Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1367/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanda yerləşən binasının texniki döşəməaltısında, həyət tərəfdən 2-ci girişin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə qanunda nəzərdə tutulduğu kimi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1370/2021 saylı qərardadının ləğv edilməsini və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanda yerləşən binanın texniki döşəməaltısında, həyət tərəfdən 2-ci girişin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə qanunda nəzərdə tutulduğu kimi Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin müəyyənləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında iddia ərizəsində qeyd edilmiş 03.06.2020-ci il tarixli məktuba deyil, iddia ərizəsinə heç bir aidiyyəti olmayan 22.05.2020-ci il tarixli məktuba istinad etmişdir ki, bu da iş üzrə prosesin tamamilə başqa istiqamət almasına səbəb olmuşdur. Məhəkəmə iddiaya aidiyyəti olmayan sənəd əsasında qərar çıxarmışdır. Məhkəmə iş materiallarını sonadək araşdırmadan, iddia tələbi çərçivəsindən kənarlaşaraq tez-tələsik əsassız qərardad çıxarmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası idiaçının nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı 03.06.2020-ci il tarixdə ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan cavabdehin 27.07.2020-ci il tarixli, **********60 nömrəli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsinə İddiaçı adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra müvafiq müqavilə əsasında digər fiziki şəxsin adına mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyd olunmuşdur ki, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 97 saylı binada yerləşən qeyriyaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir və əlavə olunmuş sənədlərlə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Bundan başqa sxemdə memarın imzası və qeyri-yaşayış sahəsinin yerləşdiyi sahə dəqiq göstərilməyib. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xxxx” MTK-nın ünvan 3 ünvanında yerləşən binanın texniki döşəməaltısında, həyət tərəfdən 2-ci girişin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə qanunda nəzərdə tutulduğu kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin ƏMDX tabeliyində DƏDRX-in saylı Bakı Ərazi idarəsinə qoyulmasını xahiş etmişdir. İddiaçı ərizəsində cavabdehə 03.06.2020-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət etdiyini də qeyd etmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının cavabdehə ünvanladığı 22 may 2020-ci il tarixli müraciətindən göründüyü kimi, iddiaçı mübahisəli qeyri yaşayış sahəsinin oğlu X1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı hazırki iş üzrə iddia tələbi ilə “Bakı şəhəri, İ.Qutqaşınlı küç., 97 ünvanda yerləşən binasının texniki döşəməaltısında, həyət tərəfdən 2-ci girişin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə qərar qəbul edərkən iddiaçının ərizəsində 03.06.2020-ci il tarixdə ********** nömrəli ərizə ilə cavabdehə müraciət etdiyini nəzərə almamış, eyni zamanda iş materiallarında olmayan, iş üzrə tərəflərin istinad etmədiyi 22.05.2020-ci il tarixli ərizə ilə iddiaçının cavabdehə mübahisəli qeyri-yaşayış sahəsinin oğlunun adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etdiyini qeyd etmişdir. Həmçinin qeyd olunmalıdır ki, 1-ci instansiya məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 17 fevral 20121-ci il tarixli qərardadında dəyişiklik edilmiş, həmin qərardadın 3-cü səhifəsinin 2-ci abzasında düzəliş edilməklə tarix “22 may 2020-ci il” əvəzinə “27 iyul 2020-ci il” oxunulması qeyd olunmuşdur. Lakin burada da məhkəmə qarışıqlığa yol vermiş əvvəl, “22 may 2020-ci il” tarixi iddiaçının inzibati orqana göndərdiyi ərizənin tarixi kimi qeyd etsə də, sonradan həmin tarixi “27 iyul 2020-ci il” tarixlə əvəz etmiş, halbuki qeyd edilən sonuncu tarix iddiaçının ərizəinin tarixi deyil, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunun tarixi olmuşdur. Göründüyü kimi, məhkəmə iddianı mümkün saymadığı zaman iddiaçının aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində ona yardım göstərməmiş, özü də işin materiallarında qeyd olunmayan ərizəyə istinad etməklə yanlış qərara gəlmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1367/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1367/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver