Məhkəmə qərarları › İş №2-1(103)-1384/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1384/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1384/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran hüseyn oğlu və X3 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Məmmədova (Tanrıverdiyeva) Aygün Məhəmməd qızı, X9 və X6 cəlb edilməklə) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9549/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov RPİ-yə qarşı mülkiyyətində olan ünvan 3 saylı evin 2 saylı mənzilindən Məmmədova (Tanrıverdiyeva) Aygün Məhəmməd qızının, X7 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9549/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7A nömrəli evin 2 nömrəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili xx.xx.2007-ci ildə alqı-satqı yolu ilə almışdır. xx.xx.2010-cu il tarixdə X5 ilə nikaha daxil olmuş, onu mülkiyyətimdə olan mənzilə qeydiyyata saldırmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-95/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Hələ bundan da xeyli əvvəl Aygün Məmmədova həmin mənzildən köçüb getmişdir. A.Məmmədovanm mənzildən istifadə hüququ yox idi. Onun qeydiyyatı formal xarakter daşıyırdı. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli (qeydiyyat tarixi 08 noyabr 2007-ci il) reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 saylı evin 2 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -“ASAN 5” Xidmət Mərkəzinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ******* nömrəli 23 may 2022-ci il tarixli arayışından görünür ki, Məmmədova (Tanrıverdiyeva) Aygün Məhəmməd qızı, X9 və X6 ünvan 3 saylı binanın 2 saylı mənzilində qeydiyyatdadır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 95/2022 saylı iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə X5 və İddiaçı arasında 17 mart 2010-cu il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 194 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahının pozulması, 30 oktyabr 2011-ci il tarixdə doğulmuş X9 və 21 yanvar 2017-ci il tarixdə doğulmuş X4 anası X1 yanında saxlanılması, 16 aprel 2021-ci il tarixdən başlayaraq İddiaçı 30 oktyabr 2011-ci il tarixdə doğulmuş X9 və 21 yanvar 2017ci il tarixdə doğulmu. X4 yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, İddiaçı 66,32 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov RPİ tərəfindən İddiaçı ünvanlanmış 18 may 2022-ci il məktubda aşağıdakılar bildirilir: -«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri RPİ-nin səlahiyyətləri daxilində olmadığından, pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması mümkün deyildir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, ünvan 3 saylı evin 2 saylı mənzili üzərində sorğuda sadalanan şəxslərin (X1, X7, X4) istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Bakı ŞİH MKRD Nərimanov Rayon MKTB-nin 10 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, ərazi üzrə 18 saylı MKİS-in verdiyi arayışa əsasən ünvan 3 saylı evin 2 saylı mənzilində İddiaçı yaşayır. Digər şəxslər qeydiyyatda olsalar da, yaşamırlar. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... ünvan 3 saylı binanın saylı mənzili İddiaçı mülkiyyətində olsa da, üçüncü şəxslər X1, X7, X4 həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birininin, o cümlədən adıçəkilən şəxslərin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu müəyyən edilmir. Belə olan halda, məhkəmə cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia əsaslı sayıla bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun:

2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-).

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə üçüncü şəxs Məmmədova (Tanrıverdiyeva) Aygün Məhəmməd qızı xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2022-ci ildə məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,”... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.” İddiaçının apelyasiya şikayətindəki mövqeyinə münasibətdə kollegiya bildirir ki, iddiaçı və üçüncü şəxs arasında nikah münasibətərinə xitam verilməsi hələ onun həmin mənzildən istifadə hüquqlarının olmaması və ya müvafiq hüququna xitam verilməsi nəticəsinə gəlməyə əsas deyil. Kollegiya hesab edir ki, üçüncü şəxs Məmmədova (Tanrıverdiyeva) Aygün Məhəmməd qızı iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvü (arvadı) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər. Hazırki mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş olması halı müəyyən edilmir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, “... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.” Sadalanan qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alan kollegiya hesab edir ki, hazırki iş üzrə üçüncü şəxsin müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranması, xitamı və ya saxlanılması əsasları nəzərə alınmaqla həmin hüquqların xitamı məsələsinə baxılmasından sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə istifadə hüququna xitam verildiyi halda, A.Məmmədovanın ünvan 3 ünvanında yerləşən 2 saylı mənzildən qeydiyyatdan çıxarılması da həmin qətnamə əsasında həll ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdiirləmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9549/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar