Məhkəmə qərarları › İş №2-1(103)-140/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-140/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-140/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (3-cü şəxs X9) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarından 3-cü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X5 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxs X2 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X5 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X16 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı (E.Xəlilov) çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 19944 manata satmış, alıcı isə həmin məbləğə almışdır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 1də yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qismində X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qismində iddiaçıya (İddiaçı) qarşı “çıxarışın ləğv edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda həmin iddia ilə bağlı 2-1(112)- 71/2021 saylı iş məhkəmənin icraatındadır. Həmin iş üzrə V.Nejarov iddia tələbinin əsası kimi Əzizbəyov rayon xalq deputatları Soveti icraiyyə komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarına və Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin sxemi və xəritədən çıxarışa əsaslanaraq göstərmişdir ki, həmin qərara əsasən ona Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi belə bir səlahiyyəti olmadığı halda, həm də heç bir əsas olmadan 27 ildən sonra Əzizbəyov rayon xalq deputatları Soveti icraiyyə komitəsinin 17№-li xx.xx.1991-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə V.Nejarova torpaq sahəsinin sxemi və xəritədən çıxarış vermişdir. Həmin sxem və xəritədən çıxarış tam qanunsuz və əsassız verildiyindən ləğv edilməlidir. Xəzər RİHB-nın Mərdəkan qəsəbə nümayəndəsinin belə bir səlahiyyəti yoxdur, eyni zamanda həmin sxem və xəritənin nəyin əsasında verildiyi də müəyyən deyil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28913 saylı şəhadətnamə əsasında X8 adına olub. Faktiki olaraq **********41 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq X5 Xəzər RİH-nin Başçısının Mərdəkan qəsəbə üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş torpaq sahəsinin sxemi və xəritənin iddiaçının mülkiyyət hüququna xələl gətirdiyinə görə ləğv edilməsini xahiş etsə də, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində oldugunu bildirmişdir. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə X9 inzibati iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ilə iddia təmin edilərək, X2 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X5 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs X9 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)- 4755/2022 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxıb iddianın əsaslılığına qiymət vermişdir. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr digər hallarla yanaşı, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını da yoxlamalıdırlar. Əzizbəyov rayon xalq deputatları Soveti icraiyyə komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, X3 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərdəkan qəsəbəsində vətəndaş X5 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışından görünür ki, sxem və xəritə Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş və xx.xx.2018-ci il tarixdə 51 saylı qeydiyyatı aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AA 004113 torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə X16 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, alıcı ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini almışdır. Cavabdehin 471 saylı xx.xx.2021-ci il tarixli saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq X4 Xəzər RİHB-nın Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olması əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA00298-2022 saylı məktubundan görünür ki, Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. “X15 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 93 saylı 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X4 xx.xx.2018-ci il tarixdə verilmiş sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti, konfiqurasiyası naturaya uyğundur, təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üstüstə düşmür, lakin həmin çıxarışın faktiki koordinatları Mərdəkan qəsəbəsi 14/12 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. “X15” MMC tərəfindən verilmiş 38 saylı 26 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X5 Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin 1 oktyabr 1991-ci il tarixli qərarı ilə ünvan 4 ünvanında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X8 adına verilmiş JN-28913D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən Bakı şəhəri Mərdəkan qəsəbəsi 5/131 saylı ünvandakı 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları üst- üstə düşmür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X8 adına verilmiş JN28913D (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ünvan 5 ünvandakı 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış (iş materiallarına planı əlavə olunmuş) ünvan 6 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları eynilik təşkil etmir. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları X5 Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin 1 okyabr 1991-ci il tarixli qərarı ilə ünvan 7 ünvanında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin və daşınmaz əmalkın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış (iş materiallarına planı əlavə olunmuş) ünvan 8 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İstifadə hüququ ilə Vaqif Nejarova məxsus Mərdəkan qəsəbəsində 14/12 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsi ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli, 407/360 saylı Sərəncamı ilə ayrılmış X10 (şəhadətnaməyə əsəsən), X8 (şəhadətnaməyə əsasən) 0.12 ha torpaq sahəsi üst-üstə düşmür, bir-birindən kənarda yerləşir. İddiaçı (çıxarışa əsəsən) mülkiyyətində olan ünvan 5də ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatları Vaqif Nejarova aynlmış və onun faktiki istifadəsində olan torpaq sahəsinə işləndiyindən (halbuki İddiaçı 0,12 ha torpaq sahəsi Gülnaz Əliyevanın 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməlidir) onun torpaq sahəsi ilə üst-üstə düşür. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, hər bir inzibati iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; 3.iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin hazırkı iddianın mümkün sayılması üçün tələbin buna cavab verməli olan inzibati orqana yönəldilməsi şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, X5 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilsə də, həmin sxem və xəritədən çıxarış Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının möhürü ilə təsdiq edilmişdir. Odur ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin X5 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemini və xəritədən çıxarışı ləğv etmək səlahiyyətinə malik deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin qeyd olunur ki, iddiaçı torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmədiyindən, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır və «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (3-cü şəxs X9) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar