Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1377/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X29 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə (3-cü şəxs X10) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10493/2021 saylı qərarından 3-cü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X10 və övladları X19 və X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.12.1995-ci il tarixində Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzilini almışdır. Bu haqda 514 saylı reyestr kitabında qeydiyyata alınmışdır. Bu haqda Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. X5 cavabdehlə 08.01.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki övladları X19 və X20 dünyaya gəlmişlər. 99 saylı MKİS-nin rəisi cənab İsrafilovun imzaladığı 28.02.2021-ci il tarixli, 121 saylı arayışdan da, görünür ki, cavabdeh və onun iki övladı ona məxsus mənzildə qeydiyyatdadırlar. Əvvəllər cavabdehin X5 ilə münasibətləri yaxşı olsa da, sonradan bu münasibətləri pozulmuşdur. Xətai Rayon Məhkəməsində nikahın pozulması barədə 2(011)- 2233/2020 saylı qətnamə qəbul edilmiş və 19 fevral 2021-ci il tarixində AZ- İ 372969 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. Hal-hazırda cavabdeh və onun övladları X19 və X20 11 sentyabr 2020-ci il tarixdən onun mülkiyyətçi olduğu mənzildə yaşamırlar. Harada yaşamaları ona məlum deyildir. Bakı İnzibat Məhkəməsinin 2-1(112)-10493/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərardadı ilə X10 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10493/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, X3 və onun övladları 13.12.2004-cü il təvəllüdlü X19 və 23 iyun 2011-ci il təvəllüdlü X7 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları barədə ona sms və ya bildiriş gəlməmişdir. İddia ərizəsi göndərilməmişdir. X22 ilə ailə həyatı qurduğu vaxtdan, 2003-cü ildən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 76 saylı evin 68-ci mənzilinə gəlin köçmüş və uşaqlar da həmin evdə doğulmuşlar. 2020-ci ilin avqust ayından evdən çıxarılmış və iki övladı ilə birlikdə müxtəlif yerlərdə kirayədə qalmışlar. Həmin vaxtdan onun və övladlarının evə qeydiyyatları olmasına, habelə əmlakının evdə olmasına baxmayaraq evə köçüb yaşamasına imkan verilmir. Həmin evdən başqa yaşamağa yeri yoxdur. Kirayədə yaşayır, kirayə pulunu verməyə imkanı olmadığından mübahisəli evə köçməyə cəhd etsə də, buna maneəçilik törədilmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun xüsusi mülkiyyət hüquqları reyestr kitabında 514-cü səhifə, 76942 qeydə alma, 30/76742 nömrəsi ilə, 19.12.1995-ci il tarixdə qeydiyyata alınmışdır. Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 224092 nömrəli, 28.03.2006-cı il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 01.08.1979cu il təvəllüdlü X22 ilə 10.03.1973-cü il təvəllüdlü X21 arasında 28.03.2006-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 372969 nömrəli, 19.02.2021-ci il tarixli Nikahın pozulması haqqında şəhadənamənin surətindən görünür ki, X22 ilə X10 arasında olan nikaha Xətai Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi əsasında 06.01.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19.02.2021-ci il tarixdə 88 nömrə ilə qeyd aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 02.08.2021-ci il tarixli, 101-22777H-32221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, şəxs yaşayış yeri üzrə qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim edildiyi təqdirdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılması məsələsinə baxıla bilər. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 6ÜŞ-17751/21 nömrəli, 03 avqust 2021-ci il tarixli məktubdan görünür ki, onun cavabdehlər X4, X12 və X13 qarşı mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi barədə ilkin; iddiaçı X3 cavabdehlər İddiaçı və X16 qarşı evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3014/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4, X12 və X13 qarşı – cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə ilkin iddiası, iddiaçı X3 cavabdehlər İddiaçı və X17 qarşı – mənzilinə köçürülmələrinin və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5129/2021 saylı,16.06.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qətnaməsi qismən, yəni “Bu qətnamə X3, X8 və X7 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyaytdan çıxarılmaları üçü əsasdır” hisəssində ləğv edilmiş, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, ərizəsində qeyd edilən məsələ ilə əlaqədar bildirilmişdir ki, cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı ərazi üzrə müvafiq Polis İdarəsinə, imtina edildiyi təqdirdə, ümumi qaydada Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 710 nömrəli, 09.09.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzilində İddiaçı, oğlu 1977-ci il təvəllüdlü X23, oğlu 1979cu il təvəllüdlü X22, gəlini 1973-cü il təvəllüdlü X10, nəvəsi 2004-cü il təvəllüdlü X19, nəvəsi 2011-ci il təvəllüdlü X20, nəvəsi 2004-cü il təvəllüdlü X14 qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Hüseynova (Rzayeva) Xuraman Canəli qızı ilə X22 arasındakı Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən 28 mart 2006-cı il tarixli 321 saylı akt qeydinə əsasən bağlanılmış nikah pozulması, 13.12.2004-cü il təvəllüdlü X19 və 23 iyun 2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anaları X3 yanında qalması, 13 dekabr 2004-cü il təvəllüdlü X8 və 23 iyun 2011-ci il təvəllüdlü X1 üçün X9 11.02.2020-ci il tarixdən başlayarq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7728/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2020 saylı iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi “alimentin 11.02.2020-ci il tarixdən tutulması” hissəsində dəyişdirilmiş və alimentin tutulması 02 sentyabr 2020-ci il tarixindən hesablanması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5725/2021 saylı, 13.12.2021-ci il tarixli, İddiaçı cavabdehlər X10, X19 və X13 qarşı mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi, qarşılıqlı iddiaçı X3 cavabdehlər İddiaçı və X16 qarşı evə köçürülmə tələbinə dair iş üzrə Qərarınının 30-cu bəndindən (apellyasiya instansiyası məhkəməsindəki icraat) görünür ki, apellyasiya məhkəməsinə görə də, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də, Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Çünki, qarşılıqlı iddiaçının köçmək istədiyi mənzil İddiaçı adına 19.12.1995-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və dövlət reyestrində qeydə alınmışdır. Bunu tərəflərin heç biri mübahiələndirmir, mübahisələndirilən hal həmin mənzilə qarşılıqlı iddiaçının yaxud onunla rəsmi nikahda olmuş, ilk iddiaçının oğlu Rizvan Hüseynovun hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair ilk iddiaçı ilə yaxud hər-hansı şəxslə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və rəsmi nikahda olduğu Rizvan Hüseynova məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış, yaxud qeydiyyatda olsa belə, bu hallar qarşılıqlı iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Həmin Qərarının 31-ci bəndindən (apellyasiya instansiyası məhkəməsindəki icraat) görünür ki, apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, qarşılıqlı iddiaçının ilk İddiaçı məxsus mənzildə müvəqqəti yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, qarşılıqlı iddiaçının qeyd olunan mənzilin mülkiyyəçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qarşılıqlı iddiaçının bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin yekun qənaəti, mahiyyəti etibarı ilə düzgün olmuşdur. Həmin Qərarının 44-cü bəndində (kassasiya instansiyası məhkəməsinin mövqeyi) qeyd olunmuşdur ki, işin müəyyən edilmiş hallarına görə qarşılıqlı iddiaçının köçmək istədiyi mənzil ilk İddiaçı mülkiyyətindədir. Qarşılıqlı iddiaçı Xuraman Hüseynova keçmiş qayınanası İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə 2006-cı ildə köçmüş və onlar arasında mənzildən istifadə hüququ ilə bağlı hər hansı yazılı razılaşma olmamışdır. Halbuki, işin müəyyən edilmiş halları baxımından qarşılıqlı iddianın təmin olunmasının yeganə qanuni şərti qarşılıqlı iddiaçının mənzilin mülkiyyətçisi ilə yazılı razılaşmasının olmasından asılıl olmuşdur və belə bir yazılı razılaşmanın olması da, müəyyən edilməmişdir. Həmin Qərarın 45-ci bəndində (kassasiya instansiyası məhkəməsinin mövqeyi) qeyd olunmuşdur ki, Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia və apellyasiya şikayəti üzrə hazırki qərarın 30-31-ci bəndlərində əks ediən dəyərləndirilməsini və tətbiq etdiyi maddi hüquq normalarını əsaslı və qanuni sayır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə mübahisənin həlli üçün zəruri olan bütün halları (mənzilin statusunu, hüquq münasibətləlrinin yaranması vaxtını, tərəflərin mənzildən istifadə ilə bağlı münasiblətlərinin hansı formada olması, mənzildə qeydiyyatın məqsədi, tətbiq ediməli olan maddi hüquq norması və s.) aydınlaşdırmış və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları çərçivəsində düzgün qiymət vermişdir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayəti üzrə əlavə şərhə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs X10, İddiaçı gəlini olmaqla, X5 ilə rəsmi nikahda olmuşlar. Onlar arasında olan rəsmi nikaha Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi əsasında 06.01.2021-ci il tarixdə xitam vermişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi əsasında eyni zamanda, X10 ilə X15 birgə nikahlarından olan 13.12.2004-cü il təvəllüdlü X19 və 23 iyun 2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anaları X3 yanında qalması qət edilmişdir. İddiaçı ilə 3-cü şəxs arasında hazırki iş üzrə mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun itirilməsi, mənzilə köçürülmə ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarları (qətnamələri) ilə müəyyən edilmişdir ki, X3 qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də, ola bilməz. X3 bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə ola bilərdi ki, iş materialları ilə də belə bir razılığın olması müəyyən edilmir. X3 qeyd olunan mənzildə faktiki yaşaması, yaxud qeydiyyatda olması belə, onun həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə X3 övladları ilə birlikdə mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə qərarı (qətnaməsi) ilə hazırki iş üzrə 3-cü şəxs X3 mübahisəli mənzilə dair hər hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmçinin X22 ilə birgə nikahlarından olan övladları 13.12.2004cü il təvəllüdlü X19 və 23 iyun 2011-ci il təvəllüdlü X20 onun himayəsinə verildiyindən, beləliklə də, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların da, yaşayış yeri X3 yaşayış yeri olmalı olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmaması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, 3-cü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə sms bildiriş və adi qaydada poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş, işdə olan xəbərnamədən görünür ki, məhkəmə bildirişi 3-cü şəxsə çatmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10493/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1377/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1377/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver