Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1383/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsitələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 Təsərrüfatının əmri ilə ona Sabunçu rayonunda ayrılmış 578 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək X4 Təsərrüfatının əmri ilə ona Sabunçu rayonunda ayrılmış 578 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Eyni zamanda cavbdeh ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci insatnsiya məhkəməsinin qərarı elektron kabinetə yerləşdirilsə də kağız daşıyıcıda rəsmi olaraq cavabdehə təqdim olunmamışdır. Dövlət qurumu olaraq bir elektron imzadan bütün idarə tərəfindən istifadə edildiyi nəzərə alınsa elektron sistemə mütəmadi nəzarət etməyin mümkünsüzlüyündən müddətin buraxılması üzürlü hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi baxımından, cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti vermə müddətinin buraxıldığı və müddətin bərpası barədə ərizə təqdim olunduğu nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixinə, yəni, hazırkı günə həmin ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması üzrə şifahi məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məsələnin həllini məhkəmənin səlahiyətinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti e-məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixidə rəsmi qaydada cavabdehin elektron kabinetinə yerləşdirilməklə ona təqdim edilmişdir (i.v.79). Göründüyü kimi, məhkəmənin qərarı xx.xx.2023-cü il tarixidə alındığı vaxtdan hesablandıqda, cavabdeh İPM-in 85.1-ci və 22.1-ci maddələrinə əsasən müəyyən edilən 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşür. Lakin cavabdehin işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Yəni, şikayət İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük şikayət vermə müddəti 36 gün ötürülməklə verilmişdir. Belə olan halda, İPM-in 1.2-ci və 81.2-ci maddələrinin göndərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdeh müddətin bərpası barədə ərizəsində müddətin ötürülməsinin üzürlü səbəbi kimi göstərmişdir ki, bir elektron imzadan bütün idarə tərəfindən istifadə olunduğundan mütəmadi elektron sistemə nəzarət etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, bütün idarə tərəfindən bir elektron imzadan istifadə olunmasına nəzarət edilməsi mümkünsüz olduğu əsas gətirilməklə, müddətin buraxılması üzülü səbəb kimi qəbul edilə bilməz. Bu, birincisi, cavabdehin idarədaxili bir problemidir. İkincisi, müddətin buraxılmasının üzürlü səbəbi adi söz ifadələri ilə deyil, sübutlarla əsaslandırılmalıdır. Belə ki, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, müddət o halda bərpa oluna bilər ki, müddətin buraxılması proses iştirakçısının təqsiri olmadan buraxılsın və müddətin buraxılmasınıa səbəb olan hallar sübutlarla əsaslandırılmış olsun. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, qeyd olunanlar baxımından, cavabdehin müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş cavabdehə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1383/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1383/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver