Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-137/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X6 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) «yeni məlumat vərəqəsinin verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci il tarixədək xidmət edərkən, tabor komandiri müavininin vəzifə maaşı nəzərə alınmaqla 760 manat məbləğindən hesablanması, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən (xəstəliyə görə) müvafiq təminat xərcliyinin 5 faizi hesablanması, ona yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddətin (4 ay 22 gün, güzəştli hesablama ilə 9 ay 14 gün) onun iş stajına hesablanması, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğində hesablanması və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faiz əlavə olunmaqla hesablanması və təminat xərcliyinin xidmət müddətinə görə 85,50 faiz hesabı ilə yenidən hesablanması və məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli iddia ərizəsində tələb edilən pensiyanın Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci il tarixədək xidmət edərkən, həmin vaxt tabor komandiri müavininin vəzifə maaşı nəzərə alınmaqla 760 manat məbləğindən (sonrakı artımlar nəzərə alınmaqla) hesablanması, ona yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddətin (4 ay 22 gün, güzəştli hesablama ilə 9 ay 14 gün) onun iş stajına hesablanması, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi (xəstəliyinə görə) məbləğində hesablanması və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faiz əlavə olunmaqla hesablanması üçün təminat xərcliyinin xidmət müddətinə görə 84,00 faiz hesabı ilə yenidən hesablanması və məlumat vərəqinin yenidən tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-520/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 03 avqust 2000-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci ilədək xidmət etmiş və polkovnik-leytenant hərbi rütbəsində tabor komandirinin müavini vəzifəsində olarkən xidmət illərinə görə ehtiyata buraxılmağı ilə əlaqədar Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin adına xx.xx.2020-ci il tarixli 8219 daxil olma nömrəsi ilə rapotla müraciət etmişdir. Məktəbin rəisi onun raportunu imzaladıqdan sonra o, MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmiş və komissiyanın xx.xx.2020-ci il tarixli 5315 №li xəstəlik haqqında şəhadətnaməsi ilə ona “sülh dövrü üçün yararsız, müharibə dövrü içün məhdud yararlı” olmasına dair rəy verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə X14 başladığından ehtiyata buraxılmadan Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0423 nömrəli əmri ilə bir qrup zabitlər, o cümlədən o, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri müavininin vəzifə maaşı saxlanılmaqla N saylı hərbi hissənin tərkibində psixoloq-bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilərək, müharibədə iştirak etmək üçün ön cəbhəyə göndərilmişdir. Müharibənin ilk günlərində ön cəbhədə olmaqla Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bədən xəsarətləri almış və müharibədə xidmətlərinə görə medallarla təltif olunmuşdur. N saylı hərbi hissədə xidmətdə olduğu N yanvar 2021-ci il tarixədək qeyd edilən əmrə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri müavininin vəzifə maaşı saxlanılmışdır. X14 başa çatdıqdan sonra o, Azərbaycan Müdafiə nazirinin N yanvar 2021-ci il tarixli 019 saylı əmri ilə xidmətini davam etdirmək üçün işğaldan azad olunmuş Qubadlı rayonu ərazisində yerləşən DSX-nin Sərhəd Korpusunun hərbi hissəsinə ezam edilmişdir. Həmin əmrin surəti iddiaçıya verilməmiş, əmrlə tanış edilməmiş və hesab etmişdir ki, əvvəlki şərtlə, yəni Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0423 №li əmri ilə Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri müavininin vəzifə maaşı saxlanılmaqla N saylı hərbi hissənin tərkibində xidmətini davam etdirmək üçün göndərilmişdir. O, hərbi xidmətini Dövlət Sərhəd Xidmətində davam etdirilməsinə razılıq ərizəsi verməmiş, həmin əmrin surəti ona təqdim olunmamış, əmrin məzmunundan xəbərsizdir. Həmin əmr xx.xx.2021-ci il tarixdə verilmişdir. Bir müddət sonra, yəni (10 gün sonra) 04 fevral 2021-ci il tarixdə DSX rəisinin əmri ilə o, “Dövlət Sərhəd Xidmətinin X12 X13 iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi” vəzifəsindən ehtiyata buraxılmışdır. X14 başlamamışdan əvvəl o, Azərbaycan Ali Hərbi Məktəbindən MN-nin N saylı Hərbi hissənin şəxsi heyətinin tərkibinə köçürülən zaman tabor komandiri müavinin vəzifə maaşı N manat, N saylı hərbi hissənin tərkibində psixoloq vəzifəsində 625 manat müəyyən olunmuşdur. Lakin DSX-dən ehtiyata buraxılan zaman 2021-ci ilin fevral ayından (cəmi bir ay) onun vəzifə maaşı 760 manat nəzərə alınmaqla yox, qanunsuz olaraq 625 manat olmaqla hesablanmış və ona pensiya da aylıq vəzifə maaşı 625 manat olmaqla hesablanmışdır. Bundan başqa, X14 başlayanadək ehtiyata (pensiyaya) buraxılması ilə əlaqədar, yəni xx.xx.2020-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə verilmiş 5315 №li xəstəlik haqqında Şəhadətnamə ilə onun “sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı”olması müəyyən edilmişdir. DSX-nin rəhbərliyi həmin xəstəlik haqqında şəhadətnaməni nəzərə alaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq onu ehtiyata buraxmışdır. Həmin xəstəlik haqqında şəhadəinamə verildikdən 2 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə X14 başladığından o, təqaüdə göndərilmədən ön cəbhəyə aşağı maaşlı vəzifəyə xidmətə göndirilsə də, həmin əmrlə onun əvvəlki maaşı saxlanılmış və Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xx.xx.2021-ci il tarixədək (20 il 05 ay) xidmət etmişdir. Sonradan ona xidmətinin davam etdirilməsi üçün DSX-nə ezam etdirilməsi bildirilsə də, vəzifə borcunun icrası ona tapşırılmadan bir müddət sərəncamda saxlanılmış və 04 fevral 2021-ci il tarixdən isə ehtiyata buraxılmışdır. O, DSX tərəfindən ehtiyata buraxılan zaman onun son bir ayda, yəni N yanvar 2021-ci il tarixdən 04 fevral 2021-ci il tarixə olan vəzifə maaşı 625 manat əsas götürülməklə 20 ildən artıq xidmət müddətinə, onun vəzifə maaşına, yəni 8 il 04 ay 14 gününün hər ilinə 3 faiz əvəzinə, 2 faiz təminat xərci hesablanmış, yəni ona təminat xərclərinin 72,83 faizi hesablanmışdır. Bu hesablama qanunauyğun deyildir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən xx.xx.2021-ci il tarixli iddia ərizəsində tələb edilən pensiyanın Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci il tarixədək xidmət edərkən, həmin vaxt tabor komandiri müavininin vəzifə maaşı nəzərə alınmaqla 760 manat məbləğindən (sonrakı artımlar nəzərə alınmaqla hesablanması, ona yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci ildən 19 fevral 2021-ci il tarixədək olan müddət (4 ay 22 gün, güzəştli hesablama ilə 9 ay 14 gün) onun iş stajına hesablanması, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faiz məbiəğində hesablanması və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faiz əlavə olunmaqla hesablanması üçün təminat xərcliyinin xidmət müddətinə görə 84,00 faiz hesabı ilə yenidən tərtib edilməsi və məlumat vərəqinin MN-nə və DSMF XŞTÜMF-nə göndərilməsinə dair DSX-nin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5, 20.1, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2, 2.0.9, 2.0.10, “Hərbi qulluqçuların stasusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinad olunsa da bu normalar ümumi normalardır və konkret olaraq iddia tələbinin rədd edilməsini əsasını nəzərdə tutmur. İddiaçının mübahisələndirdiyi yeganə hal ondan ibarətdir ki, o, bütün hərbi xidmətini Müdafiə Nazirliyinin tabeliyində olan Ali Hərbi Məktəbdə və hərbi hissələrdə keçirmiş və pensiya hüququnu da (03 avqust 2000-ci il tarixdən xx.xx.2020- ci il tarixədək olan müddət üçün) həmin dövrdə əldə etmişdir. Həmin vaxtı onun ehtiyata buraxılmaq hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş və 2 gün sonra, xx.xx.2020-ci il tarixdə X14 başladığından o, Müdafiə nazirinin “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılınası haqqında” müvafıq əmri ilə yaradılmış N saylı motoatacı briqadanın (N saylı hərbi hissə) tərkibində xx.xx.2021-ci ilədək xidmət etmiş və bu dövr üçün də vəzifə maaşı düzgün hesablanmışdır. Onun razılığı olmadan başqa növ hərbi hissəyə ezam olunaraq əvvəlki vəzifə maaşından aşağı maaşlı vəzifəyə təyin edilməsi və sonuncu bir ay vəzifə maaşı nəzərə alınmaqla ona pensiya təyin edilməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə müəyyən edilmiş sosial təminat hüququnun pozulmasıdır. Birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respulikası Müdafiə nazirinin 019 №li xx.xx.2021-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 noyabr 2020-ci il tarixli 0120 nömrəli və Azərbayca Respublikası DSX rəisinin 26 noyabr 2020-ci il tarixli 0088 nömrəli birgə əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq, 286-cı Motoatıcı briqadanın (286 №li hərbi hissə) adı çəkilən hərbi qulluqçusu İddiaçı, İdeoloji iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi, 7 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun Şəxsi Heyətinin Siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DSX rəisinin sərəncamına ezam olnmuş hesab edilmişdir. Azərbaycan Respulikası Müdafiə nazirinin 019 №li xx.xx.2021-ci il tarixli əmrində “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq” sözü qeyd edilsə də, iddiaçının hüquqları pozulmuşdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən - Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər. Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir. Azərbaycan Respulikası Müdafiə nazirinin 019 №li xx.xx.2021-ci il tarixli əmri verilərkən hərbi qulluqçu İddiaçı başqa silahlı birləşməsinin tərkibinə keçməsinə razılıq ərizəsini almamışdır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0423 nömrəli əmri ilə Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri müavininin vəzifə maaşı saxlanılmaqla N saylı hərbi hissənin tərkibində xidmətin davam etdirmək üçün göndərilməsi göstərilsə də, Müdafiə nazirinin 019 №li xx.xx.2021-ci il tarixli əmrində vəzifə maaşının saxlanılıb-saxlanmamasına dair heç bir göstəriş yoxdur. DSX-nin rəisinin 164ş/h №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, MN-nin 6-cı Ordu Korpusunun adları aşağıda göstərilən hərbi qulluqçularının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün 07 yanvar 2021-ci il tarixdən, təhvil alınmış 6-cı Ordu Korpusunun ştat-strukturu əsasında qeyd olunan vəzifələrə təyin edilmiş hesab edilmələri əmr edilmişdir. Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusunun N №-li hərbi hissəsi üzrə polkovnik-leytenant İddiaçı, İdeoloji iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi. DSX-nın 234 ş/h №-li, xx.xx.2021-ci il tarixli əmrinin surətindən müyyən olunur ki, Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusu (2027 №-li h/h) üzrə - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.3-cü bəndinə (xəstəliyə görə) müvafiq olaraq DSX rəisinin sərəncamında olan (2027 №-li h/h) polkovnik-leytenant İddiaçı DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, Hərbi qeydiyyata götürülmək üçün SHXÇÜDX-nin Abşeron rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Polkovnik-leytenant İddiaçı 01 fevral 2021-ci il tarixə xidmət illəri - Təqvim ili: 20 il, 07 ay, 06 gün; Güzəştli 08 il, 04 ay, 14 gün, cəmi 28 il, 11 ay, 20 gün təşkil etmişdir. Əsas: MM-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 5315 №-li xəstəlik şəhadətnaməsi. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DSX-nin 10/114 №-li xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ona xidmət illərinə görə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə uyğun olaraq son tutduğu vəzifədən və son təminat xərcliyindən hesablanmışdır. 27 sentyabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddət pensiya «hesablanarkən təqvim illərinə hesablanmış, güzəştli xidmət illərinə (yəni 1 gün 2 gün hesabı ilə) həmin dövr yenidən hesablanaraq, cəmi təqvim illərinin üzərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün 14 oktyabr 2021-ci il tarixli 10/1060m nömrəli məktubla DSMF XŞTÜMF-yə təqdim edilmişdir. Hərbi qulluqçu İddiaçı MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 5315 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə “sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı” olması ilə əlaqədar artıq yanvar 2021-ci il sülh dövrü olduğundan əlavə hərbi xidmətə yox, təqaüdə göndərilməli idi. Qanunun tələblərini pozmaqla onun sülh dövründə hərbi xidmətə yararsız olduğu halda yenidən xidmətinin davam etdirilməsi üçün göndərilməsi qanunsuz olmuşdur. İkincisi, hərbi qulluqçu İddiaçı başqa silahlı birləşmənin tərkibində xidmətinin davam etdirilməsinə razılıq ərizəsi verməmişdir. Üçüncüsü, yeni xidmət yerinə aşağı maaşlı vəzifəyə təyin edilməsi İddiaçı qüsursuz xidmətinə görə dövlət tərəfindən təminat verilən layiqli pensiya almaq hüququnun kobud surətdə pozulması ilə nəticələnmişdir. Belə ki, DSX-nin 001957 №li xx.xx.2021-ci il tarixli məlumat vərəqinin sürətindən müəyyən olunur ki, DSX SQ “Qubadlı” X20 iş və mənəvi X9 psixoloqu-bölmə rəisinin köməkçisi polkovnik-leytenant xx.xx.1982-ci il təvəllüdü İddiaçı iş stajı və xidməti illəri 28 il 11 ay 1 gün, ehtiyata buraxıldığı tarix xx.xx.2021-ci il, 41.0.3-cü maddəyə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır. Pul təminatı: vəzifə maaşı 625.00 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə 25 faiz-194.75 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat, sərhəd qoşunlarında xidmətə görə 10 faiz 62.50 manat, məharət dərərcəsi 15 faiz 93 manat 75 qəpik, cəmi 1194.0 manat hesablanmışdır. DSMF XŞTÜMF-nin **********5 №-li xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında“ qərarın sürətindən (001762 №li pesniya işi) müəyyən olunur ki DSX tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə 869.59 manat məbləgində pensiya təyin olunmuşdur. **********8 №-li, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən müəyyən olunur ki, (001762 nömrəli pensiya işi) İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə yeni məlumat vərəqi əsasında yenidən hesablanmış pensiya məbləği 877 manat 59 qəpik göstərilmişdir (əvvəlki pensiya məbləği 869 manat 59 qəpik; pensiyanın yenidən hesablanması zamanı təminat xərcliyindəki dəyişikliklər: vəzifə maaşı 625,00, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə əlavə 25 faiz-194,75 manat, ərzaq payı 64.00 manat, xidmətə görə 10 faiz 62.50 manat, təminat xərcliyi cəmi 1194.00 manat). Qərarın 13-cü bəndində ötən dövr üzrə alınmamış pensiya məbləği-ötən dövr üçün xx.xx.2021xx.xx.2022-ci il tarixə 98 manat 57 qəpik (1 ay) qeyd olunmuşdur. DSX tərəfindən verilmiş 002034 №li xx.xx.2021-ci il tarixli məlumat vərəqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci təvəllüdlü DSX SQ “Qubadlı” X21 iş və mənəvi X9 psixoloqu-bölmə rəisinin köməkçisi olmuş polkovnik-leytenant İddiaçı iş stajı və xidmət illəri 29 il 3 ay 23 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə 41.0.3-cü maddəyə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Pul təminatı- vəzifə maaşı 625.00, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə əlavə 25 faiz- 94,75 manat, ərzaq payı 64.00 manat, xidməti görə 10 faiz 62.50 manat, məharət dərəcəsi 15 faiz-93.75 manat, cəmi 1194.0 manat göstərilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı 19 fevral 2021-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən polkovnikleytenant İddiaçı xidmət illərinə görə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq son tutduğu vəzifədən və son təminat xərcliyindən hesablanmışdır (xx.xx.2021-ci il tarixindən DSX SQ “Qubadlı” X22 iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi, vəzifə maaşı 625,00 manat təşkil edir). Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 002034 nömrəli məlumat vərəqi 14 oktyabr 2021-ci il tarixli, 10/1066m nömrəli məktubla 21 iyun 2021-ci il tarixdə 10/592m nömrəli məktubla təqdim olunmuş 001967 nömrəli məlumat vərəqində güzəştli xidmət illəri və cəmi təqvimi xidmət illərində düzəliş edildikdən sonra yeni məlumat vərəqəsi (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət 4 ay 22 gün güzəştli xidmət illəri cəmi təqvimi xidmət illərinin üzərinə hesablanaraq) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmşidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə icraata «iddiaçıya yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətin (4 ay 22 gün, güzəştli hesablama ilə 9 ay 14 gün) onun iş stajına hesablanması» hissəsində xitam verilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, qərarın ləğv edildiyi bir hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalı, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 18 iyun 2021-ci il tarixli 001957 nömrəli məlumat vərəqəsində rütbəniz “polkovnik leytenant”, vəzifəniz “DSX SQ Qubadlı X22 iş və mənəvi psixololji təminat bölməsinin psixoloqubölmə rəisinin köməkçisi”, xidmət müddətiniz 28 il 11 ay 1 gün (təqvimi xidmət illəri 20 il 6 ay 16 gün, güzəştli xidmət illəri 8 il 4 ay 15 gün), vəzifə maaşınız 625,00 manat, rütbə maaşınız 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəniz-194,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz-93,75, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi 62,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 1194,00 manat göstərilmişdir 20 fevral 2021-ci il tarixindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 28 il 11 ay 1 gün (təqvimi xidmət illəri 20 il 6 ay 16 gün, güzəştli xidmət illəri 8 il 4 ay 15 gün) xidmət müddətinə görə təminat xərcliyinizin (1194,00 manat) 72,83 faizi-869,59 manat hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən ehtiyata buraxılan hərbi qulluqçulara pensiya onların son təminat xərcliyindən (pul təminatından) hesablanır. Sizə xidmət illərinə görə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq son tutduğunuz vəzifədən və son təminat xərcliyindən hesablanmışdır. 27 sentyabr 2020-ci il tarixdən 19 fevral 2021-cı ıl tarixədək olan müddət pensiya hesablanarkən təqvim illərinizə hesablanmış, güzəştli xidmət illərinə (yəni 1 gün 2 gün hesabı ilə) həmin dövr yenidən hesablanaraq cəmi təqvim illərinizin üzərinə əlavə olunaraq pensiyanın yenidən hesablanması üçün 14 oktyabr 2021-ci il tarixli 10/1060m nömrəli məktubla Ziya Bünyadov küçəsi 43 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi şərtlərlə təyinat idarəsinə” təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar idarəsində olan elektron məlumatlar bazasından əldə etdiyimiz məlumatlara əsasən Siz Azərbaycan Respublikası Müdafiə nazirinin N yanvar 2021-ci il tarixli 019 nömrəli əmri ilə xidmətinizi davam etdirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə göndərilərək 04 fevral 2021-ci il tarixdə həmin xidmətdən ehtiyata buraxılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı Sizə pensiya təyin olunması üçün tələb olunan “Məlumat vərəqi" tərtib edən orqana, yəni Azərbaycar Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. İş materiallarında olan iddiaçı tərəfindən 1-ci kursant taborunun komandirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzum ilə) ehiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin tarixdə 1-ci kursant taborunun komandiri tərəfindən polkovnik-leytenant İddiaçı raportuna əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı müraciəti üzrə 27 sentyabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddətin iddiaçının təqvim illərinin üzərinə əlavə olunaraq pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsi xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2021-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq DSX rəisinin sərəncamına ezam olunmuş, DSX rəisinin xx.xx.2021-ci il tarixli 164 ş/h nömrəli əmri ilə X15 tərkibində olan N nömrəli briqadanın İdeoloji iş və mənəvi X9 psixoloji bölmə rəisinin köməkçisi vəzifəsinə təyin olunmuş, onun vəzifə maaşı - 625,00 manat, hərbi rütbə maaşı - 154,00 manat, uzunmüddətli xidmətə görə əlavə (25%) - 194,75 manat, SQ xidmətə görə (10%) - 62,50 manat, məharət dərəcəsi (15%) - 93,75 manat, ərzaq payı əvəzinə kompensasiya - 64,00 manat olmaqla cəmi - 1194,00 manat təşkil etmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 019 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 noyabr 2020-ci il tarixli 0120 nömrəli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 26 noyabr 2020-ci il tarixli 0088 nömrəli birgə əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq, 286-cı Motoatıcı briqadanın (N №-li hərbi hissə) aşağıda adları çəkilən hərbi qulluqçuları tutduqları vəzifələrdən azad edilmişlər və 07 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyətinin sırasından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuş hesab edilmişlər: 1. Polkovnik-leytenant İddiaçı, İdeoloji ış və X3 psixoloqu-bölmə rəisinin köməkçisi. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 164ş/h nömrəli xx.xx.2021-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 6-cı Ordu Korpusunun adları aşağıda göstərilən hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün 07 yanvar 2021ci il tarixdən, təhvil alınmış 6-cı Ordu Korpusunun ştat-strukturu əsasında qeyd olunan vəzifələrə təyin edilmiş hesab edilmişlər - Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusunun N №-li hərbi hissəsi üzrə - polkovnik-leytenant İddiaçı, İdeoloji iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 234ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.3-cü bəndinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (2027 №-li h/h) polkovnik-leytenant X1 Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Polkovnik-leytenant İddiaçıın 01 fevral 2021-ci il tarixə xidmət illəri: Təqvimi: 20 il, 07 ay, 06 gün, Güzəştli: 08 il, 04 ay, 14 gün. Cəmi 28 il, 11 ay, 20 gün. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 5315 nömrəli xəstəlik şəhadətnaməsi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci tarixli məktubla məhkəməyə təqdim edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli **********8 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçının təminat xərcliyinin cəmi 1194,00 manat, hazırkı pensiya məbləği 869,59 manat, yenidən hesablanmış pensiya məbləği 877,59 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir (20.14.1-ci maddə). Pensiya məbləği 869,59 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçı barədə verilən xx.xx.2021-ci il tarixli məlumat vərəqindən (001957) görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 28 il 11 ay 1 gün, cəmi pul təminatı: vəzifə maaşı - 625,00 manat, rütbə maaşı - 154,00 manat, xidmət illərinə görə əlavə - 194.75 manat (25%), ərzaq payı əvəzinə kompensasiya - 64 manat, sərhəd qoşunlarında xidmətə görə - 62,50 manat (10%), məharət dərəcəsi (2) - 93,75 manat (15%) olmaqla, 1194,00 manat təşkil etmişdir. Vəzifəsi DSX SQ «Qubadlı» X22 iş və mənəvi X9 psixoloqu - bölmə rəisinin köməkçisi; təqvim ili 20 il 06 ay 16 gün; güzəştli xidmət illəri 08 il 04 ay 15 gün; ehtiyata buraxıldığı tarix xx.xx.2021-ci il; ehtiyata buraxıldığı maddə 41.0.3 -xəstəliyə görə. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış polkovnik-leytenant İddiaçı 21 iyun 2021-ci il tarixdə 10/592m nömrəli məktubla təqdim olunmuş 001967 nömrəli məlumat vərəqində güzəştli xidmət illəri və cəmi təqvimi xidmət illərində düzəliş edilib yenidən baxılması üçün ünvanlarına göndərilir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçı barədə verilən xx.xx.2021-ci il tarixli məlumat vərəqindən (002034) görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 29 il 03 ay 23 gün, cəmi pul təminatı: vəzifə maaşı - 625,00 manat, rütbə maaşı - 154,00 manat, xidmət illərinə görə əlavə - 194,75 manat (25%), ərzaq payı əvəzinə kompensasiya - 64 manat, sərhəd qoşunlarında xidmətə görə - 62,50 manat (10%), məharət dərəcəsi (2) - 93,75 manat (15%) olmaqla, 1194,00 manat təşkil etmişdir. Vəzifəsi DSX SQ «Qubadlı» X22 iş və mənəvi X9 psixoloqu - bölmə rəisinin köməkçisi; təqvim ili 20 il 06 ay 16 gün; güzəştli xidmət illəri 08 il 09 ay 07 gün; ehtiyata buraxıldığı tarix xx.xx.2021-ci il; ehtiyata buraxıldığı maddə 41.0.3 -xəstəliyə görə. Müharibə veteranıdır. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 0423 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 23 sentyabr 2016-cı il tarixli 098 nömrəli “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılması haqqında” əmrinə əsasən və “Səfərbərlik zamanı yerdəyişmə Planına uyğun olaraq, aşağıda adları çəkilən zabitlər döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla 286-cı MOTOATİCİ BRİQADADA (N №-li hərbi hissə) təyin olunmuşlar: 11. Polkovnik-leytenant İddiaçı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini-müəllim - 286-cı MOTOATİCİ BRİQADANİN (N №-li hərbi hissə) İdeoloji İş və X2 psixoloqu-bölmə rəisinin köməkçisi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 241 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları çəkilən zabitləri Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0423 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilmişlər: 4. Polkovnik-leytenant İddiaçı, 1-ci kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini-müəllim - İdeoloji İş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0423 nömrəli əmrindən çıxarış. Həmin məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 23 sentyabr 2016-cı il tarixli 098 nömrəli “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılması haqqında” əmrinə əsasən və «Səfərbərlik zamanı yerdəyişmə planına» uyğun olaraq, aşağıda adları çəkilən zabitlər döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşları saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifələrə təyin olunsunlar: 11. Polkovnik-leytenant İddiaçı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini-müəllim - N nömrəli hərbi hissənin İdeoloji İş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0423 nömrəli əmrindən çıxarış. Həmin məktuba əlavə edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 16 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 noyabr 2020-ci il tarixli 0120 nömrəli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 26 noyabr 2020-ci il tarixli 0088 nömrəli birgə əmrinə əsasən Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin ‘'Səfərbərlik zamanı yerdəyişmə Planı”na uyğun olaraq döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissəyə rəyin olunmuş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları göstərilən hərbi qulluqçuları Müdafiə nazirinin 5 yanvar 2021-ci il tarixli 019 nömrəli əmrinə əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısından çıxarılmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunduqlarına görə 7 yanvar 2021-cı il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin siyahısından bütün növ təminatlardan çıxarılmışlar və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuşlar:
2. Polkovnik-leytenant İddiaçı, 1-ci kursant taboru komandirinin Şəxsi heyətlə iş üzrə müavini. Polkovnik-leytenant İddiaçı 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməmişdir, 2021-ci ilin növbəti məzuniyyətindən istifadə etməmişdir, 1 aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 019 nömrəli əmrindən çıxarış. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (xx.xx.2024-cü il tarixədək olan redaksiyası - 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla). 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidmətində, Azərbaycan Respublikasının Strateji X8 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 1-ci kursant taborunun komandirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli raporta əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin yaranmış xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 0423 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 23 sentyabr 2016-cı il tarixli 098 nömrəli “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılması haqqında” əmrinə əsasən və “Səfərbərlik zamanı yerdəyişmə Planı”na uyğun olaraq, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini-müəllim İddiaçı 286-cı motoatıcı briqadanın (N №-li hərbi hissə) İdeoloji İş və X2 psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 019 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 28 noyabr 2020-ci il tarixli 0120 nömrəli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 26 noyabr 2020-ci il tarixli 0088 nömrəli birgə əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq, 286-cı Motoatıcı briqadanın (N №-li hərbi hissə) İdeoloji iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və 07 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyətinin sırasından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 164ş/h nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusunun N №-li hərbi hissəsi üzrə İdeoloji iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 234ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.3-cü bəndinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (2027 №-li h/h) polkovnik-leytenant X1 Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə öz arzusu ilə ehiyata buraxılmağı barədə ərizə ilə rəhbərliyə müraciət etsə də, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla (xidməti zərurətlə əlaqədar) aşağı vəzifəyə keçirilmiş, lakin xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuş, xx.xx.2021-ci il tarixli əmrlə Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusunun N №-li hərbi hissəsi üzrə İdeoloji iş və X3 psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.3-cü bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı yaranmış xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 0423 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla 286-cı motoatıcı briqadanın (N №-li hərbi hissə) İdeoloji İş və X2 psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilsə də, həmin vəzifə üçün nəzərdə tutulmuş 625 manat deyil, əvvəlki vəzifənin (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini) vəzifə maaşı olan 760 manat almışdır. Lakin məlumat vərəqəsində aldığı vəzifə maaşı deyil, xidməti zərurətlə əlaqədar keçirildiyi aşağı vəzifənin maaşı göstərilmişdir. Bundan başqa, iddiaçı xx.xx.2020-ci il tarixli raporta əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında şəhadətnamə ilə onun «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» olması müəyyən edilmişdir, iddiaçı Dövlət Sərhəd Xidmətinə ezam olunduqdan sonra məhz həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 234ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.3-cü bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 29 il 03 ay 23 gün hərbi xidmət keçmiş, həmin müddətin yalnız xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmiş, 29 ildən artıq müddət isə Müdafiə Nazirliyində xidmət etmişdir. İddiaçı xidməti zərurətlə əlaqədar aşağı vəzifəyə keçirilsə də, əvvəlki əmək haqqı saxlanılmış, daha sonra isə Dövlət Sərhəd Xidmətinə ezam olunmuş və bir aydan da az müddət xidmət etdikdən sonra ehtiyata buraxılmışdır. İş materiallarında olan sənədlərdən də (o cümlədən məlumat vərəqələrindən) görünür ki, yaranmış xidməti zərurətlə əlaqədar iddiaçı raportuna əsasən ehtiyata buraxılmadıqdan sonra iddiaçı X14ndə iştirak etmiş, müharibə veteranıdır, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 0423 nömrəli xx.xx.2020-ci il tarixli əmrində iddiaçının döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifəsinə qaytarılması qeyd olunsa da, iddiaçı öz vəzifəsinə qaytarılmamış, Dövlət Sərhəd Xidmətinə ezam olunmuş, sonra isə qısa müddət ərzində Müdafiə Nazirliyində xidmət etdiyi dövrdə müəyyən edilmiş xəstəliklə əlaqədar ehtiyata buraxılmışdır. Yaranmış xidməti zərurətlə əlaqədar iddiaçının raportuna əsasən ehtiyata buraxılmaması, daha az maaşlı vəzifəyə keçirilməsi, sonra isə Dövlət Sərhəd Xidmətinə ezam olunması və ezam olunduqdan 1 ay sonra məhz Müdafiə Nazirliyində xidmət etdiyi dövrdə müəyyən edilmiş xəstəliklə əlaqədar ehtiyata buraxılması nəzərə alınmaqla qeyd olunanlar iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinin (760 manat) vəzifə maaşı (sonrakı artımlar nəzərə alınmaqla), 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi (xəstəliyinə görə) və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faizinin əlavə olunması barədə məlumatlar göstərilməklə məlumat vərəqinin yenidən tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.