Məhkəmə qərarları › İş №2-1(103)-14/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-14/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-14/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-468/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyytinin 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-468/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı ilə İddiaçı MTK-ya (İddiaçı MMC-nin hüquqi varisi) ünvan 1 ünvanda yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin Sərəncamda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli Sərəncamına istinad edilir ki, bu Sərəncamda da İddiaçı MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi nəzərdə tutulmuşdur. Tikinti işlərinin qeydə alınması ilə bağlı Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” AZE 001494 saylı Şəhadətnaməsi və xx.xx.2018-ci il tarixli, 250 saylı “Xüsusi Nişan”ı da verilmişdir. Sənədlərdən göründüyü kimi, ünvan 1 ünvanda 3 ədəd, 19 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı bütün prosedurlara tam əməl olunmuş, bütün zəruri sənədlər və razılaşmalar əldə edilmiş, tikintinin aparılmasına icazə alınmış, binanın layihəsi və binanın tikintisi ilə bağlı xx.xx.2018-ci il tarixli, 13355 saylı “İnşaat Pasport”u təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1631 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə 52 saylı, xx.xx.2018-ci il tarixli “Obyektin tikintisinə icazə” sənədi verilmiş, bütün orqanlardan və kommunal idarələrdən razılaşmalar alınmış, binanın istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ö/003582 saylı Aktı da alınmışdır. Bina tam inşa edilərək sakinlərin istifadəsinə verilmiş və binanın bir hissəsində sakinlər artıq məskunlaşmışdır. İddiaçı MTK tərəfindən xx.xx.2020ci il tarixdə 228 saylı məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2/10 Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə binanın mühəndisqurğularının icra cizgilərinin qəbulu barəsində müraciət edilmiş və məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin tikintiyə icazə barədə 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı artıq qüvvədə deyildir. İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildikdə xx.xx.2020-ci il tarixli, 7-2002/17 saylı məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 102 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən İddiaçı MTK-ya “Elektrik və qaz xəttlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə” icazə verilmişdir və bu Sərəncamda görüləcək işlər bilavasitə qeyd edilmişdir. Halbuki, bu Sərəncam mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamından 3 ay sonra verilmişdir. Əgər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə barədə olan müvafiq Sərəncam ləğv edilmişdirsə, hansı səbəbdən 3 ay sonra elə həmin binaya elektrik və qaz xəttlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün söklməsi və bərpası barədə icazə vermək barədə Sərəncam qəbul etmişdir?! Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X2 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ olmamış və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6, 2.7 və 6.8-ci bəndlərinə əsasən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bakı şəhər İcra Hakimiyyəti 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə iddiaçı barəsində verilən 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını və onunla əlaqədar olan digər sərəncamları ləğv etmişdir. Məhkəmə qərar qəbul edərkən iddiaçının vicdanlılıq halını nəzərə almamış, işə işdə olan faktiki hallara görə qiymət verməmiş və maddi hüquq normalarını formal təfsir edərək qərar qəbul etmişdir. Halbuki vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun əsas məqsədlərindən birincisi kimi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək olduğu göstərilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı qəbul edilməsi qaydası elə Qanunun birbaşa məqsədinə zidd olaraq həyata keçirilmişdir. Çünki bu inzibati akt qəbul edilərkən iddiaçının bir sahibkar kimi, həmçinin həmin binada mənzil alan şəxslərin konstitusion hüquqları birbaşa pozulmuş, onların mülkiyyət hüquqlarının təhlükə altına düşməsi riski yaranmışdır. İddiaçıya verilən 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncam inzibati akt olduğu kimi bu sərəncamı ləğv edən xx.xx.2019-cu il tarixli Sərəncam da inzibati akt sayılır. Yəni necə ki, ilkin inzibati aktın qəbulu inzibati icraat çərçivəsində maraqlı tərəflərin iştirakı ilə həyata keçirilmişdirsə, onu ləğv edən 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncam bibraşa maraqlı şəxslərin iştirakı ilə baş verməli idi. Bu isə birbaşa olaraq “İnzibati icraat haqqında” qanunun ən əsas prinsiplərindən sayıla biləcək onun 21-ci maddəsinə riayət edilməməsidir. Qanunun 21-ci maddəsində göstərilir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İş materiallarından da göründüyü kimi iddiaçıya sözügedən Sərəncamın ləğv edilməsi barədə məlumat onun ləğvindən 21 ay sonra, İddiaçı MTK tərəfindən xx.xx.2020ci il tarixdə 228 saylı məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2/10 Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə binanın mühəndisqurğularının icra cizgilərinin qəbulu barəsində müraciət edilməsi zamanı məlum olmuşdur. Bu müddət ərzində isə iddiaçı binanın tikintisinə davam etmiş, dövlət orqanları ilə müvafiq sənədləşmələr aparmış, binadakı mənzillərə ilkin sakinləri qəbul etmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya bu barədə nə rəsmi, nə də qeyri rəsmi məlum verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 21.3-cü maddəsində inzibati orqan tərəfindən imtina edilməsi halları göstərilmişdir. Lakin bu halların heç biri məhkəmədə göstərilməmiş və bu maraqlı şəxslərə izah edilməmişdir. Deməli dinlənilməkdən imtina üçün hallar da mövcud olmamışdır. Digər tərəfdən inzibati icaatda dinlənilmək hüququndan imtina edilməsi inzibati orqanı maraqlı şəxsləri qəbul edilmiş inzibati akt barədə məlumatlandırmaq vəzifəsindən heç bir halda azad etmir. Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, «İnzibati icraat haqqında» qanunun 21, 62, 64 və 67-ci maddələrinin tələblərinin pozuntusu ilə qəbul edilmişdir və qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə işə baxarkən yalnız formal mülahizələr əsasında Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının qanuni olması və 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı imza edən şəxsin imza etmək səlahiyyətinin olmamasını əsas gətirmişdir. Lakin bu zaman işdə olan mühabahisəsiz faktiki halları nəzərə almamışdır. Əslində isə dövlət öz hərəkətləri ilə bu tikintiyə icazə verilməsinə dair iddiaçıya verilən Sərəncamın qanuniliyini qəbul etmişdir. Bunu aşağıdakı hallar da sübüt edir: Azərbaycan Respublikasının Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktubu - Həmin məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X7 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. İddiaçıya verilən 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncam formal olaraq imza səlahiyyəti lazımı qaydada rəsmiləşdirilmədiyi cavabdeh tərəfindən vurğulanan şəxs tərəfindən imzalansa da, əslində bu səlahiyyətlərin ona verilməsi təsdiq edilmiş, sadəcə anlaşılmazlıq səbəbindən bu, həyata keçirilməmişdir. Baş Nazirin müavininin məktubunda da bununla əlaqədar üzrxahlıq edilməsi və onun tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin (Rasim Quliyevin imza səlahiyyətinin) Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığını bildirilməsi bir daha bu halı sübut edir. Sərəncam ləğv edildiyi müddətdə iddiaçı tərəfindən tikintinin davam etdirilməsinə dövlət orqanları, o cümlədən cavabdeh tərəfindən nəinki maneə yaradılmamış, əksinə bütün sənədləşmələr tam qanuni şəkildə aparılmış və hətta Sərəncamı ləğv edən Bakı şəhər İcra Hakimiyyəti binaya elektrik və qaz xəttlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə icazə vermək barədə başqa Sərəncam qəbul etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı həm iddiaçının həmin binanı istismara qəbul etməsini, həm də sakinlərin həmin binadakı mənzillərinə mülkiyyət hüququnu təsdiq edən sənədi almaqlarına birbaşa əngəl törədir və mülkiyyət hüquqlarının pozulmasına gətitib çıxarır. Dövlət orqanları bu Sərəncamın ləğvi barədə məlumatlı ola-ola nəinki binanın tikintisinə mane olmuş, hətta əslində verilmiş icazə Sərəncamın icrası ilə bağlı bütün işlərin görülməsini davam etdirmişlər. Bu isə iddiaçıda həmin binanın istismara qəbul edilib, sakinlərə mülkiyyət sənədi verilməsi üçün tam haqlı olaraq əsaslı tələb hüququ və qanuni gözlənti yaratmışdır. Bu baxımdan da Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı iddiaçıya aid olan hissədə tamamilə qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı MTK-nın Nizamnaməsinin surətindən görünür ki, Nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Nizamnamənin 1.1-ci bəndinə əsasən İddiaçı (bundan sonra – Kooperativ) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, qüvvədə olan digər qanunvericiliyə və bu Nizamnaməyə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərir. Nizamnamənin 1.2-ci bəndinə əsasən Kooperativ xx.xx.2006-cı il tarixdə, ********** nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, **********582600 nömrəli Çıxarışdan görünür ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 qeydiyyatı idarəsi tərəfindən İddiaçı xx.xx.2006-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 63 saylı, xx.xx.2018-ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamının surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 03 saylı müraciəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, Seriya RX № ******* saylı çıxarışı nəzərə alınaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda İddiaçı MMC-nin təsisçisi vət.X1 mülkiyyətində olan 0.3498 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə həmin MMC-yə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 saylı, xx.xx.2018ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” Sərəncamının surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 33 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 63 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda yaşayış binalarının tikintisinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən İddiaçı MTK-nın sədrinə ünvanlanış 7-2002/17 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının ünvan 6 ünvanında İddiaçı MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsinə dair 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə ləğv olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 7-1554/17 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyətinin bir sıra sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6, 2.7 və 6.8-ci bəndlərini rəhbər tutaraq Bakı şəhər İcra Hakimiyəyti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 321 saylı, xx.xx.2018-ci il tarixli; 322 saylı, xx.xx.2018-ci il tarixli; 328 saylı, xx.xx.2018-ci il tarixli; 329 saylı, xx.xx.2018-ci il tarixli; 331 saylı, xx.xx.2018-ci il tarixli; 337 saylı, xx.xx.2018-ci il tarixli; 338 saylı, xx.xx.2018-ci il tarixli; 339 saylı, xx.xx.2018-ci il tarixli; 340 saylı, xx.xx.2018-ci il tarixli; 347 saylı, xx.xx.2018-ci il tarixli; 349 saylı, xx.xx.2018-ci ilt arixli; 350 saylı, xx.xx.2018-ci il tarixli; 351 saylı, xx.xx.2018-ci il tarixli; 352 saylı, xx.xx.2018-ci il tarixli; 353 saylı, xx.xx.2018-ci il tarixli; 354 saylı, xx.xx.2018-ci il tarixli; 357 saylı, xx.xx.2018-ci il tarixli; 358 saylı, xx.xx.2018-ci il tarixli; 359 saylı, xx.xx.2018-ci il tarixli; 360 saylı, xx.xx.2018-ci il tarixli; 363 saylı, xx.xx.2018-ci il tarixli; 367 saylı, xx.xx.2018-ci il tarixli; 371 saylı, xx.xx.2018-ci il tarixli; 378 saylı, xx.xx.2018-ci il tarixli; 382 saylı, xx.xx.2018-ci il tarixli; 385 saylı, xx.xx.2018-ci il tarixli sərəncamların və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba baxılmışdır. Bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X10 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri xx.xx.2018-ci il tarixli, 2/569 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində aidiyyatı orqanlara ünvanlanmış məktubun və digər sənədlərin imzalanmasını Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə razılaşdırılmadığından qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edərək, kobud qanun pozuntusu olduğunu bildirmişdir. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X10 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 430 saylı sərəncamı ilə müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığını nəzərə alaraq, həmin vəzifənin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X4 həvalə olunmasına razılıq verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Adminsitrasiyasının rəhbəri qarşısında məsələ qaldırılması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 07.07.13 saylı məktubdan görünür ki, 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubda qaldırılan məsələ Azərbaycan Respublikası Prezindenti Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırılmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 33 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 63 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda yaşayış binalarının tikintisinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmişdir. Həmin sərəncamı Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev imzalamışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamına əsasən isə Bakı şəhər İcra Hakimiyəyti başçısı aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncam və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X2 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ olmamış və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 14 iyun 2018-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən 20 iyun 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavininin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X3 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7- 141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin müvəqqəti icrası Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri X3 həvalə olunarkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin razılığı alınmamış, Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalayarkən X2 həmin sərəncamı imzalamaq səlahiyyəti olmamışdır. Bununla da həmin sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövr üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X6 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri haqlı olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, əsaslı və qanunidir, onun ləğv edilməsi üçün əsas yoxdur. Mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarının pozulması nəticəsində qəbul edilməsi ilə bağlı iddiaçının mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-468/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar