Məhkəmə qərarları › İş №2-1(103)-1367/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1367/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1367/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanına qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2-1(112)-7878/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24.06.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması) 01 avqust 1973-cü ildən başlayaraq 01 yanvar 2006-cı ilədək olan 32 il 5 ay müddətinin sığorta stajına daxil edilməsi, buna uyğun olaraq pensiya məbləğinin yenidən hesablanılması barədə qərar qəbul edilməsi və məhkəmə qərarının icra etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X5 göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 09 mart 2021-ci il tarixdən iddiaçının yaşa görə pensiya hüququ yaranmış, bununla əlaqədar 12 mart 2021-ci il tarixdə müraciətinə müəyyən olunmuş qaydada əlavə edilən əmək kitabçasını, hərbi bileti, ali təhsil haqqında sənədi cavabdehə təqdim etmiş, cavabdehin 29 aprel 2021-ci il tarixli, № **********8 nömrəli cavab məktubunda ona əmək kitabçasında qeyd edilmiş 12.05.1992-ci il tarixindən 20.09.1995-ci il tarixinədək olan “Zilavtotexxidmət”dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yarandığı bildirilmişdir. Tərəfindən təqdim olunan və əmək stajını təsdiq edən sənədləri təkzib edə bilən heç bir dəlilin əldə edilməməsinə baxmayaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sənədlərin daxil olmamasına dair aktı əsas götürərək, cavabdeh orqan əmək kitabçasında qeyd olunan 12 may 1992-ci il - 20 sentyabr 1995-ci il, üç il dörd ay (digər məktubda bu müddət 07.01.1993-cü il-29.09.1995- ci il kimi göstərilmişdir) müddətində iş fəaliyyətinin sığorta stajına əlavə edilməsini mümkünsüz hesab etmiş, hansısa konkret qanunvericilik aktına istinad etməmişdir. Cavabdehin əsassız hərəkətləri nəticəsində iddiaçının sığorta stajından 3 il 5 ay kəsilərək pensiya kapitalının məbləği süni surətdə azaldılmış və iddiaçının aylıq pensiya məbləği müvafiq olaraq az hesablanmışdır (ilkin qiymətləndirməyə görə 18-20 manat fərq). “Zilavtotexxidmət” Texniki-Kommersiya Mərkəzi 1992-ci ilin əvvəllərində Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin qərarı ilə yaradılmış, bir-neçə ay sonra “Azərbaycan Respublikası Zilavtotexxidmət X4 təşkil olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 1992-ci il tarixli 579 nömrəli Qərarı ilə Nazirliyin tərkibindən çıxarılaraq, müstəqil fəaliyyətini davam etdirmişdir. İddiaçının həmin müəssisəyə 1993-cü il yanvarın 7-dən etibarən Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyindən köçürmə yolu ilə işə qəbul olunması haqqında hər iki təşkilatın kadrlar şöbələri tərəfindən əmək kitabçasının 20-ci və 40-cı səhifələrində müvafiq yazılar edilmişdir. Sonradan 14.12.2021-ci il tarixində iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X3 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2-1(112)-7878/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X3 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2-1(112)-7878/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək işlədiyini iddia etdiyi “Zil Avtotexxidmət” X1 dövrlərə aid müəssisənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmədiyi üçün bu dövrlərin araşdırılması mümkün olmamışdır və bu səbəbdən həmin dövr sığorta stajına əlavə edilməmişdir.Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, hüquqi şəxsin dövlət qeydiyyatına alınması onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Yuxarıda qeyd edilən səbəblərdən qeyd olunan illər onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə hazırkı tələbi qanuni və əsaslı sayıla bilməz. İşin apellyasiya icraatı zamanı iddiaçı yazılı izahat təqdim etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2- 1(112)-7878/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 31.03.2021-ci il tarixli məktubu ilə iddiaçıya cavab olaraq bildirilmişdir ki, “daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz 31.06.1978-ci il tarixli əmək kitabçanızda qeyd edilmiş 12.05.1992-ci il tarixindən 20.09.1995-ci il tarixinədək olan “Zilavtotexnikixidmət”dəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər” - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş 12.03.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan maddənin tələblərinə əsasən sizə 09.03.2021-ci il tarixində 260,91 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz 31.06.1978-ci il tarixli l/İT-l № ******* saylı əmək kitabçanıza, P-l № 027817 nömrəli diplomunuzun surətinə və BY № 073024 nömrəli hərbi biletinizin surətinə əsasən 01.01.2006-cı il tarixinədək 29 il 1 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 9.320,84 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyanızın məbləği 260,91 manatdan 282,90 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14.04.2021-ci il tarixli № 4/776 nömrəli aktına əsasən 07.01.1993-cü il tarixindən 29.09.1995-ci il tarixinədək olan “Zil Avtotexxidmet” X4 arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmədiyi üçün sözügedən dövrün sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, cavabdehin 27.05.2021-ci il tarixli **********8 saylı qərarı ilə iddiaçıya 09.03.2021-ci il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmiş, yenidən hesablanmış pensiya məbləği 282.90 qəpik müəyyən edilmişdir. Qeyd: pensiya təyin edilərkən 07.01.1993-29.09.1995-ci illərdəki dövrü yerində araşdırmaq mümkün olmadığı üçün iddiaçının ümumi sığorta stajına daxil edilməmişdir. - İddiaçıya məxsus 31.07.1978-ci il tarixdə doldurulmuş ИT-l № ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 07.01.1993-cü ildən (Əmr 15/k 08.01.1993) 29.09.1995ci ilədək (Əmr 54/k 29.09.1995) “Zilavtotexxidmət” X3 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir, qeyd imza və möhürlə təsdiq edilmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 06 dekabr 2021-ci il tarixli **********606800 saylı məktubundan görünür ki, “Zilavtotexxidmət” Respublika Texniki Kommersiya Mərkəzi 14.05.1993-cü ildə dovlət qeydiyyatına alınmış, hazırkı dövrədək isə inventarlaşdırmadan keçmək yə yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, “Zilavtotexxidmət” Respublika X4 təşkilatı-hüquqi formasını dəyişməsi, ləğv olunması və hüquqi varisinin olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 noyabr 2021-ci il tarixli 01/3-2775 saylı məktubundan görünür ki, “Zilavtotexxidmət” Respublika Texniki Kommersiya Mərkəzi (VÖEN:1********) 19 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 22-1.1. maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (...) Həmin Qanunun 22-1.3-ci maddəsinə Əmək pensiyası hüququ olan şəxslərin 2006cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası DSMF-nin 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29.08.2013cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın iddiaçının 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X3 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün onun iş stajına daxil edilməsindən imtinasının əsası “Zilavtotexxidmət” X4 arxiv sənədlərinin tapılmaması, statistik məlumatlara əsasən 19.06.1996-cı il tarixdə dövlət qeydiyyatına alınması təşkil etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin araşdırılan hallarından görünür ki, qeyd edilən müəssisə 14.05.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh tərəfindən iddiaçının 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X3 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövr iddiaçının pensiyası yenidən hesablanarkən onun ümumi stajına daxil edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2-1(112)-7878/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, e-2-1(112)-7878/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar