Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1385/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X5) «uşağa Muhammed adın qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı doğulmuş uşağın “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının övladının doğumunun «Muhammed» adı ilə qeydə alınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında gəldiyi nəticə ilə vətəndaşın Azərbaycan Respublikasının Kosntitusiyası ilə təsbit olunmuş bərabərlik hüququnu pozmuşdur. Belə ki, iddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının Konstitusiya ilə təsbit olunmuş bərabərlik hüququnu pozaraq qərara gəlmişdir ki, cavabdehin iddiaçıya verdiyi imtina əsaslıdır. Halbuki, cavabdeh inzibati orqan həmin imtinasını konkret bir norma ilə əsaslandıra bilməmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 noyabr 2012-ci il tarixli, 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 1.1, 1.2, 2.10, 2.11-ci maddərində isə ümumi olaraq Terminologiya Komissiyasının fəaliyyətinin əsası və prinsipləri göstərilmişdir. Həmin əsasnamədə qeyd olunur: Terminologiya komissiyası fəaliyyət göstərərkən Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutmalıdır. Lakin Terminologiya Komissiyasının qərarında konkret normaya istinad olunmamışdır, birinci instansiya məhkəməsi isə qanunvericiliyin normalarını səhv təfsir edərək inzibati orqanın imtinasını qanuni saymışdır. Birinci instansiya məhkəməsinin iddiaçının övladına verdiyi Muhammed adının ərəb mənşəli ad olduğundan və Azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərinə aid olmadığından cavabdeh inzibati orqanın qərarının əsaslı olmağı qənaətinə gəlməsi də qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarına verilən adların böyük bir hissəsi ərəbmənşəli adlardır və hər gün minlərcə yeni doğulan körpələrə həmin adlar verilməkdədir. Bunu Ədliyyə Nazirliyinin internet saytında asanlıqla görmək mümkündür. Həmin adın Azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərinə aid olmadığının isə heç bir hüquqi əsası yoxdur. Həmin məsələləri tənzimləyən konkret norma olmadığı halda cavabdeh inzibati orqanın imtinası və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-578/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4081/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 739/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-578/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı uşağa ad qoyulması tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli 13- 1(102)-3(k)2022 saylı qərarı ilə İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı doğulmuş uşağın doğumunun dövlət qeydiyyatına alınmasından imtina tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-739/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının və həmin qərarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 578/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin olunmasını, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin təmin olunmamasını, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 izahatında bildirdi ki, o, uşağın atasıdır, iddia tələbini müdafiə edir, şikayətin təmin olunmasını, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia təmin edilməlidir. İş materiallarında olan 1 saylı ASAN xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1988-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğum haqqında tibbi şəhadətnaməsindən görünür ki, İddiaçı 24 yanvar 2020-ci il tarixində oğlu doğulmuşdur. İş materiallarında olan 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilir: Uşağınızın doğumunun dövlət qeydiyyatına alınması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq, ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmçinin bildiririk ki, xx.xx.2002-ci il tarixli "Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadadları dövlət dilində yazılır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş "X2nın dövlət qeydiyyatı Qaydası”-nın 2.4.5. bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğundan doğumun qeydə alınması üçün heç bir maneə yoxdur. Lakin övladınıza seçdiyiniz "Muhammed" adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumdan verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının " Məhəmməd ” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammad”, “Muhəmməd,"Mohammad", “Muhammed”, "Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, övladınızın doğumunun məhz “Muhammed" adı ilə qeydə alınması imkanımız xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2nın Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-1066/2023 nömrəli məktubunda qeyd edilir: 2015-2020-ci illərdə yeni doğulmuş uşaqlara «Muhammed» adının verilməsi barədə statistik məlumatların istənilməsinə dair müraciətinizə baxılmışdır. Bildiririk ki, Ədliyyə Nazirliyi «X2» Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindədiki məlumatlara görə 2015-2020-ci illər üzrə 82 nəfər şəxsə «Muhəmməd» adı verilməklə doğumu qeydə alınmışdır. Həmçinin məlumat veririk ki, bu statistikaya Azərbaycan Respublikasında doğulmuş əcnəbilərin övladlarına, eləcə də xarici ölkədə doğulmuş və doğumu həmin dövlətin qanunvericiliyinə uyğun olaraq qeydə alındıqdan sonra Nazirliyin müvafiq informasiya sisteminə ötürülmüş şəxslərə verilmiş adlar da daxildir. İşin faktiki hallarından görünür ki, İddiaçı 24 yanvar 2020-ci il tarixdə yeni doğulmuş övladına “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, inzibati orqan isə 21 fevral 2020-ci il tarixli, 05/Q-417/76 saylı imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 311 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “X2nın dövlət qeydiyyatı Qaydası”-nın 2.4.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğundan doğumun qeydə alınması üçün heç bir maneə olmadığını, lakin seçilmiş “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının cavabdeh tərəfindən verilmiş imtinasında rəyini nəzərə alınaraq, Məhkəmə hesab edir ki, Muhammad adı ərəb mənşəli adı olduğundan və azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərinə aid olmadığından cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X2nın qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 1.4-cü maddəsinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında mübahisə olmadıqda uşağa adın verilməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla bağlı istisna yalnız «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında nəzərdə tutulmuşdur. Həmin Qaydaların tələblərinə əsasən isə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Hazırki halda isə uşağa «Muhammed» adının verilməsində valideynlər arasında fikir ayrılığının olması, valideynlərdən birinin razı olmaması halı məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bundan başqa, «Muhammed» adı uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir və qanunvericiliyin tələblərinə də zidd hesab edilmir. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı saymır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2nın Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyi «X2» Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindədiki məlumatlara görə 2015-2020-ci illər üzrə 82 nəfər şəxsə «Muhəmməd» adı verilməklə doğumu qeydə alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin qanunun 13.2-ci maddəsinə əsasən nzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı tərəfindən doğulmuş uşağın doğumunun “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1385/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1385/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver