Məhkəmə qərarları › İş №2-1(103)-1390/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1390/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1390/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X17, İddiaçı və üçüncü şəxslər X9, X10 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 8478/2021 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 13 iyul 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11, X27, X18, X20, X21, X22, X4, X19, X7 və X23) üçüncü şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatına alınmaları qanunsuz hesab edilməklə həmin üçüncü şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatından çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının tam mülkiyyətindədir. Bu yaxınlarda ona məlum olub ki, mülkiyyətində olan evin ünvanı üzrə kimlikləri ona məlum olmayan, tanımadığı şəxslər pasport qeydiyyatına alınıb. O, Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə 3-cü şəxslərin mülkiyyətində olan evin ünvanından pasport qeydiyyatından çıxarılmaları tələbi əsasında ərizə ilə müraciət etmişdir. Cavabdeh isə özünün 21 iyun 2021-ci il tarixli imtina məktubu ilə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 5-ci maddələrinin tələblərini əsas götürməklə tələbinin təmin olunmasının məhkəmə qərarı olmadan mümkünsüz olduğunu bildirib. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, ünvan 3 ünvanından üçüncü şəxslər X11, X27, X18, X20, X21, X22, X4, X19, X7 və X12 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli,082-46523 №-li məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 8478/2021 nömrəli qərarı icra edilərək, ünvan 3 ünvanında qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarılmışlar. Həmin qərardan narazı qalan üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında X1 adı yanlış olaraq - Elena yazılmışdır.İkincisi - məhkəmə qərarı qəbul edilərkən üçüncü şəxslərin iştirakı təmin edilməmişdir, ən əsas xüsasatı qeyd etmək istəyirlər ki, iddia mümkün sayılmamalı idi. Belə ki, ünvan 1 ünvanı iki əmlaka verilmişdir. Bu xüsusat birinci instansiya tərəfindən araşdırılmamışdır. Bu səbəbdən iddia mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. İşin apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı Məhkəmənin 07 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə “X11, X27, X18, X20, X21, X4, X19, X7 və X12 ünvan 1 ünvanı üzrə pasport qeydiyyatına alınmaları qanunsuz hesab edilməklə həmin şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması”na dair iddia tələbinə dair inzibati iş üzrə icraata X13 vəfatı ilə bağlı ona münasibətdə xitam verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, üçüncü şəxs X15 qonşu kimi tanıdığını, X9 evinin ayrı olduğunu, evə girişin və çıxışın ona mane olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Əlavə olaraq, İddiaçı qonşu kimi tanıdıqlarını, evinin ayrı olduğunu, onların evinə heç bir aidiyyəti olmadığını, evə girişin və çıxışın onlara mane olmadığını, qeydiyyatda olduqları ünvanda kənar şəxslərin olmadığını, yalnız qohumların olduğunu bildirdilər.Həmçinin üçüncü şəxs X3 nümunəli pasportunda da qeydiyyat ünvanın həmin ünvan olduğunu qeyd etdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, X11, X27, X18, X20, X21, X22, X4, X19, X7 və X23 ünvan 3 ünvanda qeydiyyatdadırlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021- ci il tarixli məktubla bildirmişdir: “xx.xx.1964-cü il təvəllüdlü X20 xx.xx.2002-ci il tarixdən, xx.xx.1963-cü il təvəllüdlü X14 xx.xx.2005-ci il tarixdən, xx.xx.1960-cı il təvəllüdlü X22 xx.xx.2004- ci il tarixdən, xx.xx.1985-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü X19 xx.xx.2003-cü il tarixdən, xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdən, xx.xx.1982-ci il təvəllüdlü X21 xx.xx.2003-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, həmin ünvanda qeydiyyatda olan xx.xx.2015-ci il təvəllüdlü X23 xx.xx.2015-ci il tarixdən, xx.xx.2007-ci il təvəllüdlü X27 xx.xx.2013-cü il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü X18 xx.xx.2013-cü il tarixdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar.” - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, sorğuda qeyd olunan şəxslərin adlarına sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM № 013682 seriya və nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanındakı üç otaq, 61.1 kv. metr yaşayış sahəsi 110,1 kv.m ümumi sahədən ibarət 34a saylı fərdi yaşayış evi İddiaçı Alas oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 52 saylı reyestr kitabında 7815-ci səhifədə 7815 № ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının izahatından,eyni zamanda üçüncü şəxslərin apellyasiya şikayətindən müəyyən edilir ki, iddiaçıya və üçüncü şəxslərə məxsus tikililər eyni ünvanda yerləşməsinə baxmayaraq ayrı-ayrı evlərdir. Üçüncü şəxslərin qeydiyyatda olduğu mənzilin iddiaçıya heç bir aidiyyəti yoxdur. Göründüyü kimi ücüncü şəxslərin iddiaçının mülkiyyətində olan məzildə formal qeydiyyatda olmasına dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uygun deyildir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmuşdur ki, hazırkı apellyasiya şikayəti vermiş şəxslər həmin kategoriyalı şəxslərə aid deyildir, onlar eyni ünvanda yerləşən iddiaçıya aidiyyəti olmayan özlərinə məxsus mənzildə pasport qeydiyyatında olmaqla yaşayırlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Üçüncü şəxslər X11, X20, X10, X1, X6, X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “X5, X27, X8, X9, X10, X1, X6, X2 və X12 ünvan 1 ünvanı üzrə pasport qeydiyyatına alınmaları qanunsuz hesab edilməklə həmin şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar