Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1398/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı “X7 Limited” Şirkətinin nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1168/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şirkəti xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialında Vergilər Nazirliyi tərəfindən aparılan növbəti səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli **********172573 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 3-cü bəndinin “digər qeydlər: yoxlama ilə podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyənnaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində çox göstərildiyi müəyyən edilmişdir. Podratçı tərəfindən təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclər ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində azaldılsın və bununla əlaqədar podratçı tərəfə məlumat verilsin” hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı X3 Adalarında ******* qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasında filial təsis etmiş məhdud məsuliyyətli şirkətdir. Azərbaycan Dövlət Neft Şirkəti, X9 Limited Şirkəti və ARDNŞ-in X17 arasında imzalanmış “Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişə uyğun olaraq operator qismində fəaliyyət göstərir və Azərbaycan Respublikasında filialı vasitəsilə təmsil olunur. Filial hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. Saziş sahəsində qazma işləri, hasilat, idarəetmə və digər məsrəflər ilə bağlı bütün birbaşa olan xərclər əməliyyat şirkəti tərəfindən çəkilir və hesabat ilinin sonunda çəkilmiş xərclər Sazişdə Podratçı tərəflərə ötürülür. Filialda 2015- 2017-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Cavabdeh tərəfindən filialın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********172573 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən, Filial tərəfindən xarici subpodratçı qismində çıxış edən "Navante Services LTD" şirkətindən nasoslar, klapanlar, qaz separatoru, hidro mühafisəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabeli icarəyə götürülmüşdür. Yoxlama zamanı müəyyən edilmişdir ki, 2015-2017-ci illər üzrə nasoslar "Navante Services LTD" şirkəti tərəfindən ümumilikdə 5 916 366,46 ABŞ dolları məbləğində Baker Hughes şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ümumilikdə 5 130 197,27 ABŞ dolları məbləğində ticarət əlavəsi tətbiq edilməklə Filiala təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 35% - 226% arası dəyişmişdir. Cavabdeh Sazişin 14.4(a) (i) bəndi və Vergi Məcəlləsinin 14-cü maddəsini əsas götürərək "Navante Services LTD" şirkətinin avadanlıqların icarəsinə tətbiq etdiyi marja məbləğlərini 25% həddində nəzərə almış, 25%dən artıq olan hissədə, yəni yoxlanılan dövr üzrə ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində fərqi "Xüsusi rejimli mənfəət bəyannaməsi"nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin tərkibindən çıxarılmalı olduğu qənaətinə gəlmişdir. Cavabdeh qeyd edilən mövqeyinin hüquqi əsası kimi Sazişin 14.4(a) (i) bəndinə və Vergi Məcəlləsinin 14cü maddəsinə istinad edir. Sazişin 14.4(a) (i) bəndinə görə - hesab edilir ki, Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Qeyd edilən müddəa xarici subpodratçının mənfəətinin həddini verginin qoyulması baxımından əvvəlcədən təsbit edir. Yəni, bu müddəa xarici subpodratçının mənfəətliliyini müəyyən etmir və hər hansı formada onun müstəqil sahibkarlıq fəaliyyətindən əldə etməli olduğu gəlirin həcminə məhdudiyyət qoymur. Sazişin 14.2 (k) bəndinə əsasən isə təqvim ili ərzində Podratçı tərəfin X13 və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxılmalara karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və Sazişin 8.6-cı bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır). Sazişin qeyd edilən müddəaları əməliyyat şirkətinə karbohidrogen fəaliyyəti ilə bağlı çəkdiyi xərclərin uçotunu apararaq Podratçı tərəflərə Sazişdəki paylarına mütənasib şəkildə ötürmək hüququnu verir. Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəflərə ötürməli olduğu xərclərə məhdudiyyət nəzərdə tutulmamışdır. Göründüyü kimi vergi orqanı tərəfindən mülki dövriyyənin müstəqil subyekti olan xarici subpodratçının təqdim etdiyi xidmətlərə münasibətdə marjasının müəyyən olunması qanunvericiliyə ziddir. Vergi orqanı Sazişin 14.4(a) (i) bəndini yanlış tətbiq edərək xarici subpodratçının təqdim etdiyi xidmətin dəyərini və dolayısı ilə onun mənfəətliliyini, buna səlahiyyəti olmadan, məhdud şəkildə müəyyən etmişdir. Bundan əlavə qeyd etmişdir ki, "Navante Services LTD" şirkəti tərəfindən Filiala icarəyə verilən nasoslar və digər avadanlıqlar Saziş çərçivəsində fəaliyyət göstərmək üçün digər lazımi xidmətlər (daşıma və sair), habelə avadanlıqların təyinatı üzrə tam fəaliyyət göstərməsi üçün digər mal-material daxil olmaqla təqdim edilir. Cavabdeh tərəfindən tərtib olunan səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində isə qeyd edilir ki, nasoslar "Navante Services LTD" şirkəti, tərəfindən Baker Hughesşirkətindən icarəyə götürülərək üzərinə ticarət əlavəsi tətbiq edilməklə Filiala ötürülmüşdür. İddiaçı qeyd edilən məsələyə etiraz edərək bildirmişdir ki, "Navante Services LTD" şirkəti tərəfindən Baker Hughes şirkətindən icarəyə götürülən nasoslardan əlavə, xidmətin tam həyata keçirilməsi üçün transformatorlar, kabellər alınaraq istifadə üçün Filiala təqdim olunur ki, həmin mallara, o cümlədən işçi qüvvəsinə münasibətdə çəkilən xərclər də "Navante Services LTD" şirkətinin mənfəətinin formalaşmasında iştirak edir. Göründüyü kimi "Navante Services LTD" şirkəti Baker Hughes şirkətindən icarəyə götürdüyü nasosları təhvil aldığı şəkildə deyil, Saziş çərçivəsində quyularda istifadənin tam təmin olunması üçün əlavə avadanlıqlar və mal-material cəlb etməklə Filiala təqdim edir. "Navante Services LTD" şirkəti tərəfindən Baker Hughes şirkətinə məxsus nasos qurğuları Filiala icarəyə verilərkən sonuncunun tələblərinə uyğun olaraq əlavə komplektasiyada işlənib tamamlanaraq və yeraltı avadanlıqla birlikdə onların telemetriya, servis xidməti, habelə təmiri üzrə xidmətlər də təqdim edilir. Qeyd edilənlər Baker Hughes şirkəti tərəfindən təqdim edilən məktubla və tərəflər arasında bağlanan müqavilələrlə təsdiq edilir. Belə ki, mexaniki hasilat üçün X2 Nasos Qurğuları (bundan sonra - EMNQ) tətbiq olunur. Bir EMNQ-in bütöv komplekti yeraltı və yerüstü hissələrdən ibarətdir. EMNQin yerüstü hissəsi tezlik çeviricisi və gücləndirici transformatordan ibarətdir. Yeraltı hissəsi dalma nasosundan və güc kabelindən ibarətdir. Baker Hughes şirkəti tərəfindən təqdim edilən məktubda da qeyd edilir ki, şirkət "Navante Services LTD" şirkətinə yalnız dalma nasoslarını icarəyə verir. Bundan əlavə qeyd edilməlidir ki, "Navante Services LTD" şirkəti ilə Baker Hughes arasında bağlanmış müqaviləyə edilmiş əlavələrə əsasən Baker Hughes şirkətindən əldə edilən avadanlıqların hər hansı hissəsi "Navante Services LTD" şirkəti tərəfindən icarə dövründə üçüncü tərəflərdən əldə edildikdə Baker Hughes şirkəti ilə razılaşmada qeyd edilən qiymətlərdə mütənasib endirimlər tətbiq edilir. Həmin əlavələrə əsasən Baker Hughes şirkəti tərəfindən icarəyə verilən avadanlıqların icarə haqlarında endirimlər olmuşdur. Cavabdeh xarici subpodratçının filiala göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində 35% - 226% arası dəyişdiyini iddia edərək səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. İddiaçı qeyd edilən əsaslandırma ilə razılaşmayaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiymətinin tətbiqi ilə verginin hesablanması üçün halların məhdud siyahısı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin yoxlama zamanı və vergi orqanı tərəfindən qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə bazar qiyməti nəzərə alınmaqla vergilər hesablanır. Qeyd edilən müddəada istifadə olunan "vergi ödəyicilərinin" anlayışı yoxlanılan vergi ödəyicisinə münasibətdə 30 gün ərzində təqdim etdiyi malların, işlərin və xidmətlərin dəyərinin 30 faizdən çox fərqləndikdə bazar qiymətinin tətbiqini nəzərdə tutur. Lakin Cavabdeh yoxlama apararkən "Navante Services LTD" şirkətinin təqdim etdiyi xidmətlərin bazardakı dəyərini digər vergi ödəyicilərinin təqdim etdiyi qiymətlərlə müqayisə etmiş (Cavabdeh tərəfindən bazar araşdırması barədə məlumat təqdim edilməmişdir) və yuxarıda göstərilən faizlər arası dəyişdiyi qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, SVY aktında hər hansı bir digər vergi ödəyicisi barədə məlumat yoxdur. Bu onu sübut edir ki, cavabdeh formal olaraq bazar qiymətinə istinad etmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi bazar qiymətinin tətbiqi ilə bağlı məhdud hallar müəyyən edir. Lakin Cavabdehin yanaşması qəbul ediləcəyi təqdirdə Vergi Məcəlləsinin 14.3-cü maddəsində müəyyən olunan məhdud siyahının mahiyyəti aradan qalxmış olur. Belə ki, bazarda qiyməti dövlət tərəfindən tənzimlənməyən malların, işlərin və xidmətlərin dəyəri müxtəlif vergi ödəyiciləri tərəfindən müxtəlif rəqəmlərlə müəyyən oluna bilər. Bu hal da yoxlayıcı orqana həmişə bazar qiymətinin qanuna ziddtətbiqi üçün imkan yaradacaqdır. Qeyd edilməlidir ki, hətta qeyd edilən maddənin tətbiqində hər hansı şübhə yaranarsa həmin aydın olmayan məqam Vergi Məcəlləsinin 3.11-ci maddəsinə uyğun olaraq iddiaçının xeyrinə şərh edilməlidir. Həmçinin Cavabdeh Vergi Məcəlləsinin 14.6.5.1-ci maddəsinə istinad etmişdir ki, iddiaçı isə həmin müddəanın tətbiqini mübahisələndirir. Belə ki, Vergi Məcəlləsinin 14.6.5.1-ci maddəsinə əsasən alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi haldahəmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir. Yuxarıda göstərilən xarici subpodratçının ticarət əlavəsinin formalaşma mənbələrinin təhlili, ödənişin nağdsız qaydada edilməsi bir daha sübut edir ki, 'Navante Servies LTD" şirkəti tərəfindən təqdim edilən xidmətlərin dəyəri əsassız şəkildə artırılmamışdır. Bundan əlavə Cavabdehin icarəyə götürülən qurğularla bağlı bazar araşdırması reallığı əks etdirmir. Belə ki, hər bir qurğunun seçimi müəyyən dövrdə hər bir quyu üçün fərdi şəkildə aparıldığı üçün bazarda Filial tərəfindən icarəyə götürülən avadanlığın qiymətlərinin faktiki olaraq müqayisəsi mümkün deyil. Qeyd olunanlarla yanaşı, Filial xarici subpodratçını seçərkən (2012-2013-cü illərdə) aşağıdakı meyarları əsas götürmüşdür: - qurğuların istifadə edildiyi quyuların azlığı; -istifadə zamanı aqressiv mühitin olması (mexaniki qatışıqların yüksək miqdarı və.s) -avadanlığın spesifik standart ölçüləri -nasosun modelinin bilavasitə müəyyən quyuda istismarı zamanı individual olaraq işlənib tamamlanması -təmir-xidmət bazasının yaxın məsafədə yerləşməsi və sıradan çıxmış elementlərin servis xidmətini, təmirini və əvəzetməni operativ həyata keçirmək imkanı. Filial ilə “xxxxxxxxxxxxxxxxxx” Şirkəti arasında müqavilə bağlanan zaman bazarda yuxarıda qeyd edilən tələblərə cavab verən hər hansı digər şirkət mövcud olmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh birinci instansiya məhkəməsinə iddiaya yazılı etiraz təqdim etmiş və öz etirazını onunla əsaslandırmışdır ki, Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********139215 nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2018-ci il tarixli **********141117 nömrəli yoxlama aktı tərtib edilmiş və onun əsasında xx.xx.2018-ci il tarixli **********172573 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı müəyyən edilmişdir ki, X12 2015-2017-ci illər üzrə Navante Şirkətinə (Navante Services LTD X6 adalarının qanunları əsasında qeydə alınmışdır, Azərbaycan Respublikasında qeydə alınmış filialı mövcuddur, bank hesabları Latviyanın ABLV bankında yerləşir, araşdırma zamanı Azərbaycandan başqa digər yerdə bu iş üzrə fəaliyyətinin olmaması müəyyən edilmişdir) nasosların icarəsi, təmiri xidməti və servisi üzrə 11.046.563,74 ABŞ dolları (icarə8.429.585,08 ABŞ dolları, təmir-2.259.778,66 ABŞ dolları, servis-357.200,00 ABŞ dolları) dəyərində ödəniş edərək (Saziş çərçivəsində 6% dərəcə ilə ödəmə mənbəyində tutulmuş 705.099,81 ABŞ dollar məbləğində vergi çıxıldıqdan sonra) xərclərinə aid etmiş və “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün podrat tərəfə ötürmüşdür. Yoxlama zamanı müəyyən olunmuşdur ki, 2015- 2017-ci illər üzrə nasoslar Navante şirkəti tərəfindən ümumilikdə 5.916.366,46 ABŞ dolları məbləğində (icarə-4.365.100,22 ABŞ dollar, təmir-1.430.866,24 ABŞ dollar, servis- 120.400,00 ABŞ dollar) Beyker Hyuz şirkətindən icarəyə (həmçinin xidmət və servis daxil) götürülmüş və həmin məbləğin üzərinə ümumilikdə 5.130.197,27 ABŞ dollar məbləğində (icarə-4.064.484,86 ABŞ dolları, təmir-828.912,41 ABŞ dolları, servis-236.800,00 ABŞ dolları) ticarət əlavəsi tətbiq edilməklə X12nə təqdim olunmuşdur. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 35%-226% arası dəyişmişdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxan) dəyişdikdə qiymətlər bazar qiymətləri ilə yenidən hesablana bilər. Həmçinin 14.6.5-ci maddəsinə əsasən alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. “Azərbaycan Respublikasında Zığ və Hövsan X4 blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər Vergi qoyulan mənfəət əldə edirlər. Qeyd olunan maddənin müddəaları nəzərə alınmaqla Navante Şirkətinin 2015- 2017-ci illər üzrə Zığ və Hövsan Sazişi çərçivəsində X5 əldə etdiyi ümumi gəliri 7.888.488,62 ABŞ dolları təşkil etməli olduğu halda 11.046.563,74 ABŞ dolları təşkil etmiş və 3.158.075,12 ABŞ dolları məbləğində (icarə-2.609.451,46 ABŞ dollar, təmir- 351.956,99 ABŞ dolları, servis-196.666,67 ABŞ dolları) qiymət fərqi yaranmışdır. Həmçinin yoxlama ilə xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı müəyyən edilmişdir ki, “X7” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Navante Şirkətinə nasosların icarəsi ilə bağlı 2017-ci ilin 4-cü rübündə 2018-ci ilin yanvar və 2018-ci ilin fevral aylan üçün 565.000,00 USD məbləğində nasosların icarəsi üçün qabaqcadan ödəniş (avans) edilmiş və 2017-ci ilin əməliyyat xərclərinə aid edilmişdir. Sazişin 14.2-ci maddəsinin k.vi bəndinə əsasən “Cari icarə ili üçün icarə müqavilələri üzrə bütün ödənişlər” karbohidrogen fəaliyyəti ilə əlaqədar xərclərə aiddir. Qeyd edilən maddədən də görünür ki, Saziş cari il üçün icarə ödənişlərindən bəhs edir. Qeyd olunan maddənin tələblərinə görə 565.000,00 USD məbləğində nasosların icarəsi üçün qabaqcadan ödənişin 2017-ci il üzrə podrat tərəfə ötürülən əməliyyat xərclərinin tərkibindən çıxarılması qərara alınmışdır. Ümumilikdə yoxlama ilə yuxarıda qeyd edilən maddələrin tələbləri nəzərə alınmaqla Podratçı tərəfin (X10 şirkətinin Azərbaycan Respublikasındakı filialı) təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi’’nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dollar məbləğində azaldılması müəyyən edilmişdir. Hesab edirik ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçı iddia ərizəsində Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək qeyd edilən müddəanın xarici subpodratçının mənfəətliliyini müəyyən etmədiyini və hər hansı formada onun müstəqil sahibkarlıq fəaliyyətindən əldə etməli olduğu gəlirin, həcminə məhdudiyyət qoymadığını bildirmişdir. İddiaçının qeyd edilən dəlilinə münasibət olaraq bildiririk ki, nə yoxlama aktında nə də ki məsuliyyət qərarında vergi orqanı tərəfindən xarici subpodratçının gəlirinin çox olmasını məhdudlaşdıran, xarici subpodratçılara edilən ödənişlərin hansı məbləğdə edilməsini və ya hər hansı şəxslə müqavilənin hər hansı qiymət ilə məhdudlaşdırılması ilə bağlı irad bildirilməmişdir. Mübahisələndirilən qərara diqqət yetirilsə sadəcə gəlirdən çıxılan xərclərin 25 faiz rentabellik nəzərə alınmaqla həyata keçirilməsi müəyyən edilmişdir. Başqa sözlə vergi ödəyicisi öz xalis mənfəəti hesabına istənilən məbləğdə ödənişlər etməklə iş və xidmətlər, həmçinin avadanlıq əldə edə bilər. Belə ki, “Azərbaycan Respublikasında Zığ və Hövsan X4 blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər Vergiqoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı faizini təşkil edir. Göründüyü kimi, Sazişin özündə birbaşa göstərilmişdir ki, Saziş üzrə xarici subpodratçıların gəlirlərinin 25 faizinin 24 faizi onların vergisi təşkil edir. Vergi ödəyicisinin dediyi kimi 25 faiz rentabellikdən çox gəlir əldə etməsi qəbul edilərsə, onda xarici subpodratçının faktiki rentabelliyinin 24 faizi vergi təşkil etməlidir. Bu baxımından Saziş vergitutma baxımından xarici subpodratçıların gəlirlərinin 25 faiz olması kimi qəbul etmişdir. İddiaçı iddia ərizəsində həmçinin Navante şirkəti tərəfindən Filiala icarəyə verilən nasoslar və digər avadanlıqlar Saziş çərçivəsində fəaliyyət göstərmək üçün digər lazımi xidmətlər (daşıma və sair), habelə avadanlıqların təyinatı üzrə tam fəaliyyət göstərməsi üçün digər mal-material daxil olmaqla təqdim edildiyini bildirmişdir. Bundan başqa iddiaçı podratçının seçimi zamanı şirkətin əsas meyarlarının aşağıdakı kimi olduğunu bildirmişdir: - İstifadə edilən qurğuların az miqdarı (üç-dörd quyuda istifadə olunur); - İstifadə zamanı aqressiv mühitinin olması (mexaniki qatışıqlarırı yüksək miqdarı; aqressiv sular və s.); - Avadanlığın spesifik standart ölçüləri; - Nasosun modelinin bilavasitə müəyyən quyuda istismarı zamanı individual olaraq işlənib tamamlanması; - Təmir-xidmət bazasının yaxın məsafədə yerləşməsi və sıradan çıxmış elementlərin servis xidmətini, təmirini və əvəzetməni operativ həyata keçirmək imkanı. X15 şirkəti kimi Azərbaycan bazarında yuxarıda göstərilən ehtiyaclarını təmin edə biləcək, servis xidmətini və təmirini lazımı qaydada, yüksək peşəkar səviyyədə göstərə biləcək və şirkətin obyektlərinə bir addımlıq məsafədə yerləşən təmir-servis bazalarına malik olan şirkətlərin olmadığını bildirmişdir. Bununla bağlı bildirilmişdir ki, qeyd edilən ödəyicilər arasında (Bayker Hughes - Navante və Navante - "İddiaçı" şirkəti) olan icarə müqavilələri araşdırılarkən vergi ödəyicisinin qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə ki, həm Bayker Hughes - Navante şirkətləri arasında olan müqavilədə, həm də Navante - "İddiaçı" şirkəti arasında olan müqavilədə icarəyə verən şirkətin öhdəliklərində nasoslara əlavə komplektasiyaların edilməsi nəzərdə tutulmuşdur. Belə ki, "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “Navante Services LTD” arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli AOC/SER/26/12 saylı müqavilənin 1 saylı qoşmasının 3.3.5-ci bəndində icarəyə verənin üzərinə nasoslarla yanaşı klapanlar, qaz seperatoru, hidro mühafizəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabeli, tezlikli çeviricili İS, parametrlərin telemetrik nəzarət sisteminin də verilməsi öhdəliyi qoyulmuşdur. Həmçinin “Baker Hughes” şirkəti ilə “Navante Services LTD” şirkəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli “İcarə” müqaviləsinin 3.1.5-ci bəndinə əsasən icarəyə verənin üzərinə nasoslarla yanaşı klapanlar, qaz seperatoru, hidro mühafizəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabeli, tezlikli çeviricili İS, parametrlərin telemetrik nəzarət sisteminin də verilməsi öhdəliyi qoyulmuşdur. Yuxarıda qeyd edilən müqavilələrin müddəalarından da göründüyü kimi Navante şirkətinin "İddiaçı" Şirkətinə nasoslarla birlikdə digər əlavələrin verilməsi, həm də eyni ilə “Baker Hughes” şirkətinin Navante şirkətinə verilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq xidmətlərə (nasosların icarəyə verilməsi, servisi və təmiri) görə verilən invoyslar araşdırılarkən müəyyən edilmişdir ki, Bayker Hughes tərəfindən Navante şirkətinə nasosların icarəyə verilməsi, servisi və təmirinə görə tətbiq edilmiş qiymətlərə eyni xidmətlər üzrə yeni invoys tərtib edilərək 30 faizdən çox marja əlavə edilməklə Navante şirkəti tərəfindən "İddiaçı" şirkətinə verilmişdir. Həmçinin invoysların bir çox hallarda eyni gündə və ya 1-2 gün aralıqla verildiyi aşkar edilmişdir. Bundan başqa “Baker Hughes” şirkəti ilə “Navante Services LTD” şirkəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əlavənin 2-ci bəndində, həmçinin "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “Navante Services LTD” arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2 nömrəli əlavənin 2-ci bəndində icarəyə verilmiş avadanlıqların təmirinin həyata keçirilməsi, həmçinin hansı ərazidə işlənilməsi eyni ilə qeyd edilmişdir. İddiaçı eyni zamanda, yoxlama nəticəsində xarici subpodratçının Filiala göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində 35%-226% arası dəyişməsi ilə bağlı Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinin tətbiq edilərək xərclərin yenidən hesablanması ilə razılaşmamış və bu hesablamanı formal hesab edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində “vergi ödəyicilərinin” anlayışı yoxlanılan vergi ödəyicisinə münasibətdə 30 gün ərzində təqdim etdiyi malların, işlərin və xidmətlərin dəyərinin 30 faizdən çox fərqləndikdə bazar qiymətinin tətbiqini nəzərdə tutur, cavabdeh isə “digər vergi ödəyicilərinin” təqdim etdiyi qiymətlərlə müqayisə etmişdir. Qeyd edilən irada dair bildiririk ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən (həmin dövrdə qüvvədə olan redaksiyası) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxan) dəyişdikdə qiymətlər bazar qiymətləri ilə yenidən hesablana bilər. Göründüyü kimi qeyd edilən müddəaya əsasən qanunvericilik həm vergi ödəyicisinin, həm də digər vergi ödəyicilərinin eyni əməliyyatlar üzrə qiymət fərqi 30 faizdən çox olması ilə əlaqədar bazar qiymətlərinin tətbiqini nəzərdə tutmuşdur. Başqa sözlə iddiaçının bildirdiyi kimi, “vergi ödəyicisi” anlayışında yalnız öz əməliyyatlarının bazar qiymətinin müəyyən edilməsi üçün götürülməsi müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, məsuliyyət qərarına əsasən nasosların icarəsi üçün qabaqcadan ödənilmiş 565.000,00 USD məbləğində avans məbləğin 2017-ci il üzrə podrat tərəfə ötürülən əməliyyat xərclərinin tərkibindən çıxarılmışdır. İddiaçı iddia ərizəsində “ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dollar məbləğində azaldılması” hissəsinə bütövlükdə etiraz etsə də, nasosların icarəsi üçün qabaqcadan ödənilmiş 565.000,00 USD məbləğində avans məbləğin 2017-ci il üzrə podrat tərəfə ötürülən əməliyyat xərclərinin tərkibindən çıxarılması ilə bağlı heç bir irad bildirməmiş və dəlil təqdim etməmişdir. Bu səbəbdən "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12184№-li ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. (ekspert K.Dünyamalıyev) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 1168/2019 saylı qərarı ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmiş, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialında Vergilər Nazirliyi tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli **********172573 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 3-cü bəndinin “digər qeydlər: yoxlama ilə podratçı tərəfin (“X10 şirkətinin Azərbaycan Respublikasındakı filialı) təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyənnaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində çox göstərildiyi müəyyən edilmişdir. Podratçı tərəfindən təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclər ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində azaldılmış və bununla əlaqədar podratçı tərəfə məlumat verilsin” hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 50 manat iddiaçı “X7 Limited Şirkətindən tutulmuşdur. xx.xx.2019-cu il tarixdə cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2190/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: C.Yusifov, V.Ağayev, A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1168/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunmuş və iş üzrə yeni qərar çıxarılmış, iddiaçı “X7 Limited” Şirkətinin iddia tələbi təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2190/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edllməsini, iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı kassasiya şikayətinə əlavə təqdim etmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi əvəz etmişdir (bundan sonra - cavabdeh). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 655/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.Nəbizadə, Z.Quliyev (iş üzrə xüsusi rəylə), İ.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Ş.Abdullayev məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili U.Elçin məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin yeni apellyasiya baxışına göndərilməsi haqqında Ali Məhkəmənin qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəfə ötürməli olduğu xərclərə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. İş materiallarında və SVY aktında hər hansı bir digər oxşar fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumat olmamışdır. Bu ona dəlalət edir ki, cavabdeh formal olaraq bazar qiymətinə istinad etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materialında göstərilən malların respublikada yerləşən ticarət mərkəzlərində, bazarlarında satışda olmadığından (həmçinin həmin malların icarəyə, kirayəyə verilməsinə dair məlumat), eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında bu barədə məlumat olmadığından, həmin malların (avadanlıqlar) qiymətini və xidmətlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul olunur. Belə ki, bazarda qiyməti dövlət tərəfindən tənzimlənməyən malların, işlərin və xidmətlərin dəyəri müxtəlif vergi ödəyiciləri tərəfindən müxtəlif rəqəmlərlə müəyyən oluna bilər. Bu hal da yoxlayıcı orqana həmişə bazar qiymətinin qanuna zidd tətbiqi üçün imkan yaradacaqdır. Yuxarıda göstərilən xarici subpodratçının ticarət əlavəsinin formalaşma mənbələrinin təhlili, ödənişin nağdsız qaydada edilməsi bir daha sübut edir ki, “Navante Services LTD” şirkəti tərəfindən təqdim edilən xidmətlərin dəyəri əsassız şəkildə artırılmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı tədqiq edilmiş yazılı sübutlarla müəyyən olunur ki, iddiaçı filial olaraq hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. İş materiallarına əsasən: -İddiaçı Şirkəti tərəfindən verilmiş etibarnamə əsasında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2007-ci il tarixdə 1107-№15- 1876 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. -"İddiaçı" Şirkəti Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 8-ci maddəsinə əsasən əməliyyat şirkəti qismində təsis edilmiş və Azərbaycan Respublikası ərazisində filial vasitəsilə təmsil edilir. Filial isə hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. -cavabdeh Filialda 2015-2017-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirmişdir və Filialın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********172573 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 12184 saylı ekspert rəyindən görünür ki, iş materiallarında göstərilən malların respublikada yerləşən ticarət mərkəzlərində, bazarlarında satışda olmadığından, (həmçinin həmin malların icarəyə, kirayəyə verilməsinə dair məlumat) eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında bu barədə məlumat olmadığından, həmin malların (avadanlıqlar) qiymətini və xidmətlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qeyd etmişdir ki, “ iddiaçı ilə xarici subpodratçılar (Navante Services LTD) arasında imzalanmış müqavilələrdən, həmçinin adıçəkilən şirkətlə Baker Huges şirkəti arasında olan müqavilələrdən görünür ki, Navante Services LTD-nin 2015-2017-ci illər üzrə Zığ və Hövsan Sazişi çərçivəsində X5 əldə etdiyi 11.046.563,74 ABŞ dolları ümumi gəlirin hüquqi əsasları mövcuddur. Cavabdeh həmin məbləğin 7.888.488,62 ABŞ dolları təşkil etməli olduğu və bununla da 3.158.075,12 ABŞ dolları fərqin yarandığı qənaətində olsa da, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X9 Limited Şirkəti və ARDNŞ-in X17 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən “Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət Təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin ) müddəalarından üstün tutulur. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi halları sübutlarla (iddiaçı ilə Navante Serices LTD, sonuncu ilə Baker Huges arasında olan müqavilələr, məktublar, nağdsız ödənişlər üzrə ödəniş tapşırıqlar) təsdiq edildiyindən, mübahisləndirilən qərarın qəbul edilməsinə əsas olmuş halların təsdiq edilməsinə dair sübut (anoloji vergi ödəyicisinin seçilməsi, icarə haqqlarının artırılması barədə) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iddianın əsaslı olduğu qənaətinə gəlir. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinin hazırkı mübahisə üzrə xərclərini süni surətdə artırması sübta yetirilmədiyindən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır. İşin araşdırılmış hallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən cavabdehin «Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********172573 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən, Filial (iddiaçı) tərəfindən xarici subpodratçı qismində çıxış edən "Navante Services LTD" şirkətindən icarəyə götürülmüş nasoslar, klapanlar, qaz separatoru, hidro mühafizəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabelinə görə ödənilmiş pul məbləğləri üzrə xərcin 3.723.075,12 ABŞ dolları artıq göstərilmişdir. Nəticədə həmin məbləğdə xərcin iddiaçı tərəfindən süni şəkildə şişirdildiyinə istinad etməklə cavabdeh iddiaçı barədə əlavə vergi hesablamışdır. Yoxlama zamanı 2015-2017-ci illər üzrə nasosların "Navante Services LTD" şirkəti tərəfindən ümumilikdə 5.916.366,46 ABŞ dolları məbləğində Baker Hughes şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürüldüyü və həmin məbləğin üzərinə ümumilikdə 5.130.197,27 ABŞ dolları məbləğində ticarət əlavəsi tətbiq edilməklə Filiala təqdim edildiyi, ticarət əlavəsinin yoxlanılan dövr üzrə 35% - 226% arasında dəyişməsi vergi orqanı tərəfindən müəyyən edildiyi qeyd edilsə də, vergi orqanının göstərilən nəticəyə gəlməsi üçün istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqi tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsinə istinad etdiyi aydın olsa da, həmin fərqin müəyyən edilməsi üçün müqayisəli vergi ödəyicisinin seçilmədiyi, ümumiyyətlə müqayisəli məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə vergi orqanının yoxlamasını əsaslı qəbul etmir və qəbul edilmiş qərarın ləğv edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə xarici subpodratçılar (Navante Services LTD) arasında imzalanmış müqavilələrdən, həmçinin adıçəkilən şirkətlə Baker Huges şirkəti arasında olan müqavilələrdən görünür ki, Navante Services LTD-nin 2015- 2017-ci illər üzrə Zığ və Hövsan Sazişi çərçivəsində X5 əldə etdiyi 11.046.563,74 ABŞ dolları ümumi gəlirin hüquqi əsasları mövcuddur. Cavabdeh həmin məbləğin 7.888.488,62 ABŞ dolları təşkil etməli olduğu və bununla da 3.158.075,12 ABŞ dolları fərqin yarandığı qənaətində olsa da, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X9 Limited Şirkəti və ARDNŞ-in X17 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən “Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət Təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.2 (k) bəndinə əsasən təqvim ili ərzində Podratçı tərəfin X13 və ya Vergi qoyulan Zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxarılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və 8.6 bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir(bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır) və o cümlədən, lakin, bunlarla məhdudlaşmayan aşağıdakı xərclər daxildir: 14.2 (i) podratçı tərəfin əməkdaşlarına və onların ailələrinə, mənzil, yemək, verilməsi, kommunal xidmətlər göstərilməsi, uşaqlarının təhsil almaları ilə bağlı bütün xərclərin, habelə yaşadıqları ölkədən gəlmələri və geriyə qayıtmaları üçün çəkilən yol xərclərinin ödənilməsi ilə birlikdə bütün əməkdaşlara verdiyi əmək haqlarının, maaşların tam məbləğləri və.. 14.4 bəndinə əsasən Xarici subpodratçılara 14.4 (a) bəndinin müddəalarına uyğun olaraq vergi qoyulur. 14.4 (i) bəndinə əsasən hesab edilir ki, Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər Vergiqoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən altı (6) faiz həcmində vergi tutur və tutulan vergiləri ödənişlər edildiyi təqvim ayının sonundan başlayaraq otuz (30) gün müddətində Dövlət Büdcəsinə keçirir. Aşağıda göstərilən müddəalar istisna olmaqla, belə vergilər həmin Xarici subpodratçının mənfəət vergisinin məsuliyyətini, öhdəliklərini tamamilə əhatə edir. Həmçinin, iş materiallarında olan Sazişin 14.3. maddəsinin (d) (ii) bəndində göstərilmişdir ki, vergi orqanı hər Podratçı Tərəfin hər Təqvim ili üçün Mənfəət Vergisinə dair bəyannamələrini təftiş etmək səlahiyyətinə malikdir. Təftiş qurtarandan sonra Vergi orqanı təklif olunan hər hansı təshihi Podratçı Tərəf ilə müzakirə edir və lazım gələrsə, Mənfəət Vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir. Mənfəət Vergisinin razılaşdırılmış hər hansı əskik və ya artıq ödənişləri 14.2(c) bəndinə uyğun olaraq Podratçı Tərəfinin müvafiq bildiriş məktubu alandan sonra on (10) gün müddətində qaytarılır. X16 və Vergi orqanı Mənfəət Vergisinin əskik və ya artıq verilmiş məbləğinin, yaxud bununla bağlı hər hansı məbləğləri razılaşdıra bilməsələr, həmin məsələnin tənzimlənməsi 25.3 bəndində göstərilən prinsiplərə uyğun olaraq arbitraja verilir. Bu iş üzrə mübahisələndirilən inzibati aktın 3-cü bəndində göstərilir: “digər qeydlər: Yoxlama ilə Podratçı tərəfin (X10 şirkətinin Azərbaycan Respublikasındakı filialı) təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində çox göstərildiyi müəyyən edilmişdir. Podratçı tərəfindən təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclər ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində azaldılsın və bununla əlaqədar podratçı tərəfə məlumat verilsin.” Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, Vergilər Nazirliyi Saziş üzrə Podratçı tərəf üçün mənfəət vergisi baxımından düzünə hüquqi nəticə yaratmağa nail olmaq istəyirsə, bunu yalnız Sazişin 14.3-cü maddəsinin (d) (ii) bəndində göstərilən prosedur qaydalarına uyğun edə bilər. Eyni zamanda, iş materiallarında olan Səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması xx xxxxxx 2018-ci il tarixdə başlanılmış, xx xxxxxxxx 2018-ci il tarixdə başa çatdırılmış, xx xxxx 2018-ci il tarixində 15 gün, xx xxxxx 2018-ci il tarixində 20 gün, xx xxx 2018-ci il tarixində 32 gün müddətində müvəqqəti dayandırılmış, xx xxx 2018ci il tarixində və xx xxxxxx 2018-ci il tarixində yoxlamanın müddəti 30 gün uzadılmış, xx xxxxxxxx 2018-ci il tarixində aktın tərtib edilmə müddəti 30 gün müddətinə uzadılmışdır. Bu uzatmalar və dayandırmalar barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi ilə bağlı iş materiallarında hər hansı bir məlumat yoxdur. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.1-ci bəndinə əsasən reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilir. Həmin Əsasnamənin 1.5.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Digər tərəfdən xx xxxx 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia iddiaçı ilə Navante Serices LTD, sonuncu ilə Baker Huges arasında olan müqavilələr, məktublar, nağdsız ödənişlər üzrə ödəniş tapşırıqları təsdiq edildiyindən, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş halların təsdiq edilməsinə (anoloji vergi ödəyicisinin seçilməsi, icarə haqqlarının artırılması barədə), eyni zamanda, səyyar vergi yoxlamaları və onlar ilə bağlı olan uzatmalar və dayandırmalar barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi ilə əlaqədar sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1168/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-99-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1168/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1398/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1398/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver