Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1372/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi Nümayəndə2 Balağa oğlunun, üçüncü şəxs X1 iştirakı ilə İddiaçı şirkətinin cavabdeh X3rşı (üçüncü şəxs: X4 cəlb edilməklə) “bələdiyyənin sərəncamının Sazişin qüvvəyə mindiyi tarixdən hüquqi qüvvəsini itirdiyindən etibarsızlığının tanınması haqqında” inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/2019 saylı 22 may 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Şirkəti cavabdeh X3rşı cavabdehin 797/2 saylı 06.04.2004-cü il tarixli sərəncamının, Sazişin qüvvəyə mindiyi 15.05.2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində şərh olunan faktiki hallarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin 797/2 №-li 06.04.2004-cü il tarixli sərəncamı ilə X2 dövlətin müstəsna səlahiyyətində saxlanan, sənaye təyinatlı turpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış «Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212822 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində 3.000 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X9.Vi və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş imzalanmış və 29.04.2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 №-li Qanuna əsasən Saziş qanun statusunu almışdır.İddiaçı hesab edir ki, həmin Sazişin qüvvəyə mindiyi tarixdən bələdiyyənin sözügedən 797/2 №-li 06.04.2004-cü il tarixli sərəncamının etibarsızlığı tanınmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/2019 saylı 22 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Binəqədi rayon məhkəməsində onun iddia ərizəsi araşıdırılıb Həmin iş üzrə ekspertiza rəyinə əsasən Binəqədi qəsəbə bələdiyyəsinin 06.04.2004-cü il tarixli sərəncamı ilə ona verilmiş 3000 kv.m torpaq sahəsi Bakı şəhərn İcra Hakimiyəinin nin 666 saylı 29.07.1999-cu il tarixli sərəncamına əsasən Binəqədi rayon ərazisində yerləşən və ARDNŞ-ə məxsus olan Binəqədi yatağından geri alınmış torpaq sahəsinin hüdudları daxilindədir. Həmçinin 05.04.2018-ci il tarixli SOCAR-ın təqdim etdiyi digərp bir məktuba əsasən həmin koordinatlar daxilində olan Bakı şəhər İHB-nın 801 saylı 30.05.1994-cü il tarixli sərəncamı ilə mülkiyyətçiyə qaytarılmışdır. Göründüyü kimi qərardad iş hərtərəfli araşdırılmadan, mübahisəli torpaq sahəsini vatı ilə geri qaytarılması nəzərə alınimadan və digər məsələlər aydınlaşdırılmadan qəbul edilmişdir. Hazırda Binəqədi rayon Məhkəməsində mübahisəli torpaq sahəsinə dair araşdırma aparılır və hazırkı qərardadın qüvvədə qalması işin obyektiv araşdırılmasına maneçilik törədəir. Ona görə də qərardad ləğv edilməli, işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs şikayətini müdafiə etdiyini və təmin olunaraq, iş üzrə icraata xatam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin qərardadından şikayət vermədiyini və qərardad ilə razılaşdığını bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, inzibati orqana qarşı qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qvə qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı, habelə, qanunla qorunan hüquq və azadlıqların pozulması (müvafiq sübutları əlavə edilməklə) əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, isə cavabdeh bələdiyyənin mübahisələndirilən 06.04.2004-cü il tarixli 797/2 №-li sərəncamı ilə bağlı məhkəmə icraatının mümkünlük şərtləri sübuta yetirilmir. Belə ki, iddiçının iddia əriziəsinin məzmunundan göüründüyü kimi, qeyd edilən Beynəlxalq «Saziş»ə istinadən cavabdeh bələdiyənin üçüncü şəxsə torpaq ayrılması barədə sözügedən sərəncamının, Sazişin qüvvəyə mindiyi 15.05.2005-ci il tarixindən hüquqi qüvvəsini itirdiyi üçün, etibarsızlığının tanınmasını tələb etmişdir. Halbuki, qanunla təsdiq edilmiş həmin “Saziş”in 5-ci bəndi ilə konkret müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Belə olan halda, “Saziş”in qeyd olunan müddəası cavabdeh bələdiyyənin mübahisələndirilən mübahisələndirilən 06.04.2004-cü il tarixli 797/2 №-li sərəncamına da şamil edilmiş olur. Bu isə o anlama gətirir ki, Qanunla təsdiq edilən “Saziş”in qüvvəyə mindiyi 15.05.2005-ci il tarixdən bələdiyyənin həmin qərarı da artıq ləğv olunmuş, qüvvəsini itirmiş hesab edilir və faktiki olaraq etibarsızdır. Deməli belə olan halda yenidən iddia qaldırmaqla eyni nəticəni ehtiva edən məhkəmə qərarının əldə olunması zərurəti də aradan qalxır. Məhz bu əsasın mövcudluğu kifayətdir ki, iddiaçının hazırkı iddia tələbinin məzhkəmə icraatı mümkün sayılmasın. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən iddianın məhkəmə icraatı mümkün sayıla bilməzdi. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması faktiki və hüquqi əsaslar baxımından düzgün olan nəticədir. Lakin üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Binəqədi rayon Məhkəməsində onun iddə ərizəsinə əsasən baxılan digər işin hallarına və həmin işdə alıan ekspert rəyinə istinadən, birinci instansiya məhkəməsi tərəfindən işin araşıdırılmadığını, Bakı şəhər İHB-nın 801 saylı 30.05.1994-cü il tarixli sərəncamı ilə mülkiyyətçiyə qaytarıldığının nəərə alınmadığını mübahisələndirərək, hesab edir ki, inzibati məhkəmənin hazırkı qərardadı ləğv edilib, işin icraatına xitam verilməlidir. Birincisi, hazırkı işin iddiaçının istinad etdiyi mülki işdən asılığı yoxdur. Yəni, həmin mülki işin predmetini təşkil edən torpaq sahəsinin əsasında, iddiaçının etibarsızlığını mübahisəlndirdiyi cavabdeh bələdiyyənin adı çəkilən sərəncamı durur. İkincisi, iddianın mümkün sayılmaması onu ehtiva edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməmişdir. Yəni, mahiyyəti üzrə araşdırılmasından imtrna olunmuşdur. Belə olan halda, hazırkı qərardadın mülki icraat qaydasında baxılan başqa işə maneçiliyi ola bilməz. Üçüncüsü, iş üzrə icraata xitam verilməsinin İnzibati Prosessual Məcəllənin 55, 66- 67-ci maddələri ilə müəyyən edilən konkret əsasları müəyyən edilmişdir. Üçüncü şəxs tərəfindən isə hansı prosessual əsaslardan çıxış edərək iş üzrə icraata xitam verilməli olduğu əsaslandırılmamışdır. Beləliklə də məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/20119 saylı 22 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/2019 saylı 22 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1372/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1372/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver