Məhkəmə qərarları › İş №2-1(103)-1370/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1370/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1370/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11959/N22 saylı, xx.xx.N22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qarşı qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N22-ci il tarixli 059əç nömrəli əmrinin ləğv edilməsi, onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əvvəl tutuduğu vəzifəsinə (işinə) bərpa olunmağı və məcbui işburaxmaya görə əmək haqqının hesablanaraq, cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N00-ci ildə Hacıqabul rayonunda doğulmuşdur. N19-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il 6 ay Müdafiə Nazirliyinin Bərdə korpusunda xidmət etmişdir. NN-ci ilin iyul ayında hərbi xidmətini başa vurmalı idi. Lakin Tovuz döyüşləri ilə əlaqədar NN-ci ilin avqust ayında ehtiyata buraxılmışdır. N21-ci ilin yanvar ayında MAHHXHQ-da kiçik cavuş kimi hərbi xidmətə başlamışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N22-ci il tarixli 059əç nömrəli əmrinə əsasən xidmətdən azad edilərək ehtiyata buraxılmışdır. Xidmətdə olduğu müddətdə xidmətdən azad olunmağına əsas verən heç bir nöqsana yol verməmişdir və hansı səbəb görə xidmətdən azad edildiyini bilmir. Həmçinin əmrin surəti ona təqdim edilməmişdir, yalnız SHXÇDXnin Hacıqabul rayon şöbəsinə hərbi qeydiyyata durmağı üçün xx.xx.N22-ci il tarixli təyinat vərəqinin surəti ona təqdim edilmişdir. Onun hansı maddəyə əsasən xidmətdən kənarlaşdırılmağı ona məlum deyil. Əmrin surəti və hərbi bileti də ona təqdim edilmədiyindən o, bununla bağlı heç bir məlumatı yoxdur. Müddət keçəndən sonra onun məhkəməyə müraciət etməyi mümkün olmayacağından hazırkı ərizəsini tam əsaslandıra bilmir. Cavabdeh orqanın nümayəndəsi tərəfindən əmrin surəti məhkəməyə təqdim edildikdən sonra o, həmin əmrlə tanış olub iddia ərizəsinə əlavələrini qeyd edə bilər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərə baxılmışdır, kiçik-çavuş İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Belə ki, kiçik-çavuş Əhmədov X4 nazirinin “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkilivə təmin edilməsi barədə Təlimatin” təsdiq edilməsi haqqında 10 dekabr N19-cu il tarixli 010 nömrəli qərarın, Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında" 16 fevral N14-cü il tarixli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 14 oktyabr N14-cu il tarixli müvafiq əmrlərinin tələblərini ciddi şəkildə pozduquna, yəni hərbi hissədə qadağan olunmuş smartfon tipli telefon işlədərək “TİK-TOK” sosial şəbəkəsində videolar paylaşdığına görə xidmət etdiyi N nömrəli hərbi hissədə N fevral N22-ci il tarixdə“müddətdən artıq hərbi qulluqçuların" şərəf məhkəməsində dinlənilmişdir. N fevral N22-ci il tarixində şərəf məhkəməsində dinlənildikdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılması barədə qərar qəbul olunmuş və yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Təqdimatında kiçik-çavuş İddiaçı xidmətdə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğunbilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanın xx.xx.N22-ci il tarixli 059əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmişdir. xx.xx.1994-cü il tarixli 885 №-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi əmr və sərəncamların tələblərini pozan, xidməti vəzifələrin icraolunmasına səhlənkar yanaşan, hərbi qulluqçuların şərəf və ləyaqətini ləkələyən, Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsinə yol verilmir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzəra alaraq Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının əmri ləğv edilərək iddiaçı kiçik-çavuş İddiaçı xidmətə bərpası mümkün olmadığı qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11959/N22 saylı, xx.xx.N22-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11959/N22 saylı, xx.xx.N22-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N00-ci ildə Hacıqabul şəhərində doğulmuşdur, Bakı şəhəi, Binəqədi rayonunda qeydiyyatdadır. - 981 №-li Hərbi hissə Divizionlar qrupunun komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədə qeyd olunmuşdur ki, MAHHXHQ kiçik çavuş İddiaçı N21-ci ilin aprel ayından N nömrəli hərbi hissənin 2-ci bölmənin enerji təminat bölməsinin baş dizelçi elektrik vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam- intizamı zəif bır hərbçi kimi göstərmişdir. Hərbi nəzakət və davranış qabiliyyətinə malikdir. Bilik səviyyəsi zəifdir, lakin artırılması üzrə öz üzərində çalışır. Tabe olmaq bacarığı zəifdir. Hərbi geyim formasını səliqə-səhmanla saxlayır. Rəhbər sənədlərin tələblərinin öyrənilməsində səy göstərir. Özünə və yoldaşlarına qarşı tələbkardır. Komandir və böyük rəislər tərəfindən verilən əmr və sərəncamları düzgün dərk etməkdə çətinlik çəkir və vaxtı- vaxtında yerinə yetirilməsi zamanı nəzarət tələb edir. Kollektiv arasında qismən hörmətə malikdir. Sosial şəbəkələrə meyillidir, özünü nümayiş etdirməyi sevir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini zəif bilir və gündəlik həyatda onların tələblərinə uyğun xidməti təşkil etməkdə nəzarət tələb edir. Dövlət sirlərini qorumağı bacarır. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən safdır. - N nömrəli hərbi hissənin MAHHXHQ heyətinin şərəf məhkəməsinin xx.xx.N22-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, şərəf məhkəməsində N nömrəli hərbi hissənin divizionlar qrupunun 2-ci bölməsinin radiotexniki batareyanın enerji-təminatı bölməsinin baş dizelçi elektriki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik- çavuş İddiaçı xidmət zamanı yol verdiyi nöqsanlara, xidmətə laqeyd münasibət göstərdiyinə və mobil telefonların istifadəsi zamanı iformasiya təhlükəsizliyinin təmin olunması qaydalarını qəsdən pozduğuna görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa gorə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - 981 №-li Hərbi Hissə Komandirinin “Hərbi hissədə inforasiya təhlükəsizliyinin pozulması və təqsirkar şəxslərin cəzalandırılması haqqında” xx.xx.N22-ci il tarixli 160 №- li əmri ilə aşağıdakılar müəyyən olunmuşdur: - Bölmə və batareya komandiri tabeliyində olan hərbi qulluqçular tərəfindən Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.NN-ci il tarixli 088 nömrəli “Azərbaycan Ordusunda mobil telefonlardan istifadə zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında” əmrinin tələblərinə riayət olunmasına ciddi nəzarət etsin. - Divizionlar qrupunun 2-ci bölməsinin enerji-təminatı bölməsinin baş dizelçi elektriki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik-çavuş Əhmədov X4 nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.NN-ci il tarixli "Azərbaycan Ordusunda mobil telefonlardan istifadə zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında" əmrinin tələblərini pozaraq smartfon tipli mobil telefonla “Tik-tok” platformasında canlı yayım açaraq hərbi geyimdə videogörüntülərini paylaşdığına görə “Şərəf məhkəməsində dinlənilsin”. - N nömrəli hərbi hissənin MAHHXHQ heyətinin şərəf məhkəməsinin 33 №-li, xx.xx.N22ci il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Divizionlar qrupunun 2-ci bölməsinin radiotexniki batareyanın enerji-təminatı bölməsinin baş dizelçi elektriki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik-çavuş İddiaçı məhkəmədə ona qarşı deyilən iradlarla razı olduğunu və Azərbaycan ordusunda xidmətini davam etdirmək istədiyini bildirmişdir. - 981 №-li Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli təqdimatında göstərilmişdir ki, kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Kiçik çavuş İddiaçı, 6-cı “İldırım-8ER” zenit raket divizionunun start batareyasının start heyətinin baş operatoru vəzifəsində xidmət etdiyi müddətdə özünü nizam-intizamsız, nizamnamələrin tələblərinə düzgün riayət etməyən bir hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.N19-cu il tarixli 010 nömrəli qərarın tələblərini pozduğu üçün hərbi hissə komandirinin N fevral N22-ci il tarixli əmrinə əsasən MAHHXHQ-ların şərəf məhkəməsinə çıxarılmış və “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması" barədə qərar qəbul edilmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə göndərilməsini xahiş edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədə uyğun hesab edilmiş və nəticədə tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və buna görə də xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - MAHHXHQ-nin 2-i bölmənin enerji təminatı bölməsinin baş dizelçi-elektriki kiçikçavuş İddiaçı ilə xx.xx.N22-ci il tarixdə birinci söhbət aparılmışdır. 5368 №-li arayışın surətindən müəyyən olunur ki, xx.xx.N00-ci il təvəllüdlü İddiaçı 04/N21-ci ildə hərbi xidmətə çağırılmışdır. - N nömrəlihərbi hissənin komandirinin xx.xx.N22-ci tarixli 1465 nömrəli göndərişi ilə 28 aprel N22-ci ildə MN Mərkəzi Hərbi Polikliniksasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamenzi: ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədarN nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçünhərbi həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın,kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Sağlam. “Xəstəliklərcədvəli”nin –maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası NazirlərKabinetinin N08-ci il 29 fevral tarixlii 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Hərbi xidmətə yararlıdır. - MAHHXHQ-nin 2-i bölmənin enerji təminatı bölməsinin baş dizelçi-elektriki kiçik çavuş İddiaçı ilə xx.xx.N22-ci il tarixdə ikinci söhbət aparılmışdır. - Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 04 avqust N22-ci il tarixli 059əç №-li əmrindən çıxarışdan müəyyən olunur ki, 981-ci zenit raket briqadasının (981 №-li hərbi hissə) 6-cı “İldırım-8ER” zenit raket divizionunun start batareyasının start baş heyətinin operatoru kiçik çavuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuluğa görə) olaraq ehtiyata buraxılması əmr edilmişdir. - 981 №li hərbi hissə komandiri tərəfindən imzalanmış xx.xx.N22-ci il tarixli 3384 №li “Təyinat vərəqəsi”ndən (Forma № 25) görünür ki, MAHHXHQ-nin kiçik çavuşu İddiaçı 15 avqust N22-ci il tarixdə Hacıqabul rayonu, SHXÇDX- nin Hacıqabul rayon şöbəsi rəisinin sərəncamına hərbi qeydiyyata durmaq üçün getməsi əmr olunmuş, gedib çatma vaxtı kimi xx.xx.N22-ci il; əsas kimi MNM-HHQ Kom. xx.xx.N22-ci il tarixli 059 əç №li əmri göstərilmişdir. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, ” iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsində qeyd olunub ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156- 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 156-cı maddəsinin “e” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Əsasnamənin 162-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, kiçik-çavuş Əhmədov X4 nazirinin “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimatin” təsdiq edilməsi haqqında 10 dekabr N19-cu il tarixli 010 nömrəli qərarın, Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında" 16 fevral N14-cü il tarixli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 14 oktyabr N14-cu il tarixli müvafiq əmrlərinin tələblərini ciddi şəkildə pozduğuna, yəni hərbi hissədə qadağan olunmuş smartfon tipli telefon işlədərək “TİK-TOK” sosial şəbəkəsində videolar paylaşdığına görə xidmət etdiyi N nömrəli hərbi hissədə N fevral N22-ci il tarixdə “müddətdən artıq hərbi qulluqçuların" şərəf məhkəməsində dinlənilmiş, N fevral N22-ci il tarixində şərəf məhkəməsində dinlənildikdən sonra, onunla iki dəfə söhbət aparılmış “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılması barədə qərar qəbul olunmuş və yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəsində Xidmətdə olduğu müddətdə xidmətdən azad olunmağına əsas verən heç bir nöqsana yol vermədiyini və hansı səbəb görə xidmətdən azad edilməsi barədə məlumatı olmadığını qeyd etsə də, bu hal iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçı yuxarıda qeyd edilən müvafiq qərar və əmrlərin tələblərini pozmuş, yəni hərbi hissədə qadağan olunmuş smartfon tipli telefon işlədərək “TİK-TOK” sosial şəbəkəsində videolar paylaşmış və bu məsələ ilə əlaqədar olaraq “müddətdən artıq hərbi qulluqçuların" şərəf məhkəməsində dinlənilmiş, eyni zamanda onunla iki dəfə söhbət aparılmışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması qaydalarına tam olaraq əməl edilmiş, müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11959/N22 saylı, xx.xx.N22-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11959/N22 saylı, xx.xx.N22-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar