Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-14/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensiyanın ödənilməsi” stələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X24 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X10 ibarət tərkibdə, X18-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-170/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X6 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********53 saylı imtina bildirişində qeyd olunur: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar müəyyən olunub ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür (söküntü zonasında yerləşir). Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisinin qalan hissədən bir hissəsi X7, “A” tikilisinin bir hissəsi və “V” tikilisi "xxxx" MMC-nin, “B” tikilisi X21, “A” tikilisindən qalan hissədən bir hissəsi İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Həmin məktuba əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X12 ilə X17 arasında Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, X22 və İddiaçı ilə X12 arasında həmin evin 2/3 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, evin sahəsinin 10 kv.m. sahəsinə X12, qalan hissəsinə isə X22 və İddiaçı adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsinin bir vəzifə kimi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı Qərardadına əsasən iş üzrə əlavə qətnamə çıxarılması barədə iddiaçıların ərizəsi təmin edilmiş, iş üzrə əlavə qətnamə çıxarılmış, iddialar tam həcmdə təmin edilmiş, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin bitişik köməkçi sahələri ilə birlikdə yaşayış 20,8 kv.m olan iki otaqlı hissəsinə dair X25 ilə və evə bitişik köməkçi sahələri ilə birlikdə qalan hissəsinə dair X23 ilə alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onların adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsinin bir vəzifə kimi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsindən görünür ki, X19 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikintisini "xxxx" MMC-yə satmışdır. AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin “V” tikintisini "xxxx" MMC-yə satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin FM seriyalı xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 2 y/ot 21.66 kv.m, ü/s 32.03 kv.m. İddiaçı və X7 adına, 1 otaq 9.7 kv.m X4 adına, “B” tikilisinin 2 y/ot 32.12 kv.m ü/s 59.4 kv.m X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 178 saylı reyestr kitabında 8298 səhifədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən satıcı X13 ("xxxx" MMC) ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evlərindən dövlət proqramı çərçivəsində müvafiq olaraq 116280 manat və 79170 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Cavabdeh xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Plan”ına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqanın Bakı şəhəri Cavabdeh müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” qərarın 1-ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir. ünvan 6 ünvanında yerləşən paylı mülkiyyətdə olan 98 saylı evin Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən sökülməsi və həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, İddiaçı Bakı şəhəri Cavabdehndən ona müvafiq miqdarda kompensasiyanın ödənilməli ilə bağlı müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Cavabdehndən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 52.365,0 manat kompensasiyanın və 1000 manat köçürməyə görə, ümumilikdə 53.365,0 (əlli üç min üç yüz altımış beş) manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 8 ünvanında yerləşən (kod 918) “A” tikintisi üzrə paylı mülkiyyətçidir, ona aid mülk iki otaqlı olmaqla ümumi sahəsi 34.91 kv.m-dən ibarət olub. Təxminən bir il əvvəl yəni 2018-ci ildə köçürmə komisiyası tərəfindən mülkə baxış keçirilmişdi və o zaman o, mülkiyətində olan əmlakına dair sənədləri köçürmə komissiyasına təqdim etmişdir və o vaxtdan söküntü ilə əlaqədar evdə şərait yaşayış üçün yararsız hala düşdüyündən başqa mənzilə köçmək məcburiyyətində olmuşdur. Təxminən sentyabr ayında söküntüyə başlanmış və onun məlumatı olmamışdır, mülkiyyətində olan mənzil sökülmüş, içərisində olan əşyalar naməlum şəxslər tərəfindən dağıdılmış və sənədlər itmişdir. Sənədlərin bərpası ilə bağlı tələb olunan sənədləri əldə edərək ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi idarəsinə müraciət etmişdir. Lakin 21 yanvar 2019-cu il tarixli **********53 saylı məktubla mülkiyyət söküldüyünə görə ona qeydiyyat şəhadətnaməsinin dublikatının əvəzinə çıxarışın verilməsindən imtina edilmişdir və belə hesab edilmişdir ki, o, söküntü ilə bağlı kompensasiya almalıdır. Kompensasiyanın ödənilməsi barədə xx.xx.2019-cu il tarixdə ərizə ilə Yasamal Rayon İcra Hakimiyətinə müraciət etmişdir, lakin ona xx.xx.2019-cu il tarixli, K-21-152 saylı məktubla kompensasiya verilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-170/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 24.022,5 manat kompensasiyanın cavabdeh Bakı şəhəri Cavabdehndən alınaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-170/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarının iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-170/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə öz qərarında ona ayrılan kompensasiyanın 24022,5 manat (16.015x1500=24.022,5) olması qənaətinə gəlmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, qeydiyyat şəhadətnaməsi verilən dövrlərdə şəhadətnamədə mənzilin neçə kv.m olduğu qeyd olunmurdu, mənzilin ölçüləri yalnız texniki pasport əsasında müəyyən edilirdi və ona məxsus fərdi yaşayış evinin texniki pasportunda ümumu sahə faktiki olaraq texpasporta əsasən 2 saylı 16.06 kv.m bir otaqdan, 4 saylı 14.04 kv.m digər otaqdan və 5 saylı 4.81 kv.m olan mətbəxdən ibarət olmuşdur, ümumilikdə 34.91 kv.m. olmaqla ona ödəniləcək kompensasiyanın miqdarı köçürməyə görə verilən yardım nəzərə alınmaqla iddia ərizəsində qeyd edidiyi kimi, 53.365 manat olmalı idi. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim formal mülahizələrini rəhbər tutaraq iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi hüquqi qüvvəsi olmayan fərdi yaşayış evinin Qeydiyyat Vəsiqəsini mötəbər sübut kimi qiymətləndirərək mübahisə predmeti olan tikilinin ümumi sahəsini müəyyən etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223,3-cü maddəsini rəhbər tutaraq hesab etmişdir ki, İddiaçı Yavər oğlu və X1 mübahisə edilən daşınmaz əmlaka dair paylarını bərabər müəyyən edilməlidir. Məhkəmə nömrəsi və səlahiyyətli şəxsin imzası olmayan, arayışlar üçün möhürlə təsdiq edilmiş, yəni hüquqi qüvvəyə malik olmayan fərdi yaşayış evinin Qeydiyyat Vəsiqəsinin surətini (sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir) mötəbər sübut hesab etmişdir, əlavə araşdırılmaya və “A” tikilisinin sahəsini müəyyən etməkdə zərurət olduğu halda, məhkəmə bunu etməmişdir və nəticədə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 98 saylı evin A tikilisinin ümumi sahəsinin, o cümlədən İddiaçı mülkiyyətində olan A tikilisindən qalan hissədən bir hissəsinin nə qədər sahə olmasını müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilməsi barədə məhkəməyə sorğu təqdim edilmişdir. Lakin, məhkəmə buna zərurət olduğu halda məhkəməyə təqdim edilmiş xx.xx.2020- ci il tarixli vəsatəti təmin etməmişdir, nədə ki, öz təşəbbüsü əsasında vəzifə borcunu yerinə yetirməyərək lazımi araşdırılmanı həyata keçirməmişdir. “A. X. Qaraşovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi təyin edilməsi haqqında” Prezidentin 28 mart 2005-ci il tarixli 712 saylı Sərəncamına əsasən X20 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi təyin edilmişdir. Lakin, məhkəmənin iddiaçının payını müəyyənləşdirmək üçün istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin FM seriyalı xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsində rəis kimi X20 deyil Q.Cəfərov adlı şəxs rəis kimi qeyd olunmuşdur və hətta sözügedən sənəddə həmin şəxsin imzası da yoxdur. Bütün bunlara baxmayaraq, məhkəmə hesab etmişdir ki, 32.03 kv.m. olan “A” tikili yalnız iddiaçının və Şəmiyev Feyruzun mülkiyyətindədir və onların arasında bərabər şəkildə bölünməlidir. Halbuki, xx.xx.2019-ci il tarixli məktubdan görünür ki, “A” tikilisinin daha böyük hissəsi "xxxx" MMC-nin, qalan hissəsindən bir hissə isə İddiaçı Yavər oğluna və digər hissə X7 mülkiyyətindədir. Yəni “A” tikilisi üç şəxsin mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223,3-cü maddəsi birgə mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasında bölünməsi halında tətbiq edilə bilər, mübahisə predmeti olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət olduğu səbəbindən bu maddəni tətbiq edərkən məhkəmə kobud pozuntuya yol vermişdir. Cavabdeh tərəfindən məhkəməyə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 035977 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsi təqdim edilmişdir. Lakin, məhkəmə öz qərarında qeyd olunan sənədə hüquqi qiymət verməmişdir. X11 “B” tikilisinin X21, “V” tikilisinin X4 və “A” tikilisinin X14in mülkiyyətlərində olduğu qeyd edilmişdir. Beləliklə, mübahisəli evin “A” və “V" tikililəri "xxxx" MMC-nin tam mülkiyyətinə keçdiyi səbəbindən ünvan 9 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar həmin daşınmaz əmlaka dair Bakı Şəhəri Cavabdeh ilə "xxxx" MMC-nin təsisçisi X13 arasında xx.xx.2019-cu il tarixdə iki alqı-satqı müqavilələri bağlanaraq "xxxx" MMC-nin mülkiyyətində olan tikililərə görə kompensasiya ödənilmişdir. “A” tikilisinin ümumi sahəsi və İddiaçı “A” tikilisinin dəqiq hansı hissəsi (payına düşən sahənin ölçüləri göstərilməklə) mülkiyyətində olması barədə əlavə olaraq müvafiq sorğular verilməli və araşdırılmalar aparılmalı olduğu, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunanlarla, mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olunmuş və həmin məktuba əlavə edilmiş sənədlər arasında ziddiyyətlər olduğu üçün məhkəmə bunların araşdırılması üçün zərurət olduğu halda obyektiv araşdırma aprılmadan, cavabdeh orqanın dəlillərinə hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mövcud inzibati praktikaya görə, köçürülməsi nəzərdə tutulan şəxslərə qeyri-rəsmi olaraq icra hakimiyyəti orqanı tərəfindən köçürmə ilə bağlı xərcləri qarşılamaq məqsədilə əlavə olaraq 1000 manat pul vəsaiti verilir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq iddiaçı və 3-cü şəxs iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3-cü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina olunmuşdur. Həmin məktubun iddiaçı trəəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən qanunla müəyyən olunmuş iddia müddəti ötürülməmişdir və buna görə də onun iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “cavabdeh Bakı şəhər Cavabdehndən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 52.365,0 manat kompensasiyanın və 1000 manat köçürməyə görə, ümumilikdə 53.365,0 (əlli üç min üç yüz altımış beş) manatın onun xeyrinə tutulması ” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar” da yer almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki işdə iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi və bununla bağlı ona heç bir kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır. Hazırkı iddianın predmeti olan ünvan 5 ünvanda yerləşən daşınmaz əmlak yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16 fevral 2018-ci il tarixli, həmçinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli qərarının təsiri altına düşür. Lakin həmin ev Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh tərəfindən sökülmüş və həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;.. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. 19.2. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. 19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Sadalanan normaların tələblərinə görə yalnız inzibati orqan tərəfindən qərar qəbul edildikdən sonra torpaq sahəsi geri alına bilər. Torpaq sahəsinin alınması zamanı dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etmədikdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəmədikdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək Qanunla alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödəməlidir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılarkən məlum olmuşdu ki, hazırki iş üzrə söküntüsü ilə bağlı kompensasiya tələb olunan fərdi yaşayış evinin mülkiyyət hüququna dair işdə olan qeydiyyat vəsiqəsinə əsasən “A” tikilisinin 32,03 kv .m. hissəsinə İddiaçı ilə yanaşı, X5 və "xxxx" MMC-nin paylarının qeydiyyatı aparılmışdır. İş üzrə müəyyən olunur ki, iddiaçı X16 Cavabdehnə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Quqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 50000 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(810-1695/2019 saylı 16 dekabr 2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək, 24.022.5 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 654/2020 saylı 18 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(810-1695/2019 saylı 16 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1696/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-654/2020 saylı 18 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-18/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(810-1695/2019 saylı 16 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1896/2023 saylı 28 sentyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)1896/2023 saylı 28 sentyabr 2023-cü il tarixli qərarında göstərilmişdi ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 035977 saylı 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 98 saylı evin ümumi sahəsi 101,15 kv.m. təşkil etmiş, həmin evin “A” tikilisinin ümumi sahəsi 59,42 kv.m, 32,03 kv.m. hissəsi iddiaçıya (hazırki işdəki) və X9 məxsus olmuşdur. Birinci instansiya məhkəməsi payların bərabər qəbul edilərək hər birinin payının 16.015 kv.m müəyyən edilib 26 dekabr 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə və digər əlavələr hesablanmaqla (16.015 x 1500 = 24.022) 24.022,5 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Qeyd etmək lazımdır ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İddiaçının mülkiyyətində olmuş mənzilin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşaiyət edilən şəkildə cavabdeh tərəfindən alınması birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qanunsuz sayılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, inzibati orqan mübahisəyə münasibətdə inzibati akt formasında deyil, faktiki xarakterli hərəkət formasında hərəkət etmişdir. Buna baxmayaraq qanunvericiliyin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Kompensasiyanın məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın ümumi sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə oldüğü vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İddiaçı X5 Cavabdehnə qarşı müvafiq iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1896/2023 saylı 28 sentyabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdu ki, “texniki pasporta əsasən ümumi sahəsi 59,42 kv.m. müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən “A” tikilisinə dair iddiaçının, İddiaçı və "xxxx" MMC-nin payları bərabər qəbul edildikdə, kompensasiya məbləği təmin edilmiş məbləğdən (59,42:3x1500=29710 manat) artıq olmuş olur. Cavabdeh iddiaçıya məxsus əmlakın faktiki sahəsi barədə mötəbər sübut təqdim edə bilməmişdir.” Bu səbəbdən adı çəkilən inzibati iş üzrə kassasiya instansiyası məhkəməsi aşağı instansiya məhkəmələrinin cavabdehdən 24022,5 manat kompensasiya məbləğinin tutulması ilə bağlı gəldiyi qənaəti ilə razılaşmışdır. Bu zaman həm də məhkəmə qərarının iddianın təmin olunmayan hissəsinin iddiaçı tərəfindən mübahisələndirilmədiyi də nəzərə alınmışdır. Hazırki işdə isə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqandan iddiaçının xeyrinə 24022,5 manat kompensasiya məbləğinin tutulması ilə bağlı qəbul etdiyi məhkəmə qərarından cavabdehlə yanaşı, iddiaçı da narazı qalmış və o da apellyasiya şikayəti vermişdir. Bu səbəbdən məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin olunmayan hissəsində də yoxlanılır. Belə olan halda məhkəmə kollegiyası yuxarıda adı çəkilən inzibati iş üzrə oxşar münasibətlərdə yaranmış mübahisə ilə bağlı kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh orqandan hazırki İddiaçı xeyrinə 24022,5 manat kompensasiya məbləğinin tutulması yetərli olmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, tutulmalı olan kompensasiyanın məbləği hər üç mülkiyyətçiyə münasibətdə 29710 manat (59,42:3x1500=29710 manat) müəyyən olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı qismən- iddiaçının iddiasının təmin olunmadığı hissədə ləğv olunaraq, cavabdehdən tutulmalı olan kompensasiyanın məbləği 29710 manat miqdarında müəyyən olunmalıdır. O ki qaldı iddiaçının “1000 manat köçürməyə görə pul” tələbinə dair iddia tələbinə, bu tələbə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin tələb də əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, əvvəla “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən köçürmək öhdəliyi alınmanın təsirinə məruz qalan köçürüləcək şəxslər üçün aşağıdakıların təmin edilməsi məqsədilə alan orqan tərəfindən plan üzrə zəruri tədbirlər görülməsini tələb edir: 37.1.1. köçürülmə ilə bağlı onlara seçim imkanları və hüquqları haqqında məlumatın verilməsi; 37.1.2. real və mümkün olan köçürülmə alternativləri ilə bağlı məsləhətin verilməsi, seçimin təklif və təmin edilməsi; 37.1.3. köçürülməyə yardım göstərilməsi; 37.1.4. torpaqlarının alınmasının birbaşa nəticəsi olan itkilərlə bağlı bu Qanuna əsasən tam bərpa qiyməti məbləğində kompensasiyanın ödənilməsi. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin... İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Xəyalə Quliyeva izahatında bildirmişdir ki, mövcud inzibati praktikaya görə, köçürülməsi nəzərdə tutulan şəxslərə qeyri-rəsmi olaraq icra hakimiyyəti orqanı tərəfindən köçürmə ilə bağlı xərcləri qarşılamaq məqsədilə əlavə olaraq 1000 manat pul vəsaiti verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “1000 manat köçürməyə görə pul” tələbi də əsaslı olduğu üçün təmin olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-170/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı qismən- iddianın təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiya kimi əlavə olaraq 5687,5 manat (29710 - 24022,5 = 5687,5 manat) və köçürmə haqqı olaraq 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-170/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı qismən- iddianın təmin edilmədiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiya kimi əlavə olaraq 5687,5 manat (29710 - 24022,5 = 5687,5 manat) və köçürmə haqqı olaraq 1000 manat məbləğində pul vəsaiti cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-14/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-14/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver