Məhkəmə qərarları › İş №2-1(103)-1395/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1395/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1395/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 katibliyi ilə, X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3070/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 cavabdeh Bakı şəhəri Cavabdehnəqarşı iddiaçının babası X3 yaşamış olduğu Bakı şəhəri Buzovna qəsəbəsində 8 Mart küçəsində (keçmiş Üzüm Bağları adlanan ərazidə) sonuncu yaşayış yeri üzrə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X5 1887-ci ildə Bakı şəhərində Sabunçu rayonunda Buzovna qəsəbəsində doğulmuşdur, 1938-ci ilə kimi Buzovna qəsəbəsində 8 Mart Küçəsində (keçmiş Üzüm Bağları adlanan ərazidə) yaşamışdır. Həmin il əksinqilabi fəaliyyətə görə həbs edilmişdir. Həbs edildikdən sonra yaşadığı ünvana qayıtmamış və vəfat etmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə iddiaçının babası Tağı Zeynalov ölmüş elan edilmişdir. İddiaçı hazırda babası Tağı Zeynalovdan qalmış miras əmlaklara vərəsəlik şəhadətnaməsi almaq istəyir, lakin Dövlət Notariat Kontoru iddiaçıdan babasının sonuncu yaşayış yeri üzrə arayışı tələb edir.Həmin arayışın alınması üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də ona qeyd edilən arayışın verilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3070/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə X4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verilərək məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddiasının mümkün hesab edilərək baxılmasını və tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və xəstəliyi ilə əlaqədar vaxtında apellyasiya şikayəti vermək imkanının olmadığını bildirmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh orqan isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarının görünür ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı iddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə qəbul edilmiş (səhifə 45), məhkəmə qərardadı xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qərardaddan apellyasiya şikayəti isə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iş üzrə qərardaddan qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən xəstəliyi ilə bağlı qərardaddan vaxtında şikayət verə bilmədiyini göstərsə də, xəstəliyi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmiş, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəməyə digər bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və ötürülmüş prosesual müddətin bərpa olunması üçün hər hansı üzrlü səbəb olmadığından iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barıdə ərizəsinin təmin olunmasından imtina edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3070/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından X1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmasından imtina edilsin, verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar