Məhkəmə qərarları › İş №2-1(103)-1379/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1379/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1379/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər 1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə,

2. 13 №-li Dövlət Notariat Kontoruna,

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası üzrə

GİRİŞ HİSSƏ

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, 3-cü şəxs X5 iştirakı ilə,

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-988/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi.

TƏSVİRİ HİSSƏ

İddiaçı cavabdehlər Bakı şəhəri 13 nömrəli Dövlət Notariat Kontorunun notariusu X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı 64853 saylı çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. 3-cü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı digər cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 3-cü şəxs X6 nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişləri onların göndərilməsi barədə poçt zərflərinin üzərindəki qeydlərə əsasən «məzuniyyətə çıxıblar» və “ləğv olunub” səbəbindən geri qaytarıldığı üçün 13 saylı Dövlət Notariat Kontoru və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edə bilməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin cavabdehlərin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinin, 13 saylı Dövlət Notariat Kontorunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və 3-cü şəxs X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin iki hissədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsindən və 13 saylı Dövlət Notariat Kontorundan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən onun xeyrinə maddi və mənəvi ziyanın tutulmasından ibarət olduğunu müəyyən etmiş və iddianı hər iki hissədə mümkün saymamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsindən və 13 saylı Dövlət Notariat Kontorundan maddi və mənəvi ziyanın tutulması barədə tələbinə münasibətdə həmin tələbə baxılmasının ümumi məhkəmənın səlahiyyətinə aid olduğuna əsaslanaraq həmin hissədə iddianı mümkün saymamışdır. Bu barədə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45 və 46-cı maddələrində iddia ərizəsinin məzmunun və iddianın hansı qaydada qaldırılması təsvir olunmuşdur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Şərh olunan maddənin normaları baxımından qeyd olunmalıdır ki, iddiaçının tələbi dedikdə, onun cavabdehə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret ifadə olunur: müəyyən pul məbləğinin tutulması, çıxarışın ləğvi, cavabdehin müəyyən hərəkətləri etməkdən çəkindirilməsi və s. Başqa sözlə desək, iddia ərizəsi yazılı şəkildə verilməli, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi onların iddianın predmetini (iddiaçının cavabdehə qarşı konkret maddi-hüquqi tələbini) və əsasını (iddiaçının öz tələbini əsaslandırdığı halları) müəyyənləşdirməsinə imkan verməlidir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı işə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq, iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsini, həmçinin iddia tələbinin nəticə hissəsisində cavabdehlərə yönəlmiş tələbin konkret olaraq göstərilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərsə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddia tələbinin konkret olaraq nəyi ifadə etdiyini təsvir etməmiş və iddianın nəticə hissəsini aydın göstərməmişdir. Həmçinin apellyasiya baxışı zamanı iddiaçıya məhkəmə kollegiyası tərəfindən hüquqi yardım göstərilsə də, iddiaçı iddia tələblərinin və cavabdehlər sırasının dəqiqləşdirilməsi ilə bağlı hər hansı ərizəni məhkəməyə təqdim etməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində hazırki tələbini konkret göstərməsə də, işə birinci instansiya qadasında baxılarkən onun xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq icraatının iclasında verdiyi izahatından məlum olmuşdur ki, iddiaçının hazırki iddiasının əsası daşınmaz əmlakın bağışlanması haqqında müqavilə təşkil edir və iddiaçı həmin müqavilənin bağlanması və onun nəticəsində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi nəticəsində cavabdehlərdən maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Bu barədə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Notariat haqqında” Qanunun 11-ci maddəsinə əsasən notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. “İnzibati və mülki hüququ münasibətlərindən irəli gələn mübahisələlərin məhkəmə aidiyyətinə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən notariusun qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın tutulması ilə bağlı məhkəmənin aidiyyət qaydaları birbaşa olaraq müəyyənləşdirilməmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarın 8-ci bəndindən aydın olur ki, maddi və mənəvi zərərin mövcudluğu notariat kontorunun hərəkət və hərəkətsizliyi nəticəsindən yarandığından, həmin növ iddialara baxılması da ümumi məhkəmələrin səlahiyyətlərinə aid edilir. Bundan başqa qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən maddi və mənəzi zərərin tutulmasını hissəsində də iddianı mümkün saymamaqda haqlı olmuşdur. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 7.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 9-cu bəndi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) dəmövcudluğu yoxlanılmalıdır. İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına baxmayaraq Plenumun Qərarında göstərilənlərə əsasən kompensasiya ilə bağlı iddia növlərində, inzibati orqan tərəfindən həmin tələb təmin olunmadığı halda, iddiaçı həmin halı məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırki işdən müəyyən olunur ki, İddiaçı tərəfindən cavabdeh orqanlara ona vurulmuş maddi və mənəvi ziyanla bağlı müraciət edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-988/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar