Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1367/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa olunma tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9720/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə poçt vasitsə ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022- ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə müvafiq və tam əsası olaraq (xidməti uyğunsuzluğa görə) əmrin ləğv edilib, işinə bərpa olunması vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, xx.xx.2022-ci il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, buraxılmış iddia müddətinin artırılmasını məhkəmədən xahiş etmişdir (i.v. 38) Ərizə onunla əsaslandırılmışdır ki, qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə onu xidmətdən azad etmək məqsədi ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən iki az yaşlı uşağın anası olmasına və 8 il sədaqətlə xidmət etməyinə baxmayaraq (şəxsi həyatına müdaxilə edilərək), şəxsiyyəti bilinməyən şəxsin sifarişi ilə şantaj və böhtanlar nəticəsində, Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 41.0.6-cı maddəsinə əsasən xidmətdən uzaqlaşdırılmışdır. Xidmətinə bərpa olunmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 12-ci və 26-ci maddələrini əldə əsas tutaraq, Bakı İnzibati Məhkəməsinə iddia verilməsi üçün Xətai rayonunda yerləşən “Hüqüq müdafiəsi xidmətlərinə” 06 fevral 2022-ci il tarixdə müraciət edərək, iddia ərizəsinin vaxtında yazılması və hüquqların müdafiə edilməsi barədə 69 nömrəli tapşırıq müqaviləsi bağlamış həmin müqavilə cənab X5 tərəfindən imzalanmış, lakin o, müqavilədə göstərilən şərtləri icra etməmiş və onun günahı üzündən Qanunda göstərilən müddətdə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9720/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa olunma” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq, iddia tələbin təmin edilməsini təmin edilməsini və müddətin bərpası barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərardad hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Çünki, xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə prosesində hakim onu dinləmədən həmçinin cavabdehlərin iştirakı olmadan ayaqüstü məhkəmə prosesi keçirərək əsassız qərərdad qəbul etmişdir. Halbuki, çıxarılan qərardadda bildirmişdir ki, guya ki, cavabdehlərin iştirakı ilə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndələri iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hakim iddiaçı olaraq nə onu dinləmiş nə də ki, cavabdehlərin etirazlarını qəbul etməmiş əsassız qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Quliyev apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasının xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, qanunvericiliklə cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman iddiaçı qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçının müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməsini zəruri edən şərtlər və iddia tələbinin məhkəmə icraatının mümkünlüyü şərtləri ödənilmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, cavabdehin onun “xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi vəxidmətə bərpa olunması barədə mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsini nəzərdə tutur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən u məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş həmin müddət ötürüldüyünə görə müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən onun ərizəsi təmin olunmamış, iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi bu nətiəcəyə gələrkən qeyd etmişdir ki, iddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi Dövlət Sərhəd Xidmətinə bərpa olunma barədə iddia ərizəsinin yazılması üçün “Hüquq müdafiəsi xidmətlərinə” 06 fevral 2022-ci ildə müraciət etdiyini, bu barədə 69 nömrəli tapşırıq müqaviləsi bağlandığını, lakin sonuncunun müqavilədə göstərilən şərtləri icra etməyərək, qanunda göstərilən müddətdə iddia ərizəsinin Bakı İnzibati Məhkəməsinə təqdim olunmadığını bildirmişdir. Məhkəmə qeyd edilənləri iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi iddiaçı sözügedən əmrdən əmr ona elan olunduğu vaxtdan məlumatlı olmuş, həmin vaxtdan müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin imperativ tələbinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur...” “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi nə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt, barədə məlumat, birbaşa elan edilməsi yolu ilə də verilə bilər. İddiaçının iddia ərizəsindən və onun işə əlavə olunmuş xidməti vərəqəsindən görünür ki, cavabdehin mübahsələndirilən xx.xx.2022-ci il tarixli əmri ona xx.xx.2022-ci il tarixdə elan olunmuşdur. İddiaçı isə məhkəmədə, İPM-in qeyd olunan 38.1-ci maddsinin tələbi baxımından, cavabdehin həmin əmrinin ona elan olunduğu xx.xx.2022-ci il tarixindən 30 gün ərzində, yəni, xx.xx.2022-ci il tarixinə kimi, iddia qaldırmalı olduğu halda, həmin müddət bitdikdən 3 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının istinad etdiyi hüquqi xidmət haqqında 69 nömrəli tapşırıq müqaviləsinə gəldikdə, işə əlavə olunmuş həmin müqavilə 2022-ci il tarixdə aprel ayının 1-də bağlamış, yəni, müqavilə bağlanana qədər, iddiaçı artıq 30 günlük şikayət vermə müddətini buraxmış, hətta müqavilə bağlandıqdan 2 ay sonra məhkəməyə müraciət etmişdir (Qeyd olunmalıdır ki, həmin müqavilədə hüquqi yardım göstərən şəxsin məhkəməyə iddia ərizəsi vermək öhdəliyinin mövcudluğu da müəyyən edilmir.) «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan tapşırıq müqaviləsinin şərtlərinə tapşırıq alan tərəfindən yerinə yetirilmədiyini əsas gətirən dəlilləri müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. İPM-in qeyd olunan 24.1-ci maddəsinin mənasından isə görünür ki, məhkəmə o halda, şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir ki, bu məcəllə ilə müəyyən olunmuş prosessual müddət proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Konkret halda isə iddiaçının təqsiri olmadan prosessual müddətin buraxıldığı sübuta yetirilmir. Belə olan halda, iddiaçının hazırkı mübahisələndirmə haqqında iddiasının İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun gələn əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayılması istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9720/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının hərtrəfli və obyektiv olmadığını, əsass olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9720/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1367/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1367/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver