Məhkəmə qərarları › İş №2-1(103)-1375/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1375/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1375/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «qərarın ləğv olunması») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil və qanuni təmsilçisi Duman Sinanın, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163089 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2019 - avqust 2022 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.

2. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********726900 nömrəli Bildiriş iş materiallarına əlavə olunmuşdur.

3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221801284 nömrəli Çıxarışa əsasən: Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı Məhdud Msəuliyyətli Cəmiyyəti Yoxlanılan sahibkarlıq subyektinin VÖEN-i: ********** Yoxlamanın müddəti: 20.10.22-xx.xx.2022 Yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022. Yoxlamanın predmeti və hüquqi əsasları: Vergi qanunvericiliyə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla) (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, xx.xx.2000, maddə 38) Yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması

Yoxlamanın tipi: Plan üzrə (növbəti)

4. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********163162 nömrəli Tələbnaməyə əsasən İddiaçı (VÖEN: **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün müvafiq sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər 1.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu 1.8. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda) 1.14. Dəyəri 10.00 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri 1.15. Dəyəri 2.00 min manatdan yuxan olan bütün sığorta polisləri 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları 1.17 Torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları 1.18 Müəssisə tərəfindən götülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.19 Müəssisənin mühasibatlığmın aparıldığı proqram təminatından çıxarış 1.20 iddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar 1.21 Ümidsiz borclar barədə məlumatlar; 2. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) elektron surəti 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda) 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə) 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda) 2.6 Malmaterialların daşıma xərcləri 2.7 Yük gömrük bəyanamələrinin surəti (PDF faylda) 2.6 Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti 2.8 Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda) 2.9 Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda) 2.7 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda) 2.8 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri 2.9 Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri 2.10 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoyslarm, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri 2.11 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı 2.12 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda) 2.13 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda) 2.14 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər, götürülməsi həyata keçirilməsi qərara alınmışdır.

5. “Sənədlərin qismən təqdim olunması barədə” xx.xx.2022-ci il tarixli Akta əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlərin tələb olunması zamanı müəssisənin rəhbəri tərəfindən aşağıdakı sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuşdur:

1. Reyestrdən çıxarış,

2. Hüquqi şəxsin nizamnaməsi,

3. 2019, 2020, 2021, 2022-ci il üzrə gömrük bəyannamələri,

4. Kapital və Paşabank çıxarışları,

5. Mənfəət vergisi bəyannaməsi,

6. Təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayış

Qeyd olunan sənədlər onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir.

6. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********165009 nömrəli Qərara əsasən İddiaçı (VÖEN **********) -dən(dan) Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər 1.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu 1.8. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda) 1.14. Dəyəri 10.00 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri 1.15. Dəyəri 2.00 min manatdan yuxan olan bütün sığorta polisləri 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları 1.17 Torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları 1.18 Müəssisə tərəfindən götülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.19 Müəssisənin mühasibatlığmın aparıldığı proqram təminatından çıxarış 1.20 iddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar 1.21 Ümidsiz borclar barədə məlumatlar; 2. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) elektron surəti 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda) 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə) 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda) 2.6 Malmaterialların daşıma xərcləri 2.7 Yük gömrük bəyanamələrinin surəti (PDF faylda) 2.6 Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti 2.8 Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda) 2.9 Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda) 2.7 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda) 2.8 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri 2.9 Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri 2.10 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoyslarm, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri 2.11 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı 2.12 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda) 2.13 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda) 2.14 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər, götürülməsi həyata keçirilməsi qərara alınmışdır.

7. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********174110 nömrəli Protokola əsasən müvafiq sənədlərin surəti vergi ödəyicisindən götürülmüşdür: "xxxx" MMC ilə X18 təqdim olunmuş İPC-lər elektron faylda yaddaş kartında 38.9 mb, 113 mb, 34.45 mb, 31.1 mb, 22.2 mb olmaqla 5 qovluqda "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ- ilə X18 təqdim olunmuş müqavilə və forma 2 elektron faylda yaddaş kartında 14.7 mb "SOLUTİONS EQUİPMENT TOOLS" Məhdud Məsuliyyətli Cəmiyyəti - ilə X18 təqdim olunmuş eqaimə və invoice elektron faylda yaddaş kartında 1.38 mb "İNNOVA KONSTRAKŞN ƏND KONTRAKTİNQ" MMC- ilə X18 təqdim olunmuş eqaimə və invoice müqavilə və forma 2 elektron faylda yaddaş kartında 164 mb "xxxx" MMC- ilə X18 təqdim olunmuş İPC-lər elektron faylda yaddaş kartında 25.0 MB, 5.50 MB olmaqla iki qovluqda Lisenziya Sənədləri, Dövlət reyestrdən çıxarış, Nizamnaməsi, Təssərüfat subyekti barədə məlumat. Bank hərəkatları haqqında məlumat **********398900, **********457100, **********536700, **********609400, **********620500 nömrəli məktublarla Online karguzarlıq vasitəsi ilə təqdim edilmişdir. Debitor borc hesabatı barədə cədvəl elektron faylda yaddaş kartında 52.8 kb.

8. xx.xx.2023-cü il tarixli, **********163739 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur: Müəssisə yoxlanılan dövr ərzində "xxxx" MMC, "xxxx"xxxx"AKELİK GROUP MMC, "CASPİAN BUİLDİNG SYSTEMS" MMC, "xxxx" MMC, "İNNOVA KONSTRAKŞN ƏND KONTRAKTİNQ" MMC, "xxxx" MMC "SOLUTİONS EQUİPMENT TOOLS" MMC, "xxxx" MMC-lər üçün təmir tikinti, elektrik quraşdırma və havalandırma sistemlərinin quraşdırılması işləri aparmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163089 nömrəli qərarı ilə İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Yoxlama materiallarının ilkin hazırlanması şöbəsinin böyük dövlət vergi müfəttişi X4 tapşırılmışdır. Vergi ödəyicisinin mülkiyyət növü xüsusi mülkiyyət, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətidir. Müəssisənin aktda qeyd olunan bank hesablarından başqa digər bank və kredit təşkilatlarında hesablan olmamışdır. Səyyar vergi yoxlamasının aparılması zamanı X18 forma 2 olmaması həmçinin e qaimə əsasında və həmçinin idxal olunmuş mal materialların X18 silgisi həcmi sərfıyyatı barədə yoxlamaya sənədlər təqdim edilməmişdir və bu barədə vergi ödəyicisisi tərəfindən yoxlamaya müvafiq arayışlar təqdim olunmuşdur.Görülmüş işlərlə bağlı əksər hissəsi "xxxx" MMC-nin sifarişi əsasında görülmüş lakin forma 2 və matrialın silgisi sərfiyyatı barədə yoxlamaya sənədlər təqdim olunmamış və görülmüş işlərin tərkibində matrialın həcmini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə mənfəət bəyannamələrinin 232-ci sətrdə Digər xərclər bölməsində göstərilən xərc məbləğlərinin açılışı təyinatı yoxlamaya təqdim olunmamışdır. Ümumilikdə, vergi ödəyicisi tərəfindən yoxlamaya sənədlərin tam təqdim edilməməsi Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi-hesab fakturalar, e-qaimə fakturalar əsasında aparıldı. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən mütəxəssis dəvət olunmuş lakin sənədlər material silgisi təqdim olunmadığına görə mütəxəssis rəy verməkdən imtina etmiş və mütəxəssis rəyi xx.xx.2023-cü il tarixli **********661800 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir.

9. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176615 nömrəli Qərarda qeyd edilmişdir ki, mənfəət vergisinin yoxlanılması üzrə Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. ...Analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq sturuktura müraciət olunmuş və cavab olaraq anoloji fəaliyyətlə məşğul olan "xxxx" MMC (VÖEN:**********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəəsisələrin fəaliyyət göstərdiyi ərasizinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətləin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssilərin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir. ...Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə vergi ödəyicisinin mənfəəti elektron qaimə fakturalar, bank hesablarından alınmış məlumatlar əsasında müəyyən edilmişdir. Yoxlama dövründə çəkilən xərclərlə əlaqədar olaraq malmaterialların silgi cədvəlləri, layihə smeta sənədləri, texniki hesabatlar, bilavasitə işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı sair xərcləri təsdiq edən sənədlər və s. yoxlamaya təqdim edilməmişdir. Nəticədə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları”na əsasən hesablanmışdır: 2019cu il üzə M=6505086.10 / (100 + 20) x 20 = 1084181.02 manat, Keçmiş illərin 713630.10 manat zərəri nəzərə alınaraq 2019-cu il üzrə 370547,32 manat mənfəətdən 74109,46 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə M=20815962,88 / (100+20) x 20 = 3469327,15 manat 2020-ci il üzrə 2469327,15 manat mənfəətdən 693865,43 manat mənfəət vergisi hesablanmışdır. 2021-ci il üzrə M=********.77 / (100 + 20) x 20 = 3707625,62 manat 2021-ci il üzrə 3707625,62 manat mənfəətdən 741525,12 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 103-cü, 104-cü və 83.9-cu maddələrinə əsasən 1 509 500,01 mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 1 509 500,01 manat vergi məbləğinin 50% miqdarda, 754 750,01 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. X20nin yoxlanılması üzrə Səyyar vergi yoxlaması ilə sentyabr 2019-cu il tarixdən avqust 2022-ci il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal, iş və xidmətlərə görə bəyan edilmiş ƏDV-siz dövriyyə 49 607 321,21 manat, ƏDV məbləği 9 929 317,82 manat, elektron qaimə faktura və YGB üzrə əvəzləşdirilən ƏDV məbləği 7 700 555,89 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə VM-nin 159,166 və 175-ci maddələrinin tələbləri gözlənilməklə, elektron qaimə-fakturalar, təqdim edilmiş forma 2-lər, İPC-lər, bank hesabına və ƏDV DH-na ödənişlər əsasında 2019-cu ildə büdcəyə hesablanmış ƏDVnin 36833,52 manat azaldığı, 2020-ci ildə 17594,09 manat artıq hesablandığı, 2021-ci ildə 46829,34 manat azladıldığı və 2020-ci ildə 22610,34 manat artqı hesablandığı, ümumilikdə 43458,43 manat ƏDV-nin azaldıldığı aşkar edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən 116469,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində hesablanmış ƏDV-lər əsasən VM-nin 175-ci maddəsinə görə aparılmış ƏDV əvəzləşdirmələri üzrə bank hesabı və ya ƏDV DH-dan ödənişlərin aparılmadığına görə yaranmışdır. ...Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X12 və Sinan Duman tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019xx.xx.2022) 1841857,35 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 741497,70 manatı geri qaytarılmışdır. ...Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 22263,78 manat vergi məbləğinin 50 faizi miqdarında, 11131,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərar alınmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbrai tibbi sığorta haqları üzrə: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən “Sosial sığorta haqqında” qanunun14-cü maddəsinin tələblərinə düzgün əməl edilməməsi səbəbindən səyyar vergi yoxlaması ilə 943,45 manat sosial sığorta haqqı üzrə artıq hesablama müəyyən edilmişdir. Artıq hesablanmış 943,45 manat sosial sığorta haqqı nəzərə alınmışdır. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec, 94583,7 manat ƏDV məbləğinin ödənilməsinə görə Vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 47291,86 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçı (VÖEN: **********) aşağıda göstərilən səbəblərə görə Fərq Dövr (il Artıq VM Maliyyə Vergi qısa adı Azaldılmışdır Faiz üzrə) hesablanmışdır Əlavə Artıq maddəsi sanksiyası hesablama hesablama

Mənfəət vergisi 2019 74109.46 0.00 74109.46 0.00 58.1 37054.73 0.00

Mənfəət vergisi 2020 693865.43 0.00 693865.43 0.00 58.1 346932.72 0.00

Mənfəət vergisi 2021 741525.12 0.00 741525.12 0.00 58.1 370762.56 0.00

X20 2019 40649.85 3816.33 36833.52 0.00 58.1 20324.93 0.00

X20 2020 41639.04 29233.13 0.00 17594.09 58.1 5819.52 0.00

X20 2021 115596.63 68767.29 46829.34 0.00 58.1 57798.32 0.00

X20 2022 65054.11 87664.45 0.00 22610.34 58.1 32527.06 0.00

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, 2020 0.00 938.84 0.00 938.44 58.1 0.00 0.00 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, 2021 0.00 3.36 0.00 3.36 58.1 0.00 0.00 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, 2022 0.00 1.25 0.00 1.25 58.1 0.00 0.00 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)

Ödəmə mənbəyində 2019 736.34 0.00 736.34 0.00 58.1 368.17 0.00 tutulan vergi

Ödəmə mənbəyində 2020 5388.26 0.00 5388.26 0.00 58.1 2694.13 0.00 tutulan vergi

Ödəmə mənbəyində 2021 10094.90 0.00 10094.90 0.00 58.1 5047.45 0.00 tutulan vergi

Ödəmə mənbəyində 2022 6044.28 0.00 6044.28 0.00 58.1 3022.14 0.00 tutulan vergi

ƏDV məbləğinin ödənilməməsinə 2019 0.00 0.00 0.00 0.00 VM 58.6 2569.89 0.00 görə

ƏDV məbləğinin ödənilməməsinə 2020 0.00 0.00 0.00 0.00 VM 58.6 3893.69 0.00 görə

ƏDV məbləğinin ödənilməməsinə 2021 0.00 0.00 0.00 0.00 VM 58.6 4458.28 0.00 görə

ƏDV məbləğinin ödənilməməsinə 2022 0.00 0.00 0.00 0.00 VM 58.6 36370.00 0.00 görə

Cəmi 1 764 703.42 190 424.65 1 615 426.65 41 147.88 41 147.88 0

10. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2023-cü il tarixli, **********763500 nömrəli Tələbnamə iş materiallarına əlavə olunmuşdur.

11. İddiaçı tərəfindən 2020-ci il, 2021-ci il və 2022-ci il üzrə fəaliyyəti ilə bağlı elektron qaimə fakturalar iş materiallarına əlavə olunmuşdur.

12. İddiaçı tərəfindən 2019-cu il, 2020-ci il, 2021-ci il və 2022-ci il vergi dövrləri üzrə vergi orqanına təqdim olunmuş dəqiqləşdirilmiş X8(lər)si iş materiallarına əlavə olunmuşdur.

13. İddiaçı MMC və "xxxx" MMC arasında 1362/SC0093_LOA saylı, 06 mart 2020-ci il tarixli Müqavilə bağlanmışdır. Tərəflər arasında vağlanmış müqavilə üzrə xx.xx.2023-cü il tarixli “Ödənilmiş məbləğlərin siyahısı”na əsasən: AZ-MEP GROUP MMC-nin ÖDƏNİŞ CƏDVƏLİ

MÜQAVİLƏ NO: 1362/SC-0093 SİRA TƏSVİRİ DÖVR ÖDƏNİŞ GÜNÜ ÖDƏNİŞ MİQDARİ ABŞ DOLLARİ №

1 Avans Ödənişi İYUL 2020 6 AVQUST 2020 864.000,00

2 Avans Ödənişi İYUL 2020 21 AVQUST 2020 864.000,00

3 Avans Ödənişi SENTYABR 2020 15 OKTYABR 2020 864.000.00

4 X18 Ödəniş OKTYABR 2020 01 DEKABR 2020 411.689,25

5 X18 Ödəniş OKTYABR 2020 25 DEKABR 2020 228.864,56

6 Avans Ödənişi DEKABR 2020 25 DEKABR 2020 864.000,00

7 X18 Ödəniş DEKABR 2020 25 FEVRAL 2021 266.060.93

8 Avans Ödənişi YANVAR 2021 11 FEVRAL 221 864.000,00

9 X18 Ödəniş YANVAR 2021 25 FEVRAL 2021 291.507.%

10 X18 Ödəniş YANVAR 2021 30 MART 2021 307.995,34

11 X18 Ödəniş FEVRAL 2021 19 APREL 2021 262.540.55

12 X18 Ödəniş MART 2021 21 MAY 2021 494.692,05

13 X18 Ödəniş APREL 2021 04 İYUN 2021 338.722.70

14 X18 Ödəniş MAY 2021 21 İYUN 2021 178.262.66

15 X18 Ödəniş İYUN 2021 09 İYUL 2021 737.549,12

16 X18 Ödəniş İYUL 2021 09 AVQUST 2021 422.892,16

17 Avans Ödənişi AVQUST 2021 03 SENTYABR 2021 720.000.00

18 X18 Ödəniş AVQUST 2021 10 SENTYABR 2021 656.200,23

19 X18 Ödəniş SENTYABR 2021 27 OKTYABR 2021 328.256,90

20 X18 ödəniş OKTYABR 2021 23 NOYABR 2021 944.478.34

21 X18 Ödəniş NOYABR 2021 08 DEKABR 2021 198.776,86

22 X18 Ödəniş DEKABR202İ 17 YANVAR 2022 629,036.81

23 Avans Ödənişi YANVAR 2022 18 YANVAR 2022 360.000.00

24 Təminat Ödənişi APREL 2022 27 APREL 2022 1.440.000,00

CƏMİ 13.537.525,56

14. Aşağıdakı sənədlər “USB flash” yaddaş kartı vasitəsilə məhkəməyə təqdim edilmişdir: - "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış “X19” - 1419/SC-007 Müqaviləsi üzrə ödəniş sənədləri;

- "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış “X16” - 1389/SC-0039 Müqaviləsi üzrə ödəniş sənədləri;

- "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış “X21 2” - 1362/SC-0093_LOA Müqaviləsi üzrə ödəniş sənədləri; - "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış 2331/SC-004, 2331/SC-0009, 2348/SC-0008 və 2353/SC-0004 Müqavilələri üzrə ödəni sənədləri.

15. İddiaçınə (VÖEN: **********) məxsus Şəxsi hesab vərəqəsi iş materiallarına əlavə olunmuşdur.

16. İddiaçı direktoru 1-ci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı MMC-nin vergi orqanı tərəfindən yoxlanılan dövrdəki fəaliyyətinin böyük hissəsi "xxxx" MMC ilə arasında bağlanmış müqavilələr əsasında təşkil edilmişdir. İddiaçı MMC tərəfindən tikinti ilə bağlı yoxlamalar aparılaraq həyata keçiriləcək işlər barədə "xxxx" MMC-ə məlumat verilir, müvafiq məlumat əsasında "xxxx" MMC tərəfindən İPC (X11) hazırlanaraq iddiaçı müəssisəyə təqdim edilir, İddiaçı MMC tərəfindən imzalanıb möhürləndikdən sonra tərəflər arasında təsdiq edilir və nəticədə həmin İPC sənədləri əsasında elektron qaimə faktura təqdim edilirdi. İPC görülən işlərin həcminə uyğun olaraq yekunda təqdim edilən ödəmə sənədidir və həmin sənəd təqdim edildikdə müəssisənin ödəniş tələb etmək hüququ yaranır. Yoxlama zamanı İPC-lər (X11) və yekun İPC-lərin tərtib olunması üçün əsas olan alt sənədlər elektron sənəddə (excel faylda) vergi orqanına təqdim edilmişdir. İPC-lərin tərtib olunması üçün əsas olan alt sənədlərdə tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülmüş işlərin həcmi, ödəniş tarixləri, ödəniş növü və ödəniş məbləği barədə məlumat əks olunmuşdur.

17. İddiaçının nümayəndəsi (vəkili) 1-ci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı MMC tərəfindən həyata keçirilmiş əməliyyatlar üzrə həm əsas məbləğ (əməliyyatın dəyəri), həm də ƏDV məbləği ödənilmişdir. Lakin ƏDV məbləği üzrə ödəniş gec həyata keçirildiyindən, yəni səyyar vergi yoxlamasının əhatə dövrü bitdikdən sonra ödənildiyi üçün ƏDV üzrə kənarlaşma yaranmışdır.

18. Cavabdeh orqanın nümayəndəsi (X6) 1-ci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, yoxlanılan dövr ərzində İddiaçı MMC "xxxx" MMC ilə arasında bağlanmış müqavilələr əsasında tikinti işləri ilə məşğul olmuşdur və tikinti işləri ilə bağlı fəaliyyətin yoxlanılması zamanı əsas tələb olunan sənədlər forma 2 və material silgisi sərfiyyatı barədə sənəddir. Lakin müvafiq sənədlər (F2 və material silgisi sərfiyyatı barədə sənəd) yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən təqdim olunan sənədlər elektron qaimə-fakturalar, invoice müqavilələr, lisenziya sənədləri, dövlət reyestrindən çıxarış, nizamnamə, təsərrüfat subyekti barədə məlumat, eləcə də "xxxx" MMC və "xxxx" MMC ilə X18 İPC-lər olmuşdur. Forma 2 və material silgisi sərfiyyatı barədə sənədlər olmadan vergi ödəyicisinə münasibətdə İPC sənədləri əsasında vergi hesablanması mümkün deyil. Digər tərəfdən müvafiq sənədlər excel faylda təqdim olunduğundan və şəxsin iradəsinə görə dəyişdirilə biləcəyindən səbəbi ilə etibarlı hesab olunmur.

19. Cavabdeh orqanın nümayəndəsi (X7) 1-ci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, vergi ödəyicisi İddiaçınə münasibətdə 2019-cu il üzrə ƏDV və maliyyə sanksiyası Vergi Məcəlləsinin 166-cı maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən müəyyən edilmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesabfakturasının verildiyi vaxt sayılırdı. 2020, 2021, 2022-ci illər üzrə ƏDV və maliyyə sanksiyası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən müəyyən edilmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçıMMC barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********176615 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçının vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli № **********176615 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın 43.458,43 AZN ƏDV hesablanması hissəsində qəbul etməyini nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq, iddia tələbini dəqiqləşdirmış və xx.xx.2023-cü il tarixli № **********176615 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın qismən 2019-cu il sentyabr - 2020-ci il dekabr üzrə 19.239,43 AZN ƏDV və buna müvafiq 9.619,72 AZN maliyyə sanksiyası, 2021-ci il yanvar - 2022-ci il avqust ayları üzrə 24.219 AZN ƏDV və buna müvafiq 12.109,50 AZN maliyyə sanksiyası hissələrində, cəmi 43.458,43 AZN ƏDV və müvafiq 21.729,22 AZN maliyyə sanksiyası istisna olmaqla ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında X20nin ödəyicisi kimi 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq inşaat, mexanik ve elektrik quraşdırma işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2013-cü ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması sentyabr 2019-avqust 2022-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorialorderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2023-cü il tarixdə № **********163739 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2023-cü il tarixli № **********176615 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-2021-ci illər üçün 1.509.500 AZN ( bir milyon beş yüz doqquz min beş yüz manat) mənfəət vergisi, 2019-2022-cü illər üçün 232.940 AZN (iki yüz otuz iki min doqquz yüz qırx manat) X20, 2019-2022-ci illərə 22.264 AZN (iyirmi ikimin iki yüz altmış dörd manat) ödəmə mənbəyində tutulan vergi, ümumilikdə, 1.764.703,42 AZN (bir milyon yeddi yüz altmış dörd min yeddi yüz manat, 42 q.) və bütün bunlara müvafiq olaraq 929.643,59 AZN (doqquz yüz iyirmi doqquz min altı yüz qırx üç manat, 59 q.) maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirilsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünür. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı MMC-də sentyabr 2019-avqust 2022-ci il tarixədək dövrü əhatə edən düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2023-ci il tarixli **********163739 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktın imzalanmasından imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 9 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması hesablamaları elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan isə iddiaçının xəbəri yoxdur. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməledilməsi vəziyyətinin məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli məsuliyyət qərarında bu maddənin tələbinə zidd olaraq vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda,“İnzibati icraat haqqında” Qanunun 61-cimaddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat, habelə inzibatiakt qəbuledilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqiaktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-cimaddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanunimənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktısəyyar vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəlişəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

23. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-15313/2023 nömrəli məhkəmə sərəncamı (iddia ərizəsi əlavə edilməklə) icra olunması üçün cavabdehə göndərilmiş və iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsində göstərilən ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163089 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir (dövr: sentyabr 2019-avqust 2022). Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY211801284; xx.xx.2022-ci il). Yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq elektrik quraşdırma işləri ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektinin uçotunu aparmaq; 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. 71.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” cəmiyyətin rəhbəri Duman Sinana şəxsən təqdim olunmuş, imza edərək qəbul etmiş və cəmiyyətin möhrü ilə təsdiq etmişdir.Bundan əlavə, səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********163162 nömrəli Tələbnamə də cəmiyyətin rəhbəri Duman Sinana şəxsən təqdim olunmuş, xx.xx.2023-cü il tarixdə alınmasını öz imzası və cəmiyyətin möhrü ilə təsdiq etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. İddia ərizəsində iddia tələbinin əsaslarından biri kimi qeyd olunur ki, İddiaçı MMC-də sentyabr 2019-avqust 2022-ci il tarixədək dövrü əhatə edən düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli **********163739 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 9 ay ərizində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan isə iddiaçının xəbəri yoxdur, mövcudluğundan məlumatsızdır. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır.İddiaçının qeyd etdiyi dəlillər aşağıda göstərilən səbəblərə görə əsassız hesab edilir.Vergi Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Qanunvericiliyin qeyd olunan normalarına istinad olunaraq bildirilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163089 nömrəli qərara əsasən keçirilən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt xx.xx.2023-cü il tarixli **********605100 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmaması barədə etiraz (izahat) və sübutlar vergi orqanına təqdim edilməmişdir. Bu barədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176615 nömrəli qərarın “vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər digər sənədlər” hissəsində müvafiq qeyd edilmişdir.İddiaçının “yoxlama zamanı heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməməsi barədə’’ dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edilir.Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 6-09.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi yoxlamanın keçirilməsi üçün zəruri sənədlərdən görülmüş işlərin tərkibini müəyyən edən material silgisi barədə hesabatların, mal materialın illər üzrə qalığı və layihələr üzrə sərfiyyatı barədə heç bir sənəd təqdim etməmiş və mənfəət bəyannaməsində xərcin açılışı ilə bağlı sənədlər təqdim edilməmişdir.Buna görə də yoxlama zamanı Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq olunmuş "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları" na əsasən vergi hesablanmışdır.Bundan əlavə, vergi orqanının bündan əvvəl iştirak etdiyi məhkəmə işlərində formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2019-cü il tarixli 2-1(102)-31/2019 nömrəli qərarında məhkəmə kollegiyasının hüquqi mövqeyini də qeyd etmək zəruri hesab edilmişdir. Qərarda qeyd olunur: “İddiaçının dəlilinə görə, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı şərti rentabellik normasının tətbiq edilməsindən əvvəl Vergi Məcəlləsinin 67.1-ci - 67.13-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığına riayət etməli idi. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. İşin hallanna görə, cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətinin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasınının səbəbi kimi cavabdeh xərc sənədlərinin iddiaçı tərəfindən təqdim edilməməsinə istinad etmişdir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. İddiaçının bildirdiyi kimi, əvvəl Vergi Məcəlləsinin 67.1-ci - 67.13-cü maddələrinin tətbiq edilməsi zəruriliyi ilə bağlı isə məhkəmə kollegiysı qeyd edir ki, bu dəlil tam aydın deyildir, çünki istinad edilən maddələrin tələbləri bütün hallarda mənfəət vergisinin hesablanmasını nəzərdə tutmamışdır. Ehtimal oluna bilər ki, iddiaçı Vergi Məcəlləsinin 67.2-ci və 67.3-cü maddələrin tələblərinin tətbiq edilməsinə əsaslanmışdır ki, həmin maddələr vergi ödəyicisnə aid olan məlumatlarla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə mənfəət vergisinin hesablanmasını nəzərdə tutmuşdur.Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsi əsasında mənfəət vergisinin hesablanmasının iki qaydası müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, həmin qaydalardan hansının tətbiq edilməsi seçimi işin hallarından və vergi orqanın bu seçimi həyata keçirmək hüququndan asılıdır.” İddiaçının “yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 9 ay ərizində səyyar vergi yoxlaması aparılmışdır və bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır’’ dəlillərini də aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edirlər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.Vergi Məcəlləsinin 38.2-ci maddəsində yoxlamanın keçirilməsi müddətinin 90 günə qədər artırılması imkanın olduğunu nəzərə alsaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş prosessual müddətlərin ötürülmədiyini görərik. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur.Bundan əlavə, yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim olunmuşdur. Vergilərin hesablanması üçün zəruri olan sənədlər tam təqdim olunmadığından Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən ’’Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, qismən təqdim edilmiş sənədlərin adlı siyahısı aktda qeyd olunmuş və tərəflərin imzası ilə təsdiq edilmişdir, (akt əlavə olunur).Müəssisə yoxlanılan dövr ərzində "xxxx" MMC, "xxxx"xxxx"xxxx" MMC, "CASPİAN BUİLDİNG SYSTEMS" MMC, "xxxx" MMC, "İNNOVA KONSTRAKŞN ƏND KONTRAKTİNQ" MMC, "xxxx" MMC "SOLUTİONS EQUİPMENT TOOLS" MMC, "xxxx" MMC-lər üçün təmir tikinti, elektrik quraşdırma və havalandırma sistemlərinin quraşdırılması işləri aparmışdır.Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. - 1.509.500,01 manat mənfəət vergisi və 754.750,01 manat maliyyə sanksiyası; - 83.662,86 manat ƏDV və 116.469,83 manat maliyyə sanksiyası; - 22.263,76 manat ÖMV və 11.131,89 manat maliyyə sanksiyası; - 943,45 manat MDSS atrıq hesabalma; - 47.291,86 manat maliyyə sanksiyası VM-nin 58.6-cı maddəsinə əsasən Hesablanmış vergilərin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər.Mənfəət vergisi üzrə : Mənfəət vergisinin müqayisəli cədvəli (Azərbaycan manatı) Vergi məbləği Fərq Dövr Kameral bəyannamə SVY bəyannamə Azaldılmışdır Artıq VÖ bəyannamə məlumatı məlumatı məlumatı hesablanmışdır

2019-cu il 0,00 0,00 74 109,46 74 109,46 0,00

2020-ci il 0,00 0,00 693 865,43 693 865,43 0.00

2021-ci İl 0,00 0,00 741 525,12 741 525,12 0.00

Cəmi 0,00 0,00 1 509 500,01 1 509 500,01 0,00

Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlann əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Səyyar vergi yoxlaması zamanı mənfəət vergisi Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları"na əsasən hesablanmışdır. Belə ki, vergi ödəyicisinin 2019-cu il üzrə: M= 6.505.086,10 /(100+20) x 20= 1.084.181,02 manat keçmiş illərin 713.630,10 manat zərəri nəzərə alınaraq, 2019-cu il üzrə 370.547,32 manat mənfəətdən 74.109,46 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə: M= 20.815.962,88 / (100+20) x 20= 3.469.327,15 manat, 2020-ci il üzrə 3.469.327,15 manat mənfəətdən 693.865,43 manat mənfəət vergisi hesablanmışdır.2021-ci il üzrə: M= 22.245.753,77/ (100+20) x 20= 3.707.625,62 manat 2021-ci il üzrə 3.707.625,62 manat mənfəətdən 741.525,12 manat mənfəət vergisi hesablanmışdır.Mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər ilə ƏDV bəyannamələrindəki dövriyyələr arasında yaranan fərqin səbəbi Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən ƏDV bəyannamələri üzrə dövriyyənin bank hesablarına və ya kassaya mədaxildən formalaşması ilə bağlı olmuşdur.Beləliklə, səyyar vergi yoxlaması ilə 1.509.500,01 manat mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 1.509.500,01 manat vergi məbləğinin 50% miqdarında, yəni 754.750,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X20 üzrə: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal, iş və xidmətlərə görə bəyan edilmiş ƏDV-siz dövriyyə 49.607.321,21 manat, ƏDV məbləği 8.929.317,82 manat, elektron qaimə faktura və YGB üzrə əvəzləşdirilən ƏDV məbləği 7.700.555,89 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159-cü, 166-cı və 175-ci maddələrinin tələbləri gözlənilməklə, elektron qaimə-fakturalar, təqdim edilmiş forma-2-lər, İPC-lər, bank hesabına və ƏDV DH-na ödənişlər əsasında 2019-cu ildə büdcəyə hesablanmış ƏDV-nin 36.833,52 manat azaldıldığı (40.649,85 manat az - 3.816,33 manat artıq = 36.833,52 manat az), 2020-ci ildə 17.594,09 manat artıq hesablandığı (11.639,04 manat az - 29.233,13 manat artıq = 17.509,09 manat artıq), 2021 -ci ildə 46.829,34 manat azaldıldığı (115.596,63 manat az - 68.767,29 manat artıq = 46.829,34 manat az) və 2022-ci ildə 22.610,34 manat artıq hesablandığı (65.054,11 manat az - 87.664,45 manat artıq = 22.610,34 manat artıq), ümumilikdə isə 43.458,43 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir.Səyyar vergi yoxlaması nəticəsində hesablanmış ƏDV-lər əsasən Vergi Məcəlləsinin 175-ci maddəsinə görə aparılmış ƏDV əvəzləşdirmələri üzrə bank hesabı və ya ƏDV DH-dan ödənişlərin aparılmadığına görə yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı Ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 116.469,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi Məcəlləsin 58.6-cı maddəsinə əsəsən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec, yəni 94.583,7 manat ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 47.291,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin təsisçisi Sinan Duman və X12 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2022) 1.841.857,35 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 741.497,70 manatı geri qaytarılmışdır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə 22.263,78 manat ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, 11.131,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial siğorta, işsizlikdən sığorta və icbari tibbi siğorta haqları üzrə: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən "Sosial sığorta haqqında" qanunun 14-cü maddəsinin tələblərinə düzgün əməl edilməməsi səbəbindən səyyar vergi yoxlaması ilə 943,45 manat sosisal sığorta haqqı üzrə artıq hesablama müəyən edilmişdir.Beləliklə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 1.574.278,77 manat məbləğində vergilərin (o cümlədən: mənfəət vergisi üzrə 1.509.500,01 manat az, X20 üzrə 232.939,63 manat az, 189.481,20 manat artıq, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 943,45 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 22.263,78 manat az hesablanma) dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********163739 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********176615 nömrəli qərar qəbul edilmişdir.Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar və həmin qərar ilə hesablanmış 1.574.278,77 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 929.643,59 manat maliyyə sanksiyası məbləğinin, cəmi 2.503.922, 36 manatın dövlət büdcəsinə ödənilməsi üçün “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2023-cü il tarixli **********2211400 nömrəli Tələbnamə cəmiyyətin rəhbəri Duman Sinana şəxsən təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə alınmasını öz imzası və cəmiyyətin möhrü ilə təsdiq etmişdir.Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********830600 nömrəli məktubu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir.Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********176615 nömrəli qərar əsaslandırılmamışdır” dəlilini də aşağıda göstərilən səbəblərə görə əsassız hesab edilir.Bildirilir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmış, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmış və Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir.Bundan əlavə, iddiaçının vergi orqanı tətəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın əsaslandırılmaması barədə dəlilinə münasibətdə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək Ali Məhkəmənin hüquqi mövqeyi qeyd edilir.Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir.Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur.Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1 (102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur.Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilən qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır.Vergi Məcəlləsinin: 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir.Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176615 nömrəli qərar ilə hesablanmış əlavə vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz.Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

24. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-15313/2023 nömrəli məktubu ilə İddiaçı MMC barəsində yoxlama materiallarının məhkəməyə təqdim edilməsi tələb olunmuşdur (daxil olub: № **********804400; xx.xx.2023-cü il).Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan yoxlama ilə əlaqədar bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163089 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmişdir.Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 1.574.278,77 manat məbləğində vergilərin (o cümlədən: mənfəət vergisi üzrə 1.509.500,01 manat az, X20 üzrə 232 939,63 manat az, 189.481,20 manat artıq, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 943,45 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 22.263,78 manat az hesablanma) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********163739 nömrəli akt əsasında “Veıgı ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********176615 nömrəli qərar qəbul edilmişdir.Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********830600 nömrəli məktubu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. (Məktub əlavə olunur). Hesab edirik ki, vergilərin hesablanması üçün əsas olan həmin sənədlərin (sübutların) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən götürülməsinə zərurət vardır.İnzibati Prosessual Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Qeyd olunanları nəzərə alaraq, mübahisələndirilən qərar ilə bağlı bütün halların hərtərəfli tam və obyektiv araşdırılması, məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması üçün İddiaçı MMC barəsində vergilərin hesablanmasına əsas olan və iş üçün əhəmiyyət kəsb edən sənədlərin (sübutların) surətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən tələb edilməsi, məhkəmə araşdırmaları zamanı istifadə olunması və sübutların qiymətləndirilməsi zamanı nəzərə alınması xahiş edilmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı yoxlanılan dövr üzrə (2019- 2021-ci illər) mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (2019-2022-ci illər) ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və ona hesablanmış maliyyə sanksiyası; 2019- cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sansiyası hissəsində ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçınə münasibətdə 2020-2022-ci illər üzrə ƏDV vergisinin hesablanmasının əsası ödəyici tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aparılmış ƏDV əvəzləşdirmələri üzrə bank hesabı və ya ƏDV Depozit Hesabından ödənişlərin aparılmadığına görə yaranmışdır.

27. Vergi Məcəlləsinin 175.1-ci maddənin xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyasıya əsasən: 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

28. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı MMC tərəfindən həyata keçirilmiş əməliyyatlar üzrə həm əsas məbləğ (əməliyyatın dəyəri), həm də ƏDV məbləği ödənilmişdir. Lakin ƏDV məbləği üzrə ödəniş gec həyata keçirildiyindən, yəni səyyar vergi yoxlamasının əhatə dövrü bitdikdən sonra ödənildiyi üçün ƏDV üzrə kənarlaşma yaranmışdır.

29. Belə olan təqdirdə 2020, 2021, 2022-ci illər üzrə İddiaçınə münasibətdə vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyalarının əsaslı olması işin mübahisəsiz halıdır. Odur ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176615 nömrəli Qərarı həmin hissədə ləğv edilməməlidir.

30. Digər tərəfdən iddiaçı muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ilə bağlı hər hansı dəlillərini təqdim etməmişdir, odur ki, qərarın həmin hissədə ləğv edilməsini əsaslandırlan hallar müəyyən edilmir.

31. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı yoxlanılan dövr üzrə (2019-2021-ci illər) 1 509 500,01 manat mənfəət vergisi və 754 750,01 manat maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (2019-2022-ci illər) 22 263,78 manat ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və 11 131,89 manat maliyyə sanksiyası; 2019-cu il üzrə hesablanmış 36 833,52 manat ƏDV vergisi və 22 894,82 manat (VM 58.1-ə əsasən 20 324,93 manat və VM 58.6-a əsasən ƏDV-nin ödənilməməsinə görə 2 569,89 manat) maliyyə sanksiyası hissəsində ləğv edilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

32. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3196/2024 nömrəli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında qeyd olunur: “Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4- cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.”Məhkəmə qərarının bu dəlillərinə münasibətdə qeyd edirlər ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmis vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə baglı qanunla nəzərdə tutulmus qaydada rəsmiləsdirilməyən əməliyyatlar üzrə məlumatlar.Məhkəmə qərarında qeyd olunur: “Məhkəmə nəzərə alır ki, vergi yoxlaması zamanı vergi ödəyicilərindən müvafiq sənədlərin (xüsusilə F2 və material silgisi sərfiyyatı barədə sənəd) tələb olunmasında məqsəd vergi dövrü ərzində görülmüş işlərin (xidmətlərin) həcminin müəyyən edilməsi və həmin həcmə uyğun məbləğdə verginin hesablanmasıdır. Odur ki, vergi yoxlamasının məqsədləri nəzərə alınaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər yalnız forma tələbinə görə deyil, məzmununa əsasən qiymətləndirilməli və vergi məbləğinin hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş İPC-lər və alt sənədlərdə isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən görülmüş işlərin həcmi, ödəniş tarixləri, ödəniş növü və ödəniş məbləği barədə məlumatlar detallı şəkildə əks olunmuşdur. Belə olan təqdirdə vergi orqanı tərəfindən həmin sənədlərin (İPC-lərin və alt sənədlərinin) nəzərə alınmaması və nəticədə vergi ödəyicisi tərəfindən görülmüş işlərin həcmini müəyyən etməyə əsas verən sənəd olmaması əsası ilə rentaberlik qaydasının tətbiq edilməsi ağalabatan deyil. Məhkəmə qeyd edir ki, necə adlandırılmasından asılı olmayaraq qeyd edilən İPC və onun alt sənədləri özündə əks etdirən kontent baxımından vergi orqanı tərəfindən təcrübədə nəzərə alınan “Forma-2” adlanan sənədi tam olaraq əhatə edir.”Qeyd olunan dəlilinə münasibətdə bildirirlər ki, məhkəmənin “tərəflər arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən görülmüş işlərin həcmi, ödəniş tarixləri, ödəniş növü və ödəniş məbləği barədə məlumatlar detallı şəkildə əks olunmuşdur” qənaətinə gəlməsi işin faktiki halları baxımından əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə görüləcək işlərin həcmi göstərilir, “Forma-2” adlanan sənəddə isə bağlanmış müqavilədə görülməsi nəzərdə tutulan işlərin həcminə uyğun istifadə olunmuş mal-material sərfiyyatı və dəyəri göstərilir, eyni zamanda yerinə yetirilmiş işlərin başa çatmasının təsdiq edən həmin “Forma-2” adlanan sənədlərdə göstərilən məlumatların doğruluğu sifarişçi və icraçı tərəfindən imzalanaraq təsdiq olunur və ödənişin aparılmasına əsasdır. “Forma 2” və material silgisi sərfiyyatı barədə sənədlər olmadan vergi ödəyicisinə münasibətdə İPC sənədləri əsasında vergi hesablanması mümkün deyil. Digər tərəfdən müvafiq sənədlər excel faylda təqdim olunduğundan və şəxsin iradəsinə görə dəyişdirilə biləcəyindən etibarlı hesab oluna bilməz.Məhkəmə qərarında qeyd olunur: “Məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. İddiaçı MMC üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü sentyabr 2019-avqust 2022-ci ildir. Odur ki, məhkəmə əlavə əsaslandırma olmadan belə, hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019- cu illər üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır”. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Vergi Məcəlləsinin 83.3cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirirlər ki, AZ-MEP GROUP” MMC-də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163089 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. (dövr: sentyabr 2019-avqust 2022). Göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətlər gözlənilməklə aparılmış, vergilərin azaldılması halları aşkar edilmiş və Vergi Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə vergilər hesablanmışdır.Məhkəmə qərarında qeyd olunur: “Odəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh nəzərə almamışdır ki, şəxsin təsisçisi oluğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizssiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir. .Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borcun faizlə verilməsi ehtimallarına əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Digər tərəfdən, vergi orqanının əsaslandırması nöqteyi nəzərdən ödəmə mənbəyində verginin hesablanması üçün borcun qaytarılması müəyyən edilməli və ödənilməli faizlər də eyni zamanda ödəyicinin xərci kimi nəzərə alınmalıdır. Lakin qeyd edilən hallar vergi orqanı tərəfindən nəzərə alınmamışdır.” Məhkəmənin qeyd etdiyi dəlilə münasibətdə bildirirlər ki, məhkəmə qərarında Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək kridit verən şəxsin müstəqil peşə fəaliyyəti ilə məşqul olan şəxs olmasını qeyd edərək OMV üzrə hesablamanın qanununsuz olduğunu bildirmişdir.Qeyd etmək lazımdır ki, həmin maddədə kredit verən şəxsin müstəqil peşə fəaliyyəti şəklində fəaliyyət göstərməsi qeyd olunmamışdır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrıayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Faiz dərəcəsinin müəyyən edilməməsi və ödənilməməsi vergi ödəyicisinə qanunvericiliklə müəyyən edilmiş vergiləri ödənilməsindən azad edə bilməz.Məhkəmə qərarında qeyd olunur: “Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qərarın mənfəət vergisi və ödəmə mənbəyində vergi hissəsində qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir”. Məhkəmənin qeyd etdiyi dəlilə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman İddiaçı MMC-də yoxlanılan dövr üzrə vergilərin dövlət bdcəsinə ödəməkdən yayındırılması və Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Hesablamaların əsasları barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

35. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.Həmçinin, cavabdehin nümayəndəsi (yoxlayıcı məkdaş) X7 verilən suallara cavabında bildirmişdir ki, yoxlamalar zamanı elektron qaimələri özü görmüşdür.Həmin yoxlamalar zamanı iddiaçı ilə tikinti şirkəti olan "xxxx" MMC arasında olan müqavilələr üzrə aktlar İPC sistemi ilə aparılmışdır.Təhvil verilən tikillilərlə bağlı heç bir baxış keçirməmişlər.Bu işlə bağlı araşdırma apararkən təsisçi tərəfindən işlərin görülməsi üçün əlavə vəsait qoyulduğunu aşkarlamışlar. Araşdırma aparılan zaman müyyən olunmuşdur ki, müəssə mənfətlə çıxmamışdır.Araşdırma zamanı müəyyən etmişlər ki, iş üzrə xərc kifayyət qədər var və bu xərci təsdiq etmək üçün Forma 2-dən layihə üzrə malların silgisini görməli idilər ki, xərcləri təsdiq edə bilsinlər.

36. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi), həmçinin, qanuni təmsilçisi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

37. Vergi Məcəlləsinin: 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

38. 175.1-ci maddənin xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyasıya əsasən: 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.

39. Vergi Məcəlləsinin 166-cı maddəsinin hazırda qüvvədə olan redaksiyası: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; -29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 166-cı maddənin mətni aşağıdakı redaksiyada verilmişdir (Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir): 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; əvvəlki redaksiyada deyilirdi: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesabfakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayətində qərar iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

43. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

45. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

46. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221801284 nömrəli Çıxarışa əsasən yoxlanılan dövr xx.xx.2019-xx.xx.2022-ci illəri əhatə etməklə İddiaçındə növbəti səyyar vergi yoxlaması keçirilmişdir.

47. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176615 nömrəli Qərara əsasən İddiaçı 2019- 2022-ci illər üzrə mənfəət vergisi, X20, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. 1) Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları”na əsasən (şərti rentabellik tətbiq edilməklə) 2019-cu il üzə 370547,32 manat mənfəətdən 74109,46 manat; 2020-ci il üzrə 2469327,15 manat mənfəətdən 693865,43 manat; 2021-ci il üzrə 3707625,62 manat mənfəətdən 741525,12 manat (ümumilikdə 1 509 500,01 manat) hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 754 750,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2) Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X12 və Sinan Duman tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2022) 1841857,35 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 741497,70 manatı geri qaytarılmışdır. ...Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 22263,78 manat vergi məbləğinin 50 faizi miqdarında, 11131,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbrai tibbi sığorta haqları üzrə: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin tələblərinə düzgün əməl edilməməsi səbəbindən səyyar vergi yoxlaması ilə 943,45 manat sosial sığorta haqqı üzrə artıq hesablama müəyyən edilmişdir. Artıq hesablanmış 943,45 manat sosial sığorta haqqı nəzərə alınmışdır. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec, 94583,7 manat ƏDV məbləğinin ödənilməsinə görə Vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 47291,86 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. 3) X20nin yoxlanılması üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal, iş və xidmətlərə görə bəyan edilmiş ƏDV-siz dövriyyə 49 607 321,21 manat, ƏDV məbləği 9 929 317,82 manat, elektron qaimə faktura və YGB üzrə əvəzləşdirilən ƏDV məbləği 7 700 555,89 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə VM-nin 159, 166 və 175-ci maddələrinin tələbləri gözlənilməklə, elektron qaimə-fakturalar, təqdim edilmiş forma 2lər, İPC-lər, bank hesabına və ƏDV DH-na ödənişlər əsasında 2019-cu ildə büdcəyə hesablanmış ƏDV-nin 36833,52 manat azaldığı, 2020-ci ildə 17594,09 manat artıq hesablandığı, 2021-ci ildə 46829,34 manat azladıldığı və 2020-ci ildə 22610,34 manat artqı hesablandığı, ümumilikdə 43458,43 manat ƏDV-nin azaldıldığı aşkar edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən 116469,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

48. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. -Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2ci maddəsində göstərilən müddətdə həyata keçirilir. -Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

49. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

50. Beləliklə məhkəmə Kollegiyası qeyd edir ki, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.

51. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

52. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı MMC üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü sentyabr 2019 - avqust 2022-ci ildir.

53. Odur ki, məhkəmə əlavə əsaslandırma olmadan da belə, hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu illər üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır.Bununla belə hər bir vergi növü (tədiyyəsi) üzrə məhkəmə aşağıdakıları qeyd edir:

54. Mənfəət vergisi üzrə məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

55. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

56. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4- cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.

57. VM-nin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir.

58. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

59. İddiaçı direktoru 1-ci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı MMC-nin vergi orqanı tərəfindən yoxlanılan dövrdəki fəaliyyətinin böyük hissəsi "xxxx" MMC ilə arasında bağlanmış müqavilələr əsasında təşkil edilmişdir. İddiaçı MMC tərəfindən tikinti ilə bağlı yoxlamalar aparılaraq həyata keçiriləcək işlər barədə "xxxx" MMC-ə məlumat verilir, müvafiq məlumat əsasında "xxxx" MMC tərəfindən İPC (İnterim Payment X1) hazırlanaraq iddiaçı müəssisəyə təqdim edilir, İddiaçı MMC tərəfindən imzalanıb möhürləndikdən sonra tərəflər arasında təsdiq edilir və nəticədə həmin İPC sənədləri əsasında elektron qaimə faktura təqdim edilirdi. İPC görülən işlərin həcminə uyğun olaraq yekunda təqdim edilən ödəmə sənədidir və həmin sənəd təqdim edildikdə müəssisənin ödəniş tələb etmək hüququ yaranır. Yoxlama zamanı İPC-lər (X11) və yekun İPC-lərin tərtib olunması üçün əsas olan alt sənədlər elektron sənəddə (excel faylda) vergi orqanına təqdim edilmişdir. İPClərin tərtib olunması üçün əsas olan alt sənədlərdə isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülmüş işlərin həcmi, ödəniş tarixləri, ödəniş növü və ödəniş məbləği barədə məlumat təfsilatlı şəkildə əks olunmuşdur.

60. Cavabdeh orqanın nümayəndəsi isə 1-ci instansiya məhkəməsində izahatında bildirmişdir ki, yoxlanılan dövr ərzində İddiaçı MMC "xxxx" MMC ilə arasında bağlanmış müqavilələr əsasında tikinti işləri ilə məşğul olmuşdur və tikinti işləri ilə bağlı fəaliyyətin yoxlanılması zamanı əsas tələb olunan sənədlər F2 və material silgisi sərfiyyatı barədə sənəddir. Lakin müvafiq sənədlər (F2 və material silgisi sərfiyyatı barədə sənəd) yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən təqdim olunan sənədlər elektron qaimə-fakturalar, invoice müqavilələr, lisenziya sənədləri, dövlət reyestrindən çıxarış, nizamnamə, təsərrüfat subyekti barədə məlumat, eləcə də "xxxx" MMC və "xxxx" MMC ilə X18 İPC-lər olmuşdur. F2 və material silgisi sərfiyyatı barədə sənədlər olmadan vergi ödəyicisinə münasibətdə İPC sənədləri əsasında vergi hesablanması mümkün deyil. Digər tərəfdən müvafiq sənədlər excel faylda təqdim olunduğundan və şəxsin iradəsinə görə dəyişdirilə biləcəyindən səbəbi ilə etibarlı hesab olunmur.

61. Beləliklə, apellyasiya şikayətinin mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə Kollegiyası nəzərə alır ki, vergi yoxlaması zamanı vergi ödəyicilərindən müvafiq sənədlərin (xüsusilə F2 və material silgisi sərfiyyatı barədə sənəd) tələb olunmasında məqsəd vergi dövrü ərzində görülmüş işlərin (xidmətlərin) həcminin müəyyən edilməsi və həmin həcmə uyğun məbləğdə verginin hesablanmasıdır. Odur ki, vergi yoxlamasının məqsədləri nəzərə alınaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər yalnız forma tələbinə görə deyil, məzmununa əsasən qiymətləndirilməli və vergi məbləğinin hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş İPC-lər və alt sənədlərdə isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən görülmüş işlərin həcmi, ödəniş tarixləri, ödəniş növü və ödəniş məbləği barədə məlumatlar detallı şəkildə əks olunmuşdur. Belə olan təqdirdə vergi orqanı tərəfindən həmin sənədlərin (İPC-lərin və alt sənədlərinin) nəzərə alınmaması və nəticədə vergi ödəyicisi tərəfindən görülmüş işlərin həcmini müəyyən etməyə əsas verən sənəd olmaması əsası ilə rentaberlik qaydasının tətbiq edilməsi əsaslı olmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, necə adlandırılmasından asılı olmayaraq qeyd edilən İPC və onun alt sənədləri özündə əks etdirən kontent baxımından vergi orqanı tərəfindən təcrübədə nəzərə alınan “Forma-2” adlanan sənədi tam olaraq əhatə edir.

62. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdehin nümayəndəsi izahatında müvafiq sənədlərin excel faylda təqdim olunduğu və şəxsin iradəsinə görə dəyişdirilə biləcəyi səbəbi ilə etibarlı hesab olunmadığını bildirsə də, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********163162 nömrəli Tələbnamədə zəruri sənədlərin məhz excel və ya PDF faylda təqdim olunması tələb olunmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən vergi orqanına təqdim olunan İPClər (eləcə də alt sənədləri) hüquqi şəxslərin rəhbərləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

63. Digər tərəfdən məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən iddiaçı ilə bağlanmış müqavilələr üzrə İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-cı il tarixli müqavilə bağlanmış, tərəflər arasında həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixli “Ödənilmiş məbləğlərin siyahısı”nə təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC və İddiaçı MMC arasında “X19” -1419/SC-0007 Müqavilə üzrə ödəniş sənədlərini “USB flash” yaddaş kartı vasitəsilə təqdim edilmişdir. Eyni zamanda "xxxx" MMC və İddiaçı MMC arasında 2331/SC-0004, 2331/SC-0009, 2348/SC-0008 və 2353/SC-0004 müqavilələri üzrə ödəniş sənədləri “USB flash” yaddaş kartı vasitəsilə təqdim edilmişdir. "xxxx" MMC və İddiaçı MMC arasında “X16” – 1398/SC-0039 müqaviləsi üzrə ödəniş sənədləri (X15) “USB flash” yaddaş kartı vasitəsilə təqdim edilmişdir.

64. Bundan başqa həmçinin, apellyasiya baxışı zamanı iddiaçının vəkili 2016-2019-cü illər üçün "xxxx" MMC-nin "xxxx" MMC arasında X18 anolojı faliyyəti təsdiq edən müqavilə, bank ödəniş sənədləri və İPC-ri təqdim edərək belə sübutların da nəzərə alınmasını xahiş etmişdir.

65. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, iddiaçı hazırkı mübahisə üzrə yoxlama dövründən əvvəllər də, yəni 2016-2019-cü illərdə də hazırkı iş üzrə anoloji sənədlər (müqavilə, bank ödəniş sənədləri və İPC-ri) əsasında fəaliyyətini həyata keçirmişdir.Cavabdeh inzibati orqan isə işin bu halları üzrə də inzibati araşdırma aparmamış, işin həmin hallarını da nəzərə almamışdır.

66. Beləliklə, iddiaçı tərəfindən müqavilələrdə nəzərdə tutulmuş qeyd edilən həcmdə işlərin görülməsi və təhvil verilməsi istisna olunmur.

67. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatları əsasında verginin hesablanmasına münasibətdə qeyd etmişdir ki, cavabdeh analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq sturuktura müraciət olunmuş və cavab olaraq anoloji fəaliyyətlə məşğul olan "xxxx" MMC (VÖEN:**********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəəsisələrin fəaliyyət göstərdiyi ərasizinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətləin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmaması əsası qeyd edilən vergi orqanı tərəfindən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir (qeyd olunan hal xx.xx.2023-cü il tarixli, **********176615 nömrəli qərarda qeyd edilmişdir).

68. Qeyd edilənlər mənfəət vergisinin (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir.

69. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq və 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh nəzərə almamışdır ki, şəxsin təsisçisi oluğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizssiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir.

70. Məhkəmə Kollegiyası Bu Qərarın 38-ci (VM-nin 12.3., 14.1.,14.2. və 104.1-ci maddələri) və 40-cı bəndlərindəki işin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir.

71. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi (yoxlayıcı məkdaş) X7 verilən suallara cavabında da bildirmişdir ki, təhvil verilən tikillilərlə bağlı heç bir baxış keçirməmişlər.Bu işlə bağlı araşdırma apararkən təsisçi tərəfindən işlərin görülməsi üçün əlavə vəsait qoyulduğunu aşkarlamışlar. Araşdırma aparılan zaman müyyən olunmuşdur ki, müəssə mənfətlə çıxmamışdır.

72. Məhkəmə Kollegiyası qeyd edir ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borcun faizlə verilməsi ehtimallarına əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Digər tərəfdən, vergi orqanının əsaslandırması nöqteyi nəzərdən ödəmə mənbəyində verginin hesablanması üçün (i) borcun qaytarılması müəyyən edilməli və (ii) ödənilməli faizlər də eyni zamanda ödəyicinin xərci kimi nəzərə alınmalıdır. Lakin qeyd edilən hallar vergi orqanı tərəfindən nəzərə alınmamışdır.

73. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

74. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

75. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qərarın mənfəət vergisi və ödəmə mənbəyində vergi hissəsində qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

76. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

77. X20 (ƏDV) üzrə məhkəmə Kollegiyası müəyyən edir ki, İddiaçınə münasibətdə 2019cu il üzrə ƏDV hesablanmasının əsası vergi tutulan əməliyyatın vaxtının ödəyici tərəfindən (aylar üzrə) düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur.

78. Məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarına tətbiq olunan Bu Qərarın 39-cu bəndində istinad olunan hüquq normalarından çıxış edərək hesab edir ki, vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində (dövriyyənin aylar üzrə düzgün göstərilməməsi) əlavə vergi hesablamaqda, Vergi Məcəlləsinin 58.1-ci və 58.6-cı maddəsinə əsasən maliyyə sanksiyaları tətbiq etməkdə haqlı olmuşdur.

79. Məhkəmə qeyd edir ki, müvafiq normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi), 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmişdir. Buna baxmayaraq cavabdeh 2019-cu il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır.

80. Cavabdeh apellyasiya şikayətində həmçinin, qeyd etmişdir ki, məhkəmə qərarında qeyd olunur: “Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qərarın mənfəət vergisi və ödəmə mənbəyində vergi hissəsində qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir”. Məhkəmənin qeyd etdiyi dəlilə münasibətdə bildirirlər ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman İddiaçı MMC-də yoxlanılan dövr üzrə vergilərin dövlət bdcəsinə ödəməkdən yayındırılması və Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Hesablamaların əsasları barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır.

81. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası diqqətə çəkir ki, Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılmasını tənzimləyir.

82. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; .....

83. Göründüyü kimi, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qəbul olunmuş qərarı vergi ödəyicisinin məhkəmədə mübahisələndirmək hüququ vardır.

84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

85. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar