Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1383/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçının nümayəndə və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “X7 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X7 Konsaltinq” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarında azaldılmış məbləğlər, o cümlədən 2020-ci il mənfəət vergisi üzrə 13932,33 manat, 2020-ci il ƏDV üzrə 6224,71 manat, 2020-ci il əmlak vergisi üzrə 35,89 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosial sığorta haqqları bəyannaməsi üzrə 129,99 manat, 2020-ci il ÖMV üzrə 140 manat, 2021-ci il ÖMV üzrə 14 manat və ümumilikdə 10318,48 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icaatında olmuş 2-1(112)-550/2022 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın davam edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci il üzrə mənfəət vergisini yoxlayan vergi orqanı illik gəlir və xərci yoxladığı üçün gəliri və xərci təsdiq edən sənədləri yoxlamaq imkanı mövcuddur. Çünki bu barədə müvafiq tələbnamə təqdim etmiş və protokol tərtib edərək sənədlər yoxlamaya təqdim edilmiş, SVY aktı tərtib edilmiş və müvafiq qərar çıxarılmışdır. Hazırda mübahisələndirilən VÖMCQ üzrə isə burada məhkəmə ümumiyyətlə yoxlamanın keçirilməsi əsası, keçirilən SVY üzrə hesablama əsaslarını araşdırmamışdır. Əvvəlki SVY nəticəsində çıxarılmış qərarda göstərilən hesablamalar hazırda məhkəmədə mübahisəsi davam edir. Hazırkı SVY ilə çıxarılan VÖMCQ üzrə isə konkret hesablamalar mövcuddur. Bu hesablamaları sübut etmək vergi orqanının üzərindədir. Hazırkı yoxlama aktı növbədənkənar SVY qərarında göstərilmiş başqa bir dövr üzrə tərtib edilmiş və əlavə hesablamalar aparılmışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: 2020-ci il üzrə: -Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 176.988,02 manat, amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 59.121,0 manat, çıxılmalardan sonra ümumi gəlir 236.109,02 manat, malların təqdim edilməsi (işlərin görülməsi.xidmətlərin göstərilməsi) 221.494,70 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 50.546,06 manat, sosial sığorta haqları 9.903,51 manat, icarə haqqı 263,16 manat (o cümlədən fiziki şəxslər ürzə 263,16 manat), enerji xərci 322,26 manat, yanacaq xərcləri 8.224,70 manat, rabitə xərcləri 1.777,54 manat, bank xidməti üzrə xərclər 563,24 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirlərdən çıxarılan xərclər 62.816,02 manat (o cümlədən Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 3.695,02 manat, təqdim edilmiş əsas vəsaitlərin dəyəri 59.121,0 manat, təmir xərci 945,58 manat, o cümlədən nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərci 945,58 manat, sığorta üzrə xərclər 309,49 manat, digər xərclər 85.823,14 manat, vergitutma məqsədləri üçün mənfəət 14.614,32 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 2.922,86 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yoxlayıcı tərəfindən cəmiyyətin gəlir və xərcləri 2020-ci il üzrə aşağıdakı kimi müəyyən edilmişdir: Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 179.288,12 manat, amortizasiya olıına əsas vəsaitlərin təqdim edilməsindən gəlir 59.121,0 manat, çıxılmalardan sonra ümumi gəlir 238.409,12 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 140.601,01 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 55.928,61 manat, sosial sığorta haqları 9.971,85 manat, icarə haqqı 263,16 manat (o cümlədən fiziki şəxslər üzrə 263,16 manat), rabitə xərcləri 1.792,79 manat, bank xidməti üzrə xərclər 612,79 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 62.816,02 manat (o cümlədən Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 3.695,02 manat, təqdim edilmiş əsas vəsaitlərin dəyəri 59.121,0 manat), təmir xərci 945,58 manat (o cümlədən nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərci 945,58 manat), sığorta üzrə xərclər 309,49 manat, digər xərclər 7.960,72 manat, yoxlayıcı yekunda vergitutma məqsədləri üçün mənfəəti 97.808,11 manat və mənfəət vergisini 19.561,62 manat məbləğində müəyyən etmişdir. Yoxlayıcı cəmiyyətin 2020-ci il üzrə mənfəət vergisini azaltmasını aşağıdakı kimi qeyd etmişdir: Cəmiyyət tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə-fakturalara əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 238.409,12 manat (o cümlədən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 59.121,0 manat) olduğu halda, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 236.109,02 manat və ya 2.300,10 (238.409,12-236.109,02) manat əskik göstərildiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığını müəyyən etmişdir. 322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq olunmayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 *20%) manat məbləğində azaldılması; 8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş, həmin yanacağın alınması və hansı nəqliyyat vasitələrinə sərf edilməsi sənədlərlə təsdiq olmayan qeyri-kommersiya məqsədləri üçün sərf olunan yanacaq xərcinin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 1.644,94 (8.224,70 *20%) manat məbləğində azaldılması; yanacaq sərfinin qeyri kommersiya məqsədləri üçün istifadə edilməsi sübuta yetirilməyib. 77.862,42 manat məbləğində 2020-ci il ərzində əldə edilmiş elektron qaiməfakturalara əsasən qeyri-kommersiya məqsədləri üçün sərf olunan icarəyə götürülmüş təsisçiyə məxsus mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan stol, stul və sair bu kimi mal material, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 15.572,5 (77.862,42 *20 %) manat məbləğində azaldılması kimi qeyd edilmişdir ki, bu əslində ilkin sənədlərdən də görünür ki, həmin obyekt qeyriyaşayış obyektidir. Mənfəət vergisi üzrə hesablamaya əsas olaraq vergi orqanı gəlir məbləğini 2.300,1 manat artırmış, xərcləri isə 80.893,69 manat azaltmışdır. Xərclərin azaldılmasına səbəb olaraq göstərdiyi təmir xərcləri və digər xərclər göstərilmişdir ki, burada da həmin xərcləri təsdiq edən digər sənədlər mövcuddur və həmin təsdiqedici sənədləri məhkəməyə təqdim edilmişdir. Təmir xərcləri, əsas vəsaitlər, ehtiyyatlarla bağli xərclər azaldılmışdır ki, bu xərclər faktiki olaraq çəkilmişdir və elekton qaimələri və bank sənədləri də məhkəməyə təqdim edilmişdir. Belə ki, yoxlayıcı təqdim edilmiş sənədlərə əsasən müəyyən etmişdir ki, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166-cı maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV tutııal dövriyyənin düzgün müəyyən edilməmiş və ayrı-ayrı aylar üzrə dövriyyə 17.823,73 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 2.423,73 manat, dekabr ayı üzrə isə 15.400,0 manat) artıq göstərilmiş və müvafiq olaraq büdcəyə ödənilməli olan ƏDV 3.208,27 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 436,27 (2.423,73*18%) manat, dekabr ayı üzrə isə 2.772,0 (15.400,0* 18%) manat məbləğində artıq hesablanmışdır. Artıq hesablama ilə müəssisə razılaşır. Bundan başqa, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyət tərəfindən əldə edilmiş elektron qaimə-fakturalara əsasən sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ödənilmiş ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirildiyi və Vergi Məcəlləsinin 13.2.27-ci, 13.2.37-ci, 159.5-ci və 175.1-ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150301 nömrəli qərarı ilə “X7 Konsaltinq” MMC-yə növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr iyul 2020-avqust 2021) təyin edilmiş, yoxlama xx.xx.2022-ci il tarixli **********151530 saylı “Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə 13932,33, manat, VM-nin 58.1-ci maddəsinə əsasən 6966,17 manat maliyyə sanksiyası, 2020-ci il ƏDV üzrə 6224.71, VM-nin 58.1-ci maddəsinə əsasən 3112,36 manat maliyyə sanksiyası, 2020-ci il əmlak vergisi üzrə 35,89 manat, VMnin 58.1-ci maddəsinə əsasən 17,95 manat maliyyə sanksiyası, Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosial sığorta haqqları üzrə 129.99 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 65 manat maliyyə sanksiyası, 2020-ci il ÖMV üzrə 140 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 70 manat maliyyə sanksiyası, 2021-ci il ÖMV üzrə 14 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 7 manat maliyyə sanskiyası, vergi hesabatının vaxtında verilməməsinə görə 2020-ci il üzrə 40 manat, 2021-ci il üzrə 40 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Eyni zamanda müəyyən olunur ki, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2017xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, səyyar vergi yoxlaması nəticəsində 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla İddiaçınə mənfəət vergisi üzrə (2017-ci il) 2050.65 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050.65 manat vəsaitin 50%-i miqdarında, yəni 1025.33 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergi üzrə (2019-2020) 70.52 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə (2017-2020) 2195.37 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manatın 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə (2017-2018) 3040.91 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503.22 manatın 50%-i miqdarında, yəni 1751.66 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə (2017-2019) 145.39 manat verginin azaldılması, 2020-ci il 2-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqqı üzrə (oktyabr 2018-noyabr 2019) 16627.39 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16627,39 manat sığorta haqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə (oktyabr 2018-noyabr 2019) 565.10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50%-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının, cəmi 29862,7 manat verginin və 14971,36 manat maliyyə sanskiyasının tətbiq olunması qərara alınmışdır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın azadılmış vergi hesablama hissəsində, yəni 29862,7 və 14971,36 Azərbaycan manatı maliyyə sanksiyası hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli, **********143348 №-li qərarı 2017ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, MDSS işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14936.10 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi əvvəlki xx.xx.2020-ci il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlaması ilə iddiaçının həm də xx.xx.2020-ci il tarixədək olan dövrü, yəni 2020-ci ilin ilk 06 ayı yoxlanılmış, həmin dövr üzrə iddiaçıya ƏDV hesablanmış və bununla bağlı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı inzibati məhkəmə icraatında mübahisələndirilmişdir. Eyni zamanda hazırkı məhkəmə icraatında təqdim edilmiş xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəlindən görünür ki, 2020-ci ilin yanvar ayı hesabatı üzrə 24169,44 manat, yoxlama ilə 26969,44 manat olmaqla dövriyyə fərqi 2800,00 manat təşkil edir. Göründüyü kimi vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə vergi ödəyicisinin verdiyi hesabatla vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində dövriyyə fərqi yaranmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, əvvəlki yoxlama ilə 2020ci ilin ilk 6 ayı yoxlanılmış, ilin əvvəlinə yoxlama ilə dövriyyə fərqi yaranmış, həmin dövr üzrə ƏDV hesablanmış və qeyd edilən dövriyyə, hesablanmış ƏDV məbləğləri digər inzibati mübahisənin predmetini təşkil etməklə məhkəmə icraatında mübahisələndirilmişdir, hesab olunur ki, əvvəlki yoxlama ilə 2020-ci ilin ilk 06 ayı üzrə müəyyən edilmiş dövriyyə fərqinin yoxlanılması, hesablanmış ƏDV məbləğinin ləğv edilməsi və yaxud vergi orqanının hesablamasının həmin hissədə qanuniliyinin müəyyən edilməsi bütövlükdə 2020-ci ilin ümumi dövriyyəsinə və nəticə olaraq mübahisələndirilən 2020-ci ilin mənfəət vergisinin hesablanmasına da təsir edəcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli 2020-ci ilin ilk 06 ayının dövriyyəsi üzrə inzibati mübahisənin inzibati məhkəmə icraatında həlli ilə bağlı yekun məhkəmə aktı çıxarılmadığından və bununla da yuxarıda qeyd edilənlərə əsasən 2-1(112)-550/2022 saylı inzibati işin hüquqi nəticəsi hazırkı 2-1(112)-8503/2022 saylı işin gedişatına təsir edə biləcəyindən iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X7 Konsaltinq” MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1383/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1383/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver