Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1391/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasnın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə ona 55 yaşdan pensiyanın təyin edilməsi, 55 yaşının tamam olan gündən, yəni xx.xx.2011 və ya xx.xx.2013-cü il tarixdən bu günə kimi ona ödənilməmiş pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 55 yaşdan pensiya təyin edilməsi, 55 yaşının tamam olduğu, yəni xx.xx.2017-ci il tarixdən bu günə kimi iddiaçıya ödənilməmiş pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixdə Bakı toxuculuq qalantereya fabrikində toxucu-stajor kimi işə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə toxucu vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə fabrikin qalantereya sexinə dərzi-quruducu işinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə qeyd olunan işdən çıxmışdır. O, xx.xx.1993-cü il tarixdən Bakı metropolitenində stansiya növbətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdən metropolitenin mərkəzləşmiş məntəqə növbətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə stansiya növbətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" QSC-nin hərəkət xidmətinin növbətçisi vəzifəsinə təyin edilmiş və hazıkı dövrə qədər də həmin vəzifədə çalışır. xx.xx.2017-ci il tarixdə iddiaçının 55 yaşı tamam olmuşdur. xx.xx.2006-cı il tarixədək (Vətəndaşların pensiya təminatı haqqında qanunun qüvvədə olduğu müddət) ümumi iş stajı 26 il, ağır və zərərli iş şəraitində işlədiyi müddət isə 10 il 10 ay olmuşdur. "xxxx" QSC-də iddiaçı xx.xx.1993-cü il tarixindən 12% zərəli əmək şəraiti ilə stansiya növbətçisi, xx.xx.2014-cü il tarixdən 12% zərərli əmək şəraiti ilə HSM növbətçisi vəzifəsində işləyib. Onun hazırda icra etdiyi iş hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının stansiyalarındaki kimi qatarların qəbulu, göndərilməsi və buraxılmasıdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş “Toxuculuq Qalantera" ASC-nin 18 oktyabr 2023-cü il tarixli 17 №-li arayışında xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində onun Bakı toxuculuq qalantereya fabrikində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi toxucu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan daramatoxucu avadanlığının operatorları vəzifəsinə uyğun deyil. Həmçinin, sözügedən arayışda iddiaçının xx.xx.1984-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Bakı Toxuculuq Qalanteriya fabrikində quruducu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının quruducu vəzifəsində işlədiyi sahə həmin arayışda istinad edilən sözügedən siyahının yüngül sənaye bölməsində nəzərdə tutulan dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emal sahəsinə aid deyil. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, İddiaçı güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, İddiaçı 55 yaşının tamam olduğu 05 oktyabr 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 25 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - ИТ-İ № ******* nömrəli, 05 yanvar 1981-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Toxuculuq Qalantereya fabrikində Tekstil sexinə toxucu köməkçisi, xx.xx.1981-ci ildə 4 dərəcəli toxucu işləmiş, xx.xx.1982-ci ildə toxucu köməkçisi kimi qalantereya sexinə keçirilmişdir. xx.xx.1983-cü ildə Bakı Toxuculuq Qalantereya fabriki “Promtekstil” ictimai birliyinə çevrilmişdir. İddiaçı xx.xx.1982-ci ildə 2-ci dərəcəli toxucu vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə “Promtekstil” ictimai birliyi Bakı Tekstil Qalantereya fabrikaya çevrilmişdir. İddiaçıya xx.xx.1984-cü ildə 2-ci dərəcəli quruducu ikinci ixtisas verilmişdir. O, xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-cü ildə iddiaçı "xxxx" QSC-də stansiya növbətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə mərkəzləşmiş məntəqə növbətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə stansiya növbətçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2006-cı ildə Q.Qarayev stansiyasına keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 289 saylı sərəncamına əsasən BMP və “Azərtunelmetrotikinti” SS-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü ildə "xxxx" QSC Hərəkət xidmətinə HSM növbətçisi vəzifəsinə qəbul olunub və hal hazırda işləyir. - "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 17 nömrəli 18 oktyabr 2023-cü il tarixli arayışda göstərilir ki, iddiaçı Bakı toxuculuq qalantereya fabrikində xx.xx.1980-xx.xx.1981-ci illərdə stajor-toxucu, xx.xx.1981-xx.xx.1982-ci illərdə toxucu, xx.xx.1984-xx.xx.1993-cü illərdə quruducu işində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına 2 saylı əlavə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısına əsasən 22100000 XX. Yüngül sənaye, Toxuculuq sənayesi, 2200200a-16167- darama-toxuma avadanlığının operatorları. İddiaçının toxucu kimi icra etdiyi iş faktiki olaraq toxuma avadanlığının operatoru vəzifəsidir. Xahiş olunur onun icra etdiyi iş bu cür adlandırılsın 2210800a— 18988 əl ilə kamera quruducularda dərini, xəzi, qılı, yunu və tükü qurutmaqla məşğul olan xammal, yarımfabrikat və məmulatların quruducuları xx.xx.1984-xx.xx.1993-cü illərdə quruducu işində işləyib. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 sentyabr 1997-ci il tarixli 737 saylı sərəncamı ilə Bakı toxuculuq-qalantereya fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş A/300 nömrəli, 18 avqust 2023-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən, Bakı Metropoliteninin Hərəkət xidmətində xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək 12% zərərli əmək şəraiti ilə stansiya növbətçisi (Əmr 330/KŞ xx.xx.1993), xx.xx.2001-ci tarixindən xx.xx.2005-ci il tarixinədək mərkəzləşmiş məntəqə növbətçisi (Əmr 277/KŞ xx.xx.2001), xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 12% zərərli əmək şəraiti ilə stansiya növbətçisi (Əmr 160/KŞ xx.xx.2005) peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət xidmətində 12% zərərli əmək şəraiti ilə HSM növbətçisi (Əmr K-237 xx.xx.2014) peşəsinə qəbul edilmişdir və hal-hazıradək həmin peşədə işləyir. İddiaçı "xxxx" QSC-də əmək stajı 29 il 11 ay 07 gün (iyirmi doqquz il on bir ay yeddi gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən göndərilmiş 13-19/2- 146/2024 nömrəli 12 fevral 2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək Hərəkət xidmətində stansiya növbətçisi, xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək mərkəzləşmə məntəqə üzrə növbətçi vəzifələrində çalışmış, xx.xx.2005-ci il tarixindən stansiya növbətçisi vəzifəsində işləyir. İddiaçı çalışdığı vəzifələrin iş şəraiti, xüsusiyyəti və funksiyalarına görə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün nə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı Qərarın, nə də qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın bəndlərində əksini tapmamışdır. Bu səbəbdən onun güzəştli şərtlərə görə pensiya hüququ yaranmamışdır. Beləliklə işdən müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə iddiaçının işlədiyi vəzifələrin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən vəzifələrə uyğun gəlmədiyi, güzəştli iş stajının kifayət qədər olmadığından imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ilə kimi həm zəruri güzəştli, həm də ümumi stajı toplamışdır. Bu isə həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməyə imkan verir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən iddia ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hissəsində qismən təmin edilməli, xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Göründüyü kimi, iddiaçının xx.xx.1980-xx.xx.1993-cü illərdə çalışdığı toxuma avadanlığının operatoru (toxucu), quruducu vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaqla güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Bu iddiaçının əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilməyən dövrüdür. İddiaçının iş materiallarında olan arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək 12% zərərli əmək şəraiti ilə stansiya növbətçisi, xx.xx.2001-ci tarixindən xx.xx.2005-ci il tarixinədək mərkəzləşmiş məntəqə növbətçisi, xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 12% zərərli əmək şəraiti ilə stansiya növbətçisi peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət xidmətində 12% zərərli əmək şəraiti ilə HSM növbətçisi peşəsinə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta, ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisas artırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa gora güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”:
11. XX Yüngül sənaye
1. Toxuculuq sənayesi ... 2200200a—16167- darama-toxuma avadanlığının operatorları ... 2210800a—18988 - əl ilə kameralı quruducularda dərini, xəzi, qılı, yunu və tükü qurutmaqla məşğul olan xammal, yarımfabrikat və məmulatların quruducuları. Qeyd edilməlidir ki, iddiaçının Bakı Toxuculuq Qalantereya fabrikində işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmuş, "xxxx" QSC-də işlədiyi dövrlər də nəzərə alınmaqla ümumilikdə azı 25 il sığorta stajı olmaqla 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və tələbin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5260/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov