Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1399/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X14 və X7 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (xx.xx.1948-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; ) nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X5 (xx.xx.1986-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır; izahatına əsasən faktiki ünvanı, Bakı şəh., Abay Kunanbayev 64/11, mən. 40) iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Bakı şəh.,Səbail ray.,T.Məmmədov küç.,ev 18,mən 17 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3674/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5, X13 və X8 iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanındakı mənzilindən qeydiyyatından çıxarılması və icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X15 həyat yoldaşı X6 vəfat etdikdən sonra qaynatası X2 və qaynanası X9 qarşı “mülk və əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddia ərizəsində göstərilən və ona məxsus cehiz və qızıl-zinət əşyalarının, mülk (mənzil), əmlak və paltarların, həmin əmlaklar mövcud olmadıqda onların dəyərinin və 19.000 (on doqquz min) ABŞ dolları və 106.260 (yüz altı min iki yüz altmış) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin xx xxxxx 2018-ci ildə X15, X3 və X16 “Barışıq sazişi” imzalamış və məhkəmə iclasında təqdim edilərək, Azərbaycan Respublikası MPM-nin 191, 261, 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları “Barışıq sazişi”nin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. X3 və X16 öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirərək X10 və nəvələrini evlə təmin etmələrinə baxmayaraq X15 məhkəmənin qərardadı ilə təsdiq olunmuş “Barışıq sazişi” ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, həmin iş üzrə cavabdehlərin oğlu İddiaçı ünvan 7 ünvanda şəxsi mülkiyyətində olan mənzilindən uşaqları ilə birlikdə qeydiyyatdan çıxmamış və qeydiyyatdan çıxmaqdan da imtina edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim Ş.Süleymanova) iddia mümkün sayılmamış, İddiaçı “X5, X13 və X8 mənzildən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” iddia tələbi ilə bağlı mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı və üçüncü şəxs X16 apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.Əhmədov, V.Məmmədov, S.Seyidova) apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı və üçüncü şəxs X1 şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-569/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, Z.Quliyev, İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2825/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının və üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsinin xahiş hissəsində qeyd edilmiş X19 (xx.xx.2010-cu il təvəllüdlü) və X17 (xx.xx.2007-ci il təvəllüdlü) üçüncü şəxs X5 övladlarıdır. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının və üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaət səhvdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşının Yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1). Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (9). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-569/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki – Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, hazırkı vəziyyətdə həmin halların hər hansı biri mövcud olmasa belə, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində şəxsin yaşayış yerinə anlayış verilmiş və üçüncü şəxsin yaşayış yerinin Qanunun bu müddəasının təsir dairəsinə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə Kollegiyası qeyd edir ki, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə əmlak hüququnun olub-olmaması, üçüncü şəxsin iddiaçının mənzilində əmlak hüququ, o cümlədən istifadə hüququnun olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Həmçinin işdə olan sənədlərlə üçüncü şəxsin mənzildə yaşayıb-yaşamaması da araşdırılmamışdır. Odur ki, işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması üçün əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində X11 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qeyd etmişdir. Bu səbəbdən işin birinci instansiya icraatı zamanı X4 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinin zəruriliyi araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X15) X5, X13 və X8 iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanındakı mənzilindən qeydiyyatından çıxarılması və icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1399/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1399/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver