görə uzun illərdir ki, anlaşılmamazlıqlar yaşanır. Özlərinin dediyinə görə məsələnin həlli məqsədilə hər iki tərəfin müraciəti əsasında məhkəmə araşdırmaları aparılır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 08-15/157-17 nömrəli məktubunda bildirilmişdir ki, Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzi 61 saylı MKİS-in mühəndisi ilə birlikdə C.Cabbarlı küçəsi 4 saylı evin 27-ci mənzilində sanitar müayinəsi və vizual baxış keçirmişdir. Müayinə zamanı məlum oldu: bina kommunal binadır. Burada 1 gözlü sanitar qovşağı vardır. Lakin, qeyd olunduğu kimi sanitar qovşağı bağlı deyildi, açıq idi. 27 saylı mənzildə yaşayan İddiaçı sözünə görə mətbəx hissədə sağlamlığında fiziki qüsuru olduğu üçün özü üçün sanitar qovşağı təşkil etmişdi. Sonradan isə həmin sanitar qovşağını ləğv etmişdir. Eyni zamanda, Bakı şəhəri, C.Cabbarlı küçəsi ev 4 mənzil 27-də mətbəx hesab edilən hissədə sanitar qovşağının bərpa olunması ilə əlaqədar bildirilir ki, AzDLN 2.7-2 Yaşayış binaları Layihələndirmə Normaları — 2021-ci il. sanitariyaepidemioloji tələblərin təmin edilməsi 9.20 bəndinə əsasən yaşayış otaqlarının və mətbəxin üstündə sanitar qovşağının layihələndirilməsinə yol verilmir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı evin 27 saylı və 29 saylı mənzillərinin ümumi istifadəsində olan sahənin hansı əsaslarla X4 adına sənədləşdirilməsi barədə məlumatın verilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, daşınmaz əmlakın dövlət reyestrinə əsasən qeyd olunan ünvanda vətəndaş X4 adına qeydiyyata alınmış ümumi istifadədə olan sahə aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış binası kommunal tipli yaşayış binasıdır. İddiaçı həmin binada ikinci mərtəbədə yerləşən 27 nömrəli mənzilin, üçüncü şəxs isə eyni mərtəbədə 29 nömrəli mənzilin mülkiyyətçisi olmaqla qonşudurlar. Belə ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil olaraq X10 adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış, daha sonra həmin mənzil 16 yanvar 1997-ci il tarixdə iddiaçıya satılmış, iddiaçının adına mənzilə mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçının iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından sonra 27 nömrəli mənzil 46.4 kv.m olaraq xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, 29 nömrəli mənzil ilkin olaraq 2 otaqlı mənzil kimi X7 adına xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış, daha sonra ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 45.2, yardımçı sahə 17.5 kv.m və 2 yaşayış otağı olmaqla onun adına xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Sonuncunun vəfatından sonra mənzil X8 adına 62.7 kv.m olmaqla qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi ilə mənzil X6 bağışlanmış, xx.xx.2020-ci ildə 29 nömrəli mənzil 63.5 kv.m ölçüdə X4 adına qeydiyyata alınmışdır. Hazırkı iddiasında iddiaçı 1kv.m ölçüdə olan sanitar qovşağın hər iki qonşunun (özü və üçüncü şəxs) ümumi istifadəsində olan sahə olduğundan həmin sahənin üçüncü şəxsin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğvini mübahisələndirir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı iddia tələbi ilə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın mümkün sayıla bilməməsi dəlili ilə razılaşmır və qeyd edir ki, bundan əvvəlki məhkəmə mübahisəsi yaşayış binasının 2-ci mərtəbəsində yerləşən anbar sahəsi ilə bağlı olmuş, iddiaçı sanitar qovşaq hissəsinə mülkiyyət hüququnun qeydiyyatını deyil, anbar sahəsinə olan hüququn qeydiyyatını tələb etmiş və məhkəmələr mübahisə predmeti olan anbar sahəsinə münasibət bildirmiş, ümumiyyətlə isə 2013-cü ildən qeydiyyata alınmış və həmin vaxt üçüncü şəxsin xüsusi mülkiyyətində olan sanitar qovşağa dair qeydlərin düzgünlüyünü həmin hissəni tərəflərin mübahisələndirilməməsi səbəbindən hüquqi qiymət verməmişdir. Beləliklə, hazırki iş üzrə mübahisə predmeti –sanitar qovşağın xüsusi mülkiyyət olaraq qeydiyyatının ləğvidir və bu tələb əvvəlki məhkəmə mübahisəsinin predmeti olmamışdır. Məhkəmə kollegiyası iddianın əsaslılığı ilə bağlı isə qeyd edir ki, Mənzil Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -40.1. Kommunal mənzildə birdən artıq otağa xidmət etmək üçün istifadə olunan sahələr (kommunal mənzildə ümumi əmlak) ümumi paylı mülkiyyət hüququ ilə həmin mənzildə otaq mülkiyyətçilərinə məxsusdur. -41.1. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir. -41.2. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin və həmin mülkiyyətçinin kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına müvafiq olaraq müəyyənləşdirilmiş həmin mənzilin ümumi əmlakını təşkil edən sahələrin məcmusuna mütənasibdir. -41.3. Kommunal mənzildə otaq mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payının aqibəti həmin otağa mülkiyyət hüququnun kimə məxsus olmasından asılıdır. -41.5. Kommunal mənzildə otağın mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: -41.5.1. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; -41.5.2. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıqda başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə. -41.6. Kommunal mənzildə otaq satıldıqda, həmin kommunal mənzildə digər otaqların mülkiyyətçiləri mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərlə özgəninkiləşdirilən otağı satın almaqda üstünlük hüququna malikdirlər. -42.1. Kommunal mənzilin ümumi əmlakının saxlanması xərcləri həmin mənzildəki otaq mülkiyyətçilərinin hesabına ödənilir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Qeyd olunanlardan müəyyən olunur ki, məhdud kommunal şəraitli mənzillərdə bir sıra sahələr (mətbəx, hamam, sanitar qovşaq, anbar və s.) funksional baxımdan kommunal mənzil mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulur və məhz buna görə də onlar məhdud kommunal şəraitli mənzillər sayılır. Kommunal şəraitli mənzillərin mülkiyyətçiləri həmin mənzillərdə birdən artıq otağa xidmət üçün istifadə edilən sahələr (kommunal mənzillərdə ümumi əmlak) üzərində ümumi paylı mülkiyyət hüququna malikdirlər. Bununla bağlı nəzərə almaq lazımdır ki, həmin mənzil mülkiyyətçilərinin ümumi əmlak üzərində ümumi paylı mülkiyyət hüququ həmin hüququn qeydə alınıb-alınmamasından asılı olmayaraq qanuna əsasən yaranır. Həmin normalara görə, mülkiyyət hüququnun başqasına keçməsi zamanı ümumi əmlak, o cümlədən ümumi istifadə üçün nəzərdə tutulan anbar üzərində ümumi paylı mülkiyyət hüququ da qanuna əsasən yeni mülkiyyətçiyə keçir və bu zaman həmin hüququn qeydə alınıb-alınmaması hər hansı əhəmiyyət daşımır (bu hissədə Ali Məhkəmənin 2-1(102)- 267/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). Qeyd edilməlidir ki, hazırkı iş üzrə işin mübahisələndirilməyən halı iddiaçı və üçüncü şəxsin mülkiyyətçiləri olduqları yaşayış binasının məhdud şəraitli kommunal bina olmasıdır. Hər iki mənzilə dair hüquqmüəyyənedici sənədlərin müqayisəli təhlili zamanı müəyyən olunur ki, ilkin olaraq 29 nömrəli mənzil order əsasında 20 kv.m-lik 1 otaqdan ibarət olmuş, daha sonra xx.xx.1991-ci il tarixli icra hakimiyyətinin sərəncamı əsasında əlavə 12 kv.m-lik 1 otaq X7 istifadəsinə verilməklə ümumilikdə 32 kv.m 2 yaşayış otağı onun adına sənədləşdirilmişdir. Qeyd edilməlidir ki, nə xx.xx.1996-cı il tarixdə X7 adına xüsusi mülkiyyət hüququ qeydiyyata alınan zaman təqdim edilən qeydiyyat vəsiqəsində mənzilin ümumi, əsas və köməkçi sahələrinin ölçüləri göstərilmiş, nə də həmin vaxt mənzilin texniki göstəricilərinə dair texniki pasport tərtib edilmişdir. Yalnız 29 nömrəli mənzilə dair xx.xx.2013-cü il tarixdə X7 adına texniki pasport tərtib edilmiş və həmin pasportda mənzilin ümumi sahəsi 2 otaqdan 45.2 kv.m (20.1 kv.m+ 25.1 kv.m), 9.3 kv.m mətbəx, 7.2 kv.m dəhliz və sahəsi 1.0 kv.m. sanitar qovşağı sahəsi olmaqla, ümumi sahə 62.7 kv.m kimi qeyd edilmiş və eyni zamanda 6.27 kv.m ölçüdə 29 nömrəli mənzilə xüsusi mülkiyyət hüququ 2013-cü ildə X7 adına, xx.xx.2020-ci ildə X8 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən mənzil bağışlama müqaviləsi əsasında xx.xx.2020-ci ildə X4 adına qeydiyyata alınmış və bu zaman əlavə 0.8 kv.m balkon sahəsi də nəzərə alınmaqla mənzilin ümumi sahəsi 63.5 kv.m ölçüdə (62.7+0.8) qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, 29 nömrəli mənzilin mülkiyyətçisinin adına xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılarkən və həmin çıxarışın tərkib hissəsi kimi xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib edilərkən ilk dəfə mübahisəli 1.0 kv.m sanitar qovşağı sahəsi mənzil mülkiyyətçisinin xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Halbuki, təqdim olunan mənzilə dair qeydiyyat sənədlərində 1,0 kv.m sanitar qovşağın xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas verən hər hansı hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, 2013-cü ildə qeydiyyat zamanı daşınmaz əmlakın reyestr xidmətinin mütəxəsissləri tərəfindən keçirilmiş yerli baxış zamanı 29 nömrəli mənzildə köməkçi sahənin sənəd üzrə ölçüsü göstərilməmiş, faktiki olaraq isə köməkçi sahənin 17.5 kv.m olmaqla, faktiki 45.2 kv.m ölçüdə yaşayış sahəsi ilə birlikdə mənzilin ümumi sahənin 62.7 kv.m olduğu göstərilmişdir. Başqa sözlə, hələ 2013-cü ildə ilkin qeydiyyat zamanı köməkçi sahəyə, xüsusən də sanitar qovşağa dair mənzil 29-un sahibinin hüquqmüəyyənedici sənədi mövcud olmamış və cavabdeh qeydiyyat orqanına belə bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2013-cü il tarixli yerli müayinə zamanı mənzil 29-a baxış zamanı ölçmə işlərini həyata keçirən cavabdehin mühəndisi həmin mənzildə yalnız anbar və dəhlizin ümumi istifadə olunduğunu qeyd etməsinin səbəbi həmin vaxtlar mənzil mülkiyyətçilərinin öz aralarında ümumi istifadədə olan sanitar qovşaqla narazılıqlarının olmaması, o zaman iddiaçının öz mənzilində 4kv.m-lik mətbəx hissəsindən sanitar qovşaq kimi istifadə etdiyi səbəbindən olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixdə mübahisəli ünvana tərəflərin iştirakları ilə keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, mübahisəli 1,0 kv.m sanitar qovşağı hissəsi dəhlizin başında, üçüncü şəxsə aid mənzilə giriş hissədə yerləşən mətbəxə bitişikdir. Eyni zamanda, həmin sanitar hissəyə uzanan dəhlizə doğru iddiaçının mənzilin içərisindən açılan giriş qapısı mövcuddur. İddiaçıya məxsus ünvanda hazırda mətbəx kimi istifadə edilən sahədə əvvəl sanitar qovşağı mövcud olmuş, mənzilin içərisində sanitar sahə ləğv edilsə də, həmin hissədən binanın xarici divarı ilə çəkilmiş sanitar qovşağın əlaqələndirici boruları müşahidə olunmuş, kanalizasiya xətləri ləğv edilməmişdir. İddiaçı və üçüncü şəxs arasında sanitar qovşaqla bağlı mübahisə əsasən 2020-ci ildən etibarən yaranmış və təsadüfi deyildir ki, iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı mübahisəsi zamanı cavabdeh orqanın mühəndisi tərəfindən xx.xx.2020-ci il tarixdə yerli baxış zamanı anbarla yanaşı sanitar qovşağın da qonşular arasında mübahisəli olduğu bilavasitə göstərilmişdir. F.H.Yusifovanın adına 2013-cü ildə tərtib edilmiş texniki pasportda 29 nömrəli mənzilin sxemi ilə 27 nömrəli mənzilə dair X10 adına 1996-cı il tarixdə tərtib edilmiş texniki pasportda mənzilin yerləşmə sxemlərini müqayisə etdikdə hər iki mənzilin planında 1,0 kv.m-lik sanitar qovşağın yerləşdiyi yerin eyni ölçüdə, eyni istiqamətdə və eyni yerdə yerləşdiyi adi gözlə müşahidə olunur. Başqa sözlə, hər iki mənzilin planında 1,0 kv.m-lik sanitar qovşaq əks olunduğu halda, həmin sahə 2013-cü ildə ilkin olaraq F.H.Yusifovanın, indiki halda isə üçüncü şəxsin adına xüsusi mülkiyyət olaraq qeydiyyata alınmış və hazırda da üçüncü şəxsin adına qeydiyyatdadır. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binanın SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş yanvar 1967-ci il tarixli arxiv texniki pasportun surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivindən əldə edilmiş, həmin binanın 2-ci mərtəbəsinin layihəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilərək həmin mərtəbədə ümumi istifadədə olan sahələrin adları və yerləşdiyi yer göstərilməklə təqdim edilməsi tələb edilmiş və cavabdeh orqanın məhkəmə sorğusuna cavabda Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binanın texniki pasportunun ikinci mərtəbəsinə aid olan mərtəbə planında pilləkən sahələri, şüşəbənd eyvan sahələri, mətbəx, sanitar qovşaqların binanın ümumi istifadə sahələri olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);(....) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə mübahisəli sanitar qovşağın mənzil mülkiyyətçisinin xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanına təqdim edilmədiyi halda cavabdeh inzibati orqan həmin sahəni ümumi istifadədə olan sahə statusundan çıxararaq xüsusi mülkiyyət olaraq qeydiyyata almışdır. Halbuki, yuxarıda sadalanan normalardan, eləcə də bundan əvvəlki məhkəmə icraat zamanı tərəflər arasında “anbar” sahəsinin ümumi istifadədə olan sahə olması ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən də çıxış edərək qeyd olunur ki, məhdud şəraitli kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulan və birdən artıq otağa xidmət etmək üçün istifadə olunan köməkçi xarakter daşıyan sahələr, o cümlədən ümumi istifadə olunan sanitar qovşaq üzərində tam xüsusi mülkiyyət hüququ tanına bilməz. Belə ki, sözügedən 1 kv.m-lik sanitar qovşaq qanuna əsasən kommunal mənzillərdə ümumi istifadədə olan sahədir və həmin sahəyə kommunal mənzil mülkiyyətçilərinin yalnız paylı mülkiyyət hüquqları mövcuddur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulmuş köməkçi xarakter daşıyan sanitar qovşaq üzərində qanuna əsasən ümumi paylı mülkiyyət hüququnun subyektidir və bu halda qonşu mülkiyyətçinin adına həmin sahə ilə bağlı aparılmış qeydlər ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinasını yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar