Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-138/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum həyat yoldaşı kapitan Rəşad Mahmudovun kimi Binəqədi Rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilən hallar görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan iddiaçının həyat yoldaşı kapitan X3 44 günlük Vətən müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyatı aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislərin olmadığına, sağlamlığı getdikcə ağırlaşdığına görə, hospitalın rəisinin komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq R.Mahmudov xx.xx.2020-ci il tarixli məzuniyyət bileti alıb, neyrocərrahiyyə əməliyyat olunması üçün “Bakı Medikal Plaza” kilinikasına getmiş,, xx.xx.2020-ci il tarixdə klinikada neyrocərrahiyyə əməliyyatı düzgün aparılmmamış, xəstənin qanına kliniki infeksiya yeridilib reanimasiya şöbəsinə yerləşdirilmiş 41 gün müddətində xəstəyə əzabəziyyət verdikdən sonra beyini və qanı irinləşdirib və xx.xx.2021-ci il tarixdə həyatdan məhrum etmişlər. İddiaçı “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil edilməsini və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin hüquq şöbəsinin və sənədlərlə iş şöbəsinin müdirlərinin şifahi və qanunsuz, əsassız cavablar vermiş, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə poçt vasitəsilə ona göndərdiyi ərizələrə yazılı cavab verməkdən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə, İnsan Hüquqları üzrə Müvəkkili aparatına, Müdafiə Nazirliyinə dəfələrlə şikayət məktubları ünvanladıqdan sonra, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunu almışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz, AR Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə, 21-ci maddəsinə (5-ci bəndinə) HQSH AR Qanunun 28-ci maddəsinə, Mənzil Məcəlləsinin 51.2ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, əlavə güzəştin olması həmin zabitə nisbətdə tətbiq ediləcəyi bəlli deyil. Belə ki, sənədlər təqdim edildikdə şəxsin güzəştdən istifadə hüququnun olmaması hallarıda müəyyən oluna bilər. Bundan başqa, iddiaçı iddia ərizəsində Binəqədi Rayonu İcra Hakimiyyətinin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş edir. Halbuki, “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. İddiaçı qəbulda olarkən bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o rayon İcra hakimiyyətinin səlahiyyət çərçivəsində olmayan öhdəliyinin üzərinə qoyulması barədə iddia qaldırmışdıır. Bundan başqa, güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilər. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həvat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində "Hərbi qulluqçuların statusu haqqında” AR qanununun 21-ci maddəsinin 5-ci bəndinə əsaslanıb həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun Halbuki, iddiaçının iddia tələbi ilə bağlı qanunvericilikdə inzibati aktm qəbul olunması nəzərdə tutulmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. AR Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə ödənilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı ailə vəziyvəri ilə əlaqədar qısamüddətli məzuniyyətdə olduğu zaman əməliyyat olunması və nəticədə ölməsi kimi qərarda həqiqətə uyğun olmayan uydurma qeydlərin göstərilməsi qəsdən iddia ərizəsinin mahiyyətini cavabdehin xeyrinə dəyişdirməsi qanuna zidd və iddiaçının hüquqlarının məhkəmə (hakim) tərəfindən pozulması kimi qiymətləndirməlidir. Qərarı tərtib edib, imzalayan hakim cavabdehin vəkilini əvəz edərək şəxsi maraqları vəzifə səlahiyyətlərindən üstün tutaraq konstitusiyanın 127-ci maddəsinin İİ-ci hissəsini kobud şəkildə pozmaqla özünün hüquqi savada malik olmadığını sübut edir. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini, çəkişmə və faktlar əsasında həyata keçirməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipi, təmin etdikdən sonra öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmə (hakim) bütün sübutları toplamaqla, vicdanı rəhbər tutaraq sübutları prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq araşdırılmadan iddiaçının və nümayəndəsinin ləyaqətini alçaldaraq məhkəmə prosesini əsassız olaraq 10 ay müddətinə uzatdıqdan sonra qəbul etdiyi qanunsuz və əsassız qərarı 2 aydan artıq müddətdə iddiaçıya və ya nümayəndəsinə verməkdən imtina etmişdir. İnsan və vətəndaş hüquqlarını qorumaq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifə borcudur. Dövlət orqanları yalnız bu konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüquqlarda fəaliyyət göstərə bilər. Müdafiə Nazirliyindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021 ci il tarixli 0326 saylı əmirdən çıxarışda “Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğunu” qeyd edildiyi halda, X7 Aeroportunun hərbi komendantı Ruslan Həsənovun xx.xx.2021 -ci il tarixli 71 saylı əmrindən çıxarışda da “Ölüm hərbi xidməti vəzifəsinin icrası ilə bağlı olduğunu" qeyd olunduğu halda R.Mahmudovun komandiri hərbi komendant Ruslan Həsənovun imzası ilə məhkəməyə təqdim etdiyi xx.xx.2021 -ci il tarixli 74 saylı niyyəti və məqsədi məlum olmayan saxta arayışı məhkəməyə təqdim etməsinin səbəbləri:
1. Hərbi komendant Ruslan Həsənov köməkçisi kapitan R.Mahmudovdan rüşvət ala bilməməsi;
2. 243 günlük müharibədən bir gün əvvəl Azərbaycan Dövlətini təmsil edən yüksək vəzifəli dövlət məmurlarının (müharibəyə getməyə borclu olan) övladlarının “xüsusi reys” təyyarələrlə xarici dövlətlərə qaçdığı zaman hərbi komendantın köməkçisi kapitan R.Mahmudov komendant Ruslan Həsənova etirazını bildirməsi və digər faktlar 74 saylı saxta arayışda “Ölüm hərbi xidməti vəzifəsinin icrası zamanı baş verməyib” kimi qeyd etməsi özünün köməkçisindən öləndən sonra qisas alması kimi qiymətləndirilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1.8-ci maddəsinə əsasən kapitan R.Mahmudov müalicədə olarkən klinikanın reanimasiya şöbəsində pula görə həkimlər tərəfindən öldürülməsi hərbi xidmət vəzifələrinin icrası zamanı baş verdiyini konkret göstərilmişdir. Lakin qeyd etdiyi qanunun 27.2-ci maddəsində hərbi xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan xidmət yerindən kənarda olması; Sərxoş vəziyyətdə olması; İnzibati xətanın və ya cinayətin törədilməsi nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır. Vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti, vəzifə səlahiyyətlərinin lazımi qaydada yerinə yetirilməməsi, əməllərində tamah və ya şəxsi niyyətlər, vəzifə saxtakarlığı və sairə, nəticədə iddiaçının ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm maddi və mənəvi zərbə vurulmasına səbəb olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-1404/2022 saylı prosessual qanunvericiliyin tələblərini pozmaqla qəbul etdiyi qanunsuz və əsassız qərarda X1 hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməlidir. Hər bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə əsas sübut kimi 74 saylı xx.xx.2021-ci il tarixli həqiqətə uyğun olmayan saxta arayışa istinad etmişdir. Məhkəmənin qərarı ilə razı deyil və hesab edir ki, iş üzrə çıxarılan qərar əsassız və qeyri qanunidir. Məhkəmə (hakim) qərarı yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun xx.xx.2021-ci il tarixli 0326 saylı əmrindən çıxarışda “Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olduğu” qeyd edildiyi halda, həmçinin X7 Aeroportunun hərbi komendantı polkovnik-leytenant Ruslar Həsənovun xx.xx.2021 -ci il tarixli 71 saylı əmrindən çıxarışda “Ölüm hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olduğu” göstərildiyi halda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə əsasən hərbi xidmət vəzifəsinin icrası zamanı xəstələnib hospitalda və ya klinikada həlak olmuşsa (ölmüşsə), hərbi qulluqçusunun hərbi vəzifəsinin icrası zamanı həlak olmuş sayıldığı halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1.8-ci maddəsində müalicədə olarkən klinikanın reanimasiya şöbəsində zabitin öldürülməsi hərbi xidmət vəzifələrinin icrasında sayılır. İddiaçı cavabdehə qarşı “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşma çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini xx.xx.2021-ci il tarixdən davam etdirilməsi tələbinə dair iddianı təmin etməkdən ötrü İPM-in (inzibati apellyasiya) 82-ci maddəsi mübahisə ilə bağlı sübutlar və faktiki hallar əsasında mahiyyəti üzrə tam həcmdə baxılmalıdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi F.Yusifov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 03 noyabr 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X6, iddiaçının Binəqədi İcra Hakimiyyətindən mənzil növbəsinə götürülməsini tələb etməsi Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21.5-ci maddəsinin tələbinə uyğun olmadığını, onun mərhum ərinin mənzil növbəsinə Müdafiə Nazirliyi tərəfindən götürülməli olduğunu və mənzil növbəsində dayanan hərbi qulluqçulara yalnız müvəqqəti mənzil kirayəsi üçün kompensasiya verildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs Müdafiə Nazirliyi (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, kapitan Rəşad Mahmudovun mərhum həyat yoldaşı olaraq, onun dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 manat ödənilməsini tələb etmişdir. “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Həmin Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Konkret halda, iddia tələbinin qanuni əsasını “Hərbi qulluqçuların statusu haqqında» Qanunun sözügedən 21-ci maddəsinin 5-ci hissəsi təşkil edir. İş materiallarından, o cümlədən, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “ölüm haqqında şəhadətnamədən” və X7 Aeroportunun hərbi komendantı Ruslan Həsənovun xx.xx.2021 -ci il tarixli 71 saylı əmrindən çıxarışdan görünür ki, iddiaçının mərhum əri hərbi komendantın köməkçisi kapitan X3 24 yanvar 2021-ci il tarixdə “Bakı Medikal Plaza” hospitalında “beyin qişasının dəqiqləşdirilməmiş xoşxassəli yeni törəməsi”ndən vəfat etmişdir. X9 həyat yoldaşı olan iddiaçının iddia tələbindən və onun nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən müəyyən olunur ki, onun mərhum əri Rəşid Mahmudov hərbi xidmətdə olarkən, uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün 01 yanvar 2021-ci il tarixinə qədər almış və işin mübahisələndirilməyən halını təşkil edir. "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 saylı 2012-ci il 6 avqust tarixli Qərarının 1-ci hissəsinin 1-ci bəndinə əsasən:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Nazirlər Kabinetinin Qərarından göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə ödənişi həyata keçirilir. İşin hazırkı apellyasiya mərhələsində, məhkəmə tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğu göndərilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş cavab məktublarına, o cümlədən, Nazirliyin Mənzil İstismar İdaərsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 277 nömrəili cavab məktubunda aşağıdakılar bildirilmişdir: -“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının (3.2-ci bəndinin) tələblərinə əsasən vəfat etmiş sabiqkapitan X2 adı mənzil növbəsinə qəbul olunması üçün Azərbaycan Ordusunda 2000-ci ildə xidmətə başlamış hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək Maliyyə Nazirliyinə göndərilmişdir.” Adıçəkilən Fərmanın 2-ci bəndində isə təsbit olunur ki, “bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri https://eqanun.az/framework/22834 Azərbaycan Respublikasının maliyyə naziri...;4-cü bəndinin göstərişində isə qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.” Qeyd olunanlardan göründüyü kimi, iddiaçının məruhum əri Rəşid Mahmudovun adı Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə dayanan hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək təsdiq olunması üçün Maliyyə Nazirliyinə göndərilmiş və müvafiq nəticəsi gözlənilir. Belə olan halda, “Hərbi qulluqçulrın statusu haqqında” Qanunun qeyd olunan 21-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından İddiaçı hərbi qulluqçu vəfat etmiş əri Rəşad Mahmudovun ailəsi kimi onun həmin mənzil növbəsindən istifadə etmək hüququna malikdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehdən mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini davam etdirilməsini tələb etməkdə haqlı olduğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən onun qanunla qorunan hüquları pozulmuş hesab oluna bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmamasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.