Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1387/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxs X2 nümayədəsi (əri) X3 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13221/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sərəncamların etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarabağ küç, ev 45, mən 8 ünvanda 1993-cü ilin noyabr ayının sonuna kimi ailə üzvləri ilə yaşamış, sonradan Füzuli rayonundan məcburi köçkün düşmüş şəxslər tərəfindən həmin mənzil zəbt edilmişdir. Həmin mənzilə sonradan cavabdeh tərəfindən sərəncamlar verilərək mənzil 9 ünvanı adı ilə X2 adına sənədləşmişdir. Odur ki, sərəncamlar etibarsız hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13221/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən daşınmaz əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 45 saylı evin 8 saylı mənzili 1993-cü ilədək onun sahiblik və istifadəsində olmuşdur. Həmin dövrdə onun razılığı ilə mənzildə Füzuli rayonundan məcburi köçkün düşmüş X8 ailə üzvüləri ilə müvəqqəti məskunlaşmış, aralarında müqavilə bağlanmışdır ki, Füzuli rayonu işğaldan azad olunduqdan sonra mənzili ona təhvil verəcəklər. Bundan başqa Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövllət Komitəsi tərəfindən ona ünvanlanmış 3-36/2-M-6144/2- 44/2023/5395 saylı xx.xx.2023-cü il tarixli məktubun məzmunundan da müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzilində yaşayan X1 rayonuna köçürüldükdən sonra mənzil boşaldılaraq ona təhvil veriləcəkdir. Qeyd edilən hal bir daha sübut edir ki, R.B.Xanlarova Füzuli rayonundan məcburi köçkün kimi hazırda ona məxsus mənzildə müvəqqəti məskulaşmışdır. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzili onun sahiblik və istifadəsində olmuş, X8 məcburi köçkün düşdüyündən yaşayış yerinə ehtiyacı olduğundan tərəfindən xeyirxahlıq edilərək qeyd edilən mənzildə yaşamasına razılıq verilmişdir. Bundan başqa məhkəmə tərəfindən qərardada qeyd edilən “iddiaçı ən azından xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsində həmin sərəncamların mövcudluğundan xəbərdar olmuş, həmin iş üzrə verilmiş şikayətdə sərəncamlara istinad etmiş, lakin həmin sərəncamları 2023-cü il tarixdə mübahisələndirməklə iddia müddətini ötürmüşdür” hissəsi ilə bağlı qeyd edir ki, tərəfindən məhkəmələrdə qaldırılmış bütün mübahisələr onun hazırki qərardadda qeyd edilən mənzilə mülkiyyət hüquqlarının bərpası ilə bağlı olmuşdur. Lakin qeyd edilən mübahisələrlə hüquqlarının bərpa edillməsinin mümkün olmayacağı, hüquqların bərpası üçün ilk növbədə cavabdeh orqan tərəfindən qəbul edilmiş sərəncamların ləğv edilməli olması ona izah edilmişdir. Bundan sonra o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmənin qeyd edilən yanaşması əsassızdır və tərəfindən iddia müddəti ötürülməmişdir. Apellyasiya şikayətinin dəlillərinə dair yazılı etiraz Apellyasiya şikayətinin dəlillərinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassızdır, Ali Məhkəmənin xx.xx.2019-cu il arixli qərarı ilə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Qaradağ küçəsi, 45 saylı evin 8 saylı mənzilinə dair hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Bununla bağlı apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. 3-cü şəxs X2 nümayəndəsi (əri) X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, Cavabdeh məhkəmə iclasında nümayəndələsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan tam deyil» səbəbindən geri qaytarıldığı üçün digər 3-cü şəxs X11 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər Cavabdehin nümayəndəsinin və 3-cü şəxs X7 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırda İddiaçı Cavabdehə qarşı tələbi “Nərimanov İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 115 saylı xx.xx.2008-ci il, 220 saylı xx.xx.2008-ci il və 405 saylı xx.xx.2008-ci il tarixli sərəncamların etibarsız hesab edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməsinə, eyni zamanda mübahisələndirilən sərəncamlara münasibətdə subyektiv hüququnun olmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İşə birinci instansiya qaydasında baxmış məhkəmə müəyyən etmişdi ki, 13 may 1988ci il tarixli sərəncama əsasən 46 saylı binada bir otaqlı mənzil 8 saylı trestə verilmiş, sonradan həmin mənzilin iddiaçıya verildiyi qeyd olunsa da, 14 iyul 2004-cü il tarixli sərəncama əsasən 1 otaqlı 9 saylı mənzil E.Əliyevə məxsus 4 saylı mənzilə birləşdirilmiş, 18 mart 2008-ci il tarixli sərəncamla E.Əliyev həmin mənzildən pasport qeydiyyatından çıxmış, S.Mərdanova ilə mənzilə dair icarə müqaviləsi bağlanılmışdır. 20 may 2008-ci il tarixli sərəncamla isə 8 saylı mənzil boşaldıldığından 9 saylı mənzilə birləşdirilməsi qərara alınmışdır. 18 avqust 2008-ci il tarixli sərəncamdan görünür ki, 9 saylı mənzilin yaşayış sahəsinin bölünməsi, bir qisminin M.İsmayılovanın istifadəsinə verilməsi, digər hissənin S.Mərdanovanın istifadəsində saxlanılması qərara alınmışdır. İşdə olan mülki iş üzrə məhkəmə qərarlarından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, üçüncü şəxs Cavabdeh və X4 qarşı “Cavabdehin 20 may 2008-ci il tarixli 220 saylı “Qarabağ küçəsindəki 46 nömrəli evin boşalmış 8-ci mənzilinin vətəndaşı X7 yaşadığı mənzilə birləşdirilməsi” barədə sərəncamı, Cavabdehin xx.xx.2008-ci il tarixli 405 saylı “Qarabağ küçəsindəki 46 nömrəli evin 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, vətəndaş X5 və vətəndaş X11 ilə ayrıca icarə müqavilələrinin bağlanması” barədə sərəncamlarının etibarsız hesab edilməsi və Cavabdehin sərəncamları əsasında Qarabağ küçəsi, ev 46, mənzil 9-un X2 adına qeydiyyatdan keçirilməklə mülkiyyətinə verilməsinə dair dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-657/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6357/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-807/2019 saylı 13 fevral 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə məhkəmə qərarları ilə müəyyən olunmuşdu ki, İddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmiş, iddia ərizəsində xx.xx.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşadığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhəri, Nərianov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin 8 saylı mənzilində 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X8 beş nəfər ailə üzvü ilə birlikdə yaşamış, sonradan Cavabdeh Başçısının müvafiq sərəncamları əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin 9 saylı mənzili X2 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzil də daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan M.Ç.Xanlarova ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi "xxxx" MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin 8 saylı mənzilinə dair hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlarla bağlı iddiaçının sözügedən iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına istinad olunaraq iddiası rədd edilmiş və bu barədə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bununla yanaşı, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9308/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı mənzil 8-ə dair çıxarışın verilməsinə dair iddiası da subyektiv hüququnun mövcud olmaması səbəbi ilə mümkün sayılmamış, həmin qərardad da qanuni qüvvəsini almışdır. Hazırki işdə də birinci instansiya məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək iddiaçının hazırki iddia ilə bağlı da məhkəməyə müraciət edilməsində onun subyektiv hüququnun olmamasına istinad etmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olsaydı belə, onun tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti də ötürülmüşdür. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 15 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (mübahisələndirilən sərəncamları) 2008-cı ildə baş vermişdir (qəbul edilmişdir). Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri məhkəmə kollegiyası əsassız hesab edir. Bununla bağlı Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qeyrimümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13221/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13221/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1387/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1387/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver