Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1398/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6122/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1952-ci ildə Ermənistanda anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi iə təmin edilmişdir. Daha sonra isə naməlum şəraitdə doğum haqqında şəhadətnaməni itirmişdir. xx.xx.2024- cü il tarixdə 3 saylı Bakı “Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət edərək akt qeydinin bərpa olunmasını xahiş etmiş, həmin idarə tərəfindən xx.xx.2024-cü il tarixdə əsassız olaraq imtina ərizəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6122/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır. Həmin qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası 24 yanvar 2025-ci il tarixdə məktub göndərərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya izah etmişdir ki, iş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6122/2024 saylı, 19 iyul 2024-cü il tarixli qərardadı İddiaçı tərəfindən müxtəlif tarixlərdə əldə olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, yaranmış ziddiyətlə bağlı məsələyə münasibət bildirməyi tövsiyə etmişdir. Həmçinin, məhkəmə Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü məsələsi ilə bağlı iclası xx.xx.2025-ci il tarixə saat 15:40-a təyin edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.Həmçinin, iddiaçı prosessual müddətin bərpasına dair ərizə təqdim etməyərək bildirmişdir ki, iş vərəqi 29-cu səhifədə olan qəbzdəki imza iddiaçının qardaşının imzasıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab etmişdir ki, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməlidir və xx.xx.2025-ci il tarixli qərardadla iş vərəqi 29-cu səhifədə olan qəbzdəki imza iddiaçıya məxsus olub olmamasının müəyyən edilməsi üçün məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza ilə bağlı ekspert Humay İlyasbəyli vəsatət göndərərək iddiaçının 3-5 sənəddə sərbəst imza nümunələrinin ekspertizaya təqdim edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası İddiaçı xx.xx.2025-ci il tarixli məktub göndərərək 3-5 sənəddə sərbəst imza nümunələrinin ekspertizaya təqdim edilməsi üçün məhlkəyə təqdim etməli olduğunu bildirmişdir. Həmin məktub İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə əldə olunsa da iddiaçı 3-5 sənəddə sərbəst imza nümunələrini nə ekspertizaya nə də məhlkəyə təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsindən imtina etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPMnin 97.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-6122/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət daxilində verildiyi müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apelyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6122/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1398/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1398/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver