Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1381/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 mən. 4 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxslər - Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsi, X4) üçüncü şəxs X2 yaşayış yeri ilə təmin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2- 1(112)-3117/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinə qarşı (Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsi və X4 üçüncü şəxslər kimi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini, mülkiyyətini qanunsuz zəbt etmiş X2 ailə üzvləri ilə birgə “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbləri qaydasında yaşayış yeri ilə təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-2583/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, həmin iş üzrə cavabdeh X2 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 273 saylı bağ sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6831/2015 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı X3 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)- 2583/2015 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmiş, lakin hazırkı tarixədək qətnamənin icrası təmin edilməmişdir. İddiaçı qanuni qüvvəyə minmiş qətnamənin icrasının təmin edilməsi məqsədilə həmin iş üzrə borclu və hazırkı iş üzrə üçüncü şəxs X2 yaşayış yeri ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-3117/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-3117/2020 nömrəli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini “şikayət” kimi qeyd etməsini, Bakı Apellyasiya Məhkəməsi əvəzinə Bakı İnzibati Məhkəməsinin göstərməsini və qərardad əvəzinə qərar qeyd edilməsini yazı xətası kimi qiymətləndirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. İş materiallarında üçüncü şəxs X2 (xx.xx.1974-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Xocavənd ray., Salakətin ərazi dairəsi, Salakətin kəndində qeydiyyatdadır) ünvanına – Bakı şəhəri, Şüvəlan qəs., 273 saylı bağ evinə göndərilmiş məhkəmə bildirişləri ünvan “tam deyil” qeydi ilə geri qayıtdığından və iş materiallarında üçüncü şəxsə məxsus ünvan və əlaqə nömrəsi qeyd edilmədiyindən işin apellyasiya icraatı zamanı müvafiq qurumlardan üçüncü şəxsə məxsus əlaqə nömrələri əldə edilmişdir. Həmin nömrələrlə əlaqə yaradılmağa çalışılsa da, nömrələr bağlı olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından məlum olur ki, icra sənədi üzrə tərəf İddiaçı qanuni qüvvəsini almış və artıq icraya yönəldilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-2583/2015 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədilə məhkəmədə hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra orqanının fəaliyyəti isə iki aspektdən qiymətləndirilə bilər: -birincisi, icra məmurunun icra sənədinin icrasına yönəlmiş fəaliyyəti ilə bağlı icra proseduru daxilində qəbul etdiyi qərarlarının və hərəkətlərinin əsaslılığının qiymətləndirilməsi; -ikincisi, icra məmuru tərəfindən icranın həddindən kənara çıxan, qanunsuz hərəkətlərə yol verilməklə, ziyan vurmaya səbəb olan hüquqazidd fəaliyyəti ilə bağlı olan hərəkətlərinin qanuniliyi yoxlanılmaqla qiymətləndirilməsi. İşin faktiki hallarından göründüyü kimi, iddianın əsasını Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-2583/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi (hakim T.Əkbərov) üzrə verilmiş icra sənədi təşkil edir. İddiaçı həmin icra sənədi üzrə borclu üçüncü şəxs X2 yaşayış yeri ilə təmin edilməsini istəyir. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən təsbit edilən qərarlar inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədyindən onların, ayrıca iddia verməklə, inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab oluna bilməz. Məhkəmə qərarının (qətnaməsinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərindən olan onun icra şöbəsinə qarşı məhkəməyə şikayət vermək hüququnun onu digər inzibati orqanlara qarşı inzibati orqanlara qarşı inzibati mübahisə açmaq hüquqlarından məhrum etməməsi və digər növ iddiaların verilməsini istisna etməməsi ilə bağlı qeyd edir ki, iddiaçının bu dəlili tamamilə əsassızdır. Belə ki, İddiaçı cavabdeh X3 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamənin icrası ilə bağlı iddiaçı icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə bağlı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırkı iddia tələbi isə mülkiyyətini qanunsuz zəbt etmiş X2 ailə üzvləri ilə birgə “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbləri qaydasında yaşayış yeri ilə təmin edilməsi olsa da, iddiaçının X2 mənafeyini əks etdirən, qeyd edilən iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün hər hansı subyektiv hüququ yoxdur. Belə ki, X4 şəxsən pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar müstəqil şəkildə istənilən orqana müraciət edə bilər və eləcə də, məhkəmədə öz adından iddia qaldıra bilər. O cümlədən, ona məcburi köçkün kimi yaşayış sahəsinin verilməsi barədə müvafiq inzibati orqana öz adından müraciət etmək hüququndan istifadə edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında X2 qaçqın kimi yaşayış sahəsinin verilməsi barədə müvafiq inzibati orqana öz adından müraciət etmək hüququnun olmasını qeyd etsə də, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində X4 məcburi köçkün kimi qeyd edilmişdir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-3117/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 80, 87, 89 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası , qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-3117/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1381/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1381/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver