Məhkəmə qərarları › İş №2-1(103)-1370/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1370/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1370/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5702/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, yenidən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə, üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqq və qulluq stajına görə 30% əlavə də nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı dövlət qulluğunda 21 ilə qədər, o, cümlədən Mingəçevir şəhəri maliyyə şöbəsində baş büdcə iqtisadçı və sonradan müdiri, müxtəlif vaxtlarda Mingəçevir Təhsil şöbəsində baş mühasib vəzifəsində işləmiş, pensiya yaşı çatdıqda, DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş, lakin pensiya hesablanarkən bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndində dövlət qulluqçularına ildə üç vəzifə maaşı mislində mükafat verilməsi, həmçinin, Prezidentin 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli Fərmanının 1-ci bəndində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi, eyni zamanda Prezidentin 2001-ci il 3 sentyabr tarixili 569 nömrəli və 16 noyabr 2005-ci il tarixli 314 nömrəli Fərmanları ilə dövlət qulluğunda işləyənlərə vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq ödənilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Fərmanın 1-ci və 2-ci bəndlərinə əsasən hakimiyyət səlahiyyəti verilən dövət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi həcmində əlavə haqq hesablanmalıdır. Lakin cavabdeh iddiaçıya pensiya hesablanarkən qeyd etdiklərini nəzərə almamışdır. Qeyd olunan bu nöqsanları aradan qaldırmaq üçün cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh xx.xx.2021-ci il tarixli iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçının əmək pensiyasının yenidən hesablanaraq onun kart hesabına köçürüldüyünü qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5702/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayti onunla əsaslandırılmışdır ki, irəli sürdüyü iddia tələblərindən heç biri təmin edilməmişdir. Tanıdıqları soxlu sayda dövlət qulluğunda çalışmış avəzifəli şəxslər vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə hpaqqın pensiyanın hesablanmasında orta aylıq əmək haqqında nəzərə alınması barədə iddia ərizələri məhkəmələr tərəfindən təmin olunmuşdur. O, 20 il 8 ay Mincəçevir şəhər İK-nin maliyyə şöbəsinin müdiri vəzifəsində işləmiş, ona bu vəzifədən yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Belə olduqda ona hakimiyyət səlahiyyətlərini icra etmiş olur. Hakimiyyət səlahiyyətlərinin icrasına görə AR Prezidenti tərəfindən xx.xx.2008-ci il tarixli 776 saylı Fərman imzalanmışdır. AR Konstitusiyası eyni vəzifələrdə işləyən şəxslərə fərqli pensiyaların təyin edilməsi nzərədə tutulmamışdır.Eyni zamanda cavabdeh 2018-ci ilin fevral ayında ona 4,22 manat əskik ödənildiyini aşkar etsə də az hesablanan məbləği xx.xx.2013-cü il tarixindən deyil, 3 il müddətini ödəmə niyyətindədir. Məhkəmə qərarda qeyd etmişdir ki, AR Prezidentinin xx.xx.2002-ci il tarixli 665 saylı fərmanına əsasən dövlət qulluqçularının qulluq stajına görə 10 ildən yuxarı 20%, 15 ildən yuxarı qulluq stajına görə 30 faiz əlavə haqq alırlar. Lakin ona qulluq stajına görə 30 faiz əvəzinə 22,67 faiz hesablanmışdır.Bu hal məhkəmə tərəfindən cavablandırılmamışdır “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İsgəndərova iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, əmək pensiyasının qulluq stajı və mükafatlar da nəzərə alınmaqla düzgün hesablanaraq ödənildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən: 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Prezidentinin: - 3 sentyabr 2001-ci il tarixli 569 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri - Azərbaycan Respublikasının Prezidenti; dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri - müvafiq dövlət orqanının rəhbəri. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Qaydaların 12-ci bəndində isə təsbit olunmuşdur ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. - 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. - 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi, 15 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 30 faizi miqdarında əlavə haqq alırlar. - 23 oktyabr 2003-cü il tarixli 943 nömrəli “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Fərmanının 1-ci bəndinə əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. - 20 iyun 2008-ci il tarixli 776 saylı “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi” barədə Fərmanın 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. - 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İddiaçının qeyd olunan iddia tələblərindən göründüyü kimi, aşağıdakılar nəzərə alınmaqla, pensiyanın hesablanması üçün əsas götürülən dövr (1987-1992) üzrə dövlət qulluqçusu pensiyasının yenidən hesablanmasını tələb etmişdir: -üç vəzifə maaşı mislində mükafat, -bir vəzifə maaşı həcmində müavinət, -ixtisas dərəcəsinə görə əlavə haqq, -hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqq, -qulluq stajına görə 30% əlavə. İddiaçının pensiya işinə dair iş materiallarına əlavə olunimuş sənədlərə əsasən müəyyən olunur ki, dövlət qulluqçusu kimi ona 20 il 8 ay 12 gün dövlət qulluğu stajı nəzərə alınmaqla, 28.09..2005-ci il tarixindən DSMF-nin Mingəçevir şəhər (rayon) şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli qərarı ilə 1987-1992-ci illər (60ay) üzrə tutduğu - mühsib, baş mühasib, iqtisadçı və müdir vəzifələrindən aldığı əmək haqqından (vəzifə maaşı, mükafatlar) 616000 AZM məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun xx.xx.2006-cı il tarixindən əmək pensiyası 163,67 AZN təşkil etmiş, xx.xx.2007ci il tarixindən isə 204,57 manat, xx.xx.2008-ci il tarixdən 326,98 manat təşkil etmişdir. İşə əlavə olunmuş pensiyanın hesablanması mexanizminə dair hesablama cədvəl göstəricilərinə (i.v.23) əsasən müəyyən olunur ki, iddiaçının əmək pensiyası «Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Sərəncamlarına müvafiq olaraq artımışdır. O cümlədən: -2 dekabr 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2013-cü il tarixindən 564,44 (vəzifə maaşı 520 +qulluq stajına görə əlavə 117,88 + mükafat 67,67)x80%) manata, - 13 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2018-ci il tarixindən 599,89 (vəzifə maaşı 570 + qulluq stajına görə əlavə 129,22 + mükafat 74,18) x80%) manata, -18 iyun 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2019-cu il tarixindən 868,99 (vəzifə maaşı 855 + qulluq stajına görə əlavə 193,83 + mükafat 111,27) x80%) manata qədər yüksəlmişdir. Qeyd olunan hesablama cədvəlinə əsasən müəyyən olunur ki, iddiaçının qulluq stajına görə əlavə 22,67%-lə, mükafatlar isə 780,83 %-lə hesablanmışdır. İddiaçı isə apellyasiya şikayətində Azərbaycan Respublikası Prezidentinin qeyd edilən 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na istinadən mübahisələndirir ki, 21 ilə yaxın qulluq stajı olduğu halda, qulluq stajına əlavə 30%-lə əlavə hesablanmalı olduğu halda, ona 22,67%-lə hesablanmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlili ilə razılaşmır. Çünki, pensiya işindəki hessablamadan (i.v.23) cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.3-cü bəndinə müvafiq olaraq iddiaçıının qulluluq stajına görə əlavə - öz seçiminə görə dövlət məvacibi dövlət qulluqçusunun ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, o cümlədən, xx.xx.1987-01.0.1992-ci illəri əhatə edən 60 ay üzrə qulluq stajına uyğun olaraq işlədiyi vəzifələrin dövlət məvacibindən, qulluq aylarının sayına müvafiq olaraq, hər bir vəzifə üzrə dövlət məvacibi ayrılıqda hesablanıb sonradan toplanmaqla, nəzərə alınan ayların (60 ay) sayına bölünməklə hesablanmışdır. Bu zaman, həmin dövrün 10 ildən 15 ilə qədər işlədiyi dövrə 44 ay düşməklə, bu aylar üzrə 20 faizlə (480 manat), 10 ildən 20 ilə qədər işlədiyi dövrə isə 16 ay düşməklə həmin aylar üzrə 30 faizlə (880) hesablama aparılmaqla alınan həmin kəmiyyətlər toplanaraq 60 aya bölünməklə iddiaçının qulluq stajının ortalıq faizi tapılmışdır: 480+880=1360/60=22,67% Göründüyü kimi, iddiaçının əmək pensiyası - onun seçdiyi dövr üzrə (1987-1992) aldığı vəzifə maaşları, qulluq stajı və mükafatları nəzərə alınmaqla, qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının həmin hissələrdə pensiyasının düzgün hesablanmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası iddiaçının, ona bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavənin pensiyasında nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, onun pensiya işinə dair materiallarda işlədiyi dövrdə məzuniyyətə görə müavinət, ixtisas dərəcəsi və buna görə haqq, eləcə də, vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavələr alması müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...” Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, iddiaçının işlədiyi dövrdə onun məzuniyytə görə məzuniyyətə görə 1 aylıq müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq və vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə almadığı halda, həmin ödəniş növləri nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanması hissəsində tələbinin təmin olunması istisna olunur. İddiaçının apellyasiya şikayətində cavabdehin 2018-ci ilin fevral ayında ona 4,22 manat əskik hesablanan məbləğin 3 il müddəti üçün ödənilməsinin əsassız olduğunu mübahisələndirən dəlillərinə gəldikdə isə birincisi, iddia ərizəsində müvafiq iddia tələbi mövcud olmamışdır. İkincisi, hər bir halda onun pensiyasında mövcud olan həmin əskiklik cavabdehin özü tərəfindən aradan qaldırlmış və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə müvafiq olaraq da ən çoxu üç il üçün hesablanaraq pensiyasına əlavə olunmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəilllərini də əsassız sayır. Beləliklə də cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulduğu müəyyən olunmur. İPM-in 73.1-ci maddəsiin tələbindən də göürünr ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmaqla işdə olan sübutlara maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5702/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5702/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar