Məhkəmə qərarları › İş №2-1(103)-1378/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1378/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1378/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş «qərara izah verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4053/2020 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4053/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1410/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4053/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-28/2021 saylı qərarı ilə iddiaçının verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1410/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-28/2021 saylı qərarının izah edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4053/2020 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) ərizə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Ali məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının məzmununun izah edilməsi barədə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etməmiş və ya məhkəmə iclasında bunu xahiş etməmişdir. İşdə belə bir sənəd yoxdur. O, əksinə Ali Məhkəmə və Məhkəmə Hüquq Şurasından həmin qərarın məzmununun izah edilməsi barədə Ali Məhkəmənin inzibati kollegiyasına yazdığı ərizələrinin birinci instansiyaya göndərildiyi üçün birinci instansiya məhkəməsinin kassasiya instansiya məhkəməsinin qərarının məzmununu izah etmək səlahiyyətinə malik olmadığını, qanunvericilikdə belə bir qaydanın müəyyən edilmədiyini, hər bir məhkəmənin yalnız özünün qəbul etdiyi qərarın məzmununu izah etməyə səlahiyyətli olduğunu bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4053/2020 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)- 4053/2020 saylı qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(103)-1410/2020 saylı qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1410/2020 saylı qərardadı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-28/2021 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan normalardan görünür ki, məhkəmə qərarı ləğv edilməmişdirsə, həmin qərara izah verilə bilər. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmasına baxmayaraq, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanıldığı hallarda yuxarı instansiya məhkəmələrinin qərarlarına izah verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263- 264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar