Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1383/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinə görə faiz əlavəsinin hazırkı vəzifə maaşına uyğun ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4489/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-xx.xx.2017-ci illərdə (ümumilkdə son 11 il olmaqla) xidmət illəri (güzəştli illər də daxil olmaqla) nəzərə alınaraq həmin dövrün xidmət illərinə görə faiz əlavəsinin hal-hazırkı vəzifə və rütbə maaşına uyğun olaraq hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xidmət keçdiyi xx.xx.2011-xx.xx.2017-ci illərdə (ümumilikdə son 6 il olmaqla) xidmət illərinin (güzəştli illər də daxil olmaqla) nəzərə alınaraq həmin dövrün xidmət illərinə görə faiz əlavəsinin hal-hazırkı vəzifə və rütbə maaşına uyğun olaraq hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 22 il 5 ay 21 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 30 il 1 ay olmaqla hərbi xidmət dövrü keçmiş və 18 yanvar 2018-ci il tarixdə (əmr № 0290) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. O, Dövlət Sərhəd Xidmətinə qarşı pul təminatının (təminat xərcliyinin) tərkibi olan xidmət illərinə görə faiz əlavəsinin düzgün hesablanmaması ilə bağlı məhkəmədə iddia qaldırmış, xx.xx.2022-ci il tarixli 2-(112)- 4750/2022 saylı məhkəmə qərarına əsasən son təminat xərcliyinin tərkibi olan xidmət illərinə görə faiz əlavəsi 50 faiz məbləğində təsdiq olunmuşdur. Bununla da, məhkəmə qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 №-li Qərarının, eləcə də Dövlət Sərhəd Xidmətinin Hərbi Qulluqçuların pul təminatı haqqında Əsasnaməsinin 4.3-cü bəndinin düzgün tövsif edilməməsi sübuta yetirilmişdir. Məhkəmə qərarı Dövlət Sərhəd Xidməti tərəfindən məcburi halda xx.xx.2023-cü ildə icra edilmişdir. Xidmət keçdiyi dövr ərzində xidmət illərinə görə faiz əlavəsi düzgün hesablanmamış, əmək haqqı azaldılmaqla ödənilmişdir. Xidmət keçdiyi bu qədər müddət üzrə xidmət illərinə görə faiz əlavəsinin qalıq hissəsinin hesablanaraq ödənilməsi müəyyən çətinlik yaradır. Ona görə də məsələyə ədalətli yanaşaraq xidmət keçdiyi xx.xx.2014-xx.xx.2017-ci illərdə (ümumilkdə son 3 il olmaqla) xidmət illərinin 25 ildən artıq olmasını (güzəştli illər də daxil olmaqla) nəzərə alaraq həmin dövrü xidmət illərinə görə faiz əlavəsinin 40 faiz məbləğində hesablanmaqla qalan hissəsinin ödənilməsini inzibati icraat qaydasında həll edilməklə razılaşma ilə bağlı təkliflə tərəfindən ərizə ilə müraciət ünvanlamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmuşdur. Etirazda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 001598 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı təqvim illəri üzrə stajı 22 il 05 ay 20 gün, güzəştli xidmət illəri 7 il 7 ay 10 gün olmaqla, cəmi stajı 30 il 1 ay müəyyən edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə öz arzusu (“Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.9-cu maddəsi) ilə ehtiyata buraxılmışdır. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 575 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 50% (Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 4750/2022 saylı qərarına əsasən) olmaqla 362,50 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10% olmaqla 57,50 manat, məharət dərəcəsinə görə 25% olmaqla 143,75 manat, cəmi 1352,75 manat təşkil etmişdir. DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4489/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbinin təmin olunmaması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4489/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yeganə dəlil olaraq iddia müddətinin ötürülməsini həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 10-cü maddəsinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251M-İİ əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.1 və 1.9-cu bəndlərinə əsasən istinad etməklə qərar qəbul edərək iddianı rədd etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixil qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandınr, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi, yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Hal-hazırki tələb 2011-2017-ci illərlə bağlı olduğundan iddia müddətinin ötürülməsindən söhbət belə gedə bilməz. Ona görə də məhkəmə tərəfindən inzibati orqanın qəbul etdiyi qərarlarında 3 il müddətinə məhdudlaşdırılmasına istinad edərək iddianın təmin edilməməsi əsassız sayılmalıdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 №-li qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” barədə iddia tələbi təmin edilmiş, İddiaçı xidmət illərinə görə əlavənin 50% faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarına əsasən DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı barədə yeni məlumat vərəqi tərtib olunaraq (xidmət illərinə görə əlavə faiz məbləğinə düzəliş edilməklə - 50 %) xx.xx.2023-cü il tarixdə 10/776m saylı məktubla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Göründüyü kimi xidmət illərinə faiz əlavəsinin təqvim illəri ilə deyil, xidmət illəri əsasında hesablanması məhkəmə qəran ilə təsdiq olunur. Pensiyada xidmət illərinə görə faiz əlavəsinə düzəliş edilərək ödənilməsinə başlanıldıqdan sonra 2023-cü ilin avqust ayında cavabdehə (məhkəməyə oktyabr 2023-cü il) xidmət etdiyi müddətdə faiz əlavəsinin təqvim ili əsasında verildiyini, lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin əlavənin təqvim ili deyil, xidmət illəri əsasında hesablanmalı olduğuna istinad edərək, ödənilməyən məbləğin verilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-4489/2024 №-li qərarı ilə məhkəmənin gəlmiş olduğu bu əsassız nəticə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2017-ci il tarixli 0290 nömrəli Əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar 04 dekabr 2017-ci il tarixdən etibarən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı 04 dekabr 2017-ci il tarixə xidmət illəri: təqvimi: 22 il, 04 ay, 06 gün; güzəştli: 07 il, 07 ay, 08 gün; cəmi: 29 il, 11 ay, 14 gün olmuşdur. Mayor İddiaçı 2017-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə etmişdir. 2017-ci ildə nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinətini almışdır. 01 yanvar 2017-ci il tarixdən 04 dekabr 2017-ci il tarixədək birdəfəlik pul mükafatını tam həcmdə 100 % almağa layiqdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli 16/6028m nömrəli məktubundan görünür ki, ehtiyatda olan mayor İddiaçı xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant, xx.xx.1999-xx.xx.1999-cu il tarixlərdə Bakı ABKM-ni “Taktiki –sərhəd qoşunlarının komandiri ixtisası üzrə bitirdiyi üçün MTN SQ Komandanının sərəncamına göndərilib, xx.xx.1999-xx.xx.2000-ci il tarixlərdə MTN SQBİ 2-ci sərhəd dəstəsi (2007 №-li h/h) 17-ci sərhəd zastavası rəisinin müavini, xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə MTN SQBİ 2-ci sərhəd dəstəsi (2007 №-li h/h) 22-ci sərhəd zastavası rəisinin müavini, xx.xx.2003xx.xx.2003-cü il tarixlərdə DSX rəisi-SQ Komandanının sərəncamında (Təşkilat-ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13cü sərhəd zastavasının rəisi, xx.xx.2004-xx.xx.2007-ci il taixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi (Ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi (Ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi, xx.xx.2009-xx.xx.2011-ci il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi 3-cü sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi, xx.xx.2011xx.xx.2014-cü il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi 2-ci sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə DSX 5ci sərhəd dəstəsi dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti vəzifələrində işləmişdir. 18 yanvar 2018-ci il tarixə təqvimi xidmət illəri – 22 il, 05 ay, 20 gün; güzəştli xidmət illəri 07 il, 07 ay, 17 gün; ümumi xidməti illərinin cəmi 30 il, 01 ay, 07 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixli, 001598 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı təqvim illəri üzrə stajı 22 il 05 ay 20 gün, güzəştli xidmət illəri 7 il 7 ay 10 gün olmaqla, cəmi stajı 30 il 1 ay müəyyən edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçının təminat xərcliyi vəzifə maaşı 575 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 181.25 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10% olmaqla 57.50 manat, məharət dərəcəsinə görə 25% olmaqla 143,75 manat, cəmi 1171.50 manat təşkil etmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçıya xx.xx.2017ci il tarixdən təyin edilmiş pensiya məbləği AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 892,40 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” barədə iddia tələbi təmin edilmiş, İddiaçı xidmət illərinə görə əlavənin 50 % faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “...“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməsində faiz əlavəsinin ödənilməsi təqvim ilinə görə deyil, ümumiyyətlə, hərbi qulluqçunun xidməti dövrünü əhatə edir. İddiaçının təqvim illəri 22 il 05 ay 20 gün təşkil etsə də, onun iş stajı xidməti illər ilə birlkdə 30 ildən çox təşkil etdiyindən onun xidməti illərinə görə əlavənin məbləği faizlə -50 % faiz müəyyən edilməlidir... Məhkəmə xüsusi ilə bir məqama da toxunur ki, tərtib olunmuş məlumat vərəqəsindən də göründüyü kimi təqvim ili və xidmət illəri ayrı-ayrı olmaqla ayrı-ayrı bəndlərdə göstərilir. Cavabdeh özü də məlumat vərəqəsində xidmət illəri ilə təqvim illərini ayırmışdır. Hazırki halda 50% əlavənin ödənilməsi xidmət illəri ilə bağlı olduğundan, əlavənin təqvim ili əsasında hesablanması yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-996/2023 nömrəli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. İşin halları və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 nömrəli qərarına əsasən ona faiz əlavəsinin təqvim ili əsasında deyil, xidmət illərinə görə ödənilməli olmasına istinad edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla cavab verərək qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarına əsasən DSK-nın sabiq hərbi qulluqçusu İddiaçı barədə yeni məlumat vərəqi tərtib olunaraq (xidmət illərinə görə əlavə faiz məbləğinə düzəliş edilməklə - 50 %) xx.xx.2023-cü il tarixdə 10/776m saylı məktubla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçı 2011-2017-ci illərdə xidmət illərinə görə düzgün hesablanmamış faiz əlavəsinin ödənilməsini xahiş etsə də, bununla bağlı 6 il sonra, 2023-cü ildə cavabdehə müraciət etmiş, bununla da yuxarıda istinad edilən normativ sənədə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 18 yanvar 2018-ci il tarixə təqvimi xidmət illəri – 22 il, 05 ay, 20 gün; güzəştli xidmət illəri 07 il, 07 ay, 17 gün; ümumi xidməti illərinin cəmi 30 il, 01 ay, 07 gün təşkil etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli Qərarı: - 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;... ev kirayəetmə pulu. Həmin Qərarın 2-ci hissəsinə əsasən Müdafiə Nazirliyinə tapşırılmışdır ki, Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 133 nömrəli xx.xx.2017-ci il tarixli Qərarı ilə 2-ci hissə aşağıdakı redaksiyada verilmişdir: “2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.” Qanunvericiliyin tələbindən göründüyü kimi, zabit vəzifəli heyət, gizirlər, miçmanlar və hərbi qulluqçuların müddətindən artıq xidmətinə görə faiz əlavəsini əldə etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2011-2017-ci illərdə xidmət illərinə görə düzgün hesablanmamış faiz əlavəsinin ödənilməsini xahiş edir, lakin bununla bağlı ehtiyata buraxıldığı 2017-ci il tarixdən 6 il keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının ehtiyyata buraxıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 10-cu maddəsində qeyd edilir ki, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəlindən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda vermişsə, ödənilir. - 95-ci maddəsinə əsasən əgər faiz əlavəsi hərbi qulluqçuya hərbi hissənin vəzifəli şəxslərinin günahı üzündən lazım olduğundan az miqdarda ödənilmişdirsə, bu Əsasnamənin 10-cu maddəsi nəzərə alınmaqla əlavə üzrə yenidən hesablama aparılır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə əsasən DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: hərbi rütbə və vəzifə maaşlarından; Pul təminatının əlavə növlərindən və yol təminatından. - 1.9-cu maddəyə əsasən hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul müavinəti bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa, ödənilir. Sadalanan qanunvericilik normalarının tələbindən göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pul əlavəsini almaq hüququ yarandığı vaxtdan 3 il ərzində bu tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Lakin hazırkı halda iddiaçı tərəfindən bu tələbə əməl edilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4489/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1383/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1383/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver