Məhkəmə qərarları › İş №2-1(103)-1394/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1394/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1394/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin) Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)- 8917/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********803100 nömrəli qərara əsasən "Vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) müraciətində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə göndərilən **********803100 nömrəli qərara əsasən xx.xx.2022 (Vəkil **********), xx.xx.2022 (Vəkil **********) və xx.xx.2022 (“X3 **********) tarixlərdə göndərilən elektron qaimə əməliyyatlarını malları gəlib çıxmadığı üçün ləğv etmiş, qarşı tərəfə məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Göstərilənləri nəzərə alan **********803100 nömrəli qərarın ləğv edilməsini və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına köməklik edilməsi xahiş edilmişdir. İddiaçının qeyd edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********818000 nömrəli) cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatla Meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilmiş hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən ödəyicinin uçot-baza məlumatları araşdırılmışdır. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarını və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, A7 panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturanın ləğv edildiyi, lakin təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş pul vəsaitlərinin geri qaytarılmadığı, həmçinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Bundan sonra İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia qaldıraraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********803100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Daha sonra İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması, 2022-ci il mənfəət vergisi üzrə vergi orqanının qəbul etdiyi 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfındən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********803100 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd edilir ki, qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq AzərbaycanRespublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Yuxarıda göstərilənlər barəsində iddiaçı vergi orqanına müraciətlər etmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərinin təmin edilməsi və müəssisənin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə hər hansı tədbir həyata keçirilməmişdir. İddiaçı ilk öncə xx.xx.2023-cü il tarixli məktubla vergi orqanına müraciət etmiş və malların alış sənədləri mövcud olmamışdır. Həmçinin qeyd edilir ki, mükəlləfiyyətində sadələşdirilmiş vergi aktivdir. Malların alışı Sədərək Ticarət Mərkəzində həyata keçirilmiş və bu səbəbdən alış sənədi təqdim olunmadığından bütün məbləğ gəlirə aid edilərək vergi hesablanacaqdır. Əlavə olaraq bildirilir ki, təsərrüfat obyekti xx.xx.2022ci il tarixində **********-20001 saylı kod ilə uçota alınması qeyd edilmişdir. Daha sonra şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixində müraciət edilərək qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində göndərdiyi **********803100 nömrəli qərara əsasən xx.xx.2022 (**********), xx.xx.2022 (**********) və xx.xx.2022 (“X3 **********) tarixlərində göndərilən elektron qaimə əməliyyatları malları gəlib çıxmadığı üçün ləğv edilmiş, qarşı tərəfə məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Göstərilənləri nəzərə alaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********812000 nömrəli Qərarın ləğv edilməsi xahiş edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssisələr isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün bu müəssisə ilə iş görməkdən çəkinmişdir. Göndərilən məktub və ərizələrdə də qeyd edildiyi kimi, riskli vergi ödəyicisi olmasına səbəb kimi göstərilmiş elektron qaimə fakturalar ləğv edilmişdir və bank hesabına mədaxil olmamışdır. Yəni, tərəfindən qərarın qəbul edilməsində səbəb kimi göstrərilən hallar tamamilə aradan qaldırılmışdır. Göstərilən səbəblərə əsasən hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********803100 saylı qərar ləğv edilməli və müəssisə riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Müəssisənin riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsinə səbəb olaraq Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarda qeyd edilən iki bəndə istinad edilmişdir. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi qeyd edilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Birinci səbəb olaraq müəssisənin təsərrüfat obyektinin olmaması qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş Vergi ödəycisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayışa nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, vergi ödəyicisi tərəfindən ünvan 3 ünvanı təsərrüfat obyekti olaraq uçota alınmış və həmin uçot tarixi isə xx.xx.2022-ci il tarixində olmuşdur. Qeyd edilir ki, təqdim edilmiş sənədlərdən də aydın olur ki, vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilmə barədə qərar xx.xx.2023- cü il tarixində qəbul edilmişdir. Yəni buradan aydın olur ki, xx.xx.2022-ci il tarixində qeydiyyata qoyulmuş təsərrüfat obyekti vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Sözügedən arayış vergi orqanı tərəfindən təqdim edilmişdir. Buradan belə aydın olur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi özü tərəfindən verilmiş arayış mövcud olmasına baxmayaraq, obyektin olmamasına istinad etmişdir. Həmçinin məhkəmə iclaslarında vergi orqanının əməkdaşları tərəfindən bu barədə hər hansı mötəbər sübut təqdim edilməmiş və İPM-nin 14.1-ci maddəsinin tələbləri yerinə yetirilməmişdir. Buradan da aydın olur ki, qəbul edilmiş qərar əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Müəssisənin riskli vergi ödəyicisi olaraq hesab edilməsinin ikinci səbəbi isə elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyi qeyd edilmişdir. Bu barədə isə bildirilir ki, vergi orqanı tərəfindən göstərilən qaimələr riskli vergi ödəyici hesab edilmə ilə bağlı xx.xx.2023-cü il tarixli qərarından əvvəl ləğv edilmişdir. Belə ki, vergi orqanı tərəfindən qeyd edilənlər qaimələr ilə bağlı aşağıda qeyd edilən məlumatları bildirir. Tərtib edilmiş elektron qaimələr vergi orqanı tərəfindən riskli hesab edilmədən əvvəl, yəni EBCK 058045 seriya nömrəli qaimə xx.xx.2022-ci il, EBCK 848863 seriya nömrəli qaimə xx.xx.2022-ci il və EBCM 278362 seriya nömrəli qaimə isə xx.xx.2022-ci il tarixində ləğv edilmişdir. Yəni, riskli vergi ödəyicisi siyahısına əlavə edilmə barədə qərar qəbul edilməzdən əvvəl olmuşdur. Lakin vergi orqanı tərəfindən sistemdə ləğv edilmiş qaimələr nəzərə alınmadan xx.xx.2023-cü il tarixində riskli hesab edilmə barədə qərar qəbul etmiş və daha sonra isə həmin riskli hesab edilmə qərarı əsas götürülərək 2022-ci il mənfəət vergisi üzrə 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və həmin qərara əsasən 733,78 manat əlavə vergi məbləği hesablanmışdır. Bu sözügedən qərarlar arasında səbəb-nəticə əlaqəsi olduğundan hesab edilir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılmaqla 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan „anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “reklam lövhələri, ofis ləvazimatları, switch 24 gigabyte, ATS panasonik 24" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********803100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi ödəyicisi müraciətində təqdim edilən elektron qaimə-fakturaların ləğv edildiyini və əldə edilən vəsaitin tam məbləğdə bank hesabına geri qaytarıldığını bildirməsinə baxmayaraq, ləğv edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə qismən geri qaytarıldığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən ləğv edilmiş elektron qaimə fakturalara görə geri qaytarılmalı olan vəsaitin tam məbləğdə əks etdirildiyi bank hesabından çıxarışın təqdim edilmədiyi aşkar edilmişdir. Araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, təsərrüfat obyekti xx.xx.2022-ci il tarixindən vergi uçotuna alınmışdır. Eyni zamanda bildirmişdir ki, elektron qaimə əməliyyatlarını malları gəlib çıxmadığı üçün ləğv etmişdir, qarşı tərəfə malların məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. İlk növbədə bildirmək istəyir ki, vergi ödəyicisinin malları gəlmədiyi üçün qaimələri ləğv etməsi barədə fikri tamamilə əsassızdır. Çünki Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt qarşı tərəf vergi ödəyicisinə təqdim edilir. Mal təqdim edilmədən öncədən elektron qaimə-faktura təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduqdan sonra həmin qaimələri ləğv edərək risk halını aradan qaldırmağa çalışmışdır ki, bu hal həmin əməliyyatın riskli əməliyyat olmasına birbaşa sübutdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Vergi ödəyicisinin təsərrüfat obyektinin uçotda olması ilə bağlı fikrinə münasibətdə isə bildiririk ki, vergi ödəyicisinin qeyd etdiyi obyekt vergi orqanında ofis kimi qeydiyyata alınmışdır. Daha sonra obyekti əvvəldən xx.xx.2025-ci ilə qədər icarəyə götürməsinə baxmayaraq vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduqdan sonra həmin obyektin uçotdan çıxarılması üçün vergi orqanına müraciət etmiş və xx.xx.2023-cü ildən vergi uçotundan çıxarılmışdır. Vergi ödəyicisinin satışını həyata keçirdiyi malların saxlanması üçün vergi orqanında uçotda olan hər hansı anbarı olmamışdır. Vergi Məcəlləsinin 38.3.8-1-ci maddəsinə və 50.2.5-ci maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda onun təsərrüfat subyektində (obyektində) operativ və səyyar vergi yoxlaması keçirilə bilər. Göründüyü kimi, vergi ödəyicisi obyekti uçotdan çıxarmaqla operativ və səyyar vergi yoxlamasının keçirilməsinin qarşısını almağa çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC-nin 2022-ci il mənfəət vergisi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-8917/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli kassaməxaric orderlərinə əsasən 2000 manat, 5000 manat, 7670,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2329,0 manat olmaqla cəmi 17000 manat elektron qaimələrin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli bank ödənişi əməliyyatı baş tutmadığı üçün iddiaçı tərəfindən Vəkil geri qaytarılmışdır. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsaiti geri qaytardığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Bunun məntiqi nəticəsi olaraq müvafiq əməliyyat ləğv olunduğundan (tərəflər əvvəlki vəziyyətinə qaytarıldığından) həmin əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi həmin xx.xx.2023-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunaraq mədaxil edilmiş vəsait geri qatarılmalıdır. Qeyd olunanlara münasibətdə işin halları ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 13.2.82- ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. İddiaçının fəaliyyətinin təhlili zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “reklam lövhələri, ofis ləvazimatları, switch 24 gigabyte, ATS panasonik 24" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********803100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən riskli əməliyyatlara dair elektron qaimə-fakturalar ləğv edilmişdir. Lakin həmin əməliyyatlar nəticəsində iddiaçının bank hesabına daxil olan vəsaitin tam məbləğdə geri qaytarılması təmin edilməmişdir. İddiaçı isə bununla əlaqədar iddia ərizəsində mallar gəlib çıxmadığı üçün qaimələrin ləğv edildiyini, məbləğin tam məbləğdə qaytarılmaması ilə əlaqədar isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanıldığını qeyd etmişdir. Sonradan isə məhkəmə qərarında qeyd olunan kassa-məxaric orderlərini təqdim etməklə pulun tam məbləğdə qaytarılmasını sübut etməyə çalışmışdır. Bundan əlavə iddiaçı öz ərizəsində malların Sədərək Ticarət Mərkəzindən alındığını və bu səbəbdən alış sənədlərinin olmadığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ziddiyətli ifadələrini, o cümlədən sənədsiz mal təqdim edilməsi ilə bağlı faktlara kompleks yanaşmalı, iddiaçının riskli əməliyyatına dair qaimələrin ləğvi ilə bağlı pulun tam məbləğdə bank hesabına ödənilməsinə baxmayaraq hansı səbəblə bir hissəsinin kassa- məxaric orderi ilə geri qaytarılmasını, həmçinin ləğv edilmiş əməliyyat nəticəsində malların həqiqətən ona geri qaytarılıb-qaytarılmamasını araşdıraraq qərar qəbul etməli idi. Kameral vergi yoxlaması zamanı 2022-ci il ərzində vergi ödəyicisinin bank hesablarına sahibkarlıq fəaliyyəti təyinatı ilə 17000,00 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Müəyyən edilmiş kənarlaşmalar barədə" xx.xx.2023cü il tarixli **********140600 nömrəli bildiriş göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 733,78 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********534100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını hesablanması barədə" Qərar göndərilmişdir. Qeyd olunan qərar bilavasitə iddiaçının apardığı riskli əməliyyatlardan irəli gəldiyi üçün hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması və mübahisələndirilən inzibati aktın ləğv edilməsi üçün əsas yoxdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı mübahisəli qərarların ləğvi ilə bağlı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublar ilə müraciətlər etmiş, lakin cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və ya müraciətlərin cavablandırılması barədə müəyyən bir müddət gözlənilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bu barədə hərəkət edilməmişdir. İşin birinci instansiyada icraatı zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********534100 nömrəli qərar qəbul olunmuş və daha sonra iddiaçı iddia tələbini “İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması, 2022-ci il mənfəət vergisi üzrə 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirmişdir. İddia həm ümumi, həm də “mübahisələndirmə haqqında” iddia növünə aid olan xüsusi mümkünlük şərtlərini ödədiyi üçün mümkün iddiadır. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********803100 nömrəli qərara əsasən "Vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunmuşdur. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyekti (obyekt) də qeydə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) müraciətində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə göndərilən **********803100 nömrəli qərara əsasən xx.xx.2022 (Vəkil **********), xx.xx.2022 (Vəkil **********) və xx.xx.2022 (“X3 **********) tarixlərdə göndərilən elektron qaimə əməliyyatlarını malları gəlib çıxmadığı üçün ləğv etmiş, qarşı tərəfə məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Göstərilənlərin nəzərə alınaraq **********803100 nömrəli qərarın ləğv edilməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. İddiaçının qeyd edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********818000 nömrəli) cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il taı 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatlar Meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilmiş hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən ödəyicinin uçot-baza məlumatları araşdırılmışdır. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, A7 panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə müraciətinə baxılarkən tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturanın ləğv edildiyi, lakin təqdim edilm elektron qaimə-fakturalara görə əldə edilmiş pul vəsaitlərinin geri qaytarılmadığı, həmçinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Daha sonra işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********534100 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən araşdırma zamanı uçot-baza məlumatlarına görə bank hesablarına daxil olmuş vəsaitlərin təhlili zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək sahibkarlıq fəaliyyəti təsnifatı üzrə hesablarına ümumilikdə 17000 manat vəsaitin mədaxil edildiyi, lakin tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində dövriyyə məbləğinin qeyd edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək 17000 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar, iddiaçıya 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral yoxlama nəticəsində 733,78 manat əlavə vergi məbləği hesablanmış, zərərin məbləği 2324,40 manat azaldılmışdır. Hazırda iddiaçı həmin xx.xx.2023-cü il tarixli **********534100 nömrəli qərarın ləğv olunmasını və onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər; 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş İT0000001 nömrəli xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, EBCK 058045 nömrəli qaiməyə əsasən 2329.09 manat vəsait geri qaytarılmışdır. Həmçinin İT0000003 nömrəli xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin ödəniş tapşırığına əsasən EBCK 058045 nömrəli ləğv edilmiş qaiməyə əsasən 14670.91 manat vəsait geri qaytarılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli kassa məxaric orderlərinə əsasən 2000 manat, 5000 manat, 7670,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2329,09 manat olmaqla, cəmi 17.000 manat elektron qaimələrin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli bank ödənişi əməliyyatı baş tutmadığı üçün iddiaçı tərəfindən Vəkil geri qaytarılmışdır. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında (idxalında) olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsaiti geri qaytardığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Həmin əməliyyat ləğv olunduğundan bu əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunmuş və mədaxil edilmiş vəsait geri qaytarılmışdır. Bu fakt işin apellyasiya baxışı zamanı vergi orqanının nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün əsas olan səbəb aradan qalxdığından və bu fakt vergi orqanının özü tərəfindən də təsdiq edildiyindən iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması və cavabdeh inzibati orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********534100 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirə bilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8917/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi (indiki Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar