Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1372/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 sədrliyi və məruzəsi ilə, X və X1 ibarət tərkibdə, Xnın katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-11888/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlı daşınmaz əmlakın yaşayış sahəsi fondundan qeyri-yaşayış sahəsi fonduna keçirilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən 229,10 kv. metrdən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evi) qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanlı ev ona məxsusdur. Bu barədə DƏDRX-dən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış mövcuddur. Lakin indi həmin mülkiyyəti yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək istəyir. Bununla bağlı qanuni hər hansı maneə mövcud deyil. Suraxanı rayon İcra Hakimiyyətinin razılığı mövcuddur. Həmçinin, evin ipotekada olmasını nəzərə alaraq, "xxxx" MMC-nin də razılığı alınmışdır. Ona verilmiş hüquqları əsas tutaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi ünvan 2 ünvanlı daşınmaz əmlakı yaşayış sahəsi fondundan qeyri-yaşayış sahəsi fonduna keçirilməsi barədə müraciətə imtina olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya **********09 №li xx.xx.2022ci il tarixli etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli, ********** daxilolma nömrəli və xx.xx.2021-ci il tarixli, ********** daxilolma nömrəli ərizələr ilə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair təqdim edilən eskiz layihə ilə faktiki vəziyyət uyğunsuzluq təşkil edir. Həmçinin, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqlar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" MMC-nin razılıq məktubu əlavə edilməmişdir. Bundan əlavə, yaşayış sahəsindən qeyri-yaşayış binasına keçməsinə dair daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********81 saylı, xx.xx.2021-ci il tarixli və **********91 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən əmlakın sənəd üzrə sahəsi 229.1 kv. metr, faktiki ölçüsü 233.7 kv. metr təşkil edir Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-11888/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən 229,10 kv. metrdən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evi) qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair təqdim edilən eskiz layihə ilə faktiki vəziyyət uyğunsuzluq təşkil edir. Həmçinin, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqlar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" MMC-nin razılıq məktubu əlavə edilməmişdir. Bundan əlavə, yaşayış sahəsindən qeyri-yaşayış binasına keçməsinə dair daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsinin apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (reyestr № **********31-10301) dair xx.xx.2018-ci il tarixdə tərtib olunmuş Texniki Pasportun surətindən müəyyən olunur ki, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,0445, faktiki sahə üzrə 0,0445 ha və yaşayış evinin ümumi sahəsi 229.1 kv. metr təşkil edir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında, 0.0445 kv. metr torpaq sahəsində yerləşən 229,10 kv. metrdən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr № **********31- 10301) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, adı çəkilən inzibati orqan tərəfindən ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 117,9 kv. metr yaşayış sahəsinin, aptek və ərzaq dükanı məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin: a) Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi; b) Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və digər tələblərə riayət olunaraq mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq dövlət qurumlarının razılığının nəzərə alınaraq keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İca Hakimiyyətinin 127 №-li, xx.xx.2021-ci il tarixli “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilməsi haqqında” Sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 2 mərtəbəli fərdi yaşayış evinin yaşayış sahəsi 117,9 kv. metr, ümumi sahəsi 229,1 kv. metr olmaqla 5 yaşayış otağından ibarətdir. Fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmışdır. Qeyd olunan sərəncamla: - Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 2C ünvanda yerləşən, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin 117,9 kv. metr yaşayış sahəsi təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi; - RİHB-nin 109 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinin qüvvədən düşmüş hesab edilməsi və digər bəndlərində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış razılıq ərizələrində İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən **********1-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli ümumi sahəsi 229.10 kv. metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.0445 ha olan torpaq sahəsinin ipoteka olunmağına baxmayaraq, təyinatının (daşınmaz əmlakın növünün) dəyişilməsinə etiraz etmədikləri, əmlakın təyinatının dəyişməsinin girov saxlayan ilə girov münasibətlərinə təsir göstərməyəcəyi qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış fondundan qeyri-yaşayış fonduna keçidi ilə bağlı dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********91 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair təqdim edilən eskiz layihə ilə faktiki vəziyyət uyğunsuzluq təşkil edir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqlar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişkiliklərin edilməsi ilə bağlı "xxxx" MMC-nin razılıq məktubu əlavə edilməlidir. Bundan əlavə, qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və s. Eyni Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Eyni Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evinin yaşayış sahəsi 117,9 kv. metr, ümumi sahəsi 229,1 kv. metr olmaqla 5 yaşayış otağından ibarətdir. Fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmışdır. Bakı şəhəri Suraxanı Rayon İca Hakimiyyətinin 127 №-li, xx.xx.2021-ci il tarixli “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilməsi haqqında” sərəncamla Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 2C ünvanda yerləşən, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin 117,9 kv. metr yaşayış sahəsi təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyriyaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi, RİHB-nin 109 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinin qüvvədən düşmüş hesab edilməsi və digər bəndlərində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış razılıq ərizələrində İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən **********1-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli ümumi sahəsi 229.10 kv. metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.0445 ha olan torpaq sahəsinin ipoteka olunmağına baxmayaraq, təyinatının (daşınmaz əmlakın növünün) dəyişilməsinə etiraz etmədikləri, əmlakın təyinatının dəyişməsinin girov saxlayan ilə girov münasibətlərinə təsir göstərməyəcəyi qeyd olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili qeyri-yaşayış binasına dair təqdim edilən eskiz layihə ilə faktiki vəziyyət uyğunsuzluq təşkil etməsi, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" MMC-nin razılıq məktubunun əlavə edilməməsi, yaşayış sahəsindən qeyri-yaşayış binasına keçməsinə dair daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri təqdim edilməməsindən ibarətdir. Halbuki, Bakı şəhəri Suraxanı Rayon İca Hakimiyyətinin 127 №-li, xx.xx.2021-ci il tarixli “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilməsi haqqında” sərəncamı ilə Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 2C ünvanda yerləşən, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin 117,9 kv. metr yaşayış sahəsi təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilmiş, o cümlədən "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən **********1-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli ümumi sahəsi 229.10 kv. metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.0445 ha olan torpaq sahəsinin ipoteka olunmağına baxmayaraq, təyinatının (daşınmaz əmlakın növünün) dəyişilməsinə etiraz etməməsi barədə razılıq verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ƏMDX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən 229,10 kv. metrdən ibarət daşınmaz əmlakın Bakı şəhəri Suraxanı Rayon İca Hakimiyyətinin müvafiq sərəncamına əsasən qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi müəyyən edildiyindən, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasların mövcud olmaması və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-11888/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Cahangir Yusifov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1372/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1372/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver