Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1384/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7715/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X12 X1 xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq, aşağıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0,01 ha-dan 0,1 ha-ya kimi torpaq sahəsi ayırmışdır. ..524..İddiaçı q.- 0,06 ha.. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi verilmədiyindən İddiaçı ona ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən ona ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Bundan sonra İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddanın dəyişdirilməsi qəbul edilmiş, Abşeron Rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-cü il tarixli 06 saylı sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X12 X1 əmri ilə sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq, İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-cü il tarixli 06 saylı sərəncamında nəzərdə tutulmuş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən mütəxəssislər tərəfindən sənədlərə və yerində baxış keçirilərək, torpaq sahəsinə dair İcra Hakimiyyətindən cizgi və xəritədən çıxarışın təqdim ediləcəyi halda, çıxarışın verilməsinin mümkün olduğu bildirilmişdir. O, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinə müraciət edərək, cizgi və xəritədən çıxarışın verilməsini xahiş etsə də, xx.xx.2024-cü il tarixli 5-18/2-H-27-091/2024 saylı imtina məktubu ilə bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıca aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən, ona ayrlmış torpaq sahəsinə dair cizginin verilməsi mümkün deyil. Daha sonra, Abşeron rayon İcra Hakimiyyətinə müraciət edərək, cizgi və xəritədən çıxarışın verilməsini xahiş etsə də, müraciətə cavab olaraq bildirilmişdir ki, fərdi həyatyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədləri təqdim etməklə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli olduğu bildirilmişdir. Hazırda İcra Hakimiyyətinin formal əsasla cizginin və xəritədən çıxarışın verilməsindən imtina edilməsi hüquqlarını pozur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından, imtina əsaslı olmuşdur. Eyni zamanda həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə torpaq sahəsi olması məlum deyil. İddia edilən torpaq sahəsinin həqiqətən ayrılmış torpaq sahəsi ilə eyni ərazi olduğunu və ya sonradan zəbt edilməsini müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7715/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X12 X1 xx.xx.2000-ci il tarixli 06 nömrəli əmri ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 20 il bundan öncə, yəni 2000-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 0,06 ha torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq- aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri naturada müəyyən edilməli idi. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavadeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə verərək verilmiş apellyasiya şikayətini müdafiə etdiyini və təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (oğlu) X3 apellyasiya şikayətinin dəllilərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (protokol № 7, 16.Vİİ.1991-ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün ona verilmiş 0,08 ha torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. xx.xx.1995-ci ildə qüvvəyə minmiş “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 2-ci maddəsinə əsasən islahatın vəzifələri sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kəndtəsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin aşağıdakı təşkilati-hüquqi formaları nəzərdə tutulur: dövlət müəssisəsi formasında fəaliyyət göstərən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri; məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən birgə təsərrüfatlar, kooperativlər və təsərrüfatlararası müəssisələr; səhmdar cəmiyyətləri; fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları; şərikli, payçı və şərikli müəssisə formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri; müəssisələr birliyi formasında fəaliyyət göstərən birliklər, assosiasiyalar və digərləri. Həmin Qanunun 14-cü maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında yaradılır. Dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin maddi-texniki təchizatına, maliyyə kredit resurslarına tələbatının ödənilməsinə, sosial inkişaf məsələlərinin həllinə dövlət himayəçilik göstərir. Dövlət həmin müəssisələrə yalnız onların əsas istehsal istiqamətinə aid məhsullara sifariş müəyyən edir. Qalan məhsullara müəssisə sərbəst sərəncam verir. Belə müəssisələr tam təsərrüfat hesabı əsasında işləyir və istehsal-təsərrüfat fəaliyyətini sərbəst həyata keçirirlər. Göründüyü kimi, 1995-ci ildə keçirilən islahatlar nəticəsində sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında dövlət kənd təsərrüfatı istehsalı müəssisələri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli 74 nömrəli qərarı ilə “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların Siyahısı” təsdiq edilmiş, südlük maldarlıq damazlığı üzrə Abşeron rayonu S.Əliyev adına sovxozun adı həmin siyahıda mövcud olmuşdur. Nazirlər Kabinetinin həmin qərarının 2-ci hissəsinə əsasən həmin qərarın əlavəsində göstərilən mövcud təsərrüfatların (atçılıq zavodları və cıdır meydanı istisna olmaqla) adları dəyişdirilərək bundan sonra aşağıdakı müvafiq sahələr üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisələri adlandırılaraq "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 9 noyabr tarixli 221 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu"na daxil edilmişdir: südlük maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi. İşdə olan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli, 74 nömrəli Qərarına əsasən Abşeron rayonu S.Əliyev adına sovxozun adı dəyişdirilərək Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi adlandırılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli Qərarının 7-ci hissəsinə əsasən Abşeron rayonundakı “Güzdək" qoyunçuluq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, "S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qobu" dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X9 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bəzi məhdud məsuliyyətli cəmiyyətlər, eləcə də “X9 İstehsalat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X9 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.” Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçıya torpaq sahəsi ayıran S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi 1999-cu ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmiş, həmin tarixdən etibarən onun tabeliyində fəaliyyət göstərmişdir, həmin müəssisə 2015-ci ildə “X9 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə birləşdirilmiş qurumlardan biri olmuş, 2018-ci ildə isə birləşdirildiyi “X9 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti digər qurumlarla birləşdirilərək “X9 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Lakin qanunverici MMC-yə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi kimi bir səlahiyyət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələbi torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Cavabdehnə yönəltməkdə haqlı olmuşdur. Çünki Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Sabunçu rayon, Ramana qəsəbəsində yerləşir. Eyni zamanda sahə S.Əliyev adına Damazlıq sovxozunun ərazisi daxilində olmaqla, təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, eləcə də dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı əsasında qəbul edilmiş S.Əliyev adına südçülük-maldarlıq üzrə X12 X1 xx.xx.2000-ci il traixli 06 nömrəli əmri hazırda qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi S.Əliyev adına Damazlıq sovxozunun ərazisinin hüdudları daxilində olmaqla, hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda həmin torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X12 X1 xx.xx.2000-ci il tarixli 06 nömrəli əmri ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7715/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7715/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1384/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1384/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver