Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1402/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxsin vəkili X6(Bakı şəhəri “Mərkəzi”Vəkil bürosu) iştirakı ilə İddiaçı (xx.xx.1957-ci il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi d., Lökbatan qəsəbəsi ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti) “daşınmaz əmlaka qeydiyyatın ləğv edilməklə, iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-84/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.10.2018-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X14 göstərilməklə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 14 noyabr 1990-cı il tarixli, 30/5415 saylı qeydiyyat vəsiqəsi əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massivdə yerləşən 7 saylı ev üzərində X9 mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4- cü massivdə yerləşən 7 saylı evi 1994-cü ildə həmin evin mülkiyyətçisi olmuş X7 o zamankı pulla 800.000 manat verməklə almış, həmin ev 1937-ci ildə tikildiyi üçün, bir hissəsinin damı uçmuş, qalan hissəsi isə yaşayış üçün yararsız olmuşdur, Nina Xudaynatova da bunu bilirdi. Sonradan ona məlum olub ki, N.Xudaynatova ondan xəbərsiz ona satdığı evin 2 otağını qonşu X1, sonuncu həmin hissəni Gülbuta adlı başqa şəxs satsa da, ona isə orada tikinti inşa etməyə icazə vermədikləri üçün, o həyətin başqa hissəsində tikinti inşa etmişdir. Tahir isə həmin iki otağı söküb, torpaq kimi öz ərazisinə daxil edib və texniki pasport alıb. Beləliklə, X9 evinin qalıqları son vaxtlara qədər mövcud olub. Həmin daş qalıqlarını isə digər qonşu X19 dağıdaraq öz hasarının bünövrəsinə töküb və bununla da, o evdən heç bir əsər-əlamət qalmayıb. Bu ev əslində alınan gündən artıq fiziki olaraq mövcud deyildi. O, həmin həyətin baş tərəfində özünə yeni ev inşa etdirmiş, yeni tikiləcək evin eskiz layihəsinin təsdiq edilməsi ərəfəsində həm DƏDRX-nin Qaradağ rayon şöbəsindən, həm də Qaradağ Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin mütəxəssisləri yerli baxış keçirərək, köhnə evin həqiqətən də mövcud olmadığını müəyyən etdikdən sonra, yeni tikiləcək evin eskiz layihəsini təsdiq etmişlər və tikintiyə icazə vermişlər. Beləliklə, 14 noyabr 1990-cı il tarixli, 30/5415 saylı qeydiyyat vəsiqəsinin aid olduğu tikili hazırda mövcud deyildir. Həmin tikiliyə dair qeydiyyatın ləğvi tələbi ilə cavabdehə müraciət etmiş, lakin, həmin idarə 20 sentyabr 2018-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, qeydiyyatın ləğvi məhkəmə qaydasında həyata keçirilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4338/2018 nömrəli 01.11.2018-ci il tarixli qərardadı ilə (hakim Xaliq İmanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri ərazi idarəsinə (üçüncü şəxs X14)qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğvinə dair” iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X9 adına olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4cü massiv, 7 saylı evin 14 noyabr 1990-cı il tarixli 30/5415 saylı reyestrində aparılan qeydiyyat ləğv edilərək, Qaradağ Rayon İcra Hakimiyyətinin 3 noyabr 2015-ci il tarixli, 160 saylı sərəncamı əsasında 4-cü massiv, 7 saylı evə dövlət reyestrindən müvafiq qeydiyyat aparılmaqla iddiaçının adına çıxarış verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-701/2019 saylı 24 may 2019cu il tarixli qərardadı (hakim E.Məmmədov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmllak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Qaradağ Rayon İcra Hakimiyyətinə və X13 cəlb edilməklə inzibati mübahisəyə dair 2-1(81)-701/2019 saylı iş üzrə icraat X14 cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs İddiaçı qarşı Qaradağ Rayon İcra Hakimiyyətinin 160 saylı, 03 noyabr 2015-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-2138/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək,birinci instansiya məhkəməsinin 24 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1775/2019 saylı, 11.07.2019-cu il tarixli qərardadı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-701/2019 saylı, 24 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1775/2019 nömrəli 24.10.2019-cu il tarixli qərardadı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1775/2019 saylı,11.07.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkil ilə təmin olunması barədə ərizəsi təmin edilməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-84/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ Rayon İcra Hakimiyyəti və X14 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka qeydiyyatın ləğv edilməklə, iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 30.03.2021-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-84/2021 nömrəli qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətin aşağıdakılarla əsaslandırılmışdır: X7 Bakı şəhəri şəh., Qaradağ rayonu, Lökbatan qəs., 4-cü massiv, ev 7-nin onun tərəfindən alınması, sonradan uçulub-dağıldığından yeniden onun tərəfindən inşa edilməsi bir neçə silsilə məhkəmələrdə muzakirə obyekti olmuşdur. Sayılı dəqiqələr sürən məhkəmə iclaslarında yeni inşa edilmiş evin ona aid olması ilə bağlı bütün sənədlər ləğv edilmişdir. Onun haqlı olduğunu göstərən maddi və yazılı sübutlar əlində vardır. Amerikada oturub heç bir məhkəmə çağırışına məhəl qoymayan, məhkəmələrdə iştirak etməyən, heç bir sübut təqdim etməyən Nina Xudaynatova isə haqlı çıxarılır. Hakimlər əsassız, ədalətsiz qərarlar çıxararaq onun uzun illər zəhmətini və pullarını ona peşkeş etmişlər. Nəhayət 2-1(112)-84/2021 saylı mülki işdə hakim xanım heç onu dinləməyi özünə yaraşdırmadı. Ancaq bundan əvvəl çıxarılan qərarlara əsasən qərar qəbul etdi. Ancaq o anladı ki, məhkəmələr işə obyektiv baxmaqla deyil, yalnız bir-birlərinin çıxardıqları ədalətsiz qərarlarını müdafiə etməklə məşğuldurlar. Odur ki, X9 və onun ailə üzvlərinin ona qarşı həyata keçirtdikləri dələduzluq əməllərinin araşdırılması üçün Qaradağ rayon Prokurorluğuna və Polis İdarəsinə müraciət etməklə ədalətin bərqərar olmasına çalışır. Əvvəllər də dəfələrlə bu barədə müraciət etsə də, işin mülki iş olduğundan məhkəmə yolu ilə həll olunmasının mümkünlüyünü bildirmişlər. Məhkəmə isə dələduzların cəzalandırması ilə bağlı heç bir tədbir görmür. Məhz bu səbəbdən bu dəfə bu dələduzlara qarşı ciddi iş qaldırılmasını yenidən Prokurorluqdan və Polisdən tələb etmişdir. İddiaçı xahiş edir ki, Bakı İnzibati Məhkəməsinin 04.02.2021 tarixli, 2- 1(112)84/2021 saylı qərarının qanunu qüvvəyə minməsinin qarşısı alınsın. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq iddiaçının ziyanına nəticələnmiş çox saylı məhkəmə aktlarının surətlərini təqdim etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-84/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyasi ilk öncə qeyd etməyi zəruri hesab edir ki,iddiaçı apellyasya şikayətinin xahiş hissəsində qərarın ləğvini göstərməsədə qərarın qüvvəyə minməsinin qarşısını alınmasını məhkəmə kollegiyasi qərarın ləğvi kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan SSR XDS İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 7 saylı evə dair X10 mülkiyyət hüquqları 14.11.1990-cı il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı X8 və X16 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və pasport qeydiyyatından çıxarılması tələbi Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-1983/2009 saylı 18 may 2009-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə Kollegiyasının 01 oktyabr 2009-cu il tarixli 2(102)-2948/09 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-1983/2009 saylı, 18 may 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli 2(002)- 2587/2017 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdehlər İddiaçı, X4, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ RPİ Qvə ŞVŞ-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı yaşayış sahəsindən çıxarılma, pasport qeydinin ləğv edilməsi, mülkiyyətçinin ailə üzvlərinin qeydiyyatının bərpa edilməsi tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X11, X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçı X9 faktiki sahibliyinə qaytarılması qət edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2587/2017 saylı 12.09.2017-ci il tarixli icra sənədi üzrə qətnamənin icrası həyata keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********71 nömrəli, 15 fevral 2019-cu il tarixli cavab məktubundan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evinin X9 adına qeydiyyata alınmasına əsas 15 sentyabr 1990-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2020 saylı 23.01.2020-ci il tarixli Qərarından aydın görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 7 saylı evə dair İddiaçı adına verilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 160 saylı, 03 noyabr 2015-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmış, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qərarı qanuni qüvvəsini almış, icra olunması üçün cavabdehə göndərilmişdir. - 17.10.2018-ci il tarixli etibarnaməyə əsasən 10 Mart 1933-cü ildə Azərbaycanda anadan olan və hazırda ABŞ-da Bruklin, Nyu York şəhəri 11223, X24 küçəsi 2361, mənzil 10 ünvanında yaşayan, Nina Xudaynatova, 07 iyul 1959-cu ildə anadan olan Azərbaycan vətəndaşı X12 (şəxsiyyət vəsiqəsi seriya AZE№08820852, verilib Bakı şəhəri Nizami RPİ 10.01.2011-ci il tarixdə) Azərbaycan Respublikası, Lökbatan qəsəbəsi, Massiv 4, ev 7 ünvanında yerləşən ev və torpaq sahəsində ibarət olan öz daşınmaz əmlakı üzərində hərəkət etməyi səlahiyyət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evinə dair X9 mülkiyyət hüquqları qeydiyyata alınmış, həmin qeydiyyatın əsası qanun üzrə vərəsəlik haqqında şəhadətnamə olmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli 2(002)-2587/2017 saylı qətnaməsi ilə İddiaçı, X11, X3 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçı X9 faktiki sahibliyinə qaytarılması qət edilmiş və qətnamənin icrası həyata keçirilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X9 həmin fərdi yaşayış evinə dair hüquqları təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hazırkı iş üzrə istinad etdiyi Qaradağ Rayon İcra Hakimiyyətinin 3 noyabr 2015-ci il tarixli, 160 saylı sərəncamı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2020 saylı 23.01.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olacaq hər hansı bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(81)-84/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-84/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1402/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1402/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver