Məhkəmə qərarları › İş №2-1(103)-1391/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1391/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1391/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X2, Cavabehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində Ağdam rayonunun Mirəselli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 24.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X3 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X1 Nazirliyinin N №-li hərbi hissəsində gizir qismində xidmət edərkən 26.09.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində həlak olmuşdur. Lakin ona şəhid adı verilməmişdir. Ona şəhid adının verilməsi üçün tələb olunan arayışın iddiaçıya verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi tərəfindən ona 09.01.2020-ci il tarixli məktubla bildirilmişdir ki, müraciəti ilə əlaqədar o, 21.01.2020-ci il tarixdə Müdafiə Nazirliyinə dəvət olunur və müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ var. Göstərilən tarixdə-21.01.2020-ci il tarixdə isə ona imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Hesab edir ki, mərhum həyat yoldaşına şəhid adı verilməsi üçün tələb olunan müvafiq arayış cavabdeh tərəfindən ona verilməlidir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X3 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. İddia tələbinin təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 30 mart 2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhumun oğlu X5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin telefon müraciət xidməti vasitəsi ilə 29.12.2019-cu il tarixidə saat 15:00-da ünvanladığı şifahi müraciəti Şəxsi Heyyət Baş İdarəsində araşdırılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən mərhumun həyat yoldaşı İddiaçı 19.02.2019-cu il tarixində və mərhumun oğlu isə 21.01.2020-ci il tarixində Şəxsi Heyyət Baş İdarə rəisinin müavini general-mayor Rasim Əliyev tərəfindən qəbul edilmişdir. Vətəndaş İddiaçı Müdafiə Nazirliyinə müraciəti əsasında onun mərhum həyat yoldaşı gizir X4 “Şəhid” statusunun verilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin surətinə Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən baxılmışdır. Müraciət əsasında N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir V.H.Talıbovun həlak olması ilə əlaqədar onun şəxsi heyətin siyahısından çıxarılması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 dekabr 1997-ci il tarixli, 0304 nömrəli əmrinə əsas olmuş sənədlərin Hüquq İdarəsinə göndərilməsinə dair 31 iyul 2019-cu il tarixli, 11/3778 nömrəli məktubunda Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin 8 avqust 2019-cu il tarixli, 9/211166 nömrəli cavab məktubu ilə daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 7 oktyabr 1997-ci il tarixli, VЖГ 304634 nömrəli ölum haqqında şəhadətnamədə gizir V.H.Talıbov 26 sentyabr 1997-ci il tarixdə “bədəninin küt travması kəllə əsası ilə kəllə tacı sümüklərin çox qəlpəli sınığı döş qəfəsinin ön hissəsinin çox qəlpəli sınığı” nəticəsində Ağdam rayonu N nömrəli hərbi hissənin Üçoğlan kəndi ərazisində xidməti vəzifəni yerinə yetirərkən ölməsi qeyd olunmuşdur. Həmçinin N nömrəli hərbi hissənin N oktyabr 1997-ci il tarixli ölüm haqqında məlumatında 26.09.1997-ci il tarixdə Ağdam rayonu, Üçoğlan kəndi ərazisində xidməti vəzifəsinin icrası zamanı həlak olması və diyircəkli qələmlə əlavə olaraq “istilik qazanxanasının dəmir kəmərinin aşıb başına düşməsi” sözləri qeyd edilmişdir. Həmin hərbi hissənin təqdim etdiyi qaytarılmaz itkilərin adlı siyahısı kitabından 01.01.1997-ci il tarixindən 12.10.1997-ci il tarixə kimi olan çıxarışda da ölümün şəraiti göstərilməmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş 08 avqust 2019-cu il tarixli, HP-03/30-7394 nömrəli məktubunda gizir V.H.Talıbovun vəfat etməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq olunmamış və material araşdırılmadığı qeyd edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir X8 26 sentyabr 1997-ci il tarixdə “bədəninin küt travması kəllə əsası ilə kəllə tacı sümüklərin çox qəlpəli sınığı döş qəfəsinin ön hissəsinin çox qəlpəli sınığı” nəticəsində Ağdam rayonu, Üçoğlan kəndi ərazisində N nömrəli hərbi hissədə xidməti vəzifəni yerinə yetirərkən həlak (ölməsi) olması qeyd olunmasına baxmayaraq, onun yuxarıda qeyd edilən normativ hüquqi nəzərdə tutulan, döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlməməsi barədə vətəndaş İddiaçı rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X3 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “İddiaçı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X3 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı mərhum həyat yoldaşının şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddini aşmış, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X3 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar