Məhkəmə qərarları › İş №2-1(103)-139/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-139/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-139/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onun mənzil növbəsinə qeydiyyata alınması və ailə tərkibinin nəzərə alınaraq kirayə xərclərinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının “onun mənzil növbəsinə qeydiyyata alınması və ailə tərkibinin nəzərə alınaraq kirayə xərclərinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2382/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cı il tarixli 0672 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi ximətdən ehtiyata buraxılmışdır. Onun şəxsi yaşayış sahəsi olmadığına görə ailə üzvləri ilə bir yerdə ünvan 3 ünvanında yerləşən X5 mülkiyyətində olan mənzili notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi əsasında hər ay 400 manat ödəməklə xx.xx.2019-cu il tarixindən kirayədə yaşayır. Onun adına hər hansı daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirlyi Mənzil-İstismar İdarəsinin 4237 saylı xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, ehtiyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 136 saylı xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 70, mənzil 190 ünvanında qeydiyyatda olanlar, İddiaçı və X2 həqiqətən Nəsimi Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. **********89 saylı xx xxxxxxx 2019-cu il tarixli arayışa əsasən Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.594 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-ümumbirgə; Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.1471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə və Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.08 ha torpaq sahəsi X1 ümumbirgə mülkiyyətindədir. Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinin arayışından görünür ki, İddiaçı 928,65 manat məbləğində əmək pensiyası alır. Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Bakı şəhəri, Azadlıq küçəsi, 70 saylı evin 190 saylı mənzilində İddiaçı, X3, X7 və X9 qeydiyyatdadır. İddiaçı mənzillə növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 5/R-52-068 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından və onun həyat yoldaşının adına torpaq sahəsi olduğundan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi iddiaçıya şamil edilmir. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mənzil kirayəyə götürdükdən sonra ona Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən ev tikilməsi ilə bağlı torpaq verilməsinin və ya yaşayış sahəsini verilməsi və verilənədək kirayə xərclərinin qanuna uyğun olaraq Bakı Şəhəri Cavabdeh Başçısı tərəfindən ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinə Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2019-cu il tarixli 5/R-52-068 saylı məktubu ilə imtina edilmişdi. Hesab edir ki, onun öz arzusu ilə ehtiyata buraxılması yaşayış sahəsinə növbəyə durmaq hüququndan onu məhrum etmir, qanunvericilikdə belə bir norma yoxdur. Onun həyat yoldaşının adına hər hansı torpaq səhəsinin olub-olmaması iddiaçını ehtiyata buraxılmış hərbi qulluqçu kimi hüquqlarından məhrum edə bilməz, həyat yoldaşının adına yalnız təsərüfat aparılması üçün Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində ümumi-birgə təsərrufat torpağı vardır. Həmin torpağın təyinatı yaşayış səhəsi kimi getmir, təsərrüfat aparılması üçündür. O, xidmət etdiyi vaxtı Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Bu faktı təsdiq edən AR Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 4237 saylı xx.xx.2019-cu il tarixli arayışı iş materiallarında vardır. Ona Bakı şəhəri Nəsimi Bələdiyyəsi tərəfindən də torpaq sahəsi verilməmişdir. Bu fakt Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 136 saylı xx.xx.2019-cı il tarixli arayışı ilə öz təsdiqini tapır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanlar müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat,başqa şəhər və rayon mərkəzlərində - 75 manat,digər yaşayış məntəqələrində - 55 manat. Həmin qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidentinin x xxxxxxx 1997-ci il № 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ç) ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə - əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın- hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; d) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);ə) hərbi qulluqçunun şərəfini ləkələyən nəlayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Qanunun normasına görə güzəştlər yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və bu güzəştlər e, ə və j) bəndlərində qeyd olunan hərbi qulluqçulara şamil edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2382/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında iki qanunsuz fakta əsaslanmışdır. Baki İnzibati Məhkəməsi qeyd edir ki, öz arzusu ilə ehtiyata buraxılmış zabitər mənzil və ya yaşayış üçün torpaq növbəsinə qeydiyyata alına bilməzlər. Məhkəmənin ikinci qanunsuz əsaslandığı fakt ondan ibarətdir ki, onun həyat yoldaşının adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində ümümi birgə kənd-təsərüfatlı torpaq səhəsi olduğuna görə o, mənzil və ya yaşayış üçün torpaq növbəsinə qeydiyyata alına bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0672 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi ximətdən ehtiyata buraxılmışdır. Cavabdehin imtina məktubunda “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 12-ci maddəsinin 2-ci bəndini qeyd edərək, həmin qanunda qeyd edilməyən bir normanı qeyd etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.“ Həmən maddədə qeyd edilib ki, “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər.” Maddənin bu hissəsində göstərilən hərbi qulluqçular yalnız digər hərbi quluqçulara qarşı növbədə qabağa salınırlar. Lakin Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilib ki, yalnız bu şəxslər mənzil və torpaq növbəsinə qeydiyyata alınır. Məhkəmə öz qanunsuz və əsassız qərarında maddənin yuxarıda qeyd edilmiş normasını göstərərək səhv olaraq qeyd edir ki, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular mənzil növbəsinə İcra Hakimiyyəti tərəfindən alına bilərlər. Normada yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular mənzil növbəsinə digər hüququ olan hərbi qulluqçulardan öncə yəni ilk olaraq mənzil və ya torpaq növbəsinə alınırlar və həmin maddənin birinci hissəsində qeyd edilir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.“ Bundan başqa həmin maddədə qeyd edilir ki, “Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər”. O, xidmət etdiyi vaxtı Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və ona Bakı Şəhəri Nəsimi Bələdiyyəsi tərəfındən də torpaq sahəsi verilməmişdir. Hal-hazırda o, heç bir yerdə işləmir və yalnız yaşa görə təyin olunmuş pensiya ilə ailəsinə baxır. Bundan başqa da maddi durumu çətindir və üzərində aktiv kreditləri vardır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 255 nömrəli arayışına əsasən 1978-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cı il tarixli 0672 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi ximətdən ehtiyata buraxılmışdır. Onun şəxsi yaşayış sahəsi olmadığına görə ailə üzvləri ilə bir yerdə ünvan 3 ünvanında yerləşən X5 mülkiyyətində olan mənzili notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi əsasında hər ay 400 manat ödəməklə xx.xx.2019-cu il tarixindən kirayədə yaşayır. Onun adına hər hansı daşınmaz əmlak yoxdur. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmadığı, ona və X2 bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmadığı Azərbaycan Respublikası Müdafiə Nazirlyi Mənzil-İstismar İdarəsinin və Bakı şəhəri Nəsimi Bələdiyyəsinin müvafiq arayışları ilə təsdiq olunur. Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.594 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-ümumbirgə; Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.1471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə və Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0.08 ha torpaq sahəsi X1 ümumbirgə mülkiyyətindədir. Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinin arayışından görünür ki, İddiaçı 928,65 manat məbləğində əmək pensiyası alır. Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Bakı şəhəri, Azadlıq küçəsi, 70 saylı evin 190 saylı mənzilində İddiaçı, X3, X7 və X9 qeydiyyatdadır. İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 5/R-52-068 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından və onun həyat yoldaşının adına torpaq sahəsi olduğundan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi iddiaçıya şamil edilmir. Hazırki işdən görünür ki, İddiaçı cavabdehin imtinasından narazı qalaraq cavabdeh Nəsimi rayon İcra Hakimiyətinə qarşı onun mənzil növbəsinə qeydiyyata alınması və ailə tərkibinin nəzərə alınaraq kirayə xərclərinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə idiaçının öz arzusu ilə ehtiyyata buraxılmasına, eyni zamanda onun arvadının mülkiyyətində qeydiyyata alınmış iki ayrıayrı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və bir təyinatı göstərilməyən torpaq sahəsinin mövcudluğuna istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 4-cü abzasına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə təsdiq olunur ki, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi hallar- iddiaçının öz arzusu ilə ehtiyata buraxılması və onun həyat yoldaşının adına torpaq sahəsinin (kənd təsərrüfatı təyinatlı) olması onun qanunla nəzərdə tutulan hüquqlarından istifadə etmək hüququnu məhdudlaşdıra və iddiasının məhkəmə qaydasında rədd edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri əsaslıdır. İşdə olan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinə əsasən iddiaçının 3 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 170, mənzil 30 ünvanda yerləşən evdə aylıq 400 manat ödəməklə kirayədə qalması nəzərə alınaraq, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının 1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixdən ailə tərkibi nəzərə alınmaqla 375 manat (150+75+75+75=375) məbləğində kirayə haqqının ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2382/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2382/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mənzil qeydiyyatına alınması və kirayə tutulmuş mənzilin xərclərinin xx.xx.2019-cu il tarixdən hesablanaraq hər ay ailə tərkibini nəzərə alaraq 375 manat ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar