Məhkəmə qərarları › İş №2-1(103)-1389/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1389/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1389/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil (Bakı şəhəri N8 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin NN fevral 202N-ci il tarixli, 2-N(NN2)-NNN3/202N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı N6.06.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə (Vəkil tərəfindən imzalanmışdır) məhkəməyə müraciət edərək ona müharibə veteranı statusunun və bu barədə vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N iyun N2-ci il tarixdən N3-cü ilin sonunadək Azərbaycan Respublikası Milli Ordu sıralarında, N və N saylı hərbi hissədə Zəngilan rayonu ərazisində hərbi xidmət keçmişdir və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək erməni işğalçılarına qarşı vuruşmuşdur. Müharibə veteranı statusu almaq üçün o, dəfələrlə Zəngilan Rayon Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə müraciət etmişdir və hər dəfə müxtəlif bəhanələrlə ona bu statusun verilməsindən imtina etmişlər ki, bu da onun hüquq və azadlıqlarını pozur. N saylı hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, 205 nömrəli əmri ilə o, şəxsi heyətin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Sonradan o, N dekabr N2-ci il tarixli, 4 saylı Əmrlə 2-ci taburun tərkibində baş sürücü vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli, 46 saylı əmrilə (əsas - N3, səh -50, sıra - 3 qeyd: əmrdə soyadı Əkbərov yazılmışdır) o mina atan batareyasının tərkibinə daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir (mətnə uyğun). N nömrəli hərbi hissə komandirinin N may N3-cü il tarixli, N34 N-li əmrilə ona döyüş hazırlığına görə növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin N N-li əmrilə o, hərbi xidmətini davam etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Onun döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etdiyi, hərbi hissəni özbaşına tərk etməməsini, ona ’’Müharibə veteranı” adının verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını, onun hərbi biletində hərbi xidmətdən tərxis edilməsi barədə əmrin nömrəsi və tarixinin qeyd edildiyini, həmin əmrin Azərbaycan Respublikası MN-nin Mərkəzi Arxivinə təhvil verilməsinin hərbi hissə komandanlığının vəzifəsi olduğunu nəzərə alaraq ona "Müharibə veteranı" adının verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin NN fevral 202N-ci il tarixli, 2-N(NN2)-NNN3/202N nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı N9.03.202N-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin NN fevral 202N-ci il tarixli, 2-N(NN2)-NNN3/202N nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İş materiallarında hərbi biletin surəti olmadığından sədrlik edənin sualına cavab olaraq iddiaçıya məxsus hərbi biletin mövcud olmadığını bildirdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin NN fevral 202N-ci il tarixli, 2-N(NN2)-NNN3/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cu ildə Zəngilan şəhərində doğulmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2-9N №-li, 04.07.20N9-cu il tarixli arxiv arayışından görünür ki, həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 205 №-li əmrilə (əsas: §-N,sıra-N9; qeyd: əmrdə soyadı qaralanmış və Əkbərov yazılmışdır) şəxsi heyətin siyahına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N2ci il tarixli, 4 №-li əmrində (əsas: §-N5, səh-20, sıra-95; qeyd: əmrdə soyadı Əkbərov yazılmışdır) X3 adı 2-ci taburun tərkibində baş sürücü vəzifəsində qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli, 46 №-li əmrilə (əsas: §-N3, səh-50, sıra-3; qeyd: əmrdə soyadı Əkbərov yazılmışdır) sıravi X5 minaatan batareyasının tərkibinə daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir (mətnə uyğun). N nömrəli hərbi hissə komandirinin N may N3-cü il tarixli, N34 №-li əmrilə (əsas: §-8, səh-N35, sıra- 4; qeyd: əmrdə soyadı Əkbərov yazılmışdır) minaatan batareyasının əsgəri sıravi X4 döyüş hazırlığına görə növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin N №-li əmrilə (əsas: §-N, səh-77, sıra-29; qeyd: 282 №li əmrin verilmə tarixi qeyd edilməmişdir, ondan əvvəlki 28N nömrəli əmr 24.N2.N3-cü il tarixində verilmiş və əmrdə soyadı Əkbərov yazılmışdır) N974-cü il təvəllüdlü X5 hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Ərizədə xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti dəqiq (aylarla) göstərilmədiyinə görə İddiaçı xidməti barədə əlavə araşdırma apara bilinmir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə ünvanlanmış 9/2- N5273 №-li, N0.N0.20N9-cu il tarixli məktubdan görünür ki, sorğuya cavab olaraq İddiaçı barədə N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, N №-li, N №-li hərbi hissə komandirinin N dekabr N2-ci il tarixli, 4 №-li, N fevral N3-cü il tarixli 46 №-li, N may N3-cü il tarixli, N34 №-li və N №-li əmrlərindən arxiv çıxarışları göndərilmişdir. Qeyd etmişlər ki, N №-li hərbi hissə komandirinin dekabr N3-cü il, yanvar-may N4-cü il, yanvar N6-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N/Ə-N5N74 №-li, 26.N0.20N9cu il tarixli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdındə "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 23.N0.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəyə göndərilməsinə baxmayaraq, həmin hərbi hissəyə daxil olması, xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə vətəndaş İddiaçı "Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon Polis şöbəsinin 09.07.2020-ci il tarixli, 202-20N0-N220 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, xx.xx.N974-cü ildə ünvan N ünvanında qeydiyyatda olan İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.04.20N7-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin N20.N-ci maddəsi ilə N0 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı hal-hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin NN nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş HP 0N/497 №-li, 28.07.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. İşin hallarından və iş materiallarından müəyyən edilir ki, iddiaçı N №-li hərbi hissə komandirinin 25.06.N2-ci il tarixli 205 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, N №-li hərbi hissədə xidmət etmiş, N №-li hərbi hissə komandirinin 24.N2.N3cü il tarixli 28N №-li əmrilə xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, həmin hərbi hissəyə göndərilməsindən sonra hərbi xidmətini davam etdirməsini və ya hərbi xidmətdən buraxılmasını təsdiq edən rəsmi sənədlər mövcud deyildir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmadığından, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. AR İPM-in N.2-ci maddəsindən MPM-in 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N3.2 və N7-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin NN fevral 202N-ci il tarixli, 2-N(NN2)-NNN3/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin NN fevral 202N-ci il tarixli, 2-N(NN2)-NNN3/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar