Məhkəmə qərarları › İş №2-1(103)-1389/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1389/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1389/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X11, Zeynalova Xatirə Nadir qızı, X26 və X21 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: «paylı mülkiyyət hüquqlarının qeydə alınaraq onlara müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X10 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X7, 3-cü şəxslər X5 və X12 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı1 xx.xx.1983-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

2. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı2 xx.xx.1981-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

3. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı3 xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

4. 10 yanvar 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.1960-cı il tarixdə vəfat etmiş- Zəhraxanım Manaf qızının vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı3, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak- Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən 06.07.19 tarixdə Zəhraxanım Manaf qızına verilmiş 30/2183 qeydəalma nömrəsi ilə 210 nömrəli kitabın 12192-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə mərhuma məxsus 8/24 hissəsinin yarısına, yəni 6/1 hissəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 pay verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-352/2022 saylı işi üzrə (iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının cavabdehlər X11, Zeynalova Xatirə Nadir qızı, X26 və X13 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə) qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X11 və Zeynalova Xatirə Nadir qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990- cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə X11, Zeynalova Xatirə Nadir qızı, X29 və X16 dair hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24hissəsinin yarısına, yəni 6/1 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının miras əmlakda paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2011/2023 saylı işi üzrə (iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının cavabdehlər X11, Zeynalova Xatirə Nadir qızı, X26 və X13 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 352/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Zeynalova Xatirə Nadir qızının kassasiya şikayətinə) qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-352/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsinin cavabdeh Zeynalova Xatirə Nadir qızına aid hissədə dəyişiklik edilmədən saxlanılması, cavabdeh X.Zeynalovanın kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-3511/2024 **********11 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişə əsasən bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin bir hissəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.

8. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-13750/2024 **********50 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri,1- ci Nərimanov döngəsi, ev 12 (yeni: Yasamal rayonu, Şaxtaxtinski küçəsi,ev 12) dair arxivdə saxlanılan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 10 yanvar 1024-cü il tarixli 2V-3 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən, ünvan 5 ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına yəni 1/6 hissəsinə İddiaçı1, X22 və İddiaçı3 Balağa qızının paylı mülkiyyət hüquqlarının qeydə alınaraq onlara müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə, X11, Zeynalova Xatirə Nadir qızı, X26 və X21 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-352/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin X11, Zeynalova Xatirə Nadir qızı, X29 və X16 dair hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24 hissəsinin yarısına, yəni 1/6 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının miras əmlakda payının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin icra sənədinə əsasən Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 10 yanvar 2024-cü il tarixli 2V-3 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnaməyə əsasən, ünvan 3 (yeni: Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 12) ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına, yəni 1/6 hissəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızına verilməlidir. Həmin şəhadətnaməyə əsasən paylı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət edilsə də, cavabdeh orqan xx.xx.2024-cü il tarixli bildirişlə bu müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin bir hissəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrin çıxarış verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün deyil. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(103)-352/2022 saylı qətnaməsi ilə X2 miras qalmış həmin əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə X11, Zeynalova Xatirə Nadir qızı, X29 və X16 dair hissədə etibarsız hesab edilmişdir. Bu mənada “həmin paydan yerdə qalan hissəyə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi” imtina səbəbi ola bilməz. Çünki imtina məktubunda “qalan hissəyə daşınmaz əmlakın dövlət reyestrində verildiyi bildirilən çıxarış” məhz etibarsız hesab edilən xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi onun əsasında reyestrdə aparılmış qeydiyyatın əsassız olması nəticəsini doğurur. Əsassız qeydiyyat isə silinməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.4- cü maddəsində, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1,4-cü maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu təsbit olunmuşdur. Zeynalova Xatirə Nadir qızının özünə məxsus hansı hissəni özgəninkiləşdirdiyi isə ümumiyyətlə göstərilməmiş və özgəninkiləşdirilməyən hissədə iddiaçılarının hüquqlarının qeydiyyatına maneənin nədən ibarət olduğu əsaslandırılmamışdır. İddiaçılar göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

12. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin 21.3 kv.m hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə-28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X17 adına özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakın X17 adına özgəninkiləşdirilmiş hissəsi ilə hər hansı bir mübahisə yoxdur, belə ki, X1 əmlak məhkəmə qətnaməsi əsasında Zeynalova Xatirə Nadir qızının adına verilən şəhadətnamənin etibarsız hesab edildiyi hissəyə deyil, Zeynalova Xatirə Nadir qızının mülkiyyətində olan məhkəmə mübahisəsi olmayan əmlakın digər hissəsinə aiddir. Adıçəkilən şəxs X17 hazırda iddiaçılara qarşı əmlak ilə bağlı hər hansı bir mübahisəsinin olmaması, iddiaçıların hazırda mübahisəli əmlakda yaşamaları, naturada onların istifadəsində olması bu halı təsdiq edir.

15. Odur ki, cavabdehin etirazında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

21. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs X11 apellyasiya şikayətinin təmin olunmasını, qərarın ləğv edilməsini xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs X26 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

23. Digər iddiaçılar və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

32. Belə ki, hazırkı işin faktiki hallarına əsasən, X6 17 aprel 1960-cı il tarixdə vəfat etmişdir. X3 Zeynalov Nadir və Zeynalov Adil adlı övladları olmuşdur. X18 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. X8 övladları Zeynalova Tamilla, Zeynalova Xatirə, Zeynalov Rauf və Zeynalov Rafiq olmuşdur. X24 ilə X9 xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri 12 saylı Dövlət Notariat Ofisinin 2-229 saylı notariat icrasının materiallarına əsasən, xx.xx.1990-ci il tarixdə Dövlət Notariat Kontoru tərəfindən miras qoyan X4 məxsus 1-ci Nərimanov döngəsi 12 saylı evə dair X11, Zeynalova Xatirə Nadir qızı, X29 və X14 adına vərəsəlik şəhadətnaməsi vardır. Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsi 12 saylı evin 8/24 hissədən bir hissəsi X5, 8/24 hissədən bir hissəsi X19, 8/24 hissədən bir hissəsi X14, 8/24 hissədən bir hissəsi Zeynalova Xatirə Nadir qızının paylı mülkiyyətindədir. X29 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. X27 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 297 nömrəli arayışa əsasən, 1951-ci il təvəllüdlü X24 1967-ci ildən Şaxtaxtinski küçəsi 12 saylı evdə qeydiyyatda olmuşdur. X24 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 24/X nömrəli məktubuna görə, İddiaçı1 və X28 hazırda Şaxtaxtinski küçəsi 12 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021ci il tarixli məktubuna əsasən, X29 və X15 adına vərəsəlik işi açılmamışdır. 20 Yuxarıda təsvir edilən qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-352/2022 saylı, 29 dekabr 2022-ci il tarixli Qətnaməsinə əsasən, X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990- cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə X11, Zeynalova Xatirə Nadir qızı, X29 və X16 dair hissədə etibarsız hesab edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24 hissəsinin yarısına, yəni 6/1 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının miras əmlakda payları müəyyən edilmişdir.

33. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmiş adları çəkilən şəxslərə (hazırki iş üzrə iddiaçılar) "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana edilmiş müraciətin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqan müraciətə dair imtinasını və iddia ərizəsinə etirazını əsaslandıraraq fərdi yaşayış evinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alındığını, sonradan ona məxsus olan 8/24 hissənin 21.3 kv.m hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə- 28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X17 adına özgəninkiləşdirilməsini və həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verildiyini bildirmişdir.

34. Məhkəmə Kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakın X17 adına özgəninkiləşdirilmiş hissəsi ilə hər hansı bir mübahisə yoxdur, belə ki, X1 əmlak məhkəmə qətnaməsi əsasında Zeynalova Xatirə Nadir qızının adına verilən şəhadətnamənin etibarsız hesab edildiyi hissəyə deyil, Zeynalova Xatirə Nadir qızının mülkiyyətində olan məhkəmə mübahisəsi olmayan əmlakın digər hissəsinə aiddir. Adıçəkilən şəxs X17 hazırda iddiaçılara qarşı əmlak ilə bağlı hər hansı bir mübahisəsinin olmaması, iddiaçıların hazırda mübahisəli əmlakda yaşamaları, naturada onların istifadəsində olması və xx.xx.2025-ci il tarixli müayinə aktı da bu halı təsdiq edir.

35. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin 21.3 kv.m hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə- 28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X17 adına özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmişdir.

36. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, həmin paydan yerdə qalan hissəyə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar hal-hazırda da qüvvədədir.

37. İddiaçılar həmin çıxarışları mübahisələndirmədən, yəni 3-cü şəxslərin adına daşınmaz əmlakın reyestrində qeydə alınmış və qeydiyyatı qüvvədə olan həmin daşınmaz əmlaklara çıxarış verilməsini tələb edirlər.

38. "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.

39. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar