Məhkəmə qərarları › İş №2-1(103)-1400/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1400/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1400/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri Cavabdeh başçısının 10 may 2024-cü il tarixli 131 saylı sərəncamında dəyişiklik edilməsi və iddiaçını şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə mənzil növbəsində hesab edilməsini cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(112)-11999/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Cavabdeh başçısının 10 may 2024-cü il tarixli 131 saylı sərəncamında dəyişiklik edilməsi və iddiaçını şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə mənzil növbəsində hesab edilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6 xx.xx.1994-cü ildə Qarabağda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı mənzil şəraitinin ağır olduğu üçün yaşayış yeri üzrə Qobustan RİH-nə mənzil növbəsinə götürülməyi ilə bağlı müraciət etmiş, Qobustan RİH başçısının xx.xx.2021-ci il tarixli 059 saylı sərəncamına əsasən iddiaçı şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə yaşadığı ünvan 1 ünvanı dəyişərək Qaradağ rayonuna köçmüş və yuxarıda göstərilən ünvana qeydiyyata düşmüş, yaşadığı ünvanı dəyişdiyi üçün Cavabdehnə müraciət etmiş və mənzil uçotunu Qobustan rayon İcra Hakimiyyətindən Qaradağ RİH-nə köçürülməsini xahiş etmişdir. Qaradağ RİH başçısının 10 may 2024-cü il tarixli 131 saylı sərəncamı ilə mənzil uçotu Qaradağ RİH-nə köçürüldü və şəhid ailəsi kimi bir nəfər ailə tərkibi ilə mənzil növbəsində hesab olunmuşdur. İddiaçı Cavabdehnə iradını bildirmişdir ki, Qobustan RİH başçısının sərəncamına əsasən 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. Lakin cavabdeh tərəfindən bu hal nəzərə alınmadı. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilmişdir ki, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla Cavabdeh başçısının 10 may 2024-cü il tarixli 131 saylı sərəncamına əsasən iddiaçı bir nəfər ailə tərkibi ilə Cavabdehndə mənzil növbəsinə götürülmüşdür. Qeyd olunan qanuna əsasən iddiaçının ərizəsində qeyd etdiyi digər şəxslər şəhid ailəsinin üzvü hesab olunmadığından onların şəhid ailəsinin üzvü kimi Cavabdehndə mənzil növbəsinə götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçının Cavabdehnə qarşı 10 may 2024-cü il tarixli 131 saylı sərəncamında dəyişiklik olunaraq iddiaçının 3 nəfər ailə tərkibi ilə mənzil növbəsində hesab edilməsinin cavabdehə həvalə olunması barədə iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(112)-11999/2024 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Cavabdeh başçısının 10 may 2024-cü il tarixli 131 saylı sərəncamında dəyişiklik edilməsi və İddiaçı şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə mənzil növbəsində 3 nəfər hesab edilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(112)-11999/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinə əsasən 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, iddia predmeti üzrə iddiaçının qeyd olunan sərəncamda dəyişiklik tələbində göstərilən hissənin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olub-olmamasını obyektiv şəkildə yoxlamamışdır. Belə ki, iddiaçının oğlu qanunvericilikdə nəzərdə tutulmuş istisnalara dair hüquqları olmadığından şəhid qardaşı kimi mənzil növbəsinə götürülməsi qanunvericiliyə ziddir. Belə ki, həmin istisnada şəhid ailəsi qismində şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları nəzərdə tutulur. Bu hal birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış və qərəzli şəkildə qərar qəbul edilmişdir. Şəhid ailəsi hesab edilən qohumlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “şəhid ailəsi üzvünün” vəsiqəsi verilir. Hazırki iş üzrə materiallarda iddiaçının oğlunun adına belə bir vəsiqə yoxdur. Belə olan halda vətəndaşın şəhid ailəsi üzvü kimi mənzil növbəsinə alınması mümkün deyildir. Bu halın mövcud olması üçün qanunvericiliklə subyektiv hüququ olması mütləqdir. Vətəndaşın həmin halla bağlı subyektiv hüququnun olub-olmaması məhkəmə tərəfindən dəqiq araşdırılmalı idi, lakın məhkəmə bu qaydanı düzgün yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində ********** nömrəli “Əlillik haqqında” arayışdan görünür ki, X8 (hazırki iş üzrə iddiaçının oğlu) ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir. - İV-ЖГ seriyalı 314958 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 31 yanvar 1994-cü ildə Tərtər döyüş bölgəsində güllə yarasından həlak olmuşdur. - Qobustan rayon İcra Hakimiyyəti başçısının 059 nömrəli, 20 may 2021-ci il tarixli “Qobustan rayon Cəmcəmli kənd sakini X3 mənzil növbəsinə götürülməsi haqqında” Sərəncamına əsasən, Qobustan rayon Cəmcəmli kənd sakini X9 şəhid ailəsi kimi 3 (üç) nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. - Qobustan rayon İcra Hakimiyyəti başçısının 016 nömrəli, 15 fevral 2024-cü il tarixli “X1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərinin köçürülməsi haqqında” Sərəncamından çıxarışa əsasən, vətəndaş X5 aid yaşayış sahəsinə ehtiyacı olan şəxsin uçot sənədləri aidiyyəti üzrə Cavabdehnə göndərilmiş, vətəndaş X2 rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxarılmışdır. İşin hallarından həmçinin görünür ki, X6 31 yanvar 1994-cü ildə Tərtər döyüş bölgəsində güllə yarasından həlak olmuşdur. Qobustan rayon İcra Hakimiyyəti başçısının 016 nömrəli, 15 fevral 2024-cü il tarixli “X1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərinin köçürülməsi haqqında” Sərəncamından çıxarışda qeyd edilir ki, Qobustan rayon İcra başçısının müvafiq sərəncamına əsasən 5 nəfər (özü, oğlu və 3 nəvəsi ailə tərkibi ilə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçot alınmış vətəndaş X9 ərizə ilə Qobustan rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024cü il tarixdən Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyata alınmışdır. Bu səbəbdən Qobustan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını və uçot sənədlərinin baxılması üçün özünün qeydiyyatda olduğu ünvan üzrə göndərilməsini xahiş etmişdir. Müəyyən edildiyi kimi, Cavabdeh başçısının 131 nömrəli, 10 may 2024-cü il tarixli “Şəhid ailəsi İddiaçı mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə köçürülməsi barədə” Sərəncamına əsasən, İddiaçı Abudlla qızı mənzil uçot sənədləri Qobustan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 016 nömrəli Sərəncamına əsasən Cavabdehnə köçürülmüş və o, 1 (özü) nəfər ailə tərkibi ilə xx.xx.2021-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində hesab edilmişdir. İddiaçı Cavabdeh başçısının 131 nömrəli, 10 may 2024-cü il tarixli “Şəhid ailəsi İddiaçı mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə köçürülməsi barədə” Sərəncamına dəyişiklik edilməsi və iddiaçını şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasını xahiş etmiş, Bakı şəhəri Cavabdeh başçısı müavininin iddiaçıya ünvanladığı 5-13/1-H-38/2-068/2-t/1/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı Qaradağ RİH başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə şəhid ailəsi kimi 1 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qəbul edilmiiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhid ailəsinin üzvləri: ər-arvad, valideyn, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar, uşaq evlərində tərbiyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək qanunla onları saxlanmalı şəxs yoxdursa babalar və nənələr hesab edilir. Bununla əlaqədar ərizədə qeyd edilən şəxslər şəhid ailəsinin üzvü hesab edilmədiyi üçün ailə tərkibində dəyişiklik edilməsi rayon icra hakimiyyətinin imkanı xaricindədir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, mövqeyi onunla əsaslandırılmışdır ki, iddiaçının ailə tərkibi ilə bağlı hallar Qobustan rayon İcra Hakimiyyəti tərəfindən tam araşdırıldıqdan sonra, iddiaçının 3 nəfərdən ibarət ailə üzvləri ilə mənzil uçotuna alınması barədə müvafiq inzbati akt qəbul edilmişdir. Qobustan rayon İcra Hakimiyyətinin sərəncamı etibarsız və ya qanunsuz hesab edilməmiş və ya ləğv edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ailə tərkibi ilə bağlı hər hansı yeni faktların müəyyən edilməsi məhkəməyə bildirilməmişdir. Odur ki, cavabdehin hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanunvericilik normalarına uyğun olmamış, iddiaçının- “şəhid ailəsi” statusuna malik olan şəxsin qanunvericilikdə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanunaziddir. Belə ki, Mənzil Məcəlləsinin 50-ci maddəsinə görə, şəxs yaşayış sahəsinə ehtiyacı olan hesab edildikdə, onun ailə üzvləri də yaşayış sahəsinə ehtiyacı olan şəxslər kimi uçota alınmalıdırlar. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Mənzil Məcəlləsi: 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2-ci maddəsinə əsasən vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı: 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində, 49.6-cı, 103.2.1-ci, 146.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.5-ci, 24.5-ci maddələrində, 28.4-5-ci maddəsində birinci halda, 49.2-ci, 49.5-ci, 51.7-ci, 62.2-ci, 91.2-ci, 92-ci, 99.8-ci, 138.2ci, 138.3-cü, 141.5-ci, 141-1.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.2-1-ci bəndinə əsasən həmin Məcəllənin 29.5-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur. 2.3-cü bəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 4.6.9-cı bəndinə əsasən əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin, reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin, həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində səlahiyyətlərinə aiddir; 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində səlahiyyətlərinə aiddir. 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Qobustan rayon İcra Hakimiyyətinin 30 may 2025-ci il tarixli, 5- 60/2-196/2025 nömrəli məktubunda qeyd edilir ki, X2 RİH başçısının xx.xx.2021-ci il tarixli 059 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi 3 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. X.Hidayətova xx.xx.2024-cü il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2024-cü il tarixindən ünvan 7 ünvanında qeydiyyatda olduğunu bildirərək yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərini Cavabdehnə köçürülməsini xahiş etmişdir. X.Hidayətovanın müraciətini nəzərə alaraq Qobustan RİH başçısının xx.xx.2024-cü il tarixli 016 nömrəli sərəncamı ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri Cavabdehnə köçürülmüş, Qobustan RİH-də yaşayış sahəsinə ehtiyacı olan imtiyazlı şəxslərin növbəlilik siyahısından çıxarılmışdır. Daxili İşlər Nazirliyinin ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nörməli, ******* nömrəli arayışlardan görünür ki, Bakı şəhəri, ünvan 8 ünvanında X9, X8, X21, X11, X18 qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbində oğlu X4 və gəlininin də ailə üzvü kimi mənzil növbəsinə alınmasını xahiş edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhidin qardaşının yoldaşı şəhid ailəsinin üvzü hesab edilmir. X4 şəhid ailəsinin üzvü hesab edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Qanuna əsasən şəhid ailəsi qismində şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları nəzərdə tutulur. Şəhid ailəsi hesab edilən qohumlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “şəhid ailəsi üzvünün” vəsiqəsi verilir. Hazırki iş üzrə materiallarda iddiaçının oğlu X4 adına belə bir vəsiqənin olması müəyyən edilmir. Belə olan halda vətəndaşın şəhid ailəsi üzvü kimi mənzil növbəsinə alınması mümkün deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh başçısının 131 nömrəli, 10 may 2024-cü il tarixli “Şəhid ailəsi İddiaçı mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə köçürülməsi barədə” Sərəncamı iddiaçının özünə münasibətdə əlverişli inzibati aktdır, digər şəxslərə münasibətdə qanunvericiliyin tələbi pozulmadığından ləğv edilməməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(112)- 11999/2024 saylı qərarı ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı sərəncamda dəyişiklik edilməsi və iddiaçını şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə mənzil növbəsində 3 nəfər hesab edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(112)-11999/2024 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “sərəncamda dəyişiklik edilməsi və iddiaçını şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə mənzil növbəsində 3 nəfər hesab edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar