Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1368/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya olaraq bir otaqlı mənzilin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya olaraq bir otaqlı mənzilin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2543/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı kompensasiya tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, “xxxx” zavodunun yataqxanasının yerində inşa edilən binada kompensasiya olaraq ona bir otaqlı mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 1984-cü il tarixindən 2019-cu il tarixədək “xxxx Zavod” İstehsalat Birliyinin yataqxanasında həyat yoldaşı X3 ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 01.05.2019cu il tarixli rəyinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüş və hal-hazırda onun yerində “xxxx” MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərlə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli, 392-ıv Q nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, 04.09.2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.12.2016-cı il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin "sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin qəzalı binanın sakinlərinin onun yerində tikiləcək binada otaqların sayına müvafiq olaraq yeni mənzillərlə təmin olunacağına, bina istismara verilənədək sakinlərə kirayə haqqı ödəniləcəyinə dair verdiyi sözə etimad edərək o, ailəsi ilə birlikdə mənzildən çıxmışdır. Lakin hal-hazıradək “xxxx” MTK tərəfindən yeni binanın tikinitisinin başa çatmasına baxmayaraq o, mənzillə təmin olunmamış və ona kirayə yaşadığına görə kirayə haqqı ödənilməmişdir. Müxtəlif instansiyalara və cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də, məsələ hazırki vaxtadək həll olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktuba aparatın rəhbərinin imzası ilə göndərilmiş M-l113-151 saylı 21.01.2020-ci il tarixli məktubundan göründüyü kimi, müraciəti aidiyyəti üzrə, hazırki iş üzrə cavabdehə göndərilərək müvafiq yaşayış sahəsi ilə təmin olunmağına köməklik göstərilməsi barədə xahiş edilmişdir. Cavabdehə sonuncu dəfə 06.02.2020-ci il tarixdə müraciət etmişdir. Ərizəyə cavab verilməmiş, münasibət bildirilməmişdir. Cavabdeh vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə edərək Azərbaycan Respublikasının Konstitusiyasının bəzi müddəalarından, Azərbaycan Respublikasının Prezidentinin 699 saylı 04.09.2012-ci il tarixli Fərmanından, Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli qərarından irəli gələn tələblərə riayət etmir və onun konstitusion hüquqlarını pozur. Təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi o, Xəzər r-nu, Buzovna qəs., 21/43 saylı məhəllə, “xxxx” zavodunun yataqxanasında qeydiyyatdadır. Təqdim etdiyi 111 saylı MKİS tərəfindən tərtib olunmuş “Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin Xəzər rayonu, Buzovna qəsəbəsi, 111 saylı MKİS-nin balansında olan, məhəllə 2143-də yerləşən yataqxana haqqında Məlumat”dan göründüyü kimi, 2 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin siyahının müvafiq olaraq 274-275-ci sıralarında 2143-cü məhəllədə yerləşən yataqxananın 81 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişdir. Təqdim edilən "Şəxsi hesab vərəqəsi”nin surətindən göründüyü kimi, iddiaçı 2 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 10.02.1986-cı ildən Xəzər r-nu, Buzovna qəs., “xxxx” zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamışdır. Təqdim edilən 17.01.1984-cü ildə tərtib olunmuş forma A-nın surətindən göründüyü kimi, işlədiyi müəssisə - “xxxx” zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. Təqdim edilən “xxxx” ASC tərəfindən verilmiş 03 saylı 29.01.2020-ci il tarixli arayışın surətindən göründüyü kimi, iddiaçı həqiqətən “xxxx” zavodunun nəzdində təşkil olunmuş “Hədiyyə” kooperativində 15.04.1990-cu ildən (əmək müqaviləsi № 15 16.04.1990) 25 05.1992-ci ilə qədər işləmiş (əmr № 3, 25.05.1992). Kooperativ “Hədiyyə” ləğv olunması ilə əlaqədar, köçürmə yolu ilə “Hədiyyə” kiçik Müəssəsində işə qəbul olunmuş (əmr № 11, 25 05.1992) 30.12.1994-cü ilə qədər işləmiş (əmək müqaviləsinin qurtarması ilə ilə əlaqədar işdən azad olunmuşdur) və 1984-cü ildən hal-hazırki günə qədər “xxxx” zavodunun yataqxanasında pasport qeydiyyatındadır. İddiaçının təqdim etdiyi forma A-dan göründüyü kimi, 17.01.1984-cü ildən “xxxx” zavodunun yataqxanasında pasport qeydiyyatındadır, yaşayış yeri qeydiyyatda olduğu ünvandır. Təqdim edilən şəxsi hesab vərəqəsinin surətindən göründüyü kimi, sözügedən mübahisəli mənzilə görə kirayə haqqı və kommunal xərcləri ödəyir. Onunla “Azərsu” arasında bağlanmış müqavilədən və “Azərişıq” tərəfindən təqdim olunmuş “Bildiriş”in məzmunundan aydın olur ki, o, sözügedən yataqxana sökülənədək mübahisəli mənzildə faktiki olaraq yaşamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün geri qaytarılmalıdır. O, cavabdeh inzibati orqana dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubuna M-İ 113-151 saylı 21.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, onun ərizəsi cavabdeh orqana göndərilərək onun müvafiq yaşayış sahəsi ilə təmin olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqana sonuncu dəfə müraciəti 06.02.2020-ci il tarixdə olmuş, lakin ərizəsinə cavab verilməmişdir. Ona görə də məhkəmənin onun tərəfindən inzibati orqana müraciət edilməməsi barədə dəlili əsassızdır. Tərəflərin izahatları 19 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs “xxxx” MTK-nın nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, “xxxx” zavodunun yataqxanasının yerində inşa edilən binadan kompensasiya olaraq ona bir otaqlı mənzilin verilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələblə bağlı bilavasitə cavabdeh inzibati orqana müraciət etməməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Hazırki işdən görünür ki, İddiaçı yaşayış sahəsi ilə təmin edilməsinə köməklik edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciət sonuncunun M-113-151 saylı 21.01.2020-ci il tarixli məktubu ilə (i.v.7) aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir. İddiaçının sözügedən müraciətinə cavab olaraq Bakı şəhər Cavabdeh Başçısının müavini Lalə Əhmədova tərəfindən iddiaçıya ünvanlanmış M-25-068 saylı 11.02.2020-ci il tarixli məktubla (i.v.47) bildirilmişdir ki, “xxxx” zavodunun qəzalı vəziyyətdə olan binasının sökülərək yerinə yeni binanın inşa edilməsi və qəzalı binada faktiki yaşayan sakinlərin yeni mənzillərlə təmin olunması nəzərdə tutulmuşdur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş və sonuncu tərəfindən iddiaçıya cavab məktubu verilmiş, verilən cavab məktubu iddiaçını qane etmədiyi üçün sonuncu hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə bu halları nəzərə almadan iddiaçının tələbinin inzibati məhkəmə icraatında mümkün olmadığı qənaətinə gəlmişdir ki, bu da onu deməyə əsas verir ki, məhkəmə iddianın mümkünlüyü ilə bağlı sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 26.01.2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2543/2021 saylı 26.01.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1368/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1368/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver