Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1398/2019 16.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası X3 Seyidovanın sədrliyi və məruzəsilə, X2 və İlham Bayram oğlu Əhmədovdan ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1366/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinədair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1366/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə iddia tələbindən imtina etdiyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı onun tərəfindən verilmiş ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəni və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsindən də göründüyü kimi məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası qeyd olunan hallara qiymət verərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun qanunla müəyyən edilmiş hüququdur və bu imtina hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Buna görə də iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina etdikdə, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının iddiadan imtinası qəbul olunduğundan birinci instansiya məhkəməsinin hazırkı işə dair qəbul etdiyi qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda işdə iştirak edən şəxslərə izah olunmalıdır ki, iddiadan imtina edilməsi ilə tərəflər iddia qaldırılmamışdan əvvəlki hüquqi vəziyyətinə qayıdır və bu imtina eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qeyd olunanlara əsaslanaraq və Azərbayjan Respublikası İnzibati Prosessual Məjəlləsinin 55, 81.2, 83.1, 83.3.6-cı maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı iddiadan imtinası qəbul olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1366/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “X1 İqtisadiyyat və Ticarət Universiteti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Dİ № 046759-li diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İş üzrə tərəflərə izah edilsin ki, iddiadan imtina edilməsi ilə tərəflər iddia qaldırılmamışdan əvvəlki hüquqi vəziyyətinə qayıdır və bu imtina eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova
Məhkəmə qərarları › İş №2-1(103)-1398/2019
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1398/2019
16.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver