Məhkəmə qərarları › İş №2-1(103)-1369/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1369/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1369/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Binəqədi rayon İcra Hakimiyyəti Kabinetinin Mənzil Məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Laçın rayonunun işğalı ilə əlaqədar 1992-ci ildə Bakı şəhərinə köçmək məcburiyyətində qalmış, ünvan 3 m. 73 ünvanında yerləşən yaşayış sahəsi sahibsiz olduğundan, onun və ailə üzvlərinin yaşamağa başqa yeri olmadığından həmin mənzildə məskunlaşmışdır. Yaşayış sahəsinə köçməzdən əvvəl orada təmir işləri apararaq xeyli miqdarda xərc çəkmişdir. Həmin vaxt binanın yalnız beton konstruksiyaları mövcud olmuş, məcburi köçkünlər tərəfindən təmir-tikinti işləri aparıldıqdan sonra bina yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. 2019-cu ilin iyul ayında isə mənzilin ona məxsus olduğunu iddia edən X6 ona qarşı mənzildən çıxarılma tələbinə dair əsassız iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı Binəqədi Rayon İcra Hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqi adlanan həmin sənədlə tanış olmuşdur. Həmin sənəd mənzilə dair əmlak hüquqları yaratmır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qüvvədə olan qanunvericilikdə dəqiqliklə tənzimlənmişdir. Həmin əsaslar sırasında isə dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinin müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsasında verilməsi nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən sənəd isə yaşayış sahəsinin verilməsi üçün nəzərdə tutulmuş heç bir formaya və tələbə cavab vermir. Uzun illər ərzində S.Qədirov belə bir sənədin mövcudluğunu bir dəfə belə səsləndirməmişdir. Sonradan isə həmin sənəd şübhəli şəkildə ortaya çıxmışdır. Həmin sənəd qəbul edilən zaman ümumiyyətlə mənzil yarımtikili vəziyyətdə olmuşdur. Buna görə də onun S.Qədirova verilməsi də mümkün deyildir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 916 saylı xx xxxxxx 1994cü il tarixli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmşdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindənapellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, iddianın mümükünlüyü müəyyən edilənə və qərardad qəbul edilənək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 916 № li, xx.xx.1994-cü il tarixli sərəncamının yalnız vəkil tərəfindən Milli Arxiv İdarəsinə verilən sorğuya xx xxxxxx 2019-cu il tarixdə cavab alındıqdan sonra sərəncam olması məlum olmuşdur. Anlaşılmazlıq nəticəsində iddia ərizəsində mübahisələndirilən sənədin adı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 916 saylı xx.xx.1994- cü il tarixli sərəncamı deyil, Binəqədi rayon İcra Hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqi kimi göstərilmişdir. Mahiyyət etibarilə onlar eyni sənədlər olmuşlar. Sözügedən sənədin sərəncam olması ona məlum olan zaman 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi tərəfindən qərardad qəbul edildiyi üçün iddia tələbinə dəyişiklik etmək imkanı olmamışdır. Qərardadın əsassız olduğunu hesab edir. Belə ki, Milli Arxiv İdarəsi tərəfindən verilən məktubu xx xxxxxx 2019-cu il tarixdə əldə etmiş, xx xxxxxx 2019-cu il tarixdə isə həmin sərəncamn ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, sərəncam iddiaçının hüququna toxunur, həmin mənzil barədə iddiaçının heç bir sənədi yoxdur. İddiaçı həmin mənzili əldə edərkən onun təhvil-təslimi olmamış, yarımçıq vəziyyətdə tikili olub, özü həmin mənzilə xərc çəkərək mənzili yaxşılaşdırmışdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkilişikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “916 No-li xx.xx.1994-cü il tarixli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hazırki iddianı qeyri-mümkün sayarkən ona istinad etmişdir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı 916 saylı xx.xx.1994-cü il tarixli sərəncamı mübahisələndirməsinə dair hər hansı subyektiv hüququ yoxur, həmçinin qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd olunmalıdır ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) sahəsindən qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmeti aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İPM 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından aydınoldu ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə hər hansı inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı müraciət etməmiş, onun barəsində hər hansı inzibati akt qəbul edilməmişdir. Beləliklə, iddiaçının hazırki iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İş üzrə cavabdeh orqan Binəqədi rayon İcra hakimiyyəti Kabinetinin mənzil-məişət komissiyasının 6 saylıxx xxx 1994-cü il tarixli təklifinin təsdiqi” barədə Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 916 saylı xx.xx.1994-cü il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla 1) “Binəqədineft” NQCİ-nin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin X3 ailə tərkibi 5 nəfərlə (özü, yoldaşı, 2 oğlu, qızı) M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 3184/87- ci məhəllə, 3 №-li ev-3 otaqlı, 40, 2-ci kv.m. yaşayış sahəsi olan 73 nömrəli mənzilin verilməsi haqqında olan xx xxxxxxxx 1993-cü il tarixli, 09 nömrəli qərarının təsdiq edilməsi; orderə aşağıdakı şəxslərin adlarının yazılması-X6-özü1955, X7yoldaşı-1956, X8-oğlu-1999, X4-qızı-1981, Qədirov Rövşən Sənail oğlu-oğlu-1983; 2) X2 mənzil növbəsindən çıxarılması, 3) yataqxananın boşaldılması qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin mübahisələndirilən srəncamının iddiaçıya aidiyyəti yoxdur, həmin qərar onun subyektiv (o cümlədən maddi) maraqlarını əhatə etmir. Onun hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etmir. Onun üçün heç bir hüquq və vəzifələr yaratmır. Belə olan halda İcra Hakimiyətinin sərəncamı iddiaçının maraqlarına toxunmadığı üçün onun hüquqlarını poza bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki işdə iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə mübahisəli mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd və mübahisələndirdiyi inzibati akt qəbul edilərkən onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulduğu halını da təsdiq edə biləcək sübut təqdim olunmamışdır. Əksinə, apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, mübahisəli mənzillə əlaqədar ilk iddia üzrə iddiaçı X2 cavabdehlər İddiaçı və X1 qarşı “övladları ilə sözügedən mənzildən çıxarılmaları” tələbinə dair ilk, İddiaçı cavabdeh X3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasına baxılaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6039/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar