Məhkəmə qərarları › İş №2-1(103)-138/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-138/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-138/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X14 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X12 cəlb olunmaqla) qarşı “torpaq sahəsinin naturada müəyyən edilməklə cizgi planın tərtib edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 56/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X7 cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə X1 adına ayrılmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998ci il tarixli, 973 №-li sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsi anası X2 ayrılmışdır. Anası vəfat etdikdən sonra Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə bu torpaq sahəsi onun adına keçirilmişdir. Lakin torpaq sahəsinin dəqiq yerinin müəyyən olunması sərəncamla birlikdə cizgi planı təqdim edilmədiyi üçün mümkün olmamışdır. Buna görə də ona məxsus torpaqdan istifadə faktiki olaraq mümkün deyildir. Çünki Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahə ümumi ünvan olmaqla, təxminən 1.0 ha ərazini əhatə edir və müxtəlif şəxslərə buradan fərqli ölçülərdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ünvanı eyni adlandırıldığı üçün müxtəlif şəxslərə müxtəlif ölçülərdə ayrılan torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq tərəflərindən cavabdehə müraciət olunmuş, cavabdehin xx.xx.2020-ci il tarixli, C66-091 saylı cavab məktubu ilə bildirilmişdir ki, “RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı fılialına təhvil verildiyindən aidiyyəti üzrə müraciət olunmasını tövsiyə edirlər”. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, P196 saylı cavab məktubunda isə qeyd edilmişdir ki, müvafıq sərəncama cizgi əlavə edilməmişdir. Göründüyü kimi müvafiq dövlət orqanlarından torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan verən cizginin əldə olunması mümkün olmamışdır. Onun anasına torpağın 1998-ci ildə ayrılmasını nəzərə alaraq, həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29- cu maddəsinə əsasən müvafıq rayon, şəhər xalq deputatları soveti tərəfındən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Bütün bu maddələrdən göründüyü kimi torpağın ayrılması ilə yanaşı torpağın dəqiq yerinin müəyyən edilməsi də müvafıq icra hakimiyyətinin öhdəliyində olmuşdur. Lakin bu halda cavabdeh iddiaçıya torpağın dəqiq yerini müəyyən edən hər hansı yerləşmə cizgisi təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3267/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)- 865/2022 saylı qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)- 865/2022 saylı qərardadı ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətiin qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 3267/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 56/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi. Eyni zamanda üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dostuyeva (İsmayılova) Lalə Əhməd qızına Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən torpaq sahəsi ilə bağlı çıxarışın verilib verilməməsi barədə məlumatların, ümumiyyətlə qeyd edilən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı hansı şəxslərə çıxarışın verilməsi barədə məlumatların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilsə də cavab olaraq bildirilmişdir ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 №-li cavab məktubunda qeyd edilmişdir ki, “Dostuyeva (İsmayılova) Lalə Əhməd qızının adma Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir.” Cavabdan görsənir ki, 1 saylı Bakı Ərazi İdarəsi digər şəxslər barədə məlumatı gizlətmişdir. Elə başa düşülür ki, Qaraçuxur qəsəbəsi, 4048ci məhəllə, 73 saylı mağazanın qarşısında 1,0 ha torpaq sahəsini Dostuyeva (İsmayılova) Lalə Əhməd qızı zəbt edib, orda başqa yaşayan yoxdur.Məhkəmə tərəfindən sorğu düzgün formada tərtib edilmədiyindən artıq ikinci dəfə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01146-2022 saylı, 01 mart 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda da qərəzli araşdırma apararaq sorğuya təfsilatı ilə cavab verməmiş, Dostuyeva (İsmayılova) Lalə Əhməd qızından başqa heç kimi axtarmaq istəməmişlər. Cavab olaraq isə bildirmişlər ki, - Qeyd olunan torpaq sahəsinə dair ətraflı və dəqiq məlumat (koordinat göstəriciləri) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər. Həmçinin mübahisəli torpaq sahəsinə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində baxış keçirilmiş, lakin ərazi daş hasarla əhatəolunduğundan sahəyə daxil olmaq mümkün olmamış, torpaq sahəsinin cizgisi mövcud olmadığından iddiaolunan torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən ümumiyyətlə ərazinin faktiki vəziyyəti, ərazidə olan və hasarlanmış 40 sot və daha artıq ərazilərin kimərə məxsus olmasını, kimin zəbt etməsini, nə üçün həmin ərazilərə baxış keçirilməməsini, iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsini üçüncü şəxslərə verib verməməsini, ünvanda olan hasarlanmış bütün torpaq sahələrinə baxış keçirilməməsinin səbəblərini, akt tərtib etməməsini, ərazidə olan bütün boş torpaq sahələrinə baxış keçirməməsini, apellyasiya məhkəməsinin göstərişlərini yerinə yetirməməsini əsaslandırmamışdır. Ərazidə bütün sahələr hasaralandığı halda cavabdeh hansı sahəni ölçüb iddiaçıya verəcəyinə dair araşdırma aparmamış, hazırkı iddiaçının mübhisəsini həl etməklə yeni mübahisələr yaratmışdır. Halbuki məhz bu səbəbdən apellyasiya məhkəməsi qərarı ləğv edərək araşdırmaq üçün göstərişlər vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2506/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hakim Yusifov Cahangir Afər oğlunun özü-özünə etirazı təmin edilmiş və işə baxılmasından kənarlaşdırılması qərara alınmışdır. Daha sonra hazırkı iş hakim K.Əkbərovun icraatına daxil olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək onların rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 56/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış C66-091 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə yerləşən 1200,00 torpaq sahəsinin iki ayrı sərəncamla eyni ünvanda vətəndaş İddiaçı və vətəndaş Dostəliyeva (qızlıq soyadı İsmayılova) Lalə Əhməd qızına ayrıldığından, həmin torpaq sahəsinin üst-üstə düşüb düşməməmsinə aydınlıq gətirilməsinə və ayrılmış torpaq sahəsinə dair ayrıc aktının verilməsinə köməklik göstərilməsi haqqında müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 155 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli, 973 saylı sərəncamında dəyişiklik edilərək Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə anası X2 ayrılmış 1200,0 kv.m torpaq sahəsi İddiaçı adına dəyişdirilmişdir. Bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən təqribən 1,0 ha ərazini əhatə edən torpaq sahəsinin 1998-ci ildə bir necə hissəyə müxtəlif ölçülərlə bölünərək Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə ünvan olaraq “73 nömrəli mağazanın qarşısındakı sahə” göstərilməklə vətəndaşlara (o cümlədən X2 -1200,0 kv.m və X9 -900,0 kv.m) ayrıldığı, eləcə də sözügedən torpaq sahəsinin 1998-ci ildə Suraxanı RİHB-nın iki ayrı sərəncamı ilə iki şəxsə ayrılması faktı öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və sözügedən torpaq sahəsi ilə bağlı vətəndaş Dostiyeva (qızlıq soyadı İsmayılova) Lalə Əhməd qızı ilə aralarında mübahisə predmeti olan məsələlərin həllinin qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qaydasında mümkünlüyünü nəzərə alaraq aidiyyəti üzrə müraciət olunmasını tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-00626-2021 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli “Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 22-də yaşayan X2 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncama əsasən X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə 1200 (min iki yüz) kv.m torpaq sahəsinin ayrılmasına, E.Qazıbəyova ayrılmış sahədə 185-000-111S №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə, kürsülüyün 2 m müəyyən edilməsinə, mütəxəssis S.Məmmədzadənin sahənin ölçülərinin naturada təyin etməsinə sərəncam verilmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 nömrəli “Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yaşayan vətəndaş İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək anası X3 qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,00 (min iki yüz) kv.m. torpaq sahəsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdır (ölum haqqında xx.xx.2004-cü il tarixli, AZ № 028012 şəhadətnamənin surəti əlavə olunmuşdur). Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamının 1-ci bəndinin quvvədən duşmuş hesab edilməsi, Qaraçuxur qəsəbəsı, 4048-cı məhəllə 73 №-li mağazanın qarşısındakı sahədə ayrılmış 1200,00 (min iki yuz) kv.m torpaq sahəsınin vətəndaş İddiaçı adına dəyişdirilməsi, sərəncamın qalan bəndlərınin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/7 №-li, xx.xx.2021-ci il tarixli, 1/545 №-li, xx.xx.2021-ci il tarixli, 1/808 №-li, xx.xx.2021-ci il tarixli və 1/1165 №-li, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli, 973 saylı sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı ərazidən 1200 kv.m torpaq sahəsi X2 ayrılmışdır. X6 vəfat etdikdən sonra sözügedən torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 155 saylı sərəncamı ilə mərhumun qızı, bu iş üzrə İddiaçı adına dəyişdirilmişdir. Qanunverciliyin tələblərinə uyğun olaraq vətəndaşlara həmin dövrdə torpaq sahəsi ayrılarkən plan-sxemin verilməsi RİH tərəfindən təmin edildiyindən və həmin dövrü o cümlədən 1998-ci ili əhatə edən sənədlər RİH-də saxlanılmadığından vətəndaşa, bu iş üzrə iddiaçıya Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etməsi tövsiyə olunmuşdur. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/983 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən 900,0 kvm. torpaq sahəsinin X9 ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi haqqında məktuba Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, rayon İcra Hakimiyyətinin 2008-ci il də daxil olmaqla sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğununun cavablandırlması imkanları xaricindədir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-03229-2021 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 №-li cavab məktubunda qeyd edilmişdir ki, “Dostuyeva (İsmayılova) Lalə Əhməd qızının adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01146-2022 saylı, 01 mart 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. -Suraxanı RİH-in xx.xx.2022-ci il tarixli, 1/2435 saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısında yerləşən təqribən 1,0 hektar ərazini əhatə edən torpaq sahəsinin 1998-ci ildə bir neçə hissəyə müxtəlif ölçülərlə bölünərək Suraxanı RİHB-nın müvafiq sərəncamları ilə ünvan olaraq "73 nömrəli mağazanın qarşısındakı sahə” göstərilməklə vətəndaşlara (o cümlədən X2 -1200,0 kv.m və X9 - 900,0 kv.m) ayrıldığı müəyyən edilmiş, eləcə də həmin ərazidə eyni torpaq sahəsinin iki ayrı sərəncamla iki şəxsə ayrılması faktı olmamışdır. Vətəndaş İddiaçı tərəfindən surəti təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 155 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 973 saylı sərəncamında dəyişiklik edilərək Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı sahədə X2 ayrılmış 1200,0 kv.m torpaq sahəsi qızı İddiaçı adına dəyişdirilmişdir. Eyni zamanda bildirilmişdir ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğunuya qeyd edilən məsələ ilə bağlı məlumatların təqdim edilməsi imkan xaricindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 nömrəli mağazanın qarşısındakı ərazidə yerləşən 1200 kv.m torpaq sahəsinin X1 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd olunan torpaq sahəsinə dair ətraflı və dəqiq məlumat (koordinat göstəriciləri) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər. Həmçinin mübahisəli torpaq sahəsinə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində baxış keçirilmiş, lakin ərazi daş hasarla əhatə olunduğundan sahəyə daxil olmaq mümkün olmamış, torpaq sahəsinin cizgisi mövcud olmadığından iddiaolunan torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 19 iyun 2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları, iddiaçını vəkili və məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərkən giriş qapısının bağlı olduğundan torpaq sahəsinin kordinatları çöldən mişar daş hasara əsasən müəyyən edilərək idarənin elektron baza məlumatlarında baxılması üçün əlavə edilmiş, sözügedən torpaq sahəsinin faktiki ölçüsünün 1220.0 kv.metr, hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.metr olduğu, torpaq sahəsinin dörd tərəfdən mişar daşla hasarlandığı, torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış (mağaza) tikilisinin olduğu müəyyən edilmişdir. - DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, sahə 73 nömrəli mağazanın qarşısında yerləşir. Sahənin giriş qapısı bağlı olduğundan, torpaq sahəsi hasarın çölündən göstərilmişdir. Hazırkı müraciət ilə bağlı yenidən tərəflər ilə əlaqə saxlanıldı, torpaq sahəsinin giriş qapısının bağlı olduğu bildirildi. Sözgedən torpaq sahəsinə dair cizgi təqdim edilmədiyindən vahid elektron kadstr məkumatlarına əsasən sənədin göstərilən sahəyə aid olub-olmamasını habelə üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün deyildir. Sahənin qeydiyyatı ilə bağlı məlumat yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; .... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Hazırkı işin hallarından görünür ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 1998-ci il tarixli, 973 nömrəli sərəncamı əsasında X4 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındaki sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. X4 ayrılmış sahədə 185-000-111C №-li bir tipli lahiyə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. X5 vəfat etdiyindən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 nömrəli sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 973 №-li sərəncamına dəyişiklik edilmiş, həmin sərəncamın 1-ci bəndi quvvədən duşmuş hesab edilmiş, Qaraçuxur qəsəbəsı, 4048-cı məhəllə 73 №-li mağazanın qarşısındakı sahədə ayrılmış 1200,00 (min iki yuz) kv.m torpaq sahəsı İddiaçı adına dəyişdirilmişdir. Qeyd olunan sərəncamlara ayrılmış torpaq sahəsinin cizgi planı əlavə edilməmişdir. Hazırda İddiaçı sərəncamla ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməklə cizgi planın tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh sənədlərin arxivdə olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlili olaraq hazırkı iş üzrə cavabdeh qismində İcra Hakimiyyətinin deyil, Əmlak Məsələləri Dövlət Xidmətinin çıxış etməli olmasını əsas göstərmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaqtəsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Qanunvericilik normalarına əsasən müəyyən edilir ki, torpaq sahəsi ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə olan halda cavabdehin iddianın mümkünsüz sayılması barədə dəlilləri əsassız olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin digər şəxslərə verilməsi barədə başqa sərəncamların, cizginin, dövlət reyestrində qeydiyyatının mövcudluğu həmçinin, iddiaolunan torpaq sahəsinin üçüncü şəxs L.Dostuyevaya ayrılmış torpaq sahəsi ilə üstüstə düşməsi, yaxud başqa şəxslərin hüquqlarına toxunması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunmasının cavabdehin öhdəliyinə aid edilməsini nəzərə alır və qeyd edir ki, hazırda iddiaçı öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə onun adına verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Bu baxımdan, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati aktın ləğv edilməsi, etibarsız sayılması, qüvvədən düşməsi ilə bağlı isə hər hansı mötəbər sübut nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 56/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 56/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar