Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1402/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsindən xeyrinə 2933 AZAN vəsitin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac vasitəsi ilə 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş və Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Avtonəqliyyat vasitəsinin invoice dəyəri 2080 ABŞ dolları olmağına baxmayaraq ondan 4470 AZN rüsum alınmışdır. Yuxarıda göstərilənlər **********4377 saylı bəyannamədə öz əksini tapmışdır. Ondan artıq alınmış vəsaitin geri alınmasına dair etmiş olduğu müraciətə cavab xx xxxx 2019-cu il tarixdə cavablandırılaraq artıq ödənilmiş vəsaitin ödənilməsindən imtina edilmişdir, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 269-cu maddəsinə əsasən Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəlləsinin 270.1ci madəsinə əsasən Gömrük, ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, Bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Göründüyü kimi cavabdeh tərəfindən artıq vəsait alınmış, lakin alınmış artıq vəsaitin geri qaytarılmaması onun qanunvericiliklə qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. Hesab edir ki, öhdəliyi məbləğdən 2933 AZN vəsait ona geri qaytarılmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2748/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-830/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 04 dekabr tarixli 2-1(103)-2748/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli **********4377 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən “Chevrolet- Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş, gömrük dəyəri 4462,63 AZN ilə bəyan edilmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənərək mallar sərbəst dövriyəyə buraxılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı Ələsgərov X1 üzrə Orqanın (mərkəzi) Gömrük Ekspertiza İdarəsinin rəis müavini S.Qibləliyevə ərizə ünvanlayaraq “Şhevrolet Gruze” 2013 il nəqliyyat vasitəsini AZS ***-**** dövlət standartının tələblərinə dair uyğunluq sertifikatlaşdırılmasının keçirilməsini və ekspertiza xərclərinin ödənilməsini öhdəlik götürməsini bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Malın Gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. “Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamənin 4.1.3-cü bəndində qeyd edilmişdir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq hüququ vardır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinin tələbinə görə Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. İş materiallarında olan Gömrük bəyannaməsindən aydın olur ki, Qanunvericiliyin qeyd olunan müddəaları əsas götürülərək gömrük əməkdaşları tərəfindən iddiaçının təqdim etdiyi bəyannamədəki məlumatların düzgünlüyü araşdırılmış və nəticədə qanunvericiliyin tələbləri rəhbər tutularaq ölkə ərazisinə gətirilən həmin nəqliyyat vasitəsi müvafiq gömrük ödənişlərinə cəlb edilməklə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmçinin “**********4377” sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamədə iddiaçı sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinin müddəalarına uyğun şəkildə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi GM-in və “Gömrük tarifi” haqqında Qanunun müddəalarına istinad etsə də həmin müddəalar isə ümumi xarakterli olmaqla, əsasən gömrük hüquq münasibətlərinin subyektlərinin hüquq və vəzifələrinə aiddirlər – cavabdehin iddiaçı barəsində həyata keçirdiyi məhz həmin (mübahisələndirilən) məzmunda faktiki xarakterli hərəkətlərinin hüquqi əsaslarını göstərməmiş, cavabdehin hərəkətlərinin (həmçinin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsinin) həmin hərəkətləri (faktiki xarakterli fəaliyyəti) bilavasitə tənzimləyən normalara uyğunluğunu, buradan, iddiaçının nə üçün məhz mübahisələndirilən məbləğdə rüsum ödəməli olduğunu əsaslandırmamışdır. İddiaçının tələb və şikayətinin əsas dəlili də məhz bu sualla bağlı olmuşdur. Azərbaycan Respublikası İnibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişinin yerinə yetirilməsi ilə bağlı cavabdeh orqan tərəfindən **********4377 nömrəli ödəniş tapşırığı məhkəməyə təqdim edilmişdir. Həmin ödəniş tapşırığından görünür ki, iddiaçıdan mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları – 240 AZN, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə AR-nın gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə ikiqat məbləğdə gömrük yığımları – 60 AZN, idxal gömrük rüsumu 1623.16 AZN, aksiz – 272.80 AZN, ƏDV – 2231.27 AZN, elektron gömrük xidmət haqqı – 30 AZN, elektron gömrük xidmət haqqı üzrə ƏDV – 5.40 AZN olmaqla ümumilikdə 4462.63 AZN alınmışdır. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində nəqliyyat vasitəsini hərrac vasitəsilə 2080 ABŞ dollarına əldə etdiyini qeyd etsə də, həmin nəqliyyat vasitəsinin hərracda əldə etməsinə, həmçinin ödənişlərə dair təsdiqedici sənədləri nə gömrük orqanına, nə də məhkəməyə (məhkəmə iclaslarında iştirak etməmişdir) təqdim etməmiş, həmçinin iddia ərizəsində niyə məhz 2933 AZN vəsaitin ona qaytarılmasını əsaslandırmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən “Şhevrolet Gruze” markalı nəqliyyat vasitəsinin 2080 ABŞ dollarına hərracda əldə etməsi, eləcə də ödənişlərə dair təsdiqedici sənədlər təqdim edilmədiyindən gömrük orqanı tərəfindən həmin avtomobilin qiyməti 10200.00 AZN müəyyən edilmiş, həmin məbləğə uyğun olaraq 4462.63 AZN gömrük ödənişi tələb edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlili isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1402/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1402/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver