Məhkəmə qərarları › İş №2-1(103)-1386/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1386/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1386/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X4 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı "xxxx" MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********17898 nömrəli qərarı ilə iddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilərək üzərinə 500.440.05 (beş yüz min dörd yüz qırx manat, 5 qəpik) vergi borcu və 249.410.94 (iki yüz qırx doqquz min dörd yüz on manat 94 qəpik) maliyyə sanksiyası hesablamışdır. İddiaçı qərardan Dövlət Vergi Xidmətinin Apellyasiya şurasına şikayət etmiş, lakin xx.xx.2020-ci il tarixli, **********665000 nömrəli müraciətə baxılması barədə məktubla ona cavab verilərək, şikayətinə baxıla bilmədiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuz oldugundan ləğv edilməlidir. Belə ki, iddiaçının əsas fəaliyyəti - digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyətindən (96060) ibarət olmaqla ölkə vətəndaşlarından və sahibkarlardan əldə edilən qızıl məmulatlarının yeni dizaynda və daha peşəkar zərgərlər tərəfindən emal olunması işinin təşkili üzrə sifarişləri yerinə yetirmək xidməti ilə məşğul olur. Bu məqsədlə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Türkiyə Respublikasında emal xidməti sahəsində təcrübəsi olan "xxxx" Şirkəti ilə müqavilə baglamışdır. İddiaçı sahibkarlara və vətəndaşlara məxsus qızıl məmulatlarını öz zövqünə uyğun yenidən emalı məqsədilə müvafiq sifariş müqavilələri bağlayır, onlardan qızıl məmulatlarını təhvil alır, həmin məmulatlar qanunvericilyə uyğun qaydada iddiaçı tərəfindən ölkədən Türkiyyəyə müvəqqəti ixrac edilir, xaricdəki partnyor şirkət tərəfindən emal edildikdən sonra ölkəyə idxal olunur və emal olunmuş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçiyə təhvil-təslim aktı ilə təhvil verilir. Bu sifariş xidməti üçün bağlanmış müqavilə şərtlərinə görə geri qaytarılan qızılın hər qramı üçün xidmət haqqı iddiaçıya yekun akt üzrə ödənilir. Müqaviləyə əsasən sifarişin yerinə yetirilməsi vəziyyəti barədə üzləşmə aktları tərtib edilir. İddiaçı hazırki fəaliyyəti müddətində ƏDV ödəyicisi olmuş, fəaliyyət xüsusiyyətlərinə görə bağlanmış icarə müqaviləsinə əsasən hüquqi ünvanında yerləşən 10 kv.m sahədə fəaliyyət göstərmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, iddiaçı nağd hesablaşmaların aparılması məqsədilə kassa mədaxil qəbzlərindən istifadə edir, müvafiq banklarda hesablaşma hesabları mövcuddur, mühasibatlıq uçotunu qanuna uyğun aparır, öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirir. 2016-ci ildən qeyd olunan fəaliyyətə başlayan iddiaçı tərəfindən idxal və ixrac əməliyyatları və s. məlumatları barədə vergi orqanına bəyannamələr təqdim edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının 2016-2018-ci illər üzrə fəaliyyətinə dair səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək aparılmış, yoxlama müddəti xx.xx.2020-ci il tarixli akta əsasən, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə 2 dəfə uzadılmış, xx.xx.2019cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində 9 dəfə müvəqqəti dayandırılmışdır. Nəticədə xx.xx.2020 tarixli, **********137898 saylı qərarla iddiaçıya 500.440.05 (beş yüz min dörd yüz qırx manat, 5 qəpik) vergi borcu və 249.410.94 (iki yüz qırx doqquz min dörd yüz on manat 94 qəpik) maliyyə sanksiyası hesablanmışdır. Halbuki yoxlama dövründə iddiaçı ilə vətəndaşlar arasında qızıl məmulatlarının emalı məqsədilə bağlanmış xidmət müqavilələri, qızılın onlardan təhvil alınması barədə qəbul aktları, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin həmin şəxslərdən alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, qaimə, ödəniş qəbzləri və YGBlərdən ibarət sənəd dəsti, təkrar idxal proseduruna aid olan sertifikat, qızılın həmin şəxslərə geri qaytarılması barədə 98 sayda akt, xaricdəki şirkət ilə iddiaçı arasında bağlanmış müqavilə, şirkətə emal üçün ödəniş aktları, iddiaçının ümumi mühasibatlıq sənədləri olmaqla, sənədlər yoxlamaya təqdim edilmişdir. Qızıl məmulatlarının yeni dizaynda emal edilməsi məqsədilə sifarişçi ilə iddiaçı arasında eyni şərtlərlə bağlanmış 98 sayda sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq, sifarişçilərin şəxsi əmlakı olan qızıl məmulatları, fiziki ölçü və dəyərləri təhvil aktlarında göstərilməklə iddiaçıya xaricdən emal olunması məqsədilə təqdim edilmiş, sifarişçilərin istək və zövqlərinə görə yeni dizaynda emal edilməsi məqsədilə həmin qızıl məmulatları fiziki ölçü və dəyərləri müvəqqəti ixrac invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla və müvəqqəti ixrac qaydasında iddiaçı tərəfindən xaricdəki müəssisəyə göndərilmiş, emal olunmuş qızıl məmulatlarının fiziki ölçü və dəyərləri, emal xidmətinin haqqı və əlavə zərgərlik detallarının dəyərləri təkrar idxal invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla təkrar idxal qaydasında iddiaçıya geri göndərilmiş, həmin məmulatlar fiziki ölçü və dəyərləri, habelə əlavə detalların dəyərləri təhvil aktlarında göstərilməklə sifarişçi-vətəndaşlara geri qaytarılmışdır. Xaricdəki şirkətlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, emal məqsədilə alınmış qızıl məmulatları sifarişçilərin tələbinə uyğun dizaynda, keyfiyyətdə və vaxtında emal olunmuş və geri qaytarılmışdır. Bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0.50-1.10 (0 ABŞ dolları əlli sentdən bir ABŞ dolları on sentə qədər) ABŞ dolları/qram hesabı ilə müəyyən edilir. Sifarişçi-vətəndaşlar ilə iddiaçı arasında bağlanmış müqavilələrin şərtlərinə görə vətəndaşlar həmin qızıl məmulatlarının müvəqqəti ixrac və təkrar idxal prosedurları üzrə tələb edilən bütün ödənişləri (rüsum, yığım, vergi və bank xidmət haqqı) zərurət yarandıqca tam məbləğdə və vaxtında təmin etmiş, eyni zamanda geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə emal xidmətinin haqqını və qram hesabı ilə sifariş xidməti haqqını iddiaçıya təqdim etmişlər. Vergi orqanı çoxlu sayda qanun pozuntuları və əsassız əlavə vergi hesablanması ilə nəticələnən xx.xx.2020-ci il tarixli yoxlama aktı tərtib etmiş və bu akta əsasən vergi cinayətlərinin ibtidai araşdırılması departamentində araşdırmalara başalnılmışdır. Sifariş müqaviləsi və təhvil aktından görünür ki, sifarişçilər şəxsi əmlakı kimi müxtəlif formalarda olan, ümumilikdə 1.748863,34 manat məbləğində dəyərləndirilən və ümumi çəkisi 70219.39 qram olan qızıl məmulatlarını MMC-yə təhvil vermişlər. Sifarişçi-vətəndaşlardan alınmış qızıl məmulatları emal məqsədilə xaricdəki şirkətə göndərilməmişdən, yəni müvəqqəti ixrac olunmamışdan əvvəl qanunvericilikdə nəzərdə tutulan rəsmi gömrük ekspertizasından keçməlidir. Odur ki, hər bir müvəqqəti ixrac proseduru zamanı qızıl məmulatlarının emal prosesindən sonra geri qaytarılması barədə iddiaçıdan öhdəlik sənədləri alınmış, Antiinhisar və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatlarının keyfiyyətə uyğunluq sertifikatları verilmiş, AR Maliyyə Nazirliyi Qiymətli Metallara və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla müvafiq qəbul qəbzləri verilmiş, AR DGK X5 İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 7 müvəqqəti ixrac invoysuna əsasən analoji 7 sayda YGB-nin doldurulması təmin edilmişdir. Sadalanan rəsmi sənədlərdən də göründüyü kimi, 2017-ci ilin 5 aylıq hesabat dövründə emal məqsədilə iddiaçıya təhvil verilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Müvəqqəti ixrac sənədlərindən də görünür ki, hesabat dövründə iddiaçı tərəfindən ümumilikdə 1.748863.34 manat dəyərində və ümumi çəkisi 70179.85 qram olan qızıl məmulatları Türkiyədəki "xxxx" Şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir. Qüvvədə olan gömrük qanunvericiliyinə görə ixrac gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 nömrəli “Bəyannamənin tipi” bölməsində “52” kodu qeydi - həmin bəyannamə üzrə ixrac edilən mallar xaricə emal məqsədilə müvəqqəti ixrac edilir və təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanılır. İddiaçının 7 sayda müvəqqəti ixrac bəyannaməsində də eyni kod qeydi mövcuddur. Xaricdəki müəssisə ilə iddiaçı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qızıl məmulatları emaldan sonra hazır olduqca, təkrar idxal prosedurundan keçirilməklə ölkəyə geri qaytarılmışdır. Bu məqsədlə həmin qızıl məmulatları gömrük sahəsinə daxil olan kimi, DGK Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən təhvil aktları və müvəqqəti saxlanc aktları yoxlanılmış, DGK X5 X5 İdarəsi tərəfindən ekspertiza olunmaqla müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 11 sayda təkrar idxal invoysu üzrə emal olunmaqla iddiaçıya təhvil verilmiş 70007.12 qram qızıl və 172.73 sirkon daşlar, ümumilikdə 70179.85 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Hesabat dövrü üzrə 11 sayda təkrar idxal invoysundan görünür ki, rəsmi gömrük ekspertizasından keçmiş, ümumilikdə 70179.85 qram qızıl məmulatlarının dəyəri 1.748863.34 manat, eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 45909.64 ABŞ dolları təşkil etmişdir. Gömrük ekspertizasından sonra tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoyslarından da göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının 45909.64 ABŞ dolları dəyəri təkrar idxal gömrük bəyannaməsinin 42-ci “invoys dəyəri” bölməsində də invoys dəyəri kimi qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissədən olan hissələrinin dəyəri isə, YGB-nin invoys dəyərinə daxil edilmişdir. Bu isə o deməkdir ki, təkrar idxal zamanı yeni bəyan edilən dəyərlilər müvəqqəti ixrac bəyannaməsi ilə bəyan edilmiş qızıl məmulatından əlavə dəyərlilərdir. Bu səbəbdən də, idxal gömrük bəyannaməsinin yuxarı sol hissısindəki 1 nömrəli “bəyannamənin tipi” bölməsində “41” kodu qeydi həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədilə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığını göstərir. İddiaçının 11 sayda təkrar idxal üzrə YGB-də də eyni kod qeydi mövcuddur. Hesabat dövründə iddiaçı 11 sayda təkrar idxal invoysu ilə ölkəyə təkrar idxal edilmiş, ümumi dəyəri 1.748863.34 manat olan 70179.85 qram qızıl məmulatları, müvafiq təhvil aktları ilə qızılın sahibi olan sifarişçilərə təhvil verilmişdir. Müvəqqəti ixrac və təkrar üzrə YGB-lərin gömrük orqanı tərəfindən təsdiqi üçün gömrük yerində dövlət büdcəsinə ödənişlərin edilməsi tələb olunur. Bu məbləğlər müqavilə şərtlərinə uyğun olaraq vətəndaşlardan təhvil alınmaqla, yerində müvafiq X6 vasitəsilə aidiyyəti üzrə ödənilmişdir. Sifariş xidmətinin haqqlarının tam məbləğdə ödənilməsini sifariş müddətində sifarişçilərdən alınan pul vəsaitləri barədə akt və kassa mədaxil qəbzləri ilə yanaşı, sifarişinin son təhvil verilmə tarixinə tərtib edilmiş üzləşmə aktları da təsdiq edir. Emal xidmətinin haqqı da ödənilmişdir. Hesabat dövrü üçün iddiaçının dövriyyəsi sifarişçi-vətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, emal xidməti və sifariş xidməti haqqlarının ödənilməsi üçün 180077 (yüz səksən min yetmiş yeddi) manat məbləğində olmuşdur. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı ciddi və kobud qanun pozuntularına yol verilmişdir. Birinci pozuntu - yoxlama müddətinin qanunla 90 günədək müəyyən edildiyi halda, heç bir qanuni əsas göstərilmədən 505 gün + 49 gün- cəmi 554 gün davam etməsidir. Yoxlama vergi orqanının bir neçə əməkdaşı tərəfindən aparılmış, hər mərhələdə tam fərqli formada qanun pozuntularına yol verilməklə və biri-birini təkzib edən mətnli qanunazidd yoxlama aktı tərtib olunmuşdur. Yoxlamaların 1-ci mərhələsi xx.xx.2017-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə başa çatmış, xx.xx.2018-ci il tarixdə yekun qərar qəbul edilsə də, ləğv edildiyindən dərhal yenidən yoxlama açılmış və xx.xx.2020-ci il tarixə qədər davam etmiş, bu müddətdə 15 sayda yoxlamanın müvəqqəti dayandırılması barədə, habelə yoxlama müddətinin uzadılması barədə qərarlar qəbul edilmişdir. Yoxlamanın 1-ci mərhələsində müddətin uzadılmasına əsas ola bilən tədbir - rəsmi qaydada ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Aktda xaricdəki şirkətə sorğu ünvanlandığı və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Yoxlamada müəyyən edilmişdir ki, xaricdəki şirkət ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər və emal xidmətinin ödənişini təsdiq edən sənədlər mövcuddur. Yoxlamanın ikinci qanuna zidd mərhələsi ondan ibarətdir ki, yoxlama aktında səyyar vergi yoxlamasının müddətinin xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə iki dəfə uzadılması qeyd olunsa da, yoxlamanın başladığı və qurtardığı müddət xx.xx.2018-xx.xx.2019-cu il tarixi üzrə 47 gün yoxlama müddəti, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 42 gün uzadılma müddəti Ədliyyə Nazirliyinin reyestrinə daxil edilmiş, xx.xx.2019-cu il tarixli qərarla yoxlama müddətinin 30 günlədək uzadılması barədə qərar Ədliyyə Nazirliyinin reyestrinə daxil edilməmişdir. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 30 gün müdətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 21 gün müddətinə yoxlamanın müddətinin müvəqqəti dayandırılması qeyd edilsə də, əslində yoxlama dövründə heç bir mütəxəssis dəvət edilməmiş, ekspertiza keçirilməmişdir. Belə ki, yoxlama aktının 4-cü səhifəsində 1.9.5-ci bənddə mütəxəssis dəvət edilmədiyi, həmçinin Azərekspertiza MMC-in ekspertinin cəlb edildiyi, lakin analoji rəyin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, yoxlama ilə bağlı Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alınsa da, ikinci icazə reyestrə daxil edilməmiş, yoxlama qanunsuz olaraq 2 mərhələdə keçirilmiş, MMC-nin hesabat dövrünə aid mühasibatlıq sənədlərini yoxlamaq üçün 90 günədək müddət əvəzinə, ümumilikdə 505 gün (415 gün artıq) vaxt sərf edilmiş və bununla da yoxlama müddəti qanunazidd qərarlarla uzadılmışdır. İkinci pozuntu - vergi orqanının qanunla digər fəaliyyət sahəsinə aid şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin tətbiqi qanunsuz olaraq iddiaçıya şamil etməsidir. Vergi orqanı AR Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 saylı qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən iddiaçının fəaliyyətində istifadə olunmadığını pozuntu kimi qiymətləndirmişdir. Kollegiyanın həmin qərarına əsasən QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyası) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. İddiaçı isə, zərgərlik işini yetirməklə məşğul olmur, bu sahədə emalçı və sifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir və qanuni əsaslıdır. Göründüyü kimi, vergi orqanı istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən iddiaçıda tətbiq edilməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə əsassız vergi öhdəliyi müəyyən etmişdir. Üçüncü pozuntu - yoxlama aktında səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 32 gün, xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə yoxlama müddətinin müvəqqəti dayandırılması qərara alınsa da, xarici ölkədəki partnyor təşkilata sorğunun çatdırılması və cavabının alınması təmin edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 saylı qərarının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “işin faktiki halları ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 nömrəli qərarına əsasən vergi ödəyicisində xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********170167 saylı akt tərtib edilməklə, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə aşağıda qeyd edilən hallar müəyyən edilmişdir: ƏDV üzrə: İddiaçı xx.xx.2016-cı il tarixdən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata alınmış və qeydiyyat xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr yoxlanılmışdır. Yoxlanılan dövrdə iddiaçı (müqavilə üzrə “Agent”) ilə müxtəlif fiziki şəxslər (müqavilə üzrə “Sifarişçilər”) arasında “Zərgərlik məmulatlarının istehsalı üçün vasitəçilik müqaviləsi” bağlanılmış və müvafiq müqavilələrə əsasən qızıl məmulatı külçə şəklində təhvil alınaraq “Sifarişçi” ilə razılaşdırılmış eskiz və formaya salınmaqla, “Sifarişçi”nin hesabına zərgərlik məmulatlarının istehsalı və hazır məhsul şəklində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən istehsal ediləcək hazır məhsulun hər qramı üçün “Sifarişçi” tərəfindən “Agentə” 0.50-4.20 manat məbləğində komisyon ödənilməsi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən iddiaçı ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin fiziki şəxslərdən 2016-cı ildə müxtəlif alış aktları ilə qızıl külçə (lom formasında) cəmi 583-585 əyarda 3588 qram, 2017-ci ildə 49999,24 qram qızıl məlumatları, həmçinin 2016-cı ildə iddiaçı müəssisənin direktoru X1 şəklində 995 əyarda 11763 qram (963+5150+5650) və ya 585 əyara çevrildikdə 19997,1 qram qızıl məmulatları qəbul edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə müxtəlif fiziki şəxslərdən və iddiaçı müəssisənin direktorundan 585 əyarda (53587,24+19997,1) lom formasında qəbul edilmiş qızıl külçə iddiaçı müəssisə ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş həcmdəm emal olunması məqsədilə Türkiyə Respublikasına ixrac olunmuşdur: 2016-cı il üzrə Tarix YGB nömrəsi Qızılın əyarı Qızılın qramı Dəyəri (manatla) xx.xx.2006 **********477 995 963 54417/34 xx.xx.2006 **********602 995 5150 349831,44 xx.xx.2016 **********372 995 5650 388239,96 Cəmi: 11763 790988,74 2017-ci il üzrə xx.xx.2017 **********7377 995 4175 233426,92 xx.xx.2017 **********2338 995 8280 400958,18 xx.xx.2017 **********8553 995 8280 537845,82 xx.xx.2017 **********6265 995 10009 570434,42 Cəmi: 30754 174866654,34 Yekun 2540654,08 Beləliklə, cədvəldən də göründüyü kimi iddiaçı 2016-cı ildə 791988,74 manat dəyərində 995 əyar 11763 qram (585 əyara çevrildikdə 19997,10 qram), 2017-ci ildə 17458665,34 manat dəyərində 995 əyar 30764 qram olmaqla, cəmi 2540654,08 manat (ƏDV-siz) dəyərində qızıl külçəni Türkiyə Respublikasına emal olunması üçün ixrac etmişdir. İxrac edilmiş qızıl külçələri "xxxx" şirkəti tərəfindən emal edildikdən sonra aşağıdakı cədvəldə qeyd olunmuş həcmdə idxal edilmişdir: 2016-cı il üzrə Tarix YGB nömrəsi Qızılın əyarı Qızılın qramı Dəyəri (manatla) xx.xx.2016 **********274 585 1638,75 55829,37 xx.xx.2016 **********234 585 5744,43 262279,85 xx.xx.2016 **********163 585 8763,8 391545,48 xx.xx.2016 585 3895,41 181166,61 Cəmi: 2017-ci il üzrə 585 20042,39 890821,31 xx.xx.2017 **********130 585 7091,79 237353,13 xx.xx.2017 **********202 585 12519,24 370546,31 xx.xx.2017 **********217 585 1529,81 45418,88 xx.xx.2017 **********234 585 11019,06 480610,09 xx.xx.2017 **********407 585 53,22 183,39 xx.xx.2017 **********450 585 2927,96 122980,43 xx.xx.2017 585 14902,64 620197,66 Cəmi: 585 50043,72 1877289,93 Yekun: 2768111,24 Beləliklə, 2016-cı ildə 890821,31 manat dəyərində (1 qramın qiyməti 44,4469 manat idxal rüsumu və digər rüsumlar, ƏDV-siz,digər vergilər daxil olmaqla) 585 əyara çevrildikdə 20042,39 qram (995 əyarda 3895,41 qram) qızıl məmulatı idxal edilmiş və həmin qızıl məmulatlarının 3588 qramı və ya 159475,48 (3588 x 44,4496) manat dəyərində qızıl məmulatları bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən müxtəlif fiziki şəxslərə təqdim edilmişdir. 2017-ci ildə isə 1877289,93 manat dəyərində 585 əyara çevrildikdə 50040 qram qızıl məmulatı idxal edilmiş və həmin qızıl məmulatlarının 6866,75 qramı və ya 257611,62 (6866,75 x 37,5158) manat dəyərində qızıl məmulatları bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhviltəslim aktlarına əsasən müxtəlif fiziki şəxslərə təqdim edilmişdir. Ümumilikdə, yoxlama ilə əhatə edilən dövr ərzində müvafiq yük gömrük bəyannamələrinə əsasən “Hemera Kuyumçuluq SAN. VE.TİC.LTD" şirkətinə 885 əyara çevrildikdə 70000,96 qram miqdarında 2540969,48 manat məbləğində qızıl külçə ixrac olunduğu və dövr ərzində 585 əyarda 70080,07 qram miqdarında 2768111,24 manat məbləğində (ƏDV-siz) qızıl məmulatlarının idxal edildiyi müəyyən edilmişdir. Qeyd edirik ki, vergi ödəyicisi tərəfindən yoxlamaya ayrı-ayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızıl məmulatlarının çeşidi barədə, habelə idxal edilmiş qızıl məmulatlarının hansı çeşiddə təqdim edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Başqa sözlə, yoxlama zamanı iddiaçı müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 159.4cü,168-ci və 168-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və idxal olunmuş 2768111,24 manat məbləğində qızıl məmulatlarının dəyəri vergitutma obyekti hesab edilməklə əvəzləşdirilən ƏDV məbləği nəzərə alınaraq 498260,02 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 249132,44 manat maliyyə sanksiyası hesablanmışdır. 2017-ci mənfəət vergisi üzrə: Yoxlama ilə iddiaçı tərəfindən mənfəət vergisi üzrə yayınma aşkarlanmamışdır, 2017-ci il üzrə mənfəət vergisinin 4081,51 manat artıq hesablandığı müəyyən edilmişdir. OMV üzrə: Yoxlama ilə iddiaçıda 2017-ci ilin İ və 2017-ci ilin İİ rübləri üçün ÖMV üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticələri təsdiq olunmuş və 107,69 manat verginin azaldılmasına görə 38,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamanın əsası icarəyə götürülmüş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış verginin hesabat dövrü üçün müəyyən edilən icarə haqqı məbləğindən az göstərilməsi olmuşdur. Yoxlamanın nəticələrinin rəşmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli **********137898 saylı ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla iddiaçıya 498260,02 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 249132,44 manat maliyyə sanksiyası, ÖMV üzrə 107,69 manat verginin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 38,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə müxtəlif fiziki şəxslərdən və iddiaçı müəssisənin direktorundan 585 əyarda (53587,24+19997,1) lom formasında qəbul edilmiş qızıl külçə iddiaçı müəssisə ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cədvəldə qeyd olunmuş həcmdə emal olunması məqsədilə Türkiyə Respublikasına ixrac olunmuşdur. Cavabdeh yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 saylı qərarı ləğv edil Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsi qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “ proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 39.1. səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 39.4. vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. - 39.5. vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. - 39.6. Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır - 39.7. vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. - 43.1. sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. - 43.1. səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Əşyaların nümunə kimi götürülmə həcmi, miqdarı, müddəti və onların tədqiq edilməsi qaydaları bu maddəyə uyğun müəyyən edilir. - 43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir. - 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. - 43.6. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. - 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6-ci bəndinə əsasən: 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən: 8.1. Bu Qaydalarda müddətlərin müəyyən edilməsi Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 8.2. Yarım illə hesablanan müddət altı aya, rüblə hesablanan müddət üç aya bərabərdir. 8.3. Vergi Məcəlləsi ilə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 8.4. Bu Qaydalarda nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 8.11. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.14. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ına (Əlavə 26) əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: 8.14.1. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 8.14.2. Səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 8.15. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 nömrəli qərarına əsasən vergi ödəyicisində xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********170167 saylı akt tərtib edilməklə, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata alınmış və qeydiyyat xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018- ci il tarixədək olan dövr yoxlanılmışdır. Yoxlanılan dövrdə iddiaçı (müqavilə üzrə “Agent”) ilə müxtəlif fiziki şəxslər (müqavilə üzrə “Sifarişçilər”) arasında “Zərgərlik məmulatlarının istehsalı üçün vasitəçilik müqaviləsi” bağlanılmış və müvafiq müqavilələrə əsasən qızıl məmulatı külçə şəklində təhvil alınaraq “Sifarişçi” ilə razılaşdırılmış eskiz və formaya salınmaqla, “Sifarişçi”nin hesabına zərgərlik məmulatlarının istehsalı və hazır məhsul şəklində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən istehsal ediləcək hazır məhsulun hər qramı üçün “Sifarişçi” tərəfindən “Agentə” 0.50-4.20 manat məbləğində komisyon ödənilməsi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən iddiaçı ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin fiziki şəxslərdən 2016-cı ildə müxtəlif alış aktları ilə qızıl külçə (lom formasında) cəmi 583-585 əyarda 3588 qram, 2017-ci ildə 49999,24 qram qızıl məlumatları, həmçinin 2016-cı ildə iddiaçı müəssisənin direktoru X1 şəklində 995 əyarda 11763 qram (963+5150+5650) və ya 585 əyara çevrildikdə 19997,1 qram qızıl məmulatları qəbul edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə müxtəlif fiziki şəxslərdən və iddiaçı müəssisənin direktorundan 585 əyarda (53587,24+19997,1) lom formasında qəbul edilmiş qızıl külçə iddiaçı müəssisə ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş həcmdə emal olunması məqsədilə Türkiyə Respublikasına ixrac olunmuşdur. Ümumilikdə, yoxlama ilə əhatə edilən dövr ərzində müvafiq yük gömrük bəyannamələrinə əsasən “Hemera Kuyumçuluq SAN. VE.TİC.LTD" şirkətinə 885 əyara çevrildikdə 70000,96 qram miqdarında 2540969,48 manat məbləğində qızıl külçə ixrac olunduğu və dövr ərzində 585 əyarda 70080,07 qram miqdarında 2768111,24 manat məbləğində (ƏDV-siz) qızıl məmulatlarının idxal edildiyi müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçı müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 159.4-cü,168-ci və 168-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və idxal olunmuş 2768111,24 manat məbləğində qızıl məmulatlarının dəyəri vergitutma obyekti hesab edilməklə əvəzləşdirilən ƏDV məbləği nəzərə alınaraq 498260,02 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 249132,44 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı cavabdehin barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İşin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçı "xxxx" MMC-yə əlavə olaraq hesablanmış ƏDVnin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Təqdim edilmiş iş materiallarından göründüyü kimi, idxal və ixrac edilmiş qızıl məmulatları arasında səyyar və çəkicə fərq müəyyən edilsə də, hazırkı rəyin tədqiq hissəsində göstərildiyi kimi, təhvil alınmış və təslim edilmiş (aktlara və s. əsasən) qızıl məmulatları arasında əyyar fərqi və çəki fərqi olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, hansı çəkidə və hansı əyyarda qızıl məmulatlarının təhvil alınması və təhvil verilməsi hazırkı rəyin 9-10-cu suallarının tədqiqi hissəsində göstərilmişdir. Göstərilənlərlə yanaşı qeyd edilmişdir ki, müəssisə tərəfindən aparılmış idxal-ixrac əməliyyatları ilə bağlı məlumatlar rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, "xxxx" MMC tərəfindən 2016-2017-ci illərdə təhvil-təslim aktları üzrə ayrı-ayrı vətəndaşlardan cəmi 69.562,20 qram 585 əyyarda qızıl qəbul edilmiş, 69.562,20 qram 585 əyyarda qızıl-zinət əşyaları təhvil verilmişdir. Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, 42.365,231 manat məbləğində xidmət haqqı (hesabatda da göstərilən) toplanmışdır. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, səyyar vergi yoxlaması aktında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara satış kimi qiymət verilərək əlavə ƏDV məbləği hesablanmışdır. xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçı "xxxx" MMCyə əlavə olaraq hesablanmış ƏDV- nin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Bundan başqa bildirilir ki, iş materiallarında mövcud olan 29 mart 2022-ci il tarixli 9/8713-9/8697 saylı və xx.xx.2021-ci il tarixli 9/1166 saylı ekspert rəylərinin tədqiqatı zamanı tədqiqata təqdim edilmiş iş materiallarının fərqli həcmdə olması, həmçinin hər iki rəy üzrə ekspertlər qarşısında qoyulmuş sualların fərqli olması iş materiallarında olan rəylərin nəticələri arasında fərqin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi iddiaçı əsas fəaliyyəti - digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyət (kod 96060) məqsədinə uygun olaraq yoxlama dövründə ayrı-ayrı vətəndaşlarla qızıl məmulatlarının emalı məqsədilə bağlanmış xidmət müqavilələri, qızılın onlardan təhvil alınması barədə qəbul aktları, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin həmin şəxslərdən alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, qaimə, ödəniş qəbzləri və YGB-lərdən ibarət sənədləri, təkrar idxal proseduruna aid olan sertifikat, qızılın həmin şəxslərə geri qaytarılması barədə 98 sayda akt, xaricdəki şirkət ilə iddiaçı arasında bağlanmış müqavilə, şirkətə emal üçün ödəniş aktları, iddiaçının ümumi mühasibatlıq sənədlərini yoxlamaya təqdim etmişdir. Həmin sənədlərdən göründüyü kimi qızıl məmulatlarının yeni dizaynda emal edilməsi məqsədilə sifarişçi ilə iddiaçı arasında eyni şərtlərlə bağlanmış 98 sayda sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq, sifarişçilərin şəxsi əmlakı olan qızıl məmulatları, fiziki ölçü və dəyərləri təhvil aktlarında göstərilməklə iddiaçıya xaricdən emal olunması məqsədilə təqdim edilmiş, sifarişçilərin istək və zövqlərinə görə yeni dizaynda emal edilməsi məqsədilə həmin qızıl məmulatları fiziki ölçü və dəyərləri müvəqqəti ixrac invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla və müvəqqəti ixrac qaydasında iddiaçı tərəfindən xaricdəki müəssisəyə göndərilmiş, emal olunmuş qızıl məmulatlarının fiziki ölçü və dəyərləri, emal xidmətinin haqqı və əlavə zərgərlik detallarının dəyərləri təkrar idxal invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla təkrar idxal qaydasında iddiaçıya geri göndərilmiş, həmin məmulatlar fiziki ölçü və dəyərləri, habelə əlavə detalların dəyərləri təhvil aktlarında göstərilməklə sifarişçivətəndaşlara geri qaytarılmışdır. Bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0.50-1.10 (0 ABŞ dolları əlli sentdən bir ABŞ dolları on sentə qədər) ABŞ dolları/qram hesabı ilə müəyyən edilmişdir. Sifariş müqaviləsi və təhvil aktlarından da göründüyü kimi sifarişçilər şəxsi əmlakı kimi müxtəlif formalarda olan, ümumilikdə 1.748863,34 manat məbləğində dəyərləndirilən və ümumi çəkisi 70219.39 qram olan qızıl məmulatlarını iddiaçıya təhvil vermişlər. Sifarişçi-vətəndaşlardan alınmış qızıl məmulatları emal məqsədilə xaricdəki şirkətə göndərilməmişdən, yəni müvəqqəti ixrac olunmamışdan əvvəl qanunvericilikdə nəzərdə tutulan rəsmi gömrük ekspertizasından keçirmişdir. Odur ki, hər bir müvəqqəti ixrac proseduru zamanı qızıl məmulatlarının emal prosesindən sonra geri qaytarılması barədə iddiaçıdan öhdəlik sənədləri alınmış, Antiinhisar və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatlarının keyfiyyətə uyğunluq sertifikatları verilmiş, AR Maliyyə Nazirliyi Qiymətli Metallara və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla müvafiq qəbul qəbzləri verilmiş, AR DGK X5 İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 7 müvəqqəti ixrac invoysuna əsasən analoji 7 sayda YGB-nin doldurulması təmin edilmişdir. Sadalanan rəsmi sənədlərdən də göründüyü kimi, 2017-ci ilin 5 aylıq hesabat dövründə emal məqsədilə iddiaçıya təhvil verilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Müvəqqəti ixrac sənədlərindən də görünür ki, hesabat dövründə iddiaçı tərəfindən ümumilikdə 1.748863.34 manat dəyərində və ümumi çəkisi 70179.85 qram olan qızıl məmulatları Türkiyədəki "xxxx" Şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən: 1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri; 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; Qüvvədə olan gömrük qanunvericiliyinə görə ixrac gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 nömrəli “Bəyannamənin tipi” bölməsində “52” kodu qeydi - həmin bəyannamə üzrə ixrac edilən mallar xaricə emal məqsədilə müvəqqəti ixrac edilir və təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanılır. İddiaçının 7 sayda müvəqqəti ixrac bəyannaməsində də eyni kod qeydi mövcuddur. Xaricdəki müəssisə ilə iddiaçı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qızıl məmulatları emaldan sonra hazır olduqca, təkrar idxal prosedurundan keçirilməklə ölkəyə geri qaytarılmışdır. Bu məqsədlə həmin qızıl məmulatları gömrük sahəsinə daxil olan kimi, DGK Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən təhvil aktları və müvəqqəti saxlanc aktları yoxlanılmış, DGK X5 X5 İdarəsi tərəfindən ekspertiza olunmaqla müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 11 sayda təkrar idxal invoysu üzrə emal olunmaqla iddiaçıya təhvil verilmiş 70007.12 qram qızıl və 172.73 sirkon daşlar, ümumilikdə 70179.85 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Hesabat dövrü üzrə 11 sayda təkrar idxal invoysundan görünür ki, rəsmi gömrük ekspertizasından keçmiş, ümumilikdə 70179.85 qram qızıl məmulatlarının dəyəri 1.748863.34 manat, eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 45909.64 ABŞ dolları təşkil etmişdir. Gömrük ekspertizasından sonra tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoyslarından da göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının 45909.64 ABŞ dolları dəyəri təkrar idxal gömrük bəyannaməsinin 42-ci “invoys dəyəri” bölməsində də invoys dəyəri kimi qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissədən olan hissələrinin dəyəri isə, YGBnin invoys dəyərinə daxil edilmişdir. Bu səbəbdən də, idxal gömrük bəyannaməsinin yuxarı sol hissısindəki 1 nömrəli “bəyannamənin tipi” bölməsində “41” kodu qeydi həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədilə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığını göstərir. İddiaçının 11 sayda təkrar idxal üzrə YGB-də də eyni kod qeydi mövcuddur. Hesabat dövründə iddiaçı 11 sayda təkrar idxal invoysu ilə ölkəyə təkrar idxal edilmiş, ümumi dəyəri 1.748863.34 manat olan 70179.85 qram qızıl məmulatları, müvafiq təhvil aktları ilə qızılın sahibi olan sifarişçilərə təhvil verilmişdir. Müvəqqəti ixrac və təkrar ixrac üzrə YGB-lərin gömrük orqanı tərəfindən təsdiqi üçün gömrük yerində dövlət büdcəsinə ödənişlərin edilməsi tələb olunur. Bu məbləğlər müqavilə şərtlərinə uyğun olaraq vətəndaşlardan təhvil alınmaqla, yerində müvafiq X6 vasitəsilə aidiyyəti üzrə ödənilmişdir. Sifariş xidmətinin haqqlarının tam məbləğdə ödənilməsini sifariş müddətində sifarişçilərdən alınan pul vəsaitləri barədə akt və kassa mədaxil qəbzləri ilə yanaşı, sifarişinin son təhvil verilmə tarixinə tərtib edilmiş üzləşmə aktları da təsdiq edir. Emal xidmətinin haqqı da ödənilmişdir. Hesabat dövrü üçün iddiaçının dövriyyəsi sifarişçi-vətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, emal xidməti və sifariş xidməti haqqlarının ödənilməsi üçün 180077 (yüz səksən min yetmiş yeddi) manat məbləğində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan yoxlama aktının 1.8. və 1.9. bəndlərində sənədlərin təqdim edildiyi və yoxlamanın təqdim edilmiş sənədlər əsasında aparıldığı qeyd edilsə də, həmin aktın ƏDV hissəsində sənədlərin tam təqdim edilmədiyi göstərilmişdir. Yəni yoxlama aktının bir hissəsində sənədlərin verildiyi, bir hissəsində isə sənədlərin tam olmadığı göstərilmişdir. Digər tərəfdən yoxlama zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi göstərilmişdir. Halbuki iş materiallarında tərəflər arasında başlanmış qızılların təhvil-təslim aktları mövcud olmuşdur ki, həmin təhvil-təslim aktlarının tərtib olunduğu tarixə aktların forması ilə bağlı qanunvericilikdə hər-hansı bir tələb nəzərdə tutulmamışdır. Həmçinin yoxlama aktında vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən ayrıayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızıl məmulatlarının çeşidi barədə heç bir sənəd təqdim edilmədiyi, habelə idxal edilmiş qızıl məmulatlarının təqdim çeşidi barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyi göstərilsə də, iş materiallarında olan sənədlərdən (müqavilələr, təhviltəslim aktları, gömrük bəyannamələri və.s) vergi ödəyicisinin ayrı-ayrı şəxslərdən alınmış qızıl məmulatları həmin şəxslərə təhvil verdiyi müəyyən edilir. Eyni zamanda cavabdeh inzibati orqan yoxlama ilə qızıl məmulatları təqdim edilmə kimi qəbul edilərək yoxlamanın son ayına (yəni 2018-ci ilin sentyabr ayına) əlavə olaraq 498.264,88 manat məbləğində ƏDV hesablanmışdır ki, yoxlamanın əhatə etdiyi dövrdə Vergi Məcəlləsində belə bir qayda nəzərdə tutulmamışdır. Belə ki, həmin hesablamanın aparılması qaydalarını nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.15-ci maddəsi 2019-cu ildə Məcəlləyə əlavə edilmişdir. Digər tərəfdən Vergi orqanı AR Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q- 09 saylı qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən iddiaçının fəaliyyətində istifadə olunmadığını pozuntu kimi qiymətləndirmişdir. Kollegiyanın həmin qərarına əsasən QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyası) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. İddiaçı isə, zərgərlik işini yetirməklə məşğul olmur, bu sahədə emalçı və sifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir. Göründüyü kimi, vergi orqanı istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən iddiaçıda tətbiq edilməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə iddiaçıya əsassız vergi öhdəliyi müəyyən etmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən cavabdeh inzibati orqanın qərarı prosessual normaların pozulması şəraitində qəbul edilmişdir. Cavabdeh tərəfindən yoxlama müddətiləri əsassız olaraq uzadılmışdır. Müddətin uzadılmasına əsas ola bilən ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Aktda xaricdəki şirkətə sorğu ünvanlandığı və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Yoxlamada müəyyən edilmişdir ki, xaricdəki şirkət ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər və emal xidmətinin ödənişini təsdiq edən sənədlər mövcuddur. Yoxlamanın ikinci qanuna zidd mərhələsi ondan ibarətdir ki, yoxlama aktında səyyar vergi yoxlamasının müddətinin xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə iki dəfə uzadılması qeyd olunsa da, yoxlamanın başladığı və qurtardığı müddət xx.xx.2018-xx.xx.2019-cu il tarixi üzrə 47 gün yoxlama müddəti, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 42 gün uzadılma müddəti Ədliyyə Nazirliyinin reyestrinə daxil edilmiş, xx.xx.2019-cu il tarixli qərarla yoxlama müddətinin 30 günlədək uzadılması barədə qərar Ədliyyə Nazirliyinin reyestrinə daxil edilməmişdir. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 30 gün müdətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 21 gün müddətinə yoxlamanın müddətinin müvəqqəti dayandırılması qeyd edilsə də, əslində yoxlama dövründə heç bir mütəxəssis dəvət edilməmiş, ekspertiza keçirilməmişdir. Belə ki, yoxlama aktının 4-cü səhifəsində 1.9.5-ci bənddə mütəxəssis dəvət edilmədiyi, həmçinin Azərekspertiza MMC-in ekspertinin cəlb edildiyi, lakin analoji rəyin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, yoxlama ilə bağlı Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alınsa da, ikinci icazə reyestrə daxil edilməmiş, yoxlama qanunsuz olaraq 2 mərhələdə keçirilmiş, MMC-nin hesabat dövrünə aid mühasibatlıq sənədlərini yoxlamaq üçün 90 günədək müddət əvəzinə, ümumilikdə 505 gün (415 gün artıq) vaxt sərf edilmiş və bununla da yoxlama müddəti qanunazidd qərarlarla uzadılmışdır. Yoxlama aktında səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 32 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə yoxlama müddətinin müvəqqəti dayandırılması qərara alınsa da, xarici ölkədəki partnyor təşkilata sorğunun çatdırılması və cavabının alınması təmin edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 saylı qərarı maddi və prosessual hüquq normaları pozularaq qəbul edilmiş, inzibati icraatın aparılmasına riayət edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar