Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1369/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməsi, qərarın icrasına müdaxilənin aradan qaldırılması, icra olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-13970/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək: - “Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərarının icra olunmasında Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin Qərarın icrasına edilən müdaxilələrin aradan qaldırılması; -həmin qərarın icra olunması öhdəliyinin Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə” İnzibati Şikayət üzrə Daxili İşlər Nazirliyi tərəfindən qərar qəbul edilməməsi hərəkəti və hərəkətsizliyinin qanunsuz hesab edilməsi; -inzibati şikayət üzrə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi və Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərarın Bakı şəhəri Xətai rayon Polis İdarəsinə daxil olduğu gündən hazıradək görülmüş işlər və tədbirlər barədə dolğun və ətraflı məlumatın verilməsi və iş üzrə toplanmış müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunmasının Bakı şəhəri Xətai rayon Polis İdarəsindən və Bakı şəhəri Xətai rayon İcra şöbəsindən tələb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdaklarla əsaslandırılmışdır: «…İddiaçı inzibati şikayətlə cavabdehə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərarının icra olunmasında Nazirliyin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin Qərarın icrasına edilən müdaxilələrin aradan qaldırılması və həmin Qərarın icra olunması öhdəliyinin Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, lakin hal-hazıradək cavabdehdən cavab alınmadığına görə məcbur qalıb məhkəməyə müraciət edib. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə- xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş (ş\v: AZE 17341782, FİN: 7DNELK8); Bakı şəhəri Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 110, mənzil 06-da qeydiyyatda olan X5 (VÖEN **********) barəsində axtarış elan edilmiş və Qərar icra olunması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. Əsas: İcra tədbirləri nəticəsində X3 yaşadığı yerin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. İki aydan artıq vaxt keçsə də, həmin Qərar icra olunmamış və qanunamüvafiq tədbirlər görülməmişdir. Qərarın icra olunmasında Xətai rayon Polis İdarəsi açıq-aşkar qanunsuz hərəkətsizlik göstərmişdir. Eləcə də, Xətai rayon Polis İdarəsi tərəfindən göstərilən qanunsuz hərəkət və hərəkətsizliyin nəticəsidir ki, Azərbaycan Respublikası adından çıxarılmış (yekun məhkəmə aktı - Ali Məhkəmənin 2(102)-4782/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı-olmuşdu) və qanuni qüvvədə olan məhkəmə qərarı icra olunmamış və bununla da X3 icra icraatından açıq-aşkar yayındırılmasına (gizlədilməsinə) şərait yaradılmışdır. Məhkəmə aktı ilə ümumilikdə 70830 manat pulun X5 tərəfindən ödənilməsi qərara alınsa da, Xətai rayon İcra şobəsinin “İcraata başlamaq haqqında” Qərarı xx.xx.2023-cü il tarixdə və “Borclunun axtarışı haqqında” Qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunsa da, Xətai rayon Polis İdarəsinin bu işə məsul olan əməkdaşlarının göstərdiyi qanunsuz hərəkətsizliyi və bununla da həmin Qərarının icrasına edilən açıq-aşkar əsassız müdaxilələri, belə bir şübhələrin yaranmasına əsas vermişdir ki, X1 rayon Polis İdarəsinin bu işə məsul olan əməkdaşları ilə birgə hərəkət edir və həmin şəxslərin bu cür qanunsuz hərəkət və hərəkətsizliyinə arxayın olaraq, o, ümumiyyətlə, icra icraatından yayınacaq (gizlənəcək), bununla da qanuni qüvvədə olan məhkəmə aktı icra olunmayacaqdır. Azərbaycan Respublikası adından çıxarılmış və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın tələbinə görə icrası məcburi hesab edilən məhkəmə Qərarının icra olunması üçün, İcra məmuru öz səlahiyyətləri hüququnda qanunvericiliyin tələbinə müvafiq olaraq borclu şəxs barəsində axtarış elan edilməsinə dair qəbul edilmiş Qərarın icrasını Xətai rayon Polis İdarəsinə həvalə etsə də və bu tələbin icrası hüquqda imperativ norma olaraq qəbul edilsə də, Xətai rayon Polis İdarəsi tərəfindən qanunvericiliyin imperativ normasının tələbi açıq-aşkar pozulmuş və 2 aydan artıq müddət ərzində borclu şəxsin axtarış tədbirləri başa çatdırılmamışdır. Odur ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq və iddiaçının AR Konstitusiyası və digər qanunlarında nəzərdə tutulmuş hüquqlarının Xətai rayon Polis İdarəsi tərəfindən açıq-aşkar pozulduğundan, həmin hüquqların bərpa olunmasına görə, Xətai rayon Polis İdarəsinin qanunsuz hərəkət və hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana, yəni cavabdehə inzibati şikayətlə müraciət edilmişdir. Qanunvericiliyin tələbinə görə, Şikayət instansiyası şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul etməli və həmin Qərar inzibati akt olaraq, qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13970/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbinə uyğun verilmişdir, məhkəmə icraatı mümükündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: «…Məhkəmə yalnız və yalnız özünə aydın olan ifadə tərzindən istifadə edərək, anlaşılmayan mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə iddianın predmetinin mənasını düzgün qəbul etməmiş və ya etmək istəməmişdir. Çünki, inzibati şikayət üzrə inzibati icraat işinin aparılmasını təsdiq edən ümumiyyətlə hər hansı bir sübut məhkəmə iş materiallarına təqdim olunmamışdır. Belə olan halda, yəni cavabdeh tərəfindən inzibati icraat işi aparılmadığı halda, aparılmayan işə müdaxilə edilməsi halı da anlaşılmazdır və hal yalnız məhkəmənin formal mülahizəsinə əsaslandırılmışdır. Qanunvericiliyin tələbinə görə, şikayət instansiyası şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul etməli və həmin Qərar inzibaİ akt olaraq, qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. İnzibati şikayətə daxil olduğu gündən 1 ay müddətində baxılması və mahiyyəti üzrə qərar qəbul edilməsi məsələsi qanunvericiliyin imperativ norması olsa da, cavabdeh tərəfindən göstərilən imperativ normalara əməl olunmamış, həmin tələblər açıq-aşkar şəkildə pozulmuş və 1 ay müddət keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı qanunvericiliyin tələbi ilə ona verilən hüquqlarından istifadə edərək məhkəməyə müraciət etsə də, məhkəmə haqsız və əsassız olaraq bu halı müdaxilə kimi qiymətləndirmiş və açıq-aşkar qanunsuz olaraq iddiaçını həmin hüquqlardan məhrum etmişdir. Məhkəmə, yalnız cavabdehə və Xətai Rayon Polis İdarəsinə sorğular göndərməklə kifayətlənmiş, apellyasiya şikayətinin 5.1.9-cu bəndində qeyd olunan “İş üçün əhəmiyyət kəsb edən sübutların və məlumatların Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən (VÖEN **********), Bakı Şəhəri Nərimanov rayon Mənzi Kommunal Təsərrüfatı Birliyindən (VÖEN **********), Bakı şəhəri Nərimanovrayon MKTB-nin 18 saylı Mənzil Kommunal İstismar Sahəsindən və AR DİN BaşDövlət Yol Polis İdarəsindən tələb olunmasına dair” vəsatətinə ümumiyyətlə münasibət bildirməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutların (sənədlərin) ümumiyyətlə nəzərə alınmaması (yəni gizlədilməsi), yalnız məhkəmənin sorğusu əsasında əldə olunmuş sübutlara (sənədlərə) hüquqi qiymət verilməsi, həmin sübutların bəzilərinin təhrif olunması və düzgün dəyərləndirilməməsi, eləcə də məhkəmə tərəfindən anlaşılmayan ifadələrdən istifadə olunması, son nəticədə iddia tələbinin mümkün hesab edilməməsinə yönəldiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə, eləcə də formal mülahizələrlə əsaslandırmış; bəzi sübutları gizlədərək, onları ümumiyyətlə dəyərləndirməmiş; həqiqəti müəyyən etməmiş; eləcə də işin hallarına tətbiq olunması nəzərdə tutulmayan və aidiyyəti olmayan müxtəlif sayda maddi-hüquq normalarını qərardadda sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; hazırki işdə tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini dəyərləndirməməklə ədalətsiz nəticəyə gəlmişdir…» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Babayev icra məmərunun borclunun axtarışı haqqında qərarının icra olunaraq borclunun icra məmuruna təhvil verildiyini bildirərək, qərardadın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı tərəfindən (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, qaldırılan iddianın predmetini “Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərarının icra olunması ilə əlaqədar cavabdeh nazirliyin Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, qərarın icrasına müdaxilələrin aradan qaldırılması, icra olunması öhdəliyinin həmin Polis İdarəsinin üzərinə qoyulması barədə inzibati şikayət inzibati şikayətə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təşkil edir. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon İcra şobəsinin (icra məmurunun) “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərarı Bakı Apellyasimya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2(103)-2578/2022-004 №-li xx.xx.2022-ci il tarixli qətnamsəinə əsasən verilmiş icra sənədinin (vərəqinin) məcburi icrası qaydasında qəbul olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də o nəzərdə tutulur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmənin icra sənədinin məcburi icrası yalnız icra məmurları tərəfindən həyata keçirilir və əqrarların icrasına öz səlahiyyətləri daxilində həmin işə baxan məhkəmə və icranı həyata keçirən icra məmurları da nəzarət edir və icrada iştirak edən tərəfləri həmin icra çərçivəsində meydana çıxan bütün məsələlər üzrə icraya nəzərət edən icra məmuruna müraciət etmək və ya onun hərəkətlərindən (hərəkətsizliyindən) işə baxan məhkəməyə şikayət vermək hüquqlarına malikdirlər. Konkret halda da, iddiaçı, mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqinə əsasən başlanılmış icra işində tələbkar olaraq, icra məmrunun qəbul etdiyi «borclunun axtarışı haqqında qərarın» icrasının təmin edilməsini məhz, həmin icraya nəzarət edən icra məmurundan tələb edə və ya onun hərəkətsizliyini işə baxan məhkəmədə mübahisələndirə bilər. Digər tərəfdən, iş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsinin cavabdeh nazirliyə və nazirlyin Xətai Rayon Polis İdarəsinə ünvanladğı sorğusuna Bakı şəhər Xətai rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan aydın olmuşdur ki, keçirilmiş tədbirlər nəticəsində borclu K.Həsənov saxlanılaraq xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinə təhvil verilmişdir. Göründüyü kimi, iddiaçının cavabdeh barəsində müraciət etdiyi məsələ öz həllini tapmışdır. Belə olan halda, onun çatmaq istədiyi məqsədə nail olmaq üçün hazırkı iddia tələbinin uğurluluğu istisna edilir və buna görə də onun hüquqi marağı da mövcud olmur. Qeyd olunanlar və İPM-in 35.1-ci maddəsinin tələbi baxımından konkret halda iddiaçının hazırkı iddia tələbi əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə tərəfindən mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına, maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və ədlatəsiz qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13970/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13970/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1369/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1369/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver