Məhkəmə qərarları › İş №2-1(103)-1388/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1388/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1388/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X19 və cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5850/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1975 – 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi və 1 fevral 2000-ci il tarixdən 7 fevral 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq məcburi dövlət sosial haqqı ödənişlərinin ödənildiyi dövr sosial sığorta stajına daxil edilməklə ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur, ali təhsillidir. Əmək fəaliyyətinə 1972-ci ildən Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarından başlamışdır. 1973 – 1975-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 1975 – 1977-ci illərdə həmin kolxozda işləmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar Özbəkistan Respublikasına köçmüşdür. 24.03.1977-ci il tarixdə “Sırdəryarıstroy” Avtobazasının 1-ci avtokalonuna “3-cü dərəcəli sürücü” təyin edilmişdir. 25.04.1978-ci il tarixdə öz xahişi əsasında işdən azad olunmuşdur. 21.05.1978-ci il tarixdə Sırdərya Dəmir-Beton Zavoduna “sürücü” vəzifəsinə təyin edilmiş, 25.05.1979-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. 02.07.1979-cu il tarixdə X7 “3-cü dərəcəli sürücü” vəzifəsinə təyin edilmiş və 18.07.1980-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 25.07.1980-ci il tarixdə Sırdərya rayon Məişət Xidməti Kombinatına “2-ci dərəcəli sürücü” vəzifəsinə işə qəbul olunmuş, 09.07.1981-ci il tarixdə həmin Kombinatda “dispetçer” vəzifəsinə, 16.07.1981-ci il tarixdə isə “2-ci dərəcəli sürücü” vəzifəsinə keçirilmişdir. 02.01.1984-cü il tarixdə Sırdərya rayon İstehsalat İdarəsinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, 02.01.1984-cü il tarixdə “böyük dispetçer” vəzifəsinə işə qəbul olunmuşdur. 20.12.1985-ci il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. 24.12.1985-ci il tarixdə Voroşilov rayon X5 “idarəedən” vəzifəsinə işə qəbul olunmuşdur. 01.07.1987-ci il tarixdə həmin qurumun ləğvi ilə əlaqədar X1 keçirilmişdir. 15.10.1991-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 02.12.1991-ci il tarixdə X16 (MUM) X17 Bakıxanov qəsəbəsi Filialına “komisyon şöbə müdiri” vəzifəsinə işə qəbul olunmuşdur. 02.02.1993-cü il tarixdə X12 keçirilməsi ilə əlaqədar işdən azad edilərək, Bakıxanov qəsəbəsində yerləşən 979 saylı mağazaya keçirilmişdir. 10.03.1995-ci il tarixdə "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialına "xxxx" vəzifəsinə təyin edilmişdir. 30.12.1999-cu il tarixdə Firmanın bağlanması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Daha sonra icarədar “Elçin-Ə” firması ilə onun (iddiaçının) arasında icarə müqaviləsi bağlanmış, 01.02.2000-ci il tarixdən 07.02.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 25.02.2019-cu il tarixli 1-53 saylı arxiv arayışından görünür ki, X13 arxiv sənədlərinin əmr kitablarında 02.12.1991-ci il tarixli 145 L/S saylı əmrlə 02.12.1991-ci il tarixdə X17 komisyon şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmuş, lakin X13 arxiv sənədlərinin 1992 və 1993-cü illərə dair əmr kitablarında onun işdən azad olunması barədə məlumat aşkar olunmamışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbənin 26.07.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, “«Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Şöbəyə təqdim edilmiş sənədlər əsasında Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınız və pensiya sığorta kapitalınız olmadığına görə əmək pensiyası hüququnuz yaranmır.” Cavabdehin imtinası qanunsuz və əsassız hesab olunur. Belə ki, əmək kitabçası və təqdim edilən arxiv arayışlarına əsasən onun tələb olunan 25 il stajı vardır. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 saylı iş üzrə 29 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-185/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı müvafiq dəyişiklik edilərək (“63 yaş 6 ay tamam olduğu gündən, yəni 9 aprel 2018-ci il tarixdən” sözləri əlavə edilərək) dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1056/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-185/2020 saylı iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi DSMF X2 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-528/2021 saylı 08 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 saylı 29 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İşə təkrarən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh DSMF X2 üzrə Mərkəzi Filialının həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və iddia tələbində göstərilən “1975-ci ildən 1977-ci ilədək” sözlərinin “1972-ci ildən 1977-ci ilədək” sözləri ilə əvəz edilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-5850/2021 saylı qərardadı ilə dəyişdirilməsi qəbul edilmiş və inzibati məhkəmə icraatı üzrə cavabdeh DSMF X2 üzrə Mərkəzi Filialı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5850/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş müəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Məhkəmə araşdırma apararkən kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapdığını qeyd etsə də, bu müddətin cəmini müəyyən etməmişdir. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçının "01.02.2000-ci ildən 07.02.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən” ona yaşa görə əmək pensiyası təyin edilməsi əsaslıdır. İşin bu halı tam araşdırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İş materiallarında iddiaçının vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə hər hansı sübut yoxdur. Eyni zamanda, məhkəmə ümumiyyətlə iddiaçının pensiya kapitalını hesablamamışdır. Belə ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (AZE № ********. FİN: xxxxxxx) hazırki qanunvericiliyin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququ 09.04.2018-ci il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının teyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-cl maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası teyin edilir. Yeni, 2006-cı İİ 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Ağcabədi rayon dövlət arxivinin 17.07.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında qeyd edilən 1972; 1973; 1975; 1976; 1977-ci illərdə İddiaçı Ə.Bünyadov və Çaparidze kolxozunda işlədiyi ümumi 3 il 1 ay olan dövr əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil edilməmişdir. Eyni zamanda, tərəfimizdən mübahisələndirilən əmək kitabçasında qeyd olunmuş 02.12.1991- 01.02.1993-cü illərə münasibətdə Dövlət arxivinin Bakı filialının 25.02.2019-cu il tarixli 1-53 nömrəli arxiv arayışında iddiaçının 02.12.1991-ci il tarixdə Qarışıq mallar mağazasında işə qəbul olunduğu qeyd olunsa da, 1992-1993-cü illərə dair əmr kitablarında onun işdən azad olunması barədə heç bir məlumat olmadığı və 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar, iyun, oktyabr, 1993-cü ilin mart ayında əməkhaqqı aldığı göstərilmişdir. Belə ki, iddiaçı qeyd olunan illərdə 05 ay əməkhaqqı almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1. 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən “Asist" daxili və xarici ticarət əlaqələri şirkətinin Bakı filialında işlədiyi dövrün yoxlanılması (müəssisə bağlandığı üçün və sənədlər arxivə təhvil verilmədiyindən) mümkün olmadığı üçün 10.03.1995-ci il tarixdən 30.12.1999-cu il tarixədək olan 4 il 9 ay 20 gün sığorta stajına daxil edilməmişdir. Beləliklə. ümumilikdə 9 il 19 gün sığorta stajı tərəfimizdən mübahisələndiriləndirilir. Belə ki, iddiaçının ümumilikdə mübahisəsiz sığorta stajı 16 il 4 ay 10 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası teyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajı üçün kifayət etmir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 17 nömrəli Qərara əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11477 pensiya kapitalı tələb olunan 16762.88 manatdan azdır. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzləri (27.02.2001-ci tarixli № 000495, 29.06.2001-ci tarixli № 001369, 28.12.2001-ci il tarixli № 001396 nömrəli) İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınmadığından staja daxil edilmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X20 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X19 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 1972, 1975, 1976, 1977-ci illərdə Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında kolxozçu işlədiyi, 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək Bakı şəhərində X9 Bakıxanov qəsəbəsindəki komisyon mağazasının müdiri vəzifəsində işlədiyi, 10 mart 1995-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək "xxxx" Daxili və Xarici Ticarət Əlaqələri Şirkətinin Bakı Filialında əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə 9 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmə hazırkı inzibati məhkəmə icraatında toplanmış sübutların məcmusunda belə qənaətə gəlmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində yetərli pensiya kapitalı toplanmasa da, o, 1972-ci ildən 1999-cu ilin 30 dekabr tarixədək ümumilikdə (müəyyən fasilələrlə) 25 il 4 ay 29 gün sığorta stajına malikdir. Bu qənaət ondan yaranır ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən iş stajı 16 il 4 ay 10 gün, mübahisələndirilən iş stajı isə 9 il 19 gündür. Bu müddətlərin cəmi 25 il 4 ay 29 gündür. Məhkəmə iddiaçının həmin 16 il 4 ay 10 gün iş və hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehin qənaətini qanuna uyğun qiymətləndirir və qeyd etmişdir ki, iddiaçının 1973 – 1975-ci illərdəki hərbi xidmət dövrünün və 1977 – 1991-ci illərdə Özbəkistan SSR-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən 9 il 19 gün müddətində iş dövrü və bununla bağlı müəyyən edilən xüsusatlarla əlaqədar aşağıdakıları qeyd etmişdir: - iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən o, Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında minimum adam günü (bütün illər üzrə) – 240 gün olmaqla faktiki olaraq 1972-ci ildə 252 gün, 1975-ci ildə 200 gün, 1976-cı ildə 267 gün, 1977-ci ildə 87 gün işləmişdir. Həmin məmulatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, həmin arxiv sənədi «İnzibati icraat haqqında» AR Qanununun 19cu maddəsinə əsasən mötəbər sayılır. 1972 və 1976-cı illərdə iddiaçı kolxozda müəyyən edilmiş minimum adam normasını tam yerinə yetirdiyindən, həmin illər üzrə iddiaçı 2 il staja malikdir. 1975 və 1977-ci illərlə bağlı isə, ayrılıqda həmin illər üzrə minimum normalar toplanmasa da, ümumilikdə bu iki il üzrə faktiki adam günü (287 gün) 1 il 1 ay sığorta stajı kimi hesablanmalıdır. Həmin arxiv arayışında əks olunan iş stajları barədə əmək kitabçasında qeydlərin aparılmamasına gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən kolxozda işlədiyi dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra 2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçının 1992-ci ildən əvvəlki dövr üzrə sözügedən (kolxozda) əmək fəaliyyətinə münasibətdə tətbiq edilməlidir. Ona görə də arxiv arayışında göstərilən iş stajının əmək kitabçasında əks olunmamasını əsası ilə həmin stajın sığorta stajına daxil edilməməsi qanuna zidd qiymələndirilir; - Əmək kitabçasında iddiaçının 2 dekabr 1991-ci il tarixdə Ticarət Nazirliyinin tabeliyində olan Bakı şəhəri X13 Razin qəsəbəsindəki komisyon mağazasının müdiri vəzifəsinə təyin edilməsi və 1 fevral 1993-cü il tarixdə həmin vəzifədən başqa işə, yəni adıçəkilən qəsəbədə 979 saylı mağazaya keçirilməsi ilə bağlı qeydlər mövcuddur. Həmin qeydlər onun başqa işə keçirilməsi ilə əlaqədar olsa da, tutduğu X17 komisyon şöbəsinin müdiri vəzifəsindən azad olunmasını da ehtiva edir. Mağazanın təsərrüfat hesabına keçirilənədək Ticarət Nazirliyinin tabeliyində olması isə, işin mübahisə olunmayan hallarına daxildir. Əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Odur ki, əmək kitabçasındakı bu qeydlər, arxiv materiallarında 1992 – 1993-cü illərə aid saxlanılan sənədlərdə iddiaçının işdən azad olunması barədə əmrə dair məlumat olmasa da, onun 2 dekabr 1991-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək başqa işə keçirilənədək X17 komisyon şöbəsinin müdiri kimi işləməsini nəinki inkar etmir, hətta bu faktı təsdiqləyir. Arxiv materiallarında iddiaçının vəzifəsindən azad olunması barədə əmr barədə əlavə məlumatın olmaması, onun həmin vəzifədə işləməməsini qənaətinə əsas vermir. Buna görə də iddiaçının 1 il 1 ay 29 gün həmin müdir vəzifəsində işlədiyi müddət Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə (Vİİ hissəsinə), «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə iddiaçının sığorta stajına daxil edilməlidir. - cavabdeh inzibati orqan iddiaçının 1995 – 1999-cu illərdə "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialında işlədiyi dövrü hazırda həmin qurumun faəliyyət göstərməməsi və bu səbəbdən həmin müəssisədə işləməsinin yoxlanılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, adıçəkilən Filialın 1995 – 1999-cu illərdə Bakıdakı fəaliyyəti qanuni əsaslarla olmuşdur. Bunu, məhkəmənin müvafiq sorğusu üzrə aidiyyəti qeydiyyatı orqanının (vergi orqanının) 6 dekabr 2021-ci il tarixli cavab məktubundakı bildirilənlər təsdiqləyir. Bir daha diqqətə çəkilir ki, həmin məktubda "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialının AR Maliyyə Nazirliyi tərəfindən 4 noyabr 1994-cü il tarixli 291 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, lakin 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi qeyd olunmuşdur. Bu hal Filialın 1995 – 1999-cu ildə fəaliyyət göstərməsini inkar etmir. Odur ki, iddiaçının həmin Filialda işlədiyi 4 il 9 ay 20 gün onun sığorta stajına daxildir; - iddiaçının yuxarıda qeyd olunan 9 il 19 gün müddətində əmək fəaliyyəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətlərin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-ci il təvəllüdlüdür. İş materiallarında olan ГТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.05.1973 – 28.05.1975-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 24 mart 1977-ci il tarixdə “Sırdəryaristroy” Avtobazasının 1-ci avtokolonuna 3-cü dərəcəli sürücü təyin edilmiş, 25 aprel 1978-ci il tarixdə öz xahişi əsasında işdən azad edilmişdir. 21 may 1978-ci il tarixdə Sırdərya Dəmir-Beton zavoduna sürücü vəzifəsinə təyin olmuş, 25 may 1979-cu il tarixdə öz xahişi əsasında işdən azad olmuşdur. 02 iyul 1979-cu il tarixdə X7 3-cü dərəcəli sürücü vəzifəsinə işə təyin olmuş, 18 iyul 1980-ci il tarixdə öz xahişi əsasında tutduğu vəzifədən azad olmuşdur. 25 iyul 1980-ci il tarixdə Sırdərya rayon “Məişət Xidməti” Kombinatına 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olmuş, 09 aprel 1981-ci il tarixdə Sırdərya rayon “Məişət Xidməti” Kombinatına “dispetçer” vəzifəsinə keçirilmiş, 16 iyul 1981-ci il tarixdə 2-ci dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 02 yanvar 1984-cü il tarixdə Sırdərya rayon İstehsalat İdarəsinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olmuşdur. 02 yanvar 1984cü il tarixdə “böyük dispetçer” vəzifəsinə işə təyin olmuş, 20 dekabr 1985-ci il tarixdə öz iradəsi əsasında işdən azad olmuşdur. 24 dekabr 1985-ci il tarixdə Voroşilov rayon X5 “idarəedən” vəzifəsinə işə qəbul olmuş, 01 iyul 1987-ci il tarixdə X8 ləğv olunmasına əsasən “X3”-nə keçirilmiş, 15 oktyabr 1991-ci il tarixdə öz xahişi əsasında işdən azad olmuşdur. 02 dekabr 1991-ci il tarixdə X16 X17 Bakıxanov qəsəbəsi filialına “komission şöbə müdiri” vəzifəsinə işə qəbul olmuş, 01 fevral 1993-cü il tarixdə X10 keçirildiyindən işdən azad olunaraq Bakıxanov qəsəbəsində yerləşən 979 saylı mağazaya keçirilmişdir. 10 mart 1995ci il tarixdə "xxxx" Daxili və Xarici ticarət əlaqələri şirkətinin Bakı filialının "xxxx" vəzifəsinə təyin edilmiş, 30 dekabr 1999-cu il tarixdə firmanın bağlanması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı verilmiş 25.02.2019-cu il tarixli, № İ-53 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş 03.02.2019-cu il tarixli müraciətinizə əsasən Verilir ondan ötəri ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan X9 arxiv sənədlərinin əmr kitablarında vət.İddiaçı 02.12.1991-ci il tarixli, 145L/S saylı əmrlə 02.12.1991-ci il tarixdən X17 komissyon şöbəsinə müdir vəzifəsinə işə qəbul olunması, 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar, iyun, oktyabr və 1993-cü ilin mart aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur. Aylar 1991 1992 1993 Yanvar ------------------ 250.00 ------------------ Fevral ------------------ ------------------ ------------------ Mart ------------------ ------------------ 11.89 Aprel ------------------ ------------------ ------------------ May ------------------ ------------------ ------------------ İyun ------------------ 107.90 ------------------ İyul ------------------ ------------------ ------------------ Avqust ------------------ ------------------ ------------------ Sentyabr ------------------ ------------------ ------------------ Oktyabr ------------------ 131.41 ------------------ Noyabr ------------------ ------------------ ------------------ Dekabr 274.65 ------------------ ------------------ Dövlət Arxivinin Bakı filialında saxlanılan X9 arxiv sənədlərinin 1992 və 1993-cü illərə dair əmr kitablarında vət. İddiaçı işdən azad olunması barədə heç bir məlumat yoxdur. X9 nəzdində Bakıxanov qəsəbəsində yerləşən X11 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli, 19 nömrəli arxiv arayışından görünür ki, Arxivdə saxlanılan Ə.Bünyadov və Caparidze k/n 1970-1977-ci il dövr, arayış xarakterli arxiv sənədləri yoxlanıldı. Yoxlama zamanı məlum oldu ki İddiaçı həmin k\da işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyatı var. S-№ İllər Minimum Faktiki adam Əmək haqqı Əsası S-№ Adam günü günü 1 1972 240 252 1444 Shc br i-b-mal.f 49 2 1973 240 Yox 481 Shc br i-b-mal.f 23 4 1975 240 200 961 Shc br qoyun 38 5 1976 240 267 1086 Shc br 5 22 6 1977 240 87 578 Shc br5 28 İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli, 444 nömrəli məktubdan görünür ki, Ağcabədi rayon Dövlət Arxivi bildirir ki, minimum əmək günü (iş günü) normasını müəyyən edən təsdiqedici hüquqi normativ sənəd mühafizə olunmadığından, 1975-1977-ci illərdə Ə.Bünyadov və Çaparidze adına kolxozlarin da minimum əmək günü (iş günü) norması barədə məlumat vermək mümkün olmadı. Əldə etdikləri şifahi məlumatlara əsasən kolxozların fəaliyyəti zamanı Ağcabədi rayonun yerləşdiyi regiona, kolxoz dövrlərində mərkəzi İcra Hakimiyyəti (Keçmiş Kənd təsərrüfatı Nazirliyi və s) tərəfindən normativə uyğun minimum əmək günü (iş günü) norması, kişilər üçün 240 gün qadınlar üçün isə 180 adam günü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 08.07.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı və X18 vergi ödəyicisi kimi uçotda olub-olmamaları barədə müraciətlərə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirilir ki, vergl-ödəyicilərinin dövlət reyestrində 09.10,1954-cü il təvəllüdlü İddiaçı və 27.05.1980-ci il təvəllüdlü X18 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X21 Qeydiyyatı İdarəsinin 06.12.2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X21 qeydiyyatı idarəsinə daxil olan müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bildirilir ki, idarədə olan reyestrə əsasən "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 04.11.1994-cü il tarixli 291 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 1 dövrədək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, "Asist” İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialının təşkilatı-hüquqi formasını dəyişməsi və hüquqi varisinin olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli, 4/2403 nömrəli məktubdan görünür ki, Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli, 444 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə göndərilmiş 25.11.2021-ci il tarixli, **********3 №-li (daxilolma 30.11.2021-ci il, №-3794) vətəndaş İddiaçı barəsində olan sorğunuza cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan "xxxx" daxili və xarici ticarət əlaqələri şirkətinin Bakı filialının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26.07.2019-cu il tarixli, **********2 nömrəli məktubda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi Sizin Asan xidmət vasitəsilə təqdim etdiyiniz 25.07.2019cu il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizənizlə ilə əlaqədar olaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Nəzərinizə çatdırırıq ki, şöbəyə təqdim etdiyiniz sənədlər əsasında Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınız və pensiya sığorta kapitalınız olmadığına görə əmək pensiyası hüququnuz yaranmır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “məhkəmə araşdırma apararkən kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapdığını qeyd etsə də, bu müddətin cəmini müəyyən etməmişdir”. Cavabdehin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin 01.02.2021-ci il tarixli 19 nömrəli arayışda iddiaçının Ağcabədi rayonunun müvafiq kolxozlarında minimum adam günü (bütün illər üzrə) – 240 gün olmaqla faktiki olaraq 1972-ci ildə 252 gün, 1975-ci ildə 200 gün, 1976cı ildə 267 gün, 1977-ci ildə 87 gün işlədiyi təsdiqini tapır. Göründüyü kimi, iddiaçı 1972,1975, 1976, 1977-ci illərdə ümumlikdə 806 adam günü işləmişdir. İllik normanın 240 adam günü olduğunu nəzərə alaraq, 1 adam gününün 1.5 təqvim gününə bərabər olduğu müəyyən edilir (365 : 240 = 1.5). İddiaçının işlədiyi 806 adam günü 1209 təqvim günü edir (806 1.5 = 1209). 1209 gün isə 3 il 4 ay 3 günə bərabərdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının Ağcabədi rayon Ə.Bünyadov və Caparidze k/n işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi filialının arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr üzrə hesablanan sığorta stajı müddəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Əmək kitabçasına əsasən İddiaçı 25.05.1973 – 28.05.1975-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş (2 il 3 gün), 24.03.1977-ci il tarixdən 25.04.1978-ci il tarixədək “Sırdəryaristroy” Avtobazasında sürücü vəzifəsində (1 il 1 ay 1 gün), 21.05.1978-ci il tarixdən 25.05.1979-cu il tarixədək Sırdərya Dəmir-Beton zavoduna sürücü vəzifəsində (1 il 4 gün), 02.07.1979-cu il tarixdən 18.07.1980-ci il tarixədək X6 sürücü vəzifəsində (1 il 16 gün), 25.07.1980-ci il tarixdən 02.01.1984-cü il tarixədək Sırdərya rayon “Məişət Xidməti” Kombinatında sürücü, dispeçer vəzifəsində (3 il 5 ay 7 gün), 02.01.1984-cü il tarixdən 20.12.1985-ci il tarixədək böyük dispetçer vəzifəsində (1 il 11 ay 18 gün), 24.12.1985-ci il tarixdə 15.10.1991-ci il tarixədək Voroşilov rayon X4 “idarəedən” vəzifəsinə işə qəbul olmuş və X8 ləğv olunmasına əsasən “X3”-nə keçirilmiş (5 il 9 ay 21 gün), 02.12.1991-ci il tarixdən 01.02.1993-cü il tarixədək X16 X17 Bakıxanov qəsəbəsi filialına “komission şöbə müdiri” vəzifəsində (1 il 1 ay 29 gün), 10.03.1995-ci il tarixdən 30.12.1999-cu il tarixədək "xxxx" Daxili və Xarici ticarət əlaqələri şirkətinin Bakı filialının əmtəəşünas vəzifəsində işləmişdir (4 il 9 ay 20 gün). Göründüyü kimi iddiaçının əmək kitabçasına əsasən 22 il 3 ay 29 gün sığorta stajı müəyyən olunur. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “əmək kitabçasında qeyd olunmuş 02.12.1991-01.02.1993-cü illərə münasibətdə Dövlət arxivinin Bakı filialının 25.02.2019-cu il tarixli 1-53 nömrəli arxiv arayışında iddiaçının 02.12.1991-ci il tarixdə Qarışıq mallar mağazasında işə qəbul olunduğu qeyd olunsa da, 1992-1993-cü illərə dair əmr kitablarında onun işdən azad olunması barədə heç bir məlumat olmadığı və 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar, iyun, oktyabr, 1993-cü ilin mart ayında əməkhaqqı aldığı göstərilmişdir. Belə ki, iddiaçı qeyd olunan illərdə 05 ay əməkhaqqı almışdır”. Cavabdehin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında onun 2 dekabr 1991ci il tarixdə Ticarət Nazirliyinin tabeliyində olan Bakı şəhəri X13 Razin (indiki Bakıxanov) qəsəbəsindəki komisyon mağazasının müdiri təyin edilməsi və 01.02.1993-cü il tarixdə həmin vəzifədən başqa işə – Razin qəsəbəsində 979 saylı mağazaya keçirilməsi ilə bağlı qeydlər mövcuddur. Həmin qeydlər onun başqa işə keçirilməsi ilə əlaqədar olsa da, tutduğu şöbə müdiri vəzifəsindən azad olunmasını ehtiva edir. Mağazanın təsərrüfat hesabına keçirilənədək Ticarət Nazirliyinin tabeliyində olması isə, işin mübahisə olunmayan hallarına daxildir. Əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Odur ki, əmək kitabçasındakı bu qeydlər, arxiv materiallarında 1992 – 1993-cü illərə aid saxlanılan sənədlərdə iddiaçının işdən azad olunması barədə əmrə dair məlumat olmasa da, onun 02.12.1991-ci il tarixdən 01.02.1993-cü il tarixədək başqa işə keçirilənədək komisyon mağazasının müdiri kimi işləməsini təsdiqləyir. Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “iddiaçının əmək kitabçasında qeyd edilən “Asist" daxili və xarici ticarət əlaqələri şirkətinin Bakı filialında işlədiyi dövrün yoxlanılması (müəssisə bağlandığı üçün və sənədlər arxivə təhvil verilmədiyindən) mümkün olmadığı üçün 10.03.1995-ci il tarixdən 30.12.1999-cu il tarixədək olan 4 il 9 ay 20 gün sığorta stajına daxil edilməmişdir”. Cavabdehin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X21 Qeydiyyatı İdarəsinin 06.12.2021-ci il tarixli məktubunda "xxxx" İç və Dış Ticaret Anonim Şirkətinin Bakı Filialının AR Maliyyə Nazirliyi tərəfindən 04.11.1994-cü il tarixli 291 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, lakin 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi qeyd olunmuşdur. Bu hal Filialın 1995 – 1999-cu ildə fəaliyyət göstərməsini inkar etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin Filialda işlədiyi 4 il 9 ay 20 gün onun sığorta stajına daxil edilməlidir. Həmçinin cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “məhkəmələr qeyd etmişdir ki, iddiaçının "01.02.2000-ci ildən 07.02.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən” ona yaşa görə əmək pensiyası təyin edilməsi əsaslıdır. İşin bu halı tam araşdırılmamışdır”. Cavabdehin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə icraatında iddiasını dəyişdirərək 01.02.2000-ci ildən 07.02.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün sığorta stajına daxil edilməsini sonradan tələb etmədiyindən məhkəmə kollegiyası həmin dövrün araşdırılmasını zəruri hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 64 yaşı tamam olduğu dövrdə iddiaçının kolxozda işlədiyi dövr və əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5850/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar