Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1371/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “tikilinin cavabdeh tərəfindən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) Vəkilov Müşfiq İsa oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “tikilinin cavabdeh tərəfindən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10929/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702.0 kvadrat metr olan qeyri-yaşayış binası üzərində İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyət hüququ, 0.0651 ha torpaq sahəsi üzərində isə istifadə hüququ qeydiyyata alınmış, torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı tərəfindən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin üzərində çardaq (mansard) inşa edilmişdir. İddiaçı sökülmüş çardağa (mansarda) görə dəymiş 235000 manat maddi ziyanın ödənilməsi; sökülmüş çardağın (mansardın) cavabdehin vəsaiti hesabına bərpa olunması tələbi ilə Bakı Şəhər Cavabdehnə (bundan sonra cavabdeh) ərizə ilə müraciət etmiş, lakin onun müraciətinin cavablandırılması zamanı hərəkətsizlik göstərilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadratmetr olan qeyri-yaşayış sahəsinin üzərində iddiaçı tərəfindən inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq kompensasiya ödənilməsi öhdəliyinin və ya Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadratmetr olan qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin hesabına bərpa edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi və Bakı şəhəri, Səbaıl rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadratmetr olan qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq (mansard) sahəsinin bərpa edilməsinə cavabdeh inzibatı orqan tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nefitçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində tərəfindən əvvəllər inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin vəsaiti hesabına əvvəlki (sökülmədən əvvəl mövcud olan) vəziyyətinin bərpa edilməsi öhdəliyinin Bakı Şəhər Cavabdeh üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla iddiaçıya məxsusdur. Bir müddət əvvəl tərəfindən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin üzərində şəxsi vəsaiti hesabına çardaq (mansard) inşa edilmişdir. Qeyd edir ki, həmin çardaq sahəsi bütün tikinti-texniki normalara riayət edilməklə tam qanuni şəkildə inşa edilmişdir. Eyni zamanda sözügedən qeyri-yaşayış sahəsinin digər şəxslərə heç bir maneçiliyi olmamış, eyni zamanda çardaq sahəsinin heç bir hissəsi həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin sahəsindən kənara çıxmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Cavabdeh nümayəndələri mülkiyyətində olan qeyri-yaşayış sahəsinə gələrək, heç bir əsas olmadan həmin qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq sahəsinin qanunsuz tikili olduğunu bildirərək, qanunsuz olaraq çardaq sahəsini sökməyə başlamışdırlar. Onlara sözügedən çardaq sahəsini sökmələrinin qanunsuz olduğunu bildirilsə də, ona heç bir məhəl qoyulmamışdır. Hazırkı iddia ərizəsinin əsaslı və təmin edilməli olduğu üçün iki nüansa diqqət yetirilməsi vacibdir. Birinci nüans ondan ibarətdir ki, inzibati orqan Cavabdeh hərəkətlərinin qanuni və “İnzibati icraat” haqqında Qanun və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun olmasının müəyyən edilməsi və ikinci nüans isə ümumiyyətlə həmin çardağın sökülməsinin qanunun tələbindən irəli gəlməsinin müəyyən edilməsidir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95 1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti (AR Fövqəladə Hallar Nazirliyi) orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, həmin çardaq sahəsinin sökülməsi Cavabdeh tərəfindən yox, müvafiq məhkəmə qərarı əsasında yalnız AR Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində aydın müəyyən edilib ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hüquq normalarının məzmunlarından da görünür ki, cavabdeh inzibati orqanın söküntü ilə bağlı hərəkətlərinin qanuni və əsaslı olmasını müəyyən edilməsindən əlavə, həmin orqanın başa çatmış tikilini sökməklə bağlı heç bir səlahiyyəti olmamışdır. Həmçinin, cavabdeh inzibati orqan işin bütün hallarını obyektiv araşdırmadan şifahi göstərişlə ona məxsus və gələcəkdə gözlənilən mülkiyyət hüququ olan əmlakını sökmüşdür. Bununla da cavabdeh həmçinin “İnzibati icraat'' haqqında Qanunun 24-cü maddəsinin tələblərini də pozaraq hərəkət etmişdir. Belə ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibatı icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan başqa, Cavabdeh tərəfindən həmin çardaq sahəsinin sökülməsi ilə bağlı əvvəlcədən iddiaçıya heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən həmin çardaq sahəsinin hansı əsaslarla sökülməsi, buna icazələrinin olub-olmaması ilə bağlı hər hansı bir təsdiqedici sənəd də təqdim olunmamışdır. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən tam mülkiyyət hüquqi ilə ona məxsus qeyri-yaşayış sahəsinin üzərində inşa etdiyi çardaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq özbaşına sökülməsi onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, sözügedən çardağın istismara qəbul sənədlərinin alınması və bundan sonra yeni tikilmiş çardağa dair çıxarışın əldə edilməsi üçün müvafiq qurumlara müraciət etmək üçün sənədləri tərtib edən zaman cavabdeh inzibatı orqan çardağı özbaşına sökməyə başlamışdır. Halbuki, inzibati icraatın vəzifələrini yerinə yetirərək əvvəl iddiaçının həmin çardağa hüquqlarının olmasını və ya normativ hüquqi aktlarla onun həmin çardağa hüquqlarının qeydiyyata alınması üçün müddət müəyyən edilib-edilməməsini araşdırmalı idi. İnzibati orqan isə belə normativ hüquqi aktın olmasını araşdırmadan və ya görməzdən gələrək “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cu il tarixli Fərmanının olmasını nəzərə almamışdır. Belə ki, həmin Fərmanda 01 iyun 2023-cü il tarixədək tikintisi başa çatmış qeyri-yaşayış obyektlərinin istismara qəbulunun qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya münasibət bildirilməmiş və yazılı etirazı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10929/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında aşağıda qeyd edəcəyi xüsusatlardan dolayı iddia tələbinin əsaslı olmadığını bildirmişdir: İddiaçı bərpasını tələb etdiyi çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etməmiş, nümayəndəsi iddia ərizəsinə əlavə edilmiş fotoşəkildəki tikinti sahəsində olan şəxslərin cavabdehin əməkdaşları olmasını bildirmişdir. Cavabdeh də iddaya münasibət bildirməmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində şəxsi vəsaiti hesabına inşa etdiyi çardaq sahəsini sökən şəxslər ona özlərini Cavabdeh əməkdaşları kimi təqdim edərək (xidməti vəsiqələrini göstərdilər) ərazidə söküntü işlərinə başlamışdılar. Tələb etməyinə baxmayaraq çardaq sahəsinin sökülməsi barədə hər hansı bir rəsmi sənəd, məhkəmə qərarı və s. təqdim etməmişdilər. Söküntü işlərinin durdurulması tələbi ilə əlaqədar xx.xx.2024-cü il tarixində o, Cavabdehnə poçt vasitəsi ilə ərizə yollamış, əgər hakimin qeyd etdiyi kimi, ”İddiaçı bərpasını tələb etdiyi çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etməmiş” real olsaydı, o halda Cavabdeh onun müraciətinə cavab olaraq bildirərdi ki, söküntü işləri onların nümayəndələri tərəfindən aparılmır, amma Cavabdeh onun müraciətinə heç bir cavab vermədi. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən cavabdehə söküntü işlərinin durdurulması ilə əlaqədar müraciətlərini təqdim etdiyi foto şəkilləri və video ğörüntülərini, hakim tərəfindən ünvanlanan sorğulara cavabdehin cavab məktublarını nəzərə almamışdır. Halbuki birinci instansiya məhkəməsi söküntünün cavabdeh qurum tərəfindən aparılıb-aparılmaması ilə bağlı cavabdehə müvafiq sorğular ünvanlamışdı və bu sorğuların cavabından, onun məhkəməyə təqdim etdiyi foto şəkillər və video görüntülərindən aydın olur ki, söküntünü Cavabdeh əməkdaşları həyata keçirdiblər. Buna baxmayaraq birinci instansiya məhkəməsi bunları nəzərə almamış, öz qərarında yalnız “iddiaçı çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etməmişdir” fikrini bildirmişdi. Hakimin Qərarının ədalətsiz, qərəzli qanunsuz olduğunu sübut edən faktlardan biri də odu ki, hakim sanki unudub ki, Cavabdeh əməkdaşları tərəfindən söküntü işləri başlayan kimi iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmişdir və hakim Ceyhun Quliyevin özünün bununla əlaqədar Qərardadı mövcuddur. Bu da birinci instansiya məhkəməsinin iş üzrə səthi bir araşdırma apardığını göstərmiş olur. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessul Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Cavabdeh də iddaya münasibət bildirməmişdir. Cavabdeh orqan qanunvericiliyin tələbinə uyğun olaraq nə tərəfindən onlara ünvanlanmış müraciətə, nə də iddiaya hər hansı bir münasibət bildirmişdir. Görünən odur ki, Cavabdeh qanunvericliyə əsasən hazırki iş üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Bu isə hazırki iş üzrə hərtərəfli araşdırma aparılmasına və mübahisəli məsələlərin aydınlaşdırılmasına maneə yaratmışdır. Həmçinin onu da qeyd edir ki, Cavabdeh iddiaya cavab verməməsi, məhkəmə proseslərində iştirak etməməsi bir növ özü-özlüyündə onun iddia tələbini qəbul etmiş hesab etməsinə dəlalət edir. Cavabdeh inzibati orqanın bu hərəkəti bir növ məhkəməyə hörmətsizlikdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının bərpasını tələb etdiyi çardaq (mansard) onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində tikilsə də, sökülən çardaq (mansard) mərtəbəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmamış, tikintiyə icazə verilməmiş, inşa edilmiş tikili tikinti-quraşdırma işləri başa çatmış tikili olmamış (fotoşəkillərdən görünür), qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış binası onun mülkiyyətimdədir və üzərində inşa edilmiş çardaq sahəsinin istismara qəbul sənədlərinin alınması və yeni tikilmiş çardağa dair çıxarışın əldə edilməsi üçün tərəfindən müvafiq qurumlara müraciət etmək üçün sənədləri tərtib edilən zaman Cavabdeh qanunsuz olaraq çardağı sökməyə başlamışdır. Məhkəmənin çardaq sahəsinin yarımçıq tikili olmasına fikrinə münasibət olaraq bildirir ki, bu tamamilə absurddur. Çünki çardaq sahəsi tam şəkildə inşa edilmiş, hər tərəfdən divarları tikilmişdir, üzəri isə dəmir parçalarla tam şəkildə örtülmüşdür ki, bu isə tikilinin başa çatdığını göstərir və bunu sübüt edən foto şəkillər və video görüntülər tərəfindən təqdim edilmişdir. Qeyd ki, tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərə nəzər yetirdikdə açıq-aydın görmək olar ki tikinti başa çatmışdı. Lakin birinci instansiya məhkəməsi onun tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkilərə ətraflı şəkildə baxmamış və tədqiq etməmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cu il tarixli Fərmanının olmasını nəzərə almamışdır. Belə ki, həmin Fərmanda 01 iyun 2023-cü il tarixədək tikintisi başa çatmış qeyri- yaşayış obyektlərinin istismara qəbulunun qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti X14 qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinın artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixdə Fərman imzalamışdır. Həmin Fərmana əsasən 2023-cü il iyunun 1dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri- yaşayış təyinatlı binaların (bundan sonra - qeyri-yaşayış binası) istismarına icazə verilməsinin bir sıra qaydaları müəyyən edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (oğlu) Vəkilov Müşfiq İsa oğlu iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdi ki, iddiaçıya məxsus obyektin üzərində inşası aparılan çardağın söküntüsü ilə bağlı İcra Hakimiyyəti Başçısının hər hansı şifahi və ya yazılı göstərişi olmamışdır. Həmin söküntü işləri FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış, İcra Hakimiyyətinin həmin çardağın qanunsuz inşa edildiyi üçün onun sökülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, o cümlədən aidiyyəti qurumlara müraciətləri olmuşdur. Eyni zamanda nümayəndə bildirmişdir ki, iddiaçının təqdim etdiyi fotoşəkillərdəki şəxslər həqiqətən də icra hakimiyyətinin işçiləridir. Lakin həmin şəxslər söküntü zamanı yalnız onu müşahidə etmək üçün mübahisəli yerdə olmuşlar, həmin əməkdaşlar tərəfindən hər hansı söküntü işləri icra olunmamışdır. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, məhkəməyə iddiaçının təqdim etdiyi fotoşəkildə olan şəxs odur. Ərazi nümayəndəsi olduğuna görə, söküntü işlərinin aparılmasına nəzarət etmək üçün mübahisəli yerə gəlmişdir. FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri söküntü işlərinin aparılmasında iştirak edirdilər. Onun tərəfindən iddiaçıya məxsus obyektin üzərində inşa edilən çardağın söküntüsü ilə bağlı hər hansı iş aparılmamış, çünki ona belə səlahiyyət verilməmişdir. Qeyd olunan ərazidə tikintinin sökülməsini müşahidə etmişdir. Çardağın tikintisindən əsasən şikayət edən qonşular olmuşdur, belə ki, təxminən 20 nəfərə yaxın qonşu buna narazılığını bildirmişdir. Digər şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, qeyd olunan ünvanda iddiaçıya məxsus obyektin üzərində inşa edilmiş çardağın söküntüsü COP29 ilə əlaqədar təmizlik işləri həyata keçirilərkən aparılmışdı. Bu zaman ona da həmin ərazidə söküntü işlərinin aparılması ilə bağlı məlumat verilmiş, o da sahə rəisi olduğuna görə ərazidə söküntü işlərinin aparılması ilə bağlı çıxan materialların ərazidən təmizlənməsi və daşınmasını icra etmək üçün ərazidə olmuşdur. Tərəfindən həmin vaxt arazidə yalnız təmizləmə işləri aparılmış, bu təmizlik işlərinin aparılmasına rəhbərlik də etmişdir. O ki qaldı söküntü işlərinin kim tərəfindən aparılmasına, bu barədə məlumatı yoxdur. Söküntü işləri aparmaq onun səlahiyətlərinə aid deyil. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddiadır, iddiaçının iddia tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyriyaşayış sahəsinin üzərində tərəfindən əvvəllər inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin vəsaiti hesabına əvvəlki (sökülmədən əvvəl mövcud olan) vəziyyətinin bərpa edilməsi öhdəliyinin Bakı Şəhər Cavabdeh üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən hərəkətsizlik göstərilməklə tələbinin təmin olunmasından imtina edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyətdir. 3.0.29-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyətdir. 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. 5.2-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1-ci maddəsinə əsasın mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
80. 1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Hazırkı işdə iddiaçının mülkiyyətində olan obyekt üzərində çardaq inşası ilə bağlı hər hansı icazənin alındığı müəyyən olunmur. Bununla yanaşı, iddiaçı qeyd olunan çardağın məhz cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsinə əsaslanaraq onun cavabdeh qurum tərəfindən əvvəlki vəziyyətinə bərpa olunmasını tələb edir. Lakin aparılan məhkəmə araşdırmaları zamanı qeyd olunan çardağın məhz yerli icra hakimiyyəti orqanının müvafiq sərəncamı və ya şifahi göstərişi ilə, yaxud da onun əməkdaşları tərəfindən sökülməsi faktı təsdiqini tapmamışdır. Bu söküntü işinin aparılmasında cavabdeh inzibati orqanın hər hansı hüquqa zidd, təqsirli hərəkətinin olduğu və yaxud da söküntünün məhz bu cavabdeh qurum tərəfindən həyata keçirildiyi də müəyyən olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü maddəsinə əsasən həmin Məcəllənin 4.3, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 4.7-ci maddəsiə əsasən bu Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 89.2-ci (birinci halda) maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra Məcəllə) 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. 1.2-bəndinə əsasən Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə), yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. 1.3.-cü bəninə əsasən bu Qaydaların tələbləri şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslər üçün məcburidir. Bir daha qeyd olunması zəruridir ki, iddiaçının bərpasını tələb etdiyi çardaq (mansard) mərtəbəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmamış, ona bununla bağlı tikintiyə icazə verilməmiş və fotoşəkillərdən görünür ki, inşa edilmiş tikili (çardaq) ümumiyyətlə tikinti-quraşdırma işləri tam başa çatmış tikili olmamışdır. İşin apellyasiya baxışı zamanı iddiaçının vəsatətinə əsasən məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Cavabdeh 2 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəliyinin rəhbəri X1 və 46 saylı mənzil istismar sahəsinin rəisi X9 ifadələrində tutduqları vəzifəyə görə söküntü işlərinin aparılmasına nəzarət etmək üçün mübahisəli yerə gəldiklərini, FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin söküntü işlərinin aparılmasında iştirak etdiklərini, onlar tərəfindən iddiaçıya məxsus obyektin üzərində inşa edilən çardağın söküntüsü ilə bağlı hər hansı işin aparılmadığını, çünki onlara belə səlahiyyətin verilmədiyini, çardağın tikintisindən təxminən 20 nəfərə yaxın qonşunun şikayətçi olduğunu bildirmişlər. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, cavabdeh qurumun iddiaçının ona məxsus obyekt üzərində qeyri-qanuni inşa edilən çardağın söküntüsü ilə bağlı müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Səbail rayon Polis İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Başıçısına müraciətləri olmuşdur. Beləlikə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya məxsus obyektin üzərində inşa edilmiş çardağın söküntüsünun cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmiş, həmçinin iddiaçıya məxsus olmuş tikilinin söküntüsü ilə bağlı cavabdeh qurumun hər hansı nə şifahi göstərişi olmuş, nə də bu barədə inzibati aktı mövcud olmuşdur. Bununla da iddiaçı istinad etdiyi tikilinin sökülməsi məsələsinin cavabdehə aidiyyatını (səbəb əlaqəsinin mövcudluğunu) sübuta yetirə bilmədiyindən həmin tikilinin məhz cavabdeh qurum tərəfindən sonuncunun vəsaiti hesabına bərpa olunması tələbi də əsassızdır və tələb edə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə cavabdehin qanuna zidd əməli müəyyən edilmədiyindən “tikilinin bərpa edilməsi öhdəliyi” cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Odur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10929/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10929/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X10 Orxan İsmayılov