Məhkəmə qərarları › İş №2-1(103)-1376/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1376/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1376/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil3 və üçüncü şəxs Ə.Sultanovanın nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X10, X4 və X5) «mənzildən çıxarılmanın qanunsuz hesab edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı 07.11. 2023cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı1 iddia ərizəsi ilə, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1, onun oğlu İddiaçı2 və qızı İddiaçı3 yaşadıqları ünvan 1 ünvanından Nərimnaov rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən çıxarılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (i.v.147; 153-155). İddiaçı tələbini aşağıdakılarla əsaslarıdırılmışdır: «…İddiaçı Nərimanov rayon İcra Şöbəsinə müraciət edərək Nərimanov rayon məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şöbə rəisinin xx.xx.2023-cü il tarixli 1309-54757/2022-15- 18 nömrəli məktubuilə "İcra haqqında” Qanunun 17.1-ci maddəsinə istinadən iddiaçının xahişi nəzərə alınmamışdır. İcra şöbəsinin gəldiyi nəticə fakt və hüquq baxımından əsassızdır Belə ki, iddiaçı ünvan 2 ünvanında yerləşən əmlaka dair xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin müqavilələrlə bağlı daşınmaz əmlak hüquqlarına dair 21,12.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı və xx.xx.2022- ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatın və çıxarışların ləğv edilməsi və həmin əmlaka iddiaçının mülkiyyət hüququnun tanınması; əmlaka dair mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. 2(005)-695/2021 nömrəli icra sənədi üzrə icraat aparılan iş üzrə iddianın mübahisə predmeti e-2(005)-5080/2022 nömrəli mülki iş üzrə iddianın predmeti ilə eynidir. 1.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci tarixli, 4 nömrəli qərarında bildirilir: -

2. "2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən ec məsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir "3.1. (...) Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir"; 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır”; "5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır" …» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında dəqiqləşdirilir ki, "İnzibati h üquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir". Plenum qərarı məhkəmə mübahisələrinin həlli >zamanı hüquq münasibətlərinin xarakterini (ümumi və ya xüsusi hüquq sahəsi) müəyyənləşdirərkən xüsusi hüquq mənbəyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na müraciət etməyi tələb etmişdir. 3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 2.1-ci bəndində göstərilir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin: (...) 2.1.1. icra xidməti" inzibati orqandır. Hazırki işdə Cavabdeh Ədliyyə Nazirliyinin "icra xidməti"nə aid orqan - Nərimanov rayon İcra Şöbəsidir. Deməli, onunla fiziki şəxs arasında hüquq münasibətləri də inzibati hüquq münasibətləridir. Belə işlərə isə inzibati məhkəmələr baxmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.1ci maddəsində (Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti) vurğulanır ki, "Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir". Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarın Preambulasında bu qanun norması məhkəmələrin diqqətinə çatdırılır. Məlum olduğu kimi, "qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş"dir. Deməli, hazırki iddianın məhkəmə aidiyyəti inzibati məhkəməyədir…» Cavabdeh icra qurumunun məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı dəflərlə qapı bağlı olduğundan təxirə salınmış, xx.xx.2023-cü il tarixə icra təyin edilmiş, lakin mənzilin qapısı bağlı olduğuna görə icra hərəkətləri təxirə salınmışdır. Növbəti təyinat xx.xx.2023-cü il tarixə təyin edilmiş və mənzilin qapısı bağlı olduğuna görə icra hərəkətləri növbəti dəfə təxirə salınmışdir. Nərimanov RPİ-i tərəfindən X1 mülkiyyətində olan və icra sənədində qeyd olunan mənzilin dələduzluq yolu ilə özgəninkiləşdirilməsi faktına əsasən xx.xx.2023-cü il tarixdə AR CM-nin 178.2.4- cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmçinin sorğuda qeyd edilmiş İddiaçı1 ilə bağlı bildirilmişdir ki, "xxxx" MMC-nin İddiaçı1 təqdim etdiyi arayışa əsasən, o, bina istismara verildiyi gündən bu günədək Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında rəsmiləşdirilmiş “Green Park” yaşayış kompleksindəki 134 saylı mənzildə yaşayır.

Üçüncü şəxs Ə.Sultanova da həmçinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddanın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədi ilə uydurma iddia qaldırmışlar və bu yolla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. nsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz.

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı 07.11. 2023-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yaşadıqları ünvan 2 ünvanından cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilmişdir (Məhkəmənin 2-1(112)-7850/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı ilə 2-1(112)-7850/2023 saylı 07.11. 2023-ci il tarixli qərarda buraxılmış texniki yanlışlıq aradan qaldırılaraq qərarının 3, 4, 33, 45-ci bəndində və nəticə hissəsində qeyd olunmuş “mənzil 143” ifadəsinin “mənzil 134” kimi oxunması qərara alınmışdır.). Üçüncü şəxs Ə.Sultanova apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür.

Ə.Sultanovanın apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində cavabdehlər Xanməmmədova İntizarHümbət qızının və X3 iddiaçı Sultanova ƏsmərVaqif qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitamverilməsi, onlar həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçı Sultanova ƏsmərVaqif qızına təhvil verilməsi göstərilmişdir.Bununla da, aydın olunur ki, icra vərqəsi iki hissədən ibarətdir. Birinci hissə cavabdehlər Xanməmmədovaİntizar Hümbət qızının və X3 iddiaçı X7 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitamverilməsi və onların həminmənzildən çıxarılması. İkinci hissə isəmənzil boşaldılaraq iddiaçı X7 təhvil verilməsidir. Qeyd olunan hissəyə təkcə iş üzrə cavabdehlər şamil deyil, həmçinin mənizilin daxilində məskunlaşmış şəxslərə və yerləşdirilmiş əşyalara şamil edilir. Bununla da, icra vərəqəsinin iddiaçıya aid olmaması və məhkəmənin mövqeyi yanlışdır, belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində cavabdehlər Xanməmmədova İntizarHümbət qızının və X3 iddiaçı Sultanova ƏsmərVaqif qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçı Sultanova ƏsmərVaqif qızına təhvil verilməsi göstərilmişdir. Bununla da, aydın olunur ki, icra vərqəsi iki hissədən ibarətdir. Birinci hissə cavabdehlər Xanməmmədovaİntizar Hümbət qızının və X3 iddiaçı SultanovaƏsmər Vaqif qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitamverilməsi və onların həminmənzildən çıxarılması. İkinci hissə isəmənzil boşaldılaraq iddiaçı X7 təhvil verilməsidir. Qeyd olunan hissəyə təkcə iş üzrə cavabdehlər şamil deyil, həmçinin mənizilin daxilində məskunlaşmış şəxslərə və yerləşdirilmiş əşyalara şamil edilir. Bununla da, icra vərəqəsinin iddiaçıya aid olmaması və yanlışdır. Məhkəmə öz təşəbbüsü ilə iddia tələbini dəyişdirmiş və daha sonra yekun qərar qəbul etdikdən sonraiddiaçıtərəfindən həmin ərizəni qəbul etmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəməyə təqdim edilmiş qanuni qüvvəyə minmiş qərarlardan görsənir ki, iddiaçı tərəf ümumiyyətlə mübahisə predmeti olan əmlakla bağlı hər hansı subyektiv hüququ belə yoxdur. Belə ki, iddiaçıtərəfindən mülkiyyət hüququnun tanınması və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasıAR Ali Məhkəməsinin 2(102)-4271/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4320/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır…»

Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil3 onunla razılaşmamış, iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə əvvəldən yaşadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları...; İşin hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən “cavabdehlər X1 və X3 iddiaçı X12ma məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onlar həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçı X12ma təhvil verilməsi qət olunmuş və icra edilməsi üçün cavabdeh icra orqanına göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məcəllənin qeyd olunan normasının mənasından göründyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi yalınz, həmin işin tərəfləri və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri üçün məcburidir. Lakin konkret halda, işin mübahisələnirilən hallarından aydın olur ki İddiaçı1 və onun ailə üzvləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən 2(005)- 695/2021 saylı xx.xx.2021- ci il tarixli icra sənədi üzrə nə tərəflərdən biri, nə də həmin işdə iştirak edən digər şəxsdir. Başqa sözlə, cavabdeh icra orqanının mübahisələndirilən icra sənədinə əsasən iddiaçının və onun ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilindən çıxarılması barədə üzərinə düşən öhdəliyi qoyulmamışdır. MPM-in 15.4-cü maddəsi isə nəzərədə tutur ki, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Məcəllənin qeyd olunan tələbindən də göründyü kimi, məhkəmə aktı maraqlı şəxsin mənafeyinə toxunduqda, o, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Konkret halda, məhz iddiaçı tərəfindən mübahisələndirilir ki, cavabdeh icra orqanı tərəfindən qanunsuz olaraq vaxtilə mərhüm əri ilə birgə nikah dövündə, baldızı X2 göndərilən pul hesabına alınmış, lakin formal olaraq xx.xx.2007-ci ildə müqavilə əsasında sonuncunun adına rəsmiləşdirilən müqavilə əsasında əldə etdiyi - Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzildən çıxarılmasının tələb olunması onun hüquqlarını pozur. Cavabdeh icra orqanın birinci instansiya məhkəməsinə ünvanladığı məktubundan da belə anlaşılır ki, mübahisəli mənzilin qapısı bağlı olduğundan dəfələrlə icra təxirə salınmış, sonradan "xxxx" MMC-nin İddiaçı1 təqdim etdiyi arayışına əsasən müəyyən edilmişdir ki, bina istismara verildiyi gündən bu günədək həmin mənzildə İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında rəsmiləşdirilmiş “Green Park” yaşayış kompleksindəki 134 saylı mənzildə yaşayır (Arayış işə əlavə edilir, i.v.34). Beləliklə də işin müəyyən olunan hallarından göründüyü kimi, icra sənədi üzrə tərəf və digər proses iştirakçısı olmadığı halda, cavabdeh icra orqanı tərəfindən həmin mənzildə yaşamış və konkret halda onun faktiki sahibliyindən olan çıxarılması tələb olunur. «İcra haqqında» Qanunun 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Birinci instansiya məhkəməsinin qərarında da məhz, əsaslı olaraq hesab etmişdir ki, iddiaçıının mənzildən çıxarılmasına münasibətdə icra sənədi olmadığından, cavabdeh Nərimanov rayon İcra Şöbəsinin onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayou, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən 134 saylı mənzildən çıxarılmasına yönəlmiş hərəkətlərı qanuna zidd və onun mənzil hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də gössətərilənlərə əsasən məhkəmə kollegiyası üçüncü şəxs Ə.Sultanovanın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəliləri ilə razılaşmır. Onun şikayətinin İddiaçının dəqiqləşdirilmiş ərizəsi olmadan məhkəmə öz təşəbbusu ilə iddia tələbini dəyişdirdyini mübahisələndirilən dəlillərinə, işin təsviri hissəsində qeyd olunanlardan göründüyü kimi, məhkəmə, məhz, iddiaçının dəqiqləşdirilmiş ərizəsi əsasında qəbul etdiyi qərardadı ilə onun dəyişdirilmiş iddia tələbini icraata qəbul etmişdir.

Odur ki, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, üçüncü şəxs Ə.Sultanovanın apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı 07.11. 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı 07.11. 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar