Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1381/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1987-xx.xx.1995-ci illər üzrə işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1987-xx.xx.1995-ci illər üzrə işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. 5882 saylı xx.xx.1977-ci il tarixli attestatdan görünür ki, İddiaçı 1976-cı ildə Bakı şəhəri 81 saylı texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1977-ci ildə oranı bitimişdir. İddiaçıya məxsus LV seriyalı 010773 saylı xx.xx.1983-cü il tarixli diplomdan görünür ki, o, 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1983-cü ildə institutu sanitariya ixtisası üzrə bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı 01654616 saylı xx.xx.1995-ci il tarixli əmək kitabçasında görünür ki, İslam Məhərəmov xx.xx.1995-ci ildə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sanitar həkim vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ƏG və ƏMM bölməsinə sanitar həkim vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2005-ci ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində sanitariya həkimi vəzifəsinə qəbul edilmiş və hal-hazıradək orada işləyir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İddiaçı Mehidi oğluna ünvanladığı 4/271 saylı 11 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müvafiq rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması və uzun müddət işğal altında qalması səbəbindən sorğuda qeyd edilən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət X5 İddiaçı Mehidi oğluna ünvanlanmış 17/A saylı 23 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli rayonu Qaraxanbəyli kəndi “Füzuli” adına Üzümçülük Sovxozunun 1974 – 1977-ci illərə aid sənədləri və Füzuli rayonu Mərkəzi Xəstəxanasının 1987 – 1993-cü illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Həmin xəstəxananın 1994 – 1997-ci illərə aid sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Tibb Universitetinin 1304 saylı 3 mart 2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültənin əyani şöbəsini bitirmişdir. İnstitutu bitirdikdə ona AB seriyalı LV seriyalı 010773 nömrəli (qeydiyyat nömrəsi 82) 27 iyun 1983-cü il tarixli diplom verilmişdir. İddiaçı İnstitutu bitirdikdə ona həkim-laborant ixtisası verilmiş və təyinatla DQM Vilayətinə göndərilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunarkən işlədiyi bəzi illərin stajına daxil edilməməsi səbəbindən həmin illərin də nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 30 aprel 2022-ci il tarixli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” imtina məktubunda qeyd edilmişdir ki, ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1 -ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası 2/tomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci n 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019~2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2022-ci il tarixində 252,25 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, 29.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək və xx.xx.1977-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığınız dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 18 il 7 ay 23 gün sığorta stajınız (25 ilə çatdırılmaqla) və xx.xx.2006-cı il taixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 15996,00 manat pensiya kapitalınız əsasında pensiyanız yenidən hesablanmışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Təqdim etdiyi Ə.Q.Əlibəyov adına Füzuli mərkəzi rayon Xəstəxanasının xx.xx.2006-cı il tarixli 195 nömrəli arayışının surətində qeyd edilmiş 1987-ci ildən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən həmin dövr sığorta stajına daxil edilməyib. Qeyd olunanlara əsasən bildirir ki, yaşa görə əmək pensiyası məbləği qanunvericiliyin tələblərinə uyğun hesabalanmış və pensiyanın məbləğində dəyişiklik olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il taixədək Füzuli rayon Mərkəzi rayon Xəstəxanasında işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasnın cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 27 avqust 1974-cü il tarixdə rayonun Füzuli adına Üzümçülük Sovxozunda fəhlə vəzifəsindən başlamışdır. 27 avqust 1976-cı il tarixdə həmin vəzifədən azad olunmuş və 3 avqust 1983cü il tarixdən 12 dekabr 1986-cı il tarixədək Xocavənd (keçmiş Martuni) rayonunda X3 həkim işləmişdir. 1987 – 1995-ci illərdə Füzuli rayonu Rayonlararası Vərəm Əleyhinə Dispanserdə həkim kimi çalışmışdır. Sonradan həkim kimi 26 dekabr 1995-ci il tarixdən 13 yanvar 2001-ci il tarixədək Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzində, 13 yanvar 2001-ci il tarixdən 26 aprel 2002-ci il tarixədək isə, Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzində işləmişdir. 26 aprel 2002-ci il tarixdən 1 yanvar 2022-ci il tarixədək həkim kimi müxtəlif müəssisələrdə çalışmışdır. 1 yanvar 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiyanın məbləği onun iş stajına uyğun olaraq hesablanmamışdır. Belə ki, bu barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, Fond tərəfindən onun pensiya məbləğində düzəliş olunmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Ona 4 yanvar 2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiyanın yenidən hesablanmasına dair ərizə ilə müraciət etmişdir. Cavabdehin 30 mart 2022-ci il tarixli məktubuna əsasən iddiaçının 1987-ci il tarixdən 25 dekabr 1995-ci il tarixədək Ə.Q.Əlibəyov adına Füzuli Mərkəzi Rayon Xəstəxanasında işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında qeyd olunmadığından, sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqmda sənədi əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin, «İnzibati icraat haqqında» Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub- olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı qərarı). Subyektiv hüququn olub-olmaması dedikdə iddiaçının tələbinə əsas verən hal, yəni cavabdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər yəni, 1987-ci il tarixdən 25 dekabr 1995-ci il tarixədək olan dövrlər aşağıdakı səbəblərdən sosial sığorta stajına daxil edilməmişdir. Arayış o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin, hazırki işdə sözügedən dövrlər üzrə İddiaçı əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Bundan əlavə, iddiaçının 1995-ci ildən 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti dövrü, 1 sentyabr 1976-cı il tarixdən 30 iyun 1977-ci il tarixədək və 1 sentyabr 1977-ci il tarixdən 23 iyun 1983-cü il tarixədək əyani təhsil müddəti də nəzərə alınmaqla, 18 il 07 ay 23 gün sığorta stajı (25 ilə çatdırmaqla) və 1 yanvar 2006-cı il tarixdən 1 oktyabr 2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.996 manat pensiya kapitalı əsasında pensiya yenidən hesablanmış, lakin məbləğdə dəyişiklik olmamışdır. Belə olan halda, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı dəyişiklik olmadığından, iddia mümkünsüz hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 1987-1995-ci illərdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir, buna görə də əmək pensiyası düzgün hesablanmamışdır. Lakin Bakı İnzibati Məhkəməsi qərarda 1987-1995-ci illərdəki iş stajını təsdiq edən hər hansı arxiv arayışı və əmək kitabçasında qeyd olmaması səbəbindən həmin dövrün sığorta stajına daxil edilməməsini göstərmişdir. Milli Arxiv İdarəsinin 23 fevral 2022-ci il tarixli 17/A saylı arayışından da görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının 1987-1993-cii illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Belə olan halda məhv edilmiş sənədləri necə təqdim edə bilər? Bundan əlavə Azərbaycan Tibb Universitetinin xx.xx.2022-ci il tarixli 1304 saylı arayışının mətnində göstərilir ki, o, institutu bitirdikdə ona həkim-laborant ixtisası verilmiş və təyinatla X9 Vilayətinə göndərilmişdi. Yəni, faktiki olaraq 1987-1995-ci tarixlərində işlədiyini təsdiq edən sənədlər məhv edilsə də, arayışdan məlum olur ki, əyani təhsilini bitirdikdən sonra təyinatla Qarabağ bölgəsinə (Fiizııli rayonuna) göndərilmişdi. Hesab edir ki, onun məsuliyyətində olmayan səbəblərə görə 1987-1995-ci illərin iş stajına daxil edilməməsi və nəticədə əmək pensiyasının diizgün hesablanması barədə tələbinin təmin edilməməsi əsassızdır. Yəni, 1987-1995-ci il tarixlərində Füzuli Mərkəzi Rayon Xəstəxanasında işlədiyi dövrlərdə nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinədək olan stajı 25 ildən çox təşkil edir. Buna görə də əmək pensiyası yenidən hesablanmalı və ödənilməmiş pensiya məbləği ödənilməlidir. Məhkəməyə təqdim edilmiş sübutlardan və sənədlərdən faktiki olaraq görünür ki, o, 1987-1995-ci il tarixlərində işləmiş və onun işlədiyini təsdiq edən arxiv sənədləri saxlanılmaması faktiki olaraq onun səlahiyyətlərinə aid deyil. Məhkəmə həqiqətə nail olmaq iiçiin işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hesab edir ki, 1987-1995-ci il tarixlərində Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır, lakin işin materiallarında olan arxiv arayışlarından da məlum olur ki, həmin dövrdə işlədiyini təsdiq edən bütün sənədlər erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Buna görə də onun məsuliyyətində olmayan səbəblərə görə həmin dövrlərdə işlədiyini təsdiq edən sənədlər təqdim edilməmiş, nəticədə pensiyası düzgün hesablanmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmənin qərarda göstərilən mövqeyi ilə razılaşmır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdi ki, məhkəmə sorğusunu Füzuli rayon Mərkəzi Xəstəxanasına təqdim etmək üçün orada olarkən həmin Xəstəxananın arxivində ona məxsus əmək kitabçasının olduğunu bilmiş və bu səbəbdən həmin əmək kitabçasını əldə etdmiş, əmək kitabçası Xəstəxana tərəfindən təsdiq olunmuş və 1987-2002-ci illərdə işləməsi ilə bağlı əmək haqqı barədə məlumatları əks etdirən sənədi də götürmüşdür. Bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və onun iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə nəzərə alınmaqla, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Füzuli rayon Mərkəzi rayon Xəstəxanasında işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasnın cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdi ki, iddiaçının stajına daxil edilməsini tələb etdiyi dövrün bir daha araşdırılması məqsədilə Füzuli rayon Mərkəzi Xəstəxanasna sorğu məktubu göndərilmişdir. Odur ki, həmin sorğu məktubuna cavab verilməsi məqsədilə işin başqa vaxta keçirilməsi xahiş olunmuşdu. Həmçinin cavabdehin nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1381/2023 saylı 21 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il taixədək Füzuli rayon Mərkəzi rayon Xəstəxanasında işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1987 – 1995-ci illər üzrə iş stajını təsdiq edən hər hansı arxiv arayışının, əmək kitabçasında müvafiq qeydlərin mövcud olmamasına, cavabdehin həmin dövrün onun sığorta stajına daxil edilməməsi hərəkətinin qanunsuz qiymətləndirilməməsinə, imtinanın qanuna zidd sayılmamasına və iddiaçının hüquqlarının pozulmamasına istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki halına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunarkən işlədiyi 1987 – 1995-ci illərin stajına daxil edilməməsi səbəbindən həmin illərin də nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının qeyd etdiyi illərdə işləməsi faktını təsdiq edə biləcək əmək kitabçasının olmaması, bu barədə təqdim olunmuş arayışın isə əlavə sübutlarla təsdiq olunmaması əsası ilə onun tələbinin təmin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1987-1995-ci illərdə Füzuli Mərkəzi rayon Xəstəxanasında işlədiyi dövr iş stajı kimi qəbul edilmir o əsasla ki, bu barədə əmək kitabçasında müvafiq qeyd aparılmamışdır. Ona görə də işdə olan iddiaçıya məxsus pensiya işindən də göründüyü kimi, iddiaçının əmək pensiyası hesablanarkən cavabdeh orqan tərəfindən onun 1987-1995-ci illərdə işlədiyi dövr nəzərə alınmamışdır. Halbuki İddiaçı onun həqiqətən də 1987-ci ildən 25 dekabr 1995-ci ilə kimi Füzuli rayonlararası Vərəm əleyhinə dispanserdə fitizatır vəzifəsində işləməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi prof. Ə.Q.Əlibəyov adına Füzuli Mərkəzi rayon Xəstəxanası tərəfindən verilmiş 195 saylı xx.xx.2006-cı il tarixli arayışı (i.v.56) təqdim etmişdi. Bununla yanaşı, hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçının qeyd etdiyi illərdə işləməsi faktının dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi prof. Ə.Q.Əlibəyov adına Füzuli Mərkəzi rayon Xəstəxanasının 195 saylı xx.xx.2006-cı il tarixli arayışının verilməsi üçün əsas olmuş sənədlərin, o cümlədən İddiaçı həmin xəstəxanada işləməsini təsdiq edən sənədlərin, əmək haqqı cədvəllərinin və əmrlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi prof. Ə.Q.Əlibəyov adına Füzuli Mərkəzi rayon Xəstəxanasına məhkəmə sorğusu göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı həmin məhkəmə sorğusunu adı qeyd olunan Xəstəxanaya təqdim etmək üçün orada olarkən həmin Xəstəxananın arxivində ona məxsus əmək kitabçasının olduğunu bilmiş və bu səbəbdən həmin əmək kitabçasını əldə etdiyini, onun Xəstəxana tərəfindən təsdiq olunduğunu və həmin dövrlərdə işləməsi ilə bağlı müvafiq əmri və əmək haqqı barədə məlumatları da əks etdirən sənədi götürdüyünü bildirmişdir. İddaçı tərəfindən apellyasiya instansiyasına təqdim edilmiş İT-İ seriyalı ******* saylı xx.xx.1986-cı il tarixli əmək kitabçasının əslinə baxış keçirilmiş, onun həqiqiliyi və mötəbərliliyi heç bir şübhə doğurmamış, əslinin notariat qaydada təsdiq olunmuş nüsxəsinə uyğunluğu müəyyən edildikdən sonra əsli iddiaçıya qaytarılmışdır. Qeyd olunan əmək kitabçasındakı məlumatlardan müəyyən olunmuşdu ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək başqa səhiyyə təşkitında işləsə də, xx.xx.1987-ci ildən xx.xx.2002-ci il tarixədək 0.5 həkim-labarant, 0.5 həkim-fiziatr işləmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdu ki, o, həqiqətən də sözügedən xəstəxanada xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmişdir. Bu fakt həm də onun təqdim etdiyi xx.xx.1987-ci il tarixli əmr və əmək haqları barədə məlumatları əks etdirən sənədlə də öz təsdiqini tapır. O ki qaldı apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi xx.xx.1986-cı il tarixli əmək kitabçasında xx.xx.1987-xx.xx.2002-ci illərdə işləməsi ilə bağlı qeydlərin latın qrafikası ilə aparılmasına, bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, apellyasiya qaydasında işə baxılarkən cavabdehin mübahisələndirdiyi illərin (xx.xx.1987xx.xx.1995) iddiaçının iş stajına daxil edilməsinin mümkünlüyü məsələsi araşdırılarkən verilmiş məhkəmə sorğusuna əsasən iddiaçı adı çəkilən Xəstəxanada olmuş, bu zaman ona məxsus əmək kitabçasının həmin Xəstəxananın arxivində qaldığını bilmiş və onun işləməsi barədə qeydlər işəgötürən müəssisə (Füzuli rayon Mərkəzi Xəstəxanası) tərəfindən hazırki dövrdə aparıldığı üçün latın qrafikası ilə doldurulmuşdur, hansı ki, bu qaydada doldurulma həm qanunvericiliklə qadağan edilməmiş, həm də yalnız bu əsas iddiaçının həmin illərdə işlədiyi müddətin onun iş stajına (sığorta stajına) daxil edilib, pensiyasının yenidən hesablanmasından imtina üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, iddiaçı Fuzuli rayon Mərkəzi Xəstəxanasında xx.xx.1987-ci ildən xx.xx.2002-ci il tarixədək işləsə də, həmin dövrün bir qismi ona məxsus digər əmək kitabçasında qeyd olunan başqa əmək stajı ilə üst-üstə düşür və işlədiyi dövrün (1987- 2002) yalnız xx.xx.1987-xx.xx.1995-ci illərə aid hissəsi cavabdeh qurum tərəfindən mübahisələndirilir. Yuxrıda aparılan araşdırmalar nəticəsində məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən- Füzuli rayon mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.1987-xx.xx.1995-ci illər üzrə olan dövr onun iş stajına daxil edilməlidir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçının xx.xx.1987-xx.xx.1995-ci illərdə işlədiyi dövrün onun iş stajına daxil edilib pensiyasının yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi” ilə bağlı verdiyi ərizəyə uyğun olaraq onun xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il taixədək Füzuli rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il taixədək Füzuli rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1381/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1381/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver