Məhkəmə qərarları › İş №2-1(103)-139/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-139/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-139/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X12 və X10 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və X13) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ, 97 nömrəli order əsasında iddiaçının adına ayrılmışdır. Bağ sahələrinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamına əsasən (3.97) X3 - Görədil ВТК №-89 bağ 254z ayrılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 06 may 2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, bağ sahəsinə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan imtina bildirişini aldıqdan sonra cavabdehə, bildirişdə qeyd edilən mətn üzrə dəqiqləşdirmə aparılması məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət edilmişdir. Həmin sorğuya cavabdeh tərəfindən 09 iyun 2021-ci il tarixli, **********41 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 89 nömrəli ВТК nəzdində Goradil bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254 z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 sayh notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X6 adına, yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportunun və dövlət reyestrindən çıxarışın X2 adına verilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür. Sonradan iddia tələbi 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçünün və dövlət reyestrindən çıxarışın X2 adına verilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 və X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ, 97 nömrəli order əsasında iddiaçının adına ayrılmışdır. Həmin bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 aprel 1994-cü il tarixli 461 nömrəli sərəncamı da mövcuddur. Yuxanda qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06 may 2021-ci il tarixli imtina bildirişi verilmişdir. Bildirişdə qeyd edilmişdir ki, göstərilən 254z nömrəli bağ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, həmçinin bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur. Yuxarıda qeyd olunan imtina bildirişini aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişdə qeyd edilən mətn üzrə dəqiqləşdirmə aparılması məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət edilmişdir. Həmin sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09 iyun 2021-ci il tarixli, **********41 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 89 nömrəli ВТК nəzdində Goradil bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 254 z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2008-ci il tarixdə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,06 hektar hissəsi Bakı şəhəri 11 sayh notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X6 adına, yerdə qalan hissəsi isə (0,06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi, ona məxsus bağ sahəsi bu günə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin bildirir ki, ona məxsus 254z saylı bağ sahəsinin sərhədlərini, koordinatlarını, naturada mövcudluğunu yerində müəyyən etmək barədə X5 vəkil sorğusu verilmiş, həmin mərkəzin 18 fevral 2021-ci il tarixli. 28 nömrəli rəyində qeyd edilmişdir ki. “Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən, vətəndaş X3 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış 89 nömrəli BTKnın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və kordinatları yerində müəyyən edilərək, naturada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir.” İmtina bildirişində 2-ci əsas “bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunur” deyə qeyd edilmişdir. Hansı ki, həmin problemin həlli ya tərəflərin öz aralarında, yaxud da məhkəmə müstəvisində həll edəcəkləri məsələdir. İmtina bildirişində bir tərəfdən 254z saylı bağın başqa fiziki şəxsin adına qeydiyyatdan keçməsi göstərilmiş, digər tərəfdən də, bağ sahəsinə yol olmadığı üçün qonşu bağ sahəsinin ərazisindən istifadə olunması qeyd edilmişdir. Bir neçə ay əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən bağ sahəsinə baxış keçirilərkən, həmin ərazinin boş olması, iki hissəyə bölünməməsi təsdiqini tapmışdır. Həmin bildirişi aldıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə şikayət verdi. Həmin şikayətlə bağlı göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Qeyd edilən cavab məktubunu aldıqdan sonra sənədlər Əmlak Xidmətləri Məkanına təqdim edilmişdir. Cavabdehin 01 fevral 2022-ci il tarixli imtina bildirişində qeyd edilmişdir ki, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyil. Bundan əlavə Goradil qəsəbəsində yerləşən 254z nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyildir. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********44 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2008-ci il tarixdə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X6 adına, yerdə qalan hissəsi isə (0.06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016- cı il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(112)-870/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla 89 nömrəli ВТК nəzdində ayrılmış sahəsi 0,12 ha olan 254z saylı bağ sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X14 ayrılmış bağ sahəsi və iddiaçıya ayrılmış torpaq sahələrinin nömrələri (254Z) üst-üstə düşsə də, torpaq sahələri faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, X14 bağ sahəsi müqavilə əsasında, İddiaçı torpaq sahəsi isə 89 nömrəli BTK-nın nəzdində Bakı şəhər İcra Hakimiyyəti Başçısının qərarı əsasında ayrılmışdır. İddiaçının koordinatlar üzrə göstərdiyi Göradil bağlar massivindəki 254Z nömrəli bağ sahəsinə dair hüquqlar qeydə alınmamışdır, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. İddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyildir. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2008-ci il tarixdə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 03.11,2015-ci il tarixli 4Ə-354 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 254T saylı bağ sahəsi kimi X6 adına, yerdə qalan hissəsi isə (0.06 ha) 254z saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2296/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 657/2024 saylı 14 mart 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2296/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X7 təhvil verilmiş torpaq sahələrinin “ayrıc aktları” anlayışı olmadığı üçün həmin dövrdə belə sənəd işlənməmişdir. Bu səbəbdən cavabdeh qurumda 89 nömrəli BTİ-yə ayrılmış torpaq sahəsinin ayrıc aktı da mövcud deyil, həmin BTİ-yə ayrılmış torpaq sahəsinin yalnız yerləşmə planı mövcuddur, iddiaçının iddia etdiyi torpaq sahəsi də BTİ-yə aid tərtib edilmiş sxematik xəritədə əks olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportunun və dövlət reyestrindən çıxarışın verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “bağ sahəsinin mürəkkəb relyefli ərazidə (yamac) yerləşməsi, sərbəst giriş-çıxışın mövcud olmaması və Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsinin müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası mhkəməsinin mövqeyi fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Hazırki işdən müəyyən olunur ki, 18 mart 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 254z saylı bağ “Bağ sahələrinin ayrılması barədə” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamı və 97 nömrəli order əsasında iddiaçının adına ayrılmışdır. İddiaçının hüquqi marağı həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq reyestrdən çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək “bağ sahəsinin mürəkkəb relyefli ərazidə (yamac) yerləşməsi, sərbəst giriş-çıxışın mövcud olmaması və Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsinin müqavilə əsasında digər fiziki şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması”na əsaslanmışdır. Bununla yanaşı cavabdeh qurum iddia tələbinə dair etirazında əlavə olaraq “təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsünün qeyd olunmaması”nı göstərmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsinə yerləşən, vətəndaş X3 18 mart 1994-cü il tarixdə 97 nömrəli order əsasında ayrılmış 89 nömrəli BTK-nın nəzdində olan 254z nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçülən, konfiqurasiyası və koordinatları yerində müəyyən edilərək, naturada 254z nömrəli bağ torpaq sahəsinin boş vəziyyətdə olduğu, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə, göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi bağ sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsi barədə cavabdehə sorğu vermiş və cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, qeyd olunan bağ sahəsi mürəkkəb relyefli ərazidə (yamac) yerləşir və sərbəst giriş-çıxış yolu mövcud deyil. Bundan əlavə, Göradil qəsəbəsində yerləşən “254Z” nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsinin (0,06 ha) X11 adına qeydə alınması ilə bağlı iş materiallarında Daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış mövcuddur. Həmçinin məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, hasarı olmadan şərti olaraq göstərilən torpaq sahəsi yamacda yerləşir, sahəyə gediş-gəliş yolu yoxdur. Belə ki, həmin sahəyə gediş-gəliş başqa bağın ərazisindəndir. Qeyd olunan sahənin qeydiyyatı barədə elektron bazada məlumat aşkarlanmamışdır (ümumi olaraq göstərilən cərgədə hər hansı qeydiyyat mövcud deyildir). Digər məhkəmə soruğusu ilə bağlı cavabdeh qurum tərəfindən 89 nömrəli ВТК nəzdində Bakı şəhəri, Binəqədi rayonu Goradil bağlar sahəsində yerləşən 254z saylı bağ sahəsinin yerləşməsinə dair bağ sahələrinin bölgüsünə dair sxematik xəritə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində iştirak edən X16 izahatında bildirmişdi ki, İddiaçı adlı şəxsi tanımır, Binəqədi rayonu, Goradil kəndində 254Z saylı bağ sahəsi ona məxsusdur və istifadəsindədir, torpaq sahəsinin 0,06 ha hissəsini X1. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmiş və ilkin apellyasiya baxışında məhkəmə kollegiyası bu nəticə ilə razılaşsa da, kassasiya instansiya məhkəməsinin qənaəti fərqli olmuşdur. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 657/2024 saylı 14 mart 2024-cü il tarixli qərarında göstərilmişdir ki, “iddiaçıya torpaq sahəsi Goradil bağlar sahəsindəki 89 nömrəli ВТК nəzdində 0,12 hektar olan 254z saylı bağ, 97 nömrəli order əsasında ayrıldığından o, yalnız 89 nömrəli BTK-nın hüdudları daxilində yerləşən torpaq sahəsinə iddia edə bilər. Lakin apellyasiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi və göstərdiyi torpaq sahəsinin 89 nömrəli BTK-nın hüdudları daxilində olub-olmaması istiqamətində araşdırma aparılmamışıdır.... İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi onda olan hüquqmüəyyənedici sənədlər ilə uyğun gəlib-gəlməməsi istiqamətində araşdırma aparılmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı cavabdeh qurumdan Goradil bağlar sahəsindəki 89 nömrəli BTK-nın ayrıc aktının məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Həmin sorğuya cavab olaraq cavabdeh qurum tərəfindən Goradil qəsəbəsindəki bağlar sahəsinin yerləşmə planı məhkəməyə təqdim olunmuşdur. Bundan sonra iddiaçının iddia etdiyi və faktiki göstərdiyi 89 nömrəli ВТК nəzdində ayrılmış sahəsi 0,12 ha olan 254z saylı bağ sahəsinin onun hüquqmüəyyənedici sənədlə verilmiş torpaq sahəsinə uyğun olub-olmadığı, iddiaçının istər faktiki iddia etdiyi, istərsə də hüquqmüəyyənedici sənəd üzrə istinad etdiyi torpaq sahəsinin 89 nömrəli BTK-nın hüdudları daxilində yerləşib-yerləşmədiyinin müəyyən olunması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 10/1727 saylı ekpert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-6470/2025 nömrəli mütəxəssis rəyinə əsasən 254z saylı bağ sahəsi kimi şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 1200.0 kv.m təşkil edir. Göstərilən sahə yamacda yerləşir. Sahənin sərhəddinin bir tərəfinin bir hissəsi qonşu hasar, digər üç tərəfi isə şərtidir (yamac), iki künc döngəsinə taxta basdırılaraq işarələnib. Torpaq sahəsində tikili yoxdur. Sözügedən bağ sahəsinə gediş-gəliş yolu yoxdur. Belə ki, bağ sahəsinə gediş-gəliş üçün digər bağın ərazisindən istifadə olunur. Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vətəndaşlara bağ sahələri paylanarkən koordinatlarda verilmədiyindən, ümumi ərazidə hasarlanma işləri bağların bögüsünə dair sxematik xəritəyə uyğun plan üzrə aparılmadığından, arxiv cizgisi olmadığından və 89 saylı BTK-nın sxemində 254z saylı bağ nömrəsi göstərilmədiyindən bağ sahəsinin sənəd üzrə yerinin dəqiqləşdirilməsi mümkün olmadı. Arxiv məlumatlarına əsasən 254z nömrəli bağ sahəsi müqavilə əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə əvvəlki müraciət zamanı təqdim edilmiş İddiaçı adına olan orderin (BŞİH başçısının 01,04.1994-cü il tarixli, 461 saylı sərəncamı əsasında verilmiş) arxiv nüsxəsi aşkar edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 10 iyun 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, 89 nömrəli BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, 89 nömrəli BTK-nın arxiv qovluğunda yerləşmə planı mövcuddur. Məlumat üçün 89 nömrəli BTK-nın yerləşmə planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli izahatında da bildirmişdir ki, X7 təhvil verilmiş torpaq sahələrinin “ayrıc aktları” anlayışı olmadığı üçün həmin dövrdə belə sənəd işlənməmişdir. Bu səbəbdən cavabdeh qurumda 89 nömrəli BTİyə ayrılmış torpaq sahəsinin ayrıc aktı da mövcud deyil, həmin BTİ-yə ayrılmış torpaq sahəsinin yalnız yerləşmə planı mövcuddur, iddiaçının iddia etdiyi torpaq sahəsi də BTİ-yə aid tərtib edilmiş sxematik xəritədə əks olunmuşdur. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya 89 nömrəli BTİ ərazisindən müvafiq icra hakimiyyətinin sərəncamı və BTİ-nin orderi ilə ayrılmış 0,12 ha torpaq sahəsi həmin BTİ-yə təhvil verilmiş torpaqların hüdudlarını müəyyən edən “ayrıc aktı” olmadığından (cavabdehin deməsinə görə belə anlayış BTİ-lər üçün olmamış) həmin bağ yalnız BTİ-nin sxematik xəritəsində əks olunmuş, həmin torpaq sahəsi ayrıldığı vaxtdan indiyənədək iddiaçının istifadəsindədir, eyni nömrəli digər bağ sahəsinin iddiaçının iddia etdiyi bağ sahəsinə heç bir aidiyyatı yoxdur, hər iki bağın ayrıayrı ərazilərdə yerləşdiyi faktı iş materialları ilə təsdiq olunur, iddia olunan bağ sahəsi başqa şəxslər tərəfindən iddia olunmur. Digər tərəfdən həmin bağ sahəsinin “mürəkkəb relyefli ərazidə (yamac) yerləşməsi, sərbəst giriş-çıxışının mövcud olmaması” ilə bağlı cavabdeh qurum hər hansı sübut məhkəməyə təqdim etməmişdir, etsəydi belə, həmin dəlillər iddiaçının iddiasının rədd olunması üçün əsas yaratmır. O ki qaldı cavabdehin “təqdim edilən bağ sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsünün qeyd olunmaması” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, iddia olunan bağ sahəsinin ölçüsü iddiaçının təqdim etdiyi Bağlar Təsərrüfatı İdarəsinin Goradil Bağlar sahəsindəki 89 nömrəli kooperativin 97 nömrəli orderində 0,12 ha olaraq göstərilmişdir və faktiki olaraq iddiaçının istifadəsində də məhz həmin ölçüdədir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddia olunan bağ sahəsinin yerindən fərqli ərazidə yerləşən 254z saylı bağ sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydə alındığını nəzərə alaraq hesab edir ki, 89 nömrəli ВТК nəzdində ayrılmış sahəsi 0,12 ha olan 254z saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması faktiki əraziyə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı “iddiaçının iddia etdiyi 254z saylı bağ sahəsinin yerləşdiyi faktiki ərazi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-870/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı ““iddiaçının iddia etdiyi 254z saylı bağ sahəsinin yerləşdiyi faktiki ərazi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X20 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar